Nazim Məmmədov ilə - Müsahibə - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Nazim Məmmədov ilə - Müsahibə
Tarih: 06.10.2010 > Kaç kez okundu? 3213

Paylaş


Hansısa namizədin adının siyahıya düşməsi onun deputat seçilməsi demək deyil



Nazim Məmmədov: "Güman edirəm ki, bu il Azərbaycan hakimiyyəti Avropa standartlarına uyğun seçki keçirməyə nail olacaq"



Bu ilin noyabr ayında növbəti müddəti başa çatmaqda olan Azərbaycan parlamentinin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Noyabrın 7-də keçirilməsi gözlənilən parlament seçkiləri demokratik şəraitdə keçiriləcəkmi? İmzalanmasının 16 ili tamam olan "Əsrin müqaviləsi" ölkəmizin siyasi-iqtisadi və sosial həyatında hansı rolu oynayıb? Bu və digər suallarımızı Milli Məclisin deputatı, tanınmış iqtisadçı Nazim Məmmədov cavablandırdı.



- Nazim müəllim, Milli Məclisin üzvü olaraq beş illik parlamentin fəaliyyətini neçə dəyərləndirirsiniz?



- Təbii ki, parlamentin fəaliyyətini müsbət dəyərləndirirəm. Dəyərləndirməyə iki meyardan yanaşardım. Bu, istər kəmiyyət baxımından qanunların çoxluğu, istərsə də keyfiyyət baxımından qanunların qəbul edilməsində özünü göstərir. Bunlar parlamentin fəaliyyətinə pozitivlik gətirir. Həm də Azərbaycan yeni müstəqilliyini əldə edən dövlətdir və onun qanunlarını Avropa standartlara çatdırmaq lazımdır. Mən xüsusilə parlamentin fəaliyyəti dövründə diqqəti bir neçə məqama çəkmək istərdim: Bu məqamlardan biri Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin parlamentdən keçməsidir. çirkli pulların yuyulmasına qarşı olan antikorrupsiya haqqında, terrorçuluğu qadağan edən maliyyəşləşmə haqqında qanunun qəbulu, bir də bələdiyyələrin statusunun artırılması ilə bağlı götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi idi.

İkinci məsələ isə, Avropa sosial xartiyasına uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə qanunların qəbul edilməsini parlamentin ən uğurlu fəaliyyətindən hesab edirəm. Eyni zamanda mülki məcəlləyə edilən bir neçə dəyişiklikdə səhmdarların hüquqlarını qoruyan məhdudiyyətin qoyulması. Bundan sonra mənzil fondu yaradıldı.

Bir iqtisadçı olaraq Milli Bankla bağlı qəbul olunan qanunda Milli Bankın öz rezervlərinin Azərbaycanda istifadəsinə verilən hüququn tanınmasına böyük dəyər verirəm. Bu qanunun qəbulundan sonra əvvəllər bank 6 aya kredit verirdisə, indi isə bu məhdudiyyətsizdir. Belə qanunlarin qəbul edilməsi ölkəmizin iqtisadi inkişafına öz müsbət təsirini göstərir.



- Bəs özünüzün təşəbbüsü ilə qəbul edilən qanunlar oldumu?



- Yuxarıda qeyd etdiyim kimi, Milli Bank haqqında qəbul edilən qanunun, Hesablama Palatası ilə bağlı nəzərdə tutulan dəyişiklərin birbaşa olaraq təşəbbüskarı özüməm.

- ümümiyyətlə, tam mənada parlamentin fəaliyyəti sizi qane edirmi?

- ümümilikdə qane edən və etməyən tərəfləri də var. Yəni tam mənada desək ki, qane edir, yanılmış olarıq. Düşünürəm ki, komitələrin fəaliyyətini daha güclü qurmaq olar və ən əsas da sosial dinləmələrin yüksək səviyyədə təşkil edilməsi daha məqsədəuyğundur. Azərbaycan qanunvericiliyinə uyğun olaraq nazirlik və komitələrin parlament qarşısında hesabatlarını intensiv təşkil etmək olar.



- Belə olan halda, hansı zərurətdən yenidən namizədliyinizi irəli sürdünüz?



- Mənim seçki təbliğatı dövründə platformamda prinsip kimi irəli sürdüyüm məsələlərin ən başlıcası rayonun yerli əhalisinin sosial infrastrukturunun yaxşılaşdırılması ilə bağlı verdiyimiz vədlərimizin demək olar ki, çox hissəsi həyata keçdi. Əsasən mənim üçün ucqar kəndlərə qazın çəkilməsi idi. Bu, məsələ seçki platformamda birbaşa olaraq göstərilirdi. Şukurlər olsun ki, Azərbaycan Prezidentinin 2006-cı ilin noyabr ayının 1-də Gədəbəyə olan səfərində qaldırdığım məsələ həyata keçməyə başlayır. Artıq 60 km magistral xətt çəkilir. Hazırda Saratovka ətrafında altı kənd, Şınıx ətrafında isə 17 kənd ilin sonuna kimi qazla təmin olunacaq. Onu da qeyd edim ki, sovet hakimiyyətinin 70 ildə görə bilmədiyi işi, Azərbaycan hakimiyyəti qısa müddət ərzində uğurla reallaşdırmaqdadır. Bu gün bu işlər Azərbaycana daxil olan neft gəlirlərinin hesabı sayəsində həyata keçirilir.



- Bir iqtisadçı olaraq bu gün Azərbaycan dövlətinin yürütdüyü neft strategiyası ilə bağlı fikirlərinizi eşitmək maraqlı olardı. Həm də sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasının 16 ci il dönümü idi...



- Bu gün Azərbaycanın inkişaf etməsində və ayağa durmasında "Əsrin müqaviləsi"nin böyük rolu oldu. Saziş Azərbaycanın inkişafı üçün yeni üfüqlər, yollar açdı. Mərhum prezidentimiz Heydər Əliyev şəxsi nüfuzu və müdrikliyi sayəsində xarici şirkətləri Azərbaycana cəlb edə bildi. Onların yatırdığı sərmayə ölkəmizin inkişafına gətirib çıxartdı. Neft müqaviləsindən sonra Azərbaycana stabillik yaranmağa başladı. O, dövrün siyasi mənzərəsinə nəzər salsaq görərik ki, həmin vaxt hansı proseslər cərəyan edirdi. Cənub və Şimaldan Azərbaycana qarşı bir qısqanclıq var idi. Bu dövlətlərin Azərbaycan üzərindən nüfuzlarının diqtə edilməsi uğrunda ciddi savaşı gedirdi. Azərbaycana belə şəraitdə böyük təminatlar olmasa idi, öz müstəqilliyini qoruyub saxlaya bilməzdi.

Uğurlu neft strategiyasının ardınca 1999-cu ildə Neft Fondunun yaradılması və onun nizamnaməsinin qəbul edilməsi ölkəmizin sosial-iqtisadi inkişafının düzgün yolda olduğunu göstərdi. 2000-ci ildən başlayaraq fonda vəsaitlərin daxil olması nəticəsində, ölkəyə çoxlu sayda valyuta gəldi və dövlət büdcəsinin vəsaitləri 10 dəfə artdı.

Düzdür, fondla bağlı bizim də müəyyən qədər tənqidi fikirlərimiz var. Bu gün fondun vəsaitlərinin Azərbaycanın iqtisadi inkişafına cəlb etmək olar və həmin vəsaitlər hesabına ölkənin iqtisadiyyatını daha da gücləndirmək olar.

Ancaq bütün bunlara baxmayaraq, 2003-ci ildən Azərbaycan Qafqaz bölgəsinin önəmli lider dövlətinə çevrildi. Hal-hazırda Azərbaycan bölgənin iqtisadi-siyasi yönünü müəyyən etməkdədir. Regionda iri iqtisadi layihələr birbaşa onun iştirakı ilə həyata keçirilir.



- Sizcə, hakimiyyət tərəfindən parlament seçkiləri demokratik şəraitdə keçirələcəkmi?



- Azərbaycan gənc dövlətdir. ölkəyə demokratik ideyalar yeni-yeni gəlir. İldən-ilə bu proses intensiv şəkildə gedir. Azərbaycanın nüfuzu artıqca, iqtisadi imkanları genişləndikcə, ona beynelxalq diqqət artmaqdadır. Güman edirəm ki, Avropa standartlarına uyğun seçki keçirməyə nail olacağıq. Hər seçkidə demokratiyaya doğru addımlar atılır və biz bunu müşahidə edirik. Seçkilərin necə keçməsi bir qədər də namizədlərin fəaliyyətindən aslıdır. Bu gün elə partiyalar var ki, onun bir neçə nəfər üzvü var. Bir də qəzetlərin anonsunda oxuyuruq ki, filan partiyanın 70 namizədi var. Bu anormallıqdır. Azərbaycanın seçki sistemi majoritar qayda da keçirilir. Ona görə fərdlər öz güclərinə arxalanmalıdırlar. Namizədlər partiyaların arxasında gizlənməsinlər. Bu gün Yeni Azərbaycan Partiyasının 500 mindən çox üzvü var. Məni narahat edən məqam odur ki, seçkilərdə iştirak edən insanlar öz partiyalarının prinsiplərinə səmimidirlər, nə qədər çox demokratik dəyərlər haqqında düşünürlər. Azərbaycan üçün nəsə etmək haqqında düşünürlərmi? Cəmiyyət özü bu sualların cavabını analiz etməlidir.



- Kifayyət qədər aktiv millət vəkilisiniz və bu gün YAP özü sizin kimi fəal üzvlərinin parlamentə üzv seçilməsində maraqlı olmalıdır. Nə üçün sizin namizədliyiniz müdafiə olunmadı və adınızı siyahıya salınan namizədlər arasında görə bilmədik?



- Yeni Azərbaycan Partiyasının üzvü olsam da, 2005-ci ilin seçkilərində müstəqil olaraq iştirak edirdim. öncə onu qeyd edim ki, sentyabrın 15-də Şınıx seçki dairəsinin təşəbbüs qrupu tərəfindən mənim namizədliyim irəli sürülüb. Ancaq Yeni Azərbaycan Partiyası öz namizədlərinin siyahısını sentyabrın 18-də açıqladı. Məncə, hər bir partiya şanslı namizədini dəstəkləsə, bu daha məqsədəuyğun olardı. Həm də seçkilərdə elə namizəd ola bilər ki, o, seçki təbliğatını düzgün qursun və qalib gəlsin. Seçkidə sürprizlər baş verə bilər.



- Axı Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər o qədər də ictimaiyyət tərəfindən tanınan isimlər deyil. Sizin dairədən namizədliyi irəli sürülən Rafiq Həsənovu tanıyırsınızmı?



- Bəli, Rafiq müəllim bizim hörmət etdiyimiz həmkarlarımızdan biridir. O, 103 saylı Gədəbəy seçki dairəsinin deputatıdır. Siz deyirsiniz, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin arasında tanınan isimlər yoxdur. Mən o, fikirlə razılaşmıram. Elə tanınmayan namizəd ola bilər ki, o seçki təbliğatını yüksək səviyyədə təşkil edər, nəticələr o insanın uğuru ilə başa çatar. Mən özüm 2005-ci ildə o qədər də tanınmırdım və sahibkarlıqla məşğul idim. Ancaq seçki texnologiyasını güclü qura bildim və bu mənə uğur gətirdi. Yəni hər şey namizədin özündən aslıdır.



Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 55
Dün Tekil 1947
Bugün Tekil 903
Toplam Tekil 4077632
IP 3.145.163.58






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu