Elxan Şahinoğlu ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Elxan Şahinoğlu ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 25.11.2010 > Kaç kez okundu? 3342

Paylaş


Elxan Şahinoğlu: ”Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan üçün mərhələli həll modeli uyğundur”



Bu günlərdə politoloq Elxan Şahinoğlunun “Dağlıq Qarabağ: statussuz status Dünyanın 10 muxtariyyət təcrübəsi adlı kitabı işıq üzü görüb. Kitabda Aland adaları, Tatarıstan, Krım, Kvebek, Cənubi Tirol, Triest, Şimali İrlandiya, Kataloniya, Honkonq, Puerto-Riko modelləri haqda müfəssəl bilgi verilir. Həm kitab haqqında və həm də oxucularımızı maraqlandıran digər suallarımızın cavabını almaq üçün, “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ilə etdiyimiz söhbəti təqdim edirik.



- Elxan bəy, ilk öncə sizi təbrik edirik kitabınızın işıq üzü görməsi ilə bağlı. Sualımız kitabın ad başlığında olan “Statussuz status” ilə bağlıdır. “Statussuz status” hansı mənanı daşıyır?



- Təbrikə görə minnətdarlığımı bildirirəm. “Statussuz status” o məna daşıyır ki, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırladığı planda aralıq statusu deyilən maddə də yer alıb. Yəni birinci mərhələdə işğal altındakı rayonlar boşaldılmalı, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalı və bundan sonra bölgənin statusu ilə bağlı danışıqlara başlanmalıdır. Statusla bağlı danışıqlar isə çox uzana biləcəyindən Dağlıq Qarabağa müvəqqəti aralıq statusu verilməsi nəzərdə tutulub. Ancaq bu aralıq statusun konkret nə olacağı bir çoxları üçün sirdir. Ona görə də mən çoxlarına sirr qalan, mexanizmi dəqiq bilinməyən aralıq statusu “statussuz status” kimi dəyərləndirmişəm. Kitabın məğzı də məhz statusun tədqiqinə yönəlib. Azərbaycan rəsmiləri Dağlıq Qarabağın statusu ilə bağlı çoxsaylı açıqlama və müsahibələrində bir fikrin üzərində xüsusi dayanırlar: “Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət verilə bilər”. Bunun nə demək olduğunu anlamaq üçün dünyada mövcud olan 10 ən tanınmış muxtariyyət modelini tədqiq edərək Dağlıq Qarabağla paralellər aparmağa çalışdım. Tədqiqat nəticəsində Avropa, Amerika və Asiya qitələrini əhatə edən bu fərqli modellərin ana xəttinin eyni olduğu qənaətinə gəldim: ilkin illərdəki separatçılıq, müstəqillik tələbləri, ardınca az və ya çox sayda terror aktları və ən sonda birgə yaşamanın verdiyi üstünlüklərə qayıdış. Bu ana xətt erməni separatçılarının “bir münaqişə o birinə bənzəmir” deyiminin işə yaramadığını ortaya qoyur.



- Sizcə, bu gün Qarabağ üçün hansı model daha uyğundur? Həm də bu, modeller içərisində Azərbaycanın müəyyən qədər milli maraqlarına cavab verəni varmı?



- Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan üçün mərhələli həll modeli uyğundur. Ancaq hazırki “Madrid planı” adlanan həll modeli mərhələli həll yolunu ehtiva etsə də, sənəddə milli və təhlükəsizlik maraqlarımıza bəzi təhdidlər yer alıb. Misal üçün münaqişənin həllinin hansısa mərhələsində statusla və referendumla bağlı danışıqlar aparılmalıdır. Dağlıq Qarabağa nə qədər azərbaycanlı məcburi köşkün geri qayıtsa da, bölgədə nisbət yenə ermənilərin xeyrinə olacaq. Ona görə belə bir üzdəniraq referendumun nə ilə nəticələnəciyi üzərində çox da baş sındarmağa dəyməz.



- Gələcəkdə kitabınızda göstərdiyiniz modellerdən hansısa biri Qarabağ münaqişəsinin həllində tətbiq oluna bilərmi?



- Kitabda göstərilən modellərdən hər biri Dağlıq Qarabağa tədbiq etmək olar. Götürək Alana modelini. Dünyada Dağlıq Qarabağ münaqişəsinin həllinə uyğun mövcud olan modellər haqqında danışdıqda ən çox Aland adaları misal çəkilir. Qərbin bir sıra ekspert dairələrində Dağlıq Qarabağın gələcək statusunu əsasən bu modellə müqayisə edirlər. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker bir neçə il öncə hazırladığı hesabatda Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü. Və ya Tatarıstan modeli. Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xarici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Dağlıq Qarabağın Tatarıstanın statusuna malik olması müstəqil iqtisadi siyasət yürütməsi, iqtisadi sahədə müstəqil xarici razılaşmalar imzalaması, xarici ölkələrdə iqtisadi nümayəndəliklər açması, yerli idarəetmə institutları formalaşdırması və qəbul edilən qanunların Azərbaycan qanunvericiliyi ilə uzlaşdırılması, bir sözlə, yerli hakimiyyətin böyük idarəçilik səlahiyyətlərinə malik olması deməkdir.



- Ümümiyyətlə, Ermənistanın siyasi ekspertləri, siyasətçiləri bu modellər içərisində hansını öz ölkələri üçün məqbul sayırlar?



- Ermənistan hələ ki, heç bir modelə maraq göstərmir. Guya Dağlıq Qarabağ bütün bu modellərdən fərqlənir. Halbuki Dağlıq Qarabağın elə bir özəlliyi yoxdur. Separatizm hər yerdə oxşardır. Ermənistanın siyasi dairələri və ekspertləri Dağlıq Qarabağ üçün yalnız müstəqillik tələb etsələr də, Aland adalarında təşkil olunan toplantılarda əsl muxtariyyətin nə demək olduğunu avropalı ekspertlərin dilindən öyrəniblər. 2006-cı ildə Aland adasında qatıldığım konfransda Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi isveçrəli Andreass Qrossun məruzəsini dinlədim. Vaxtilə İsveçrə parlamentində “erməni soyqırımı” qətnaməsinə səs verdiyindən onun Dağlıq Qarabağ münaqişəsinin həllində də qərəzli ola biləcəyi düşünülə bilərdi. Ancaq Qross həmin konfransda ermənilərə müraciət edərək, Dağlıq Qarabağa Alanddakına bənzər muxtar statusun verilməsini problemin ən uyğun həlli adlandırmışdı. O, nə dediyinin fərqində idi. Çünki vaxtilə Alandın statusu ilə bağlı geniş araşdırmalar aparan Qross Azərbaycan üzrə həmməruzəçi olduğu illərdə Dağlıq Qarabağ münaqişəsi haqqında da kifayət qədər məlumat toplamışdı. Erməni separatçılarının hazırda istinad etdiyi yeganə beynəlxalq təcrübə Kosovodur. Ancaq Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməz. Qərb dövlətlərinin liderləri və diplomatları bunu dönə-dönə vurğulayırlar. Kosovonun alban əhalisi vaxtilə Serbiyanın etnik təmizləməsinə məruz qalıb və bu amil Kosovonun müstəqilliyinin tanınmasında vacib amilə çevrilib. Bu kimi qərarlara keçmiş Yuqoslaviya hakimiyyətinin Balkanlarda törətdikləri qətliamlar da təsir edib. Kosovodan fərqli olaraq Dağlıq Qarabağda azərbaycanlılar etnik təmizlənməyə məruz qalıblar, ona görə də iki fərqli bölgə arasında paralellər aparmaq yersizdir.



- Hazırda Qarabağ danışıqlarında heç bir irəliləyiş yoxdur. Ancaq bu günlərdə avropalı diplomat Piter Semnebi ”Qarabağ danışıqlarında irəliləyiş var” açıqlamasını verdi. Neçə düşünürsünüz Qarabağ münaqişənin həlli ətrafında irəliləyiş gözlənilirmi?



- Piter Semnebinin nəyə istinad etdiyini söyləmək çətindir. Çünki tərəflər prinsipial məsələlərdə ortax məxrəcə yaxınlaşmayıblar. ATƏT-in dekabrın 3-də işə başlayacaq zirvə toplantısından da real nəticə gözləmirəm. Ola bilər ki, ciddi əhəmiyyət kəsb etməyən hansısa ortaq bəyanat imzalansın. Ancaq münaqişənin köklü həllinə yönəlik sənədin imzalanacağını proqnozlaşdırmıram.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 75
Dün Tekil 1947
Bugün Tekil 1659
Toplam Tekil 4078387
IP 18.222.125.171






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.883 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu