Əlirza Amanbəyli ilə Müsahibə - Seymur HƏSƏNLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Əlirza Amanbəyli ilə Müsahibə - Seymur HƏSƏNLİ
Tarih: 07.10.2010 > Kaç kez okundu? 3120

Paylaş


PKK silahlıları Türkiyəni tərk edərək Güney Azərbaycanın qərb bölgəsinə və Dağlıq Qarabağa köçmək göstərişi alıb



Əlirza Amanbəyli: “Kim deyirsə İran adlanan məmləkətdə insan haqları Azərbaycandan yaxşıdır, bilin ki, o adamlar ya cahildir, ya da xain”



“Yeni Nəfəs+” qəzetinin müsahibi Dünya Azərbaycanlıları Konqresi mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəylidir. Əlirza bəy Güney Azərbaycanda son həbslər barədə danışacaq və DAK İdarə Heyətinin üzvü Eliza İsmayılovanın İran adlanan məmləkətdə saxlanılmasına aydınlıq gətirəcək.



23 sentyabrda İranda məktəblilərin dərs ili başladı. Amma yenə türkcə təhsil yox, yenə həbslər davam edir. Sizcə proses hansı istiqamətdə gedir?

Məlum olduğu kimi İran adlanan ölkənin əhalisinin ən azı 50% ni Türklər təşkil edir. Tarix boyu o məmləkəti Türklər idarə edib. Lakin Qacarlar hakimiyyəti ingilislər və antitürk güclər tərəfindən süquta uğradıqdan sonra İran adlı məmləkət ortaya çıxdı. Bu adla bərabər “İranlı” adı altında bütün qeyri-fars millətlərin dilini, milli varlıqlarını, adət- ənənələrini, tarixini, mədəniyyətini tamamilə məhv etmə siyasəti başlandı. Bildiyiniz kimi Güney Azərbaycan Türkləri zülmə, ədalətsizliyə qarşı hər zaman mücadilə aparmış bü gün də bu mübarizə milli azadlıq mücadiləsi olaraq davam etməkdədir. Baxmayaraq ki İran rejimi bütün gücü ilə Güney Azərbaycan Türklərinin haqq səsini boğmağa çalışır. Milli fəalları, ziyalıları bəhanə ilə həbs edərək ağır fiziki və ruhi işgəncələrə, uzun müddətli həbslərə məhkum edərək xalqın iradəsini sındırmağa çalışır, Güney Azərbaycan milli azadlıq hərəkatının aparıcı simalarını şübhəli şəkildə öldürür. Hal hazırda İran həbsxanalarında milli haqlarını və insan hüquq və azadlıqlarını tələb edən yüzlərlə güneyli soydaşlarımız saxlanılır. Onların bir qisminin adları açıqlansa da, əksəriyyətinin kimiliyi haqda məlumat əldə etmək mümkün olmayıb. İran rejimi qapalı bir rejimdir, bu anti-insani hakimiyyət beynəlxalq konvensiyalara heç bir məhəl qoymayır. Hər hansı bir dövlət İranda insan haqlarının pozulduğunu dilə gətirirsə fars rejimi dərhal o dövləti İranın daxili işlərinə qarışmaqda itiham edir. Bir haldaki insan haqları heçbir dövlətin daxili işi deyil. Son aylarda futbol yarışlarında çoxlu sayda soydaşımız milli haqlarını tələb edən şüarlar səsləndirdiyinə görə həbs olunaraq ağır itihamlarla məhkum edilirlər. Amma bütün bunlara baxmayaraq Güney Azərbaycan Türkləri öz milli azadlıqını əldə edənə qədər mübarizələrini davam etdirəcəklərini dəfələrlə bəyan ediblər.



Bəzi üzdəniraq müxalifətçilər İranda insan hüquqlarının vəziyyətini Quzey Azərbaycandan yaxşı qiymətləndirib. Buna münasibətiniz?

Bilirsiz ataların bir yaxşı sözü var “Balıq sudan çıxmasa suyun qədrini bilməz”. Mən həmin məntiqsiz müxalifət düşərgəsinə bir tövsiyəm var. Onlar getsinlər bir müddət İranda yaşasınlar və ordakı durumla yaxından tanış olsunlar. İranda hər gün ən azı 10 nəfər, əhalinin gözü qarşısında asılaraq edam olur, qadınları yalançı itihamlarla həbs edirlər və istədiklərinə nail olmayanda onlara daşqalaq yolu ilə edam hökmü verilir, söz və qələm azadlığından əsər-əlamət yoxdur, işsizlərin sayı milyonlarladır, narkomanların sayıda milyonlarla ölçülən ölkədə və milli ayrı-seçkilk olan bir yerdə hansı insan haqlarından danışmaq olar? Mən “müxalifətə” son olaraq bunu deyə bilərəm ki, qısa müddətdə öz müstəqilliyini eldə etmiş Quzey Azərbaycanda insan haqlarının durumu qonşu dövlətlərlə müqayisədə, hətta bəzi inkişaf etmiş ölkələrdən də yüksək səviyyədədir. İnsan gərək nankor olmasın. Kim deyirsə İranda insan haqları Azərbaycandan yaxşıdır bilin ki, o adamlar ya cahildir, ya da xain.

Ötən ayın ən qalmaqallı hadisəsi DAK İdarə Heyətinin üzvü Eliza İsmayılovanın İranda saxlanılması oldu. Hər istiqamətdə informasiya yayıldı. Bəs həqiqət necə idi?

Eliza xanımın Təbrizdə həbs olunmasından istifadə edərək kimlərinsə özünü təbliğ etmək və məsələni olmadığı kimi şişirtmək yaxşı hal deyil. Eliza xanım yaxın qohumları ilə birlikdə Tehrana müalicə üçün getmiş və oradanda Təbrizdə olan qohumlarına qonaq baş çəkmişdir. Təbrizdə olduğu müddətdə yəni 22 sentyabr 2010-ci il tarixində İran məmurları Eliza xanımın qaldığı evə gəlmiş və Eliza xanımın pasportunda texniki səhv olduğunu bildirmişlər. Qaynatası Qulaməli Həsənzadə ilə birlikdə polisə aparmışlar və qısa müdətli sorğu-sualdan sonra azad etmişlər. Amma Eliza xanımın DAK İdarə Heyətinin üzvü olması və 10 ilə yaxın bir müddətdə Güney Azərbaycan məsələsilə məşğul olmasına görə İrana getməsi çox riskli bir adım idi. Bununla yanaşı Eliza xanım orada həbs olunan zaman burdakı bəzi mətbuat orqanlarında onun İran ETTELAAT məmurları tərəfindən oğurlanması xəbərinin yayılması da cidi problem yarada bilərdi. Lakin Eliza xanım dərhal İran ərazisini tərk edərək Naxçıvan vasitəsilə Bakıya qayıtdı və cidi təhlükədən canını qurtardı. Amma biz Eliza xanımın həbs olma xəbərini eşidən kimi Xarici İşlər Nazirliyinə müraciət etdik və dərhal müsbət təsirini gördük. Mən Azərbaycan Xarici İşlər Nazirliyinə və Təbrizdəki baş konsulluğumuza öz təşəkürümü bildirirəm.



Son günlər PKK-nın Türkiyəni tərk edəcəyi xəbəri yayımlanıb. Sizcə PKK hara gedir?

PKK bir terror təşkilatıdır və bu təşkilatın arxasında dayanan güclər, ondan öz siyasi məqsədləri üçün istifadə edirlər. Bütövlükdə terror təşkilatları hər zaman olduğu kimi bu gün də hansı dövlət onları dəstəkləyirsə, o dövlətin ruporuna çevrilirlər. Bildiyiniz kimi PKK və Daşnaksütyun terror təşkilatının ortaq mənafeləri və ortaq hədəfləri var. Onlar birlikdə anti-türk hərbi əməliyyatlar və terrorlar həyata keçirirlər. Uzun illərdən bəri PKK, PJAK, DAŞNAKSÜTYUN, ASALA kimi terror təşkilatlarının hədəfləri Türk millətinə və dövlətlərinə qarşı mücadilədən ibarətdir. Bu təşkilatların maliyəsi, əsasən narkobiznes, silah alveri, insan alveri, sifarişli qətllər həyata keçirməklə təmin olunur. Erməni terror təşkilatlarına silah və narkotika əsasən İran, Rusiya vasitəsilə çatdırılır. PKK və PJAK terror təşkilatlarının silahları və maliyə mənbələri İsrail və s. ölkələrdən təmin olunur. Son günlərdə Türkiyədə Anayasada ciddi dəyişikliklər, həm erməniləri həm də separatçı kürdləri rahat edib. Türkiyədən artıq erməni və terrorçu kürdlərə ciddi təhlükələrin olmayacağını hiss edərək o əraziləri tərk etmək göstərişi alıblar. Bu yaxınlarda PKK-nın liderlərinin biri İsrail TV-sinə müsahibəsində bildirmişdi ki, PKK İsrail dövlətinə hər zamn güvənib. Bundan sonra da onların yanında olacağnı açıq şəkildə bəyan edib. PKK Türkiyə torpaqlarını tərk etmək qərarı verməsinin səbəblərinə gəldikdə, mən belə hesab edirəm ki, PKK silahlıları Türkiyəni tərk edərək Güney Azərbaycanın qərb bölgəsinə və Dağləq Qarabağa köçmək göstərişi alıb. PJAK və PKK zahirdə İraq, Türkiyə və İran Kürdlərinin haqlarını qorumaqı özünə hədəf göstərsə də, batində “böyük kürdüstanı”, “böyük ermənistanı” Azərbaycan torpaqlarında reallaşdırmaq niyyətindədir. PKK liderləri özləri hamıdan yaxşı bilirlər ki, onlar qurulduğu gündən bu günə qədər ya Rusun, ya İsrailin, ya da hər hansı bir dövlətin oyuncağı olublar. Amma mən bir Güney Azərbaycan Türkü olaraq demək istəyirəm ki, Türk millətinin qurduğu dövlətlər hər zaman tolerantlığı ilə seçilib və kiminsə oyuncağı olmayıb. Türkün torpaqları hesabına nə erməniyə, nə də terroçu kürdə dövlət qurmağa icazə verməyəcək.



Söhbətləşdi: Seymur HƏSƏNLİ





Yorumlar









Aktif Ziyaretçi 52
Dün Tekil 1947
Bugün Tekil 1073
Toplam Tekil 4077801
IP 18.220.160.216






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu