Yeddi Dövlət – Bir Millət Dərnəyi ləğv edilir - Azer HASRET - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Yeddi Dövlət – Bir Millət Dərnəyi ləğv edilir - Azer HASRET
Tarih: 19.09.2010 > Kaç kez okundu? 3149

Paylaş


Bakı, Yalquzaq.com, 19.09.2010 – İki ilə yaxın bir müddət ərzində səhnədə olan, Türkiyənin Bursa şəhəri mərkəz olmaqla fəaliyyət göstərən Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyi 13 sentyabr 2010-cu ildə keçirilən Yönətim Qurulunun qərarı ilə ləğv edilir. Yalquzaq.com-un dərnəkdən əldə etdiyi bilgiyə görə, artıq 14 sentyabr tarixindən dərnəyin ləğv edilməsi işləmlərinə başlanmışdır. Dərnəyin qurucu başqanı Cemal Serin, həmçinin dərnək təmsilçiləri Murat Akçay və Hüseyin Aygündən ibarət heyət bir ay müddətinə ləğvetmə işləmlərini tamamlamalıdır. Bundan sonra dərnəyin ləğv edilməsi barədə sənədlər müvafiq dövlət qurumuna təqdim ediləcək və Yeddi Dövlət – Bir Millət Dərnəyi rəsmən fəaliyyətini dayandırmış olacaq.



Bu “acı xəbər” qurumun türk cümhuriyyətləri üzrə baş təmsilçisi, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətə də təsirsiz ötüşməsin gərək. Elə buna görə də Yalquzaq.com xəbər saytı adı çəkilən şəxsdən dərnəyin ləğvinin əsl səbəblərini və məsələyə münasibətini öyrənib. Onu da qeyd edək ki, 34 saylı Xətai II seçki dairəsindən deputatlığa iddia edən və şansı yüksək qiymətləndirilən Azər Həsrətin belə bir məqamda böyük bir dəstəkdən məhrum olduğunu söyləmək olardı. Ancaq…



Gəlin Azər Həsrətin özünü dinləyək: “Dərnəyin ləğvi məsələsi bir neçə dəfə gündəmə gəlib. Qurumun genəl başqanı İbrahim Demirtaş bu günə kimi onu, demək olar ki, öz hesabına yaşadıb. Dərnək qurulanda ona ciddi dəstək sözü verənlər sonradan sözlərinin arxasından qaçınca İbrahim bəy dəfələrlə böhranlı duruma düşsədə ailəsinin və şəxsi işlətməsinin hesabına onu yaşatmaq üçün əlindən gələni edib. Mən özüm dəfələrlə Bursaya səfər edərək orada fəallarla görüşlər keçirmişəm və bu da bir müddət faydasını verib. Ancaq görünür oradakı insanlarla işin qurulmasında qüsurlar da yer aldığından dərnəyə maddi dəstək vermək istəyənlər demək olar ki, qalmayıb. Təbii ki, belə bir dərnəyi bir nəfərin tək başına ayaqda tuta bilməsi asan məsələ deyil və İbrahim bəy də böhranın tam dərinləşdiyi bir anda nə qədər ağır olsa da ləğvetmə qərarı alıb. Əlbəttə ki, biz buna dərindən təəssüflənirik. Ancaq əlimizdən gələn bir şey yoxdur”.



Bəs Azər Həsrətin baş təmsilçiliyi məsələsi necə olacaq? Bu suala Konsey başqanı belə cavab verir: “Mən dərnəyin türk cümhuriyyətləri üzrə baş təmsilçisi idim. Təbii ki, dərnək ləğv edilən andan mənim də görəvim sona çatacaq. Əlbəttə ki, bu, mənim üçün heç də xoş bir şey deyil. Xüsusən də nəzərə alsaq ki, bu dərnək bir sıra çox faydalı işlər görüb və demək olar ki, türk dünyasında xeyli tanınıb. Hələ təkcə bu ilin 03 iyul tairixində Bursada açdığımız Yeddi Dövlət – Bir Millət bayraq meydanı nəyə desən dəyər. Di gəl bu cür fəaliyyətlərə imza atan bir qurum çox qısa vaxtda tarix olub gedir”.



Azər Həsrət dərnək ləğv edilsə də türk dünyasına yönəlik fəaliyyətlərini eyni sürətlə davam etdirəcəyini deyir: “Bilindiyi kimi biz bu ilin aprelində baş təmsilçilik nəzdində Yeddi Dövlət – Bir Millət Konseyi qurmuşuq və bu qurum uğurlu bir şəkildə fəaliyyət göstərməkdədir. Əslində o zamanlar açıqlamasam da mən Konseyi elə bu gün üçün qurmuşdum. Çünki dərnəyin ləğvi məsələsi tez-tez gündəmə gəlirdi və onun bir gün doğrudan da ləğv ediləcəyini güman edirdim. Bu üzdən də dostlarla birlikdə Yeddi Dövlət – Bir Millət Konseyini qurduq ki, gərək olduğu zaman muxtar şəkildə fəaliyyət göstərək. Bu gün görürəm ki, biz zamanında yetərincə müdrik qərar vermişik. Yəni dərnək ləğv edilsə də bizim Konsey eyni qaydada öz çalışmalarını sürdürəcək. Sadəcə Konseyin tabeçilik formasını dəyişmək lazım gələcək. Bu günə kimi baş təmsilçilik nəzdində fəaliyyət göstərmişiksə, bundan sonra sərbəst bir qurum kimi işimizə davam edəcəyik və yəqin ki, məsləhətləşmələrdən sonra türk dünyasına yönəlik bir qurum təsis etməli olacayıq”.



Dərnəyin ləğvinin Azər Həsrətin deputatlıq iddialarına təsirinə gəlincə, o bildirib ki, “heç bir təsirdən söhbət gedə bilməz. Çünki bu dərnək ləğv edilsə də onun təmsilçisi olduğum dövrdə qazandığım minlərlə dostlardan ibarət şəbəkə yerində qalır. Yəni dərnəyin ləğv edilməsi ilə biz onlarla ünsiyyəti kəsmirik. Həm də dərnəyin hər hansı formada mənim seçki kampaniyamda iştirakı mümkün deyildi zatən. Ona görə də bu məsələ mənim deputatlıq iddialarıma heç bir təsir göstərməyəcək”.







Yorumlar









Aktif Ziyaretçi 50
Dün Tekil 2050
Bugün Tekil 534
Toplam Tekil 4079312
IP 18.118.30.253






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu