("Yeni nəsil Azərbaycan aşıqları". Dünya Gənc Türk Yazarlar Birliyi(DGTYB), Bakı/"Turan Evi"-2010) - Dr. Qənirə PAŞAYEVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









("Yeni nəsil Azərbaycan aşıqları". Dünya Gənc Türk Yazarlar Birliyi(DGTYB), Bakı/"Turan Evi"-2010) - Dr. Qənirə PAŞAYEVA
Tarih: 09.12.2010 > Kaç kez okundu? 3615

Paylaş


Sözümə ilk öncə, “Yeni nəsil Azərbaycan aşıqları” adlı kitabın nəşri faktını alqışlamaqla başlamaq istərdim. Kitabın respublikamızın sayılıb-seçilən qeyri-hökumət təşkilatlarından olan Dünya Gənc Türk Yazarlar Birliyinin xətti ilə nəşri faktı da, bu nəşrin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə işıq üzü görməsi də alqışa layiqdir. Söhbət yeni nəsildən gedir, doğma Azərbaycanımızın sənətçilərindən gedir və də aşıqlardan gedir..!



Bu iş, dövlətimizin aşıq sənətinə (ümumən mədəniyyətimizə) göstərdiyi davamlı dəstəyə ictimai platformadan verilən müsbət reaksiyalardan (cavablardan) biri kimi, bir səsləşmə kimi diqqəti cəlb edir.

Bu iş, Heydər Əliyev Fondunun, Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı elçisi, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, bilavasitə aşıq sənətinin inkişafı ilə bağlı həyata keçirdiyi proqramların yaradıcı qrumlarda əks-sədası kimi diqqəti cəlb edir.

Bu nəşr, aşıq musiqisinin (klassik musiqinin, ümumən xalq yaradıcılığının!) dinləyicidə, tamaşaçıda oyatdığı hiss - həyəcanı, mən deyərdim, ustalıqla şəkilləndirən bir nəşrdir. Və sanki kitabın hər səhifəsi, hər məqaləsi aşıq musiqisinin özü kimi oxucunu düşündürən (ona ürəkrahatlığı gətirən), vətəndaşımızı mənəviyyatca yüksəldən bir qaynaqdır. Hesab edirəm ki, aşıq musiqisi haqqında, aşıqlar haqqında yazmaq, musiqi sənəti ilə söz sənəti arasında körpü (yeni bir körpü, yeni bir ünvan) salmaq özü bir göstəricidir, yaradıcılığın hər iki qoluna, bu qollar arasındakı münasibətlərə bir töhfədir.



***

Aşıq sənəti, aşıq məktəbləri haqqında, yeni nəsil aşıqlarımız haqqında maraqlı bilgilərin toplandığı bu kitab, milli sənətimizin, xalq yaradıcılığının insanda oyatdığı xoş ovqatı, emosiyanı, duyğu və habelə psixolji anları, eləcə də fəlsəfi düşüncələri özgü bir dillə (üslubla) ön plana çıxarır...

İşin maraqlı yönlərindən bir də, aşıqlarımızla bağlı məqalələrin necə adlandırılmasıdır. Hər ad onu daşıyan məqalənin içəriyinə, haqqında danışılan sənətçinin xarakterinə, durumuna, tutumuna o qədər uyğun gəlir ki, tərtibçinin adlar üzərində özəl bir çalışma yapdığı düşüncəsi hasil olur oxucuda ( örnəyi, “Ağırtaxtalı Avdı”, “Şirvan aşıq mühitinin Vüqarı”, “Sazı sevən Sevil”, “Saz üstündə ömrə gələn yaza bax”, “Öyrənən, öyrədən Elməddin”...). Lakin kitabla yerli-yataqlı tanış olduqdan sonra, bu adlandırmaların nə qədər doğal xarakter daşıdığını aydın şəkildə görürürük. Üstəlik yaradıcı heyəti tanıyan insanlar yaxşı bilir ki, bu kitabda sünii göstərməlik əsla söhbət mövzusu ola bilməz. Və mən sözümün bu yerində, fürsətdən istifadə edib, Dünya Gənc Türk Yazarlar Birlyi rəhbərliyini, bu birlik ətrafında birləşən insanları ötən illər boyu qazandıqları şəxsi və təşkilati “özkeçmiş”ə görə alqışlamaq, onlara şükranlığımı bildirmək istərdim. Heç şübhə yoxdur ki, birlik liderlərinin hər birinin yaradıcılğı (daxili azadlıq aktı!), ideya ilə, məfkurə ilə yükümlüdür. Özü də bu yükümlülük sənətlə ideologiyanın sınırlarını təhdid etməyən, deyərdim, harmoniya içində olan bir halda, durumdadır. İndi vərəqlərini çevirdiyiniz “Yeni nəsil Azərbaycan aşıqları” kitabını məhz bu ovqatla oxumaqdan məmnunluğumu bir daha ifadə edərkən, burada adı keçən yaradıcı insanlarımıza yeni yaradıcılıq uğurları diləyir, can sağlığı arzulayıram!



Hesab edirəm ki, nəşrin birinci cildi oxucular, sə¬nətsevərlər, sənətşünaslar tərəfindən rəğbətlə qarşılanacaq və onların bütün konstruktiv tövsiyyələri, təklifləri ikinci cilddə (eləcə də təkrar və yeni nəşrlər olarsa orada) nəzərə alınacaqdır.



Sayğılarımla,

dr. Qənirə PAŞAYEVA

millət vəkili





Yorumlar









Aktif Ziyaretçi 53
Dün Tekil 1947
Bugün Tekil 1380
Toplam Tekil 4078108
IP 18.224.93.126






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu