Azər Həsrət ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azər Həsrət ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 16.09.2010 > Kaç kez okundu? 3077

Paylaş


Azər Həsrət: “Dünya gücləri Türkiyəni parçalamaq və zərərsizləşdirmək üçün bütün imkanlarını səfərbər ediblər”



Son vaxtlar qardaş Türkiyədə ciddi siyasi proseslər müşahidə olunmaqdadır, 12 sentyabrda keçirilən referendum bu ölkəyə nə verəcək? İslamçılıq xətti güclənəcəkmi? bu mövzu ilə bağlı söhbət etmək üçün Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, tanınmış jurnalist Azər Həsrətlə etdiyimiz müsahibəni təqdim edirik.



-Azər bəy, qardaş Türkiyədə keçirilən 12 sentyabr referendumunun nəticələrini “xalqın demokratiya qələbəsi” adlandırmaq olarmı?



-Bir az çətin sualdır. Düzü, bu sonucların Türkiyəni hara aparıb çıxaracağı haqqında mənim elə də nikbin proqnozlarım yoxdur. Bir az içimdə qorxu var ki, Türkiyə bu gedişlə “daha çağdaş” bir İrana çevrilə bilər. Ona görə də Türkiyənin başında bu oyunları oynayanlar ciddi düşünməlidir. Əks təqdirdə İran mürtəce rejimi ilə baş edə bilməyən dünyanın qarşısına ona bənzər daha birinin çıxması təhlükəsi yarana bilər. Bu baxımdan, əlbəttə ki, xalqın iradəsinə hörmətlə yanaşsaq da təhlükəni də sezməmiş deyilik. “Xalqın demokratiya qələbəsi”nə gəlincə, Türkiyədə hər zaman xalq iradəsi qalib gəlir. Sadəcə onu yanlış yönə çəkmək imkanları da hər zaman qalır.



-Konkret olaraq, bu referendum ölkəyə nə verəcək? Qarşıda baş verən proses və hadisələri necə proqnozlaşdırırsınız?



-Yuxarıda da dediyim kimi, Türkiyə, mənim fikrimcə heç də yaxşı istiqamətdə getmir. Xüsusən də nəzərə alsaq ki, dünya gücləri Türkiyəni parçalamaq və zərərsizləşdirmək üçün bütün imkanlarını səfərbər edib, bu baxımdan mənim düşüncələrim bir az ürəkaçan deyil.



-Əksər analitiklər Türkiyədə referendumdan sonra islamçılığın daha da güclənəcəyini qeyd edirlər. Siz bu fikirlərlə razılaşırsınızmı?



-Razılaşmamaq mümkün deyil. Çünki şəxsən özüm Rəcəb Tayyib Ərdoğan və onun partiyasının hakimiyyətə necə gəlməsini yaxından izləmişəm. Üstəlik, Türkiyədə islam adına ciddi çalışmaların olduğundan da xəbərim var. Ona görə də hazırkı sonuclar bu yöndə çalışan güclərin dəstəyini daha da artırmış oldu və təbii ki, bu da “islamlaşma” meyllərini sürətləndirəcək.



-Son illər Türk xalqının qürur mənbəyi olan ordunun zəiflədiləməsi istiqamətində məlum proseslər baş verdi. Sizcə, 12 sentyabr referendumuna həmin proseslərin məntiqi davamı kimi baxmaq olarmı?



– Onu demək istərdim ki, Türkiyədə baş verən heç bir proses təsadüfi deyil. Çünki uzun illər Türkiyədən SSRİ-yə qarşı istinad nöqtəsi kimi istifadə edilib. SSRİ dağılandan sonra artıq Türkiyənin bu roluna elə də ehtiyac qalmadı. Ona görə də indi gözlər Orta Doğuya dikilib və burada da Türkiyəni zərərsizləşdirmədən dünya gücləri istədikləri planları icra edə bilməzlər. Türkiyəni zəiflətməyin yolu isə onu türklüyündən çox islam dininə sarı yönəltməkdir. Ordu isə bu məsələdə hər zaman prinsipial mövqedə idi və dünyəviliyin keşiyində dururdu. Ona görə də bəlli güclər öncə ordunu proseslərdən uzaqlaşdıraraq bu mərhələyə qədər gələ bildilər.



-Türkiyə hakimiyyətinin yürütdüyü xarici siyasətdə islamçılıq xətti görünür. Amerikanın, Avropanın bəzi siyasətçi və tarixçiləri bu xətti “Yeni Osmanlıçılıq” ideologiyasının ayağa qalxması kimi də adlandırırlar. Dünyanın nüfuzlu qəzet və dərgilərində bu haqda geniş məlumatlar gedir...



– Bu, bir yanıltmadır. Adı “Yeni Osmanlıçılıq” olsa da Türkiyədə hazırda yürüdülən siyasət, əksinə, bu dövləti kiçildir və zəiflədir. Təbii ki, qərbdə belə fikirlər məqsədli şəkildə səsləndirilir. Və təəssüflər olsun ki, Türkiyə ictimaiyyətinin böyük bir qismi də buna aldanır.



-Son sualımız bu günlərdə sizin təşəbbüsünüzlə Yeddi Dövlət – Bir Millət Konseyi tərəfindən ortaq türk əlifbasının ictimaiyyətə təqdim edilməsi ilə bağlıdır. Ümümiyyətlə, layihə ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən neçə qarşılandı? Və mümkünsə layihə haqqında oxucularımıza məlumat verərdiniz.



– Çox önəmli məsələyə toxundunuz. Öncədən deyim ki, biz bu təşəbbüsü irəli sürdüyümüz andan ciddi dəstək qazandıq. İstər Azərbaycan, istərsə də başqa türk toplumlarından çox ciddi rəylər gəldi. Sevindiricidir ki, bu rəylərin hamısı olumlu yöndədir. Yəni heç kim təşəbbüsə qarşı deyil. Layihəyə gəlincə, mən hazırda bağımsız türk dövlətlərində yürürlükdə olan latın əlifba formalarını bir yerə toplayaraq onların ortaq və fərqli yönlərini təhlil etmişəm. Bundan sonra bütün türk xalqları üçün keçərli ola biləcək 34 hərfdən ibarət əlifba layihəsi hazırlamışam. Azərbaycan əlifbasından söhbət gedirsə, burada “ə” hərfini üstü nöqtəli a (ä) ilə əvəz etmək, sağır nunu (ň) bərpa etmək və qoşa v (w) hərfini əlifbaya gətirmək təklifim var. Göründüyü kimi mövcud əlifbada cəmi bir hərfi dəyişib daha iki hərf əlavə edirik. Digər türk dillərində də eyni şəkildə uyğunlaşdırma aparmaqla bu işi qısa müddətə bitirmək olar. Yeri gəlmişkən onu da deyim ki, mən məsələ ilə bağlı TürkPA baş katibi Ramil Həsənovla əlaqə saxlamışam. O, 15-16 sentyabrda İstanbulda keçiriləcək Türk Zirvəsində bu məsələni də gündəmə gətirəcəyini bildirib.



Söhbətləşdi: Elnur Eltürk









Yorumlar









Aktif Ziyaretçi 56
Dün Tekil 1947
Bugün Tekil 945
Toplam Tekil 4077673
IP 3.19.30.232






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu