Elxan Şahinoğlu ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Elxan Şahinoğlu ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 15.10.2010 > Kaç kez okundu? 3057

Paylaş


Elxan Şahinoğlu: “Azərbaycan İranla normal münasibətlər saxlamağa çalışsa da, Tehranın vasitəçiliyini qəbul etməyəcək”



İran Azərbaycan münasibətləri, bu münasibətlər hərbi istiqamətdə inkişaf edə bilərmi? Bu mövzu ətrafında söhbət etmək üçün “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğluna müraciət etdik.



- Bu günlərdə İran Müdafiə Nazirinin Azərbaycana baş tutan səfərini necə dəyərləndirirsiniz? Bu, səfərin arxasında hansı gizli məqamlar dayanır?



- Iran ətrafında dairə qapanmaq üzrədir. BMT-nin sanksiyaları ilə bərabər başda ABŞ olmaqla Avropa Birliyi ölkələri də İrana qarşı təktərəfli sanksiyalar qəbul ediblər. Bu durum İran iqtisadiyyatına mənfi təsir etməyə başlayıb, böyük şirkətlər bu ölkə ilə imzaladığı müqavilələrdən imtina edirlər. İran hakimiyyəti bu vəziyyətdən çıxış yolunu heç olmazsa yaxın qonşuları ilə münasibətlərin nizamlanmasında və inkişafında görür. İranın müdafiə nazirinin Bakıya səfərinə də bu aspektdən yanaşıram. Qonşu ölkənin müdafiə naziri Azərbaycanla hərbi əməkdaşlıqda maraqlı olduğunu bildirib. Ancaq güman etmirəm ki, rəsmi Bakı İranın müdafiə nazirinin bu istəyinə müsbət cavab versin. Birincisi, Qərb dünyası ilə sıx əməkdaşlıq edən rəsmi Bakı ABŞ və Avropa Birliyinin İranla bağlı yürütdüyü siyasəti nəzərə almaq məcburiyyətindədir. Ikincisi, Tehranın Ermənistan siyasəti də Azərbaycanın İranla sıx münasibətlərini mümkünsüz edir.



- İran Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir. Sizcə, indiki məqamda İranın bu siyasətinə inanmaq olarmı?



- İranın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olmaq səmimiyyətinə inanmıram. Bir dəfə 1992-ci ildə İranın vasitəçiliyinə inandıq, Şuşa əldən getdi. Azərbaycan ikinci dəfə bu səhvi təkrarlamaz. Bir də axı, İranın münaqişənin həlli ilə bağlı konkret nə planı var? Planı varsa, masa üzərinə qoysun. İran əvvəlkitək işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında bərabərlik işarəsi qoymağa çalışır. Belə isə İran münaqişənin ədalətli həllini necə yaxınlaşdıra bilər? İran əvvəlcə Ermənistanla isti münasibətlərinə göz gəzdirsin sonra Bakıya nəsə təklif etsin. Yoxsa sözdə “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyib əməldə Ermənistanın yanında olması ilə İran vasitəçi ola bilməz. İran sadəcə münaqişənin həll mərhələsində Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlı qüvvələrin varlığından çəkinir. Məlumdur ki, həmin sülhməramlı qüvvələrin tərkibi əsasən NATO ölkələrinin hərbçilərindən təşkil olunmalıdır. İran hakimiyyəti də Qərblə baş-başa gəldiyi ərəfədə sərhədində NATO hərbçilərini görmək istəmir. Elə buna görə də Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində deyil, onun uzanmasında maraqlıdır ki, sülhməramlı qüvvələr bölgədə yerləşdirilməsin.



- Maraqlı olan odur ki, rəsmi Bakı İranın münaqişənin həllində fəallaşmaq istəyini normal qəbul edir. Bunu səfir Cavanşir Axundovda Mehr agentliyinə açıqlamasında bildirib. Ola bilərmi ki, bu açıqlamanın verilməsinin arxasında rəsmi Vaşinqtonu münaqişənin həllində hərəkətə gətirmək üçün verilib?



- Düşünürəm ki, səfirimiz Tehranın könlünü almaq üçün belə bir ifadə işlədib. İranda çalışan diplomatdan fərqli açıqlama gözləmək yersiz olardı. İranda çalışan səfir açıq şəkildə “Tehranın vasitəçiliyini qəbul etmirik” deyə bilməz. O, hansısa diplomatik ifadələr işlətmək məcburiyyətindədir. Səfir Azərbaycan XİN-ə tabedir. XİN isə İranın vasitəçiliyi ilə bağlı konkret bir açıqlama verməyib. Əksinə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Bakıda iranlı həmkarını qəbul edərkən İrana işarə edərək, “bəzi dövlətlər hələ də işğalçıya dəstək verirlər” sözlərini işlədib. Elə bu ifadə ondan xəbər verir ki, Azərbaycan İranla normal münasibətlər saxlamağa çalışsa da, Tehranın vasitəçiliyini qəbul etməyəcək.



- Bəs bu gün İranın regional münaqişələrin həllində gücü yetərincədirmi?



- Məncə, İran hakimiyyəti regional münaqişələrin həllində iştiraka can atmaqdansa, öz gələcək taleyi haqqında ciddi düşünməlidir. Beynəlxalq aləmə meydan oxuyan, daxildə siyasi və iqtisadi islahatlar aparmayan, Azərbaycan Türklərinin haqlarını tanımaq istəməyən rejim zamanın əleyhinə işlədiyini anlamalıdır. Tehran yaxın qonşulara münaqişələrin həlli ilə bağlı təkliflər irəli sürərək sadəcə baş qatmaq istəyir. Ancaq Tehran hətta strateji ortağı olan Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv rol almaqla bağlı “hə” cavabı ala bilmir.



- Gələcəkdə Xəzər dənizində İran-Azərbaycan arasında hərbi təlimlərin keçirilməsi perspektivinə neçə baxırsınız? Qarşıda iki ölkə arasında hərbi əlaqələrin inkişafı mümkündürmü?



- Yenə də təkrar edirəm, İran-Azərbaycan hərbi əməkdaşlığının perspektivi yoxdur. Əlbəttə birgə kiçik həcmli hansısa təlimlər keçirilə bilər. Ancaq Tehranda anlamalıdırlar ki, Azərbaycan Qərblə münasibətlərini İranla genişmiqyaslı hərbi əməkdaşlığa qurban verməz. Çünki, biz İranla hərbi əməkdaşlıq etsək, Qərb Azərbaycandan bunu hesabını soruşacaq. Odur ki, Azərbaycan müstəqil xarici siyasət yürütsə də, İrana qarşı yönələn sanksiyaları qulaqardına vurmaz.





Elnur Eltürk

















Yorumlar









Aktif Ziyaretçi 68
Dün Tekil 1947
Bugün Tekil 1642
Toplam Tekil 4078370
IP 3.17.75.227






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.120 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu