Dünyanı qarışdıracaq sənədlərdə prezident İlham Əliyev! - Azər Həsrət - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünyanı qarışdıracaq sənədlərdə prezident İlham Əliyev! - Azər Həsrət
Tarih: 29.11.2010 > Kaç kez okundu? 3281

Paylaş


Artıq bir neçə gündür ki, dünya gündəmini məşğul edən WikiLeaks.org saytının Azərbaycana aid bölümünə göz atdıqda doğrudan da yaxın günlərdə beynəlxalq aləmdə münasibətlərin başqa yön alacağı mümkün görünür. Ən azından ona görə ki, üzərində “Gizli” qeydi olan sənədlərin tam olaraq açıqlanması istər-istəməz birilərini hərəkətə keçirəcək və yəqin ki, dövlətlərarası münasibətlərdə bu, öz əksini tapacaq. Yüz minlərlə gizli sənədin açığa qovuşdurulduğu saytda Azərbaycana aid bəlgələr də yer almaqdadır ki, onlardan biri haqqında aşağıda danışmaq istərdik (hərçənd ki, sənədlərin hamısı ciddi maraq kəsb edir). Bu sənəddə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibinin köməkçisi Bill Börnslə 25 fevral 2010-cu il tarixində Bakıda keçirilən görüşünün təfərrüatları yer alıb. Bu sənəddə şəxsən mənim marağımı çəkən prezident İlham Əliyevin İran məsələsindəki mövqeyinin arzu etdiyimizdən heç də fərqli olmamasının təsdiqidir. Bir sıra siyasi dairələr onu iranpərəst adlandırır. Baxaq görək, İlham Əliyev nə qədər iranpərəstdir.



Haqqında söz edəcəyimiz sənədin “İranla münasibətlər gərgin və bəlirsiz kimi tanımlandırıldı” başlıqlı bölümündə ciddi məqamlar yer alıb. Beləliklə, bənd-bənd prezident İlham Əliyevin söylədiklərini ingiliscədən tərcümədə təqdim edirik:



“11. Börns ABŞ-ın Tehranla dialog təşəbbüsləri və Tehranın reaktor araşdırma təşəbbüslərinə dəstək addımlarını ayrıntıları ilə izah etdi. O, fikrini bununla tamamladı ki, əgər İran bu təklifləri rədd edərsə, ABŞ BMT Təhlükəsizlik Şurasından İran İnqilabı Keşikçilərini hədəf alan yeni sanksiyaların keçməsinə nail ola bilər. [Prezident İlham] Əliyev isə bildirdi ki, Azərbaycanla İran arasındakı münasibətlərin görünən tərəfi normal olsa da mahiyyət çox fərqlidir. “Mən münasibətlərin daha da kəskinləşəcəyini istisna etmirəm”, – deyə prezident əlavə etdi.”



Daha sonra prezident İlham Əliyev deyir:



“12. Almaniya kansleri Merkel İran məsələsində məni qane etmək üçün çox qəti davrandı. Mən ona dedim ki, “gərək yoxdur”. [Prezident Əliyev] dedi ki, İranın iqtisadi təcridini dəstəkləyir və inanır ki, beynəlxalq ictimaiyyət bunu dəstəkləsə işə yarayar. O, dedi ki, daha öncəki sanksiyaların tətbiqi İranda işləyən bir sıra Avropa enerji şirkətlərinin üzündən qüsurlu olub. “Statoyl İranı bizi dəstəklədiyindən daha artıq dəstəkləyir!”, – deyə o, şikayətləndi. O, qeyd etdi ki, Rusiya prezidenti Medvedev bir dəfə deyib ki, Amerikalıların İranı sıxmasını istəmir, ancaq ölkəsi nüvə İranı da istəmir.”



Prezident bu söhbətdə İranın Azərbaycanla bağlı təxribatlarını maddə-maddə dilə gətirir:



“13. Əliyev dedi ki, İranın Azərbaycandakı təxribatları artmaqdadır. O, yalnız aşırı islamçı qrupların və hizbullahçıların maliyyələşdirilməsini qeyd etməklə qalmadı və həm də:



* İranın Naxçıvanda zorakılıqla müşayiət edilən Aşura mərasimlərini maliyyələşdirdiyini,

* Təbriz və İstanbuldakı Azərbaycan konsulluqları önündə nümayişlərin təşkilini,

* Yaxın vaxtlarda Bakıda təşkil edilən zorakı dini hərəkatı,

* Azərbaycana yayın yapan Azərbaycan dilli Səhər TV-nin efirində prezident [İlham Əliyev]in şəklinin Davud ulduzu ilə birlikdə təqdim edilməsini,

* Xəzərdəki münaqişəni



dilə gətirdi.”



Sənəddən bəlli olur ki, Azərbaycan İrana müvafiq cavab verməyə hazırlaşır:



“14. Prezident [İlham Əliyev] əlavə etdi ki, viza rejiminin sərbəstləşdirilməsində İrana qarşılıq verməyəcək. O, həm də qeyd etdi ki, Azərbaycan İrana yayın yapacaq farsdilli TV kanalının qurulmasını planlaşdırır. [Prezident İlham Əliyev] dedi ki, ali dini rəhbərin nəyə görə Əhmədinejadı keçmiş prezident Musəvidən üstün tutduğunu başa düşmür. O, zarafatla dedi ki, yəqin iki etnik Azərbaycanlının İran dövlətinin başına keçməsi çox təhlükəlidir. O, dedi ki, Əhmədinejadın qalib gəldiyi Təbrizdə seçki saxtakarlığı ən çirkin şəkildə olub. Halbuki Musəvinin qalib gəldiyi Tehranda seçkiləri saxtalaşdırmaq heç də asan başa gəlməyib. O, İranın içindəki durumu çox gərgin hesab edir və hər an partlayışa hazır olduğuna inanır.”



Göründüyü kimi, prezident İlham Əliyevin İranla bağlı mövqeyi tam olaraq bizim arzu etdiyimizlə üst-üstə düşür. Əslində bu sənədlərdə başqa maraqlı məqamlar da var və şübhə etmirik ki, media onların ətrafında da ciddi fikirlərə yer verəcək. Bizi məhz yuxarıda sözükeçən məsələlərin cəlb etməsinə gəlincə, demək istərdik ki, bu gün bəzi siyasi kəsimlərin prezident Əliyevi İran və ona bənzər ölkələrə münasibətdə yetərincə qətiyyətli davranmamaqda ittiham etməsini tək bu sənədlə suya düşürmək mümkündür.



Son olaraq onu da əlavə edək ki, tərcümə zamanı sənədin üslubunu mümkün qədər saxlamağa çalışdıq. Bu üzdən ortaya çıxa biləcək yazı xətalarına görə oxuculardan üzr istəyirik. Sözü gedən sənədlərlə bu ünvanda tanış ola bilərsiniz: cablegate.wikileaks.org.





Yorumlar









Aktif Ziyaretçi 67
Dün Tekil 2050
Bugün Tekil 359
Toplam Tekil 4079138
IP 3.144.77.71






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu