AZƏRBAYCAN TÜRKLÜYÜNÜN XİLAS GÜNÜ - Seymur HƏSƏNLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









AZƏRBAYCAN TÜRKLÜYÜNÜN XİLAS GÜNÜ - Seymur HƏSƏNLİ
Tarih: 09.09.2010 > Kaç kez okundu? 2910

Paylaş


“Azərbaycan çöllərində türk qardaşlarımızın qanı bizim türklərin qanı ilə bir-birinə qarışdı. Mənşə etibarilə biz bir-birimizə qohumuq, indi bizim bir-birimizə qarışan qanımız bunu bir daha möhkəmləndirdi. Azərbaycanın azadlığı uğrunda tökülmüş qanlar Osmanlı və Azərbaycan türkləri arasında yaxınlaşmanın və qırılmaz əlaqələrin möhkəm təminatıdır.”

Bu fikirləri Azərbaycanın milli mücahidi və Cümhuriyyət dönəmində hökumət başqanı olmuş Fətəli Xan Xoyski söyləmişdir. O, bu fikirləri elə bir zamanda söyləmişdir ki, artıq türklük qələbə çalmışdır. Artıq Azərbaycanımızın müstəqilliyi 114 min kv.km ərazidə əməli cəhətdən həyata keçirilmişdir. Bu zaman 1918 ci-il sentyabr ayının 15-i idi və Azərbaycanın öz müstəqilliyini elan etməsindən 110 gün keçmişdi. Amma Azərbaycan xalqı məhz sentyabr ayının 15-i müstəqilliyini bayram edirdi. Çünki xalq bu bayramı öz həyatında, yaşayışında hiss edirdi. Azərbaycanın ürəyi Bakı məhz bu gün azad olunmuş və öz milliliyinə qayıtmışdı. Rus, erməni və ingilislərin qara buludları artıq Bakımızın üzərindən çəkilmişdir. Bu prosesin həyata keçməsi üçün bir çox döyüşlər baş vermiş və bu döyüşlərdə neçə-neçə türk əsgərinin qanı torpağa qarışaraq şəhidlik zirvəsi fəth olunmuşdu.

15 sentyabr tarixinin Azərbaycan türklərinin həyatında əhəmiyyəti olduqca böyükdür. Bununla mən 28 May müstəqilliyimizin elan olunma tarixini heç də kiçiltmək niyyətində deyiləm. Sadəcə nəzərə almaq lazımdır ki, məsələn bu gün Bakıda Güney Azərbaycanın azadlığını elan edib onunla əlaqədar hökümət təşkil etmək başqa məsələdir, yaradılmış hökümətin Təbriz şəhərində yerləşərək ölkəni idarə etməsi bir başqa məsələ. Yəni 1918-ci il 28 may tarixində Azərbaycanın müstəqilliyi Tiflis şəhərində dünya ictimaiyyətinə rəsmən elan olunmuşdu. Amma Azərbaycan türklüyü hələ də rus-erməni əsarətində inildəyirdi. Hələ də Bakıda və digər regionlarda türk ailələrinə qarşı hücumlar və soyğunçuluq hadisələri davam edir və günahsız, silahsız türklərin qanı axıdılırdı. Bakımız bu əsarətdən 110 gün müddətində türkün yürütdüyü silahlı mücadilə nəticəsində xilas oldu. Bakının azad olunmasını, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla bütün milli qüvvələr, müstəqilliyi yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin var olub-olmamaq məsələsi olduğunu çox gözəl dərk edirdilər. Nəticədə Bakının azadlığı ilə böyük bir ərazidə Azərbaycan höküməti öz idarəçiliyini qurdu və dövlətimizin sərhədləri müəyyənləşdi. Bu prosesin reallaşması bugünkü Azərbaycanımızın varlığı üçün əsas təminatdır. Çünki hər kəs dərk etməlidir ki, müəyyən sərhədlər çərçivəsində Azərbaycan Cümhuriyyətinin mövcudluğu Sovet işğalından sonra onun SSRİ tərkibinə müstəqil subyekt kimi (Azərbaycan Sovet Sosialist Respublikası) daxil olmasına səbəb oldu. Sovet işğalı dövründə ərazimizin xeyli hissəsi qonşu xalqlara peşkəş kimi paylanmasına baxmayaraq məhz Azərbaycan Sovet Sosialist Respublikasının mövcudluğu, SSRİ dağıldıqdan və ya dağıdıldıqdan sonra Azərbaycanın yenidən öz müstəqilliyini elan etməsinə (1991 ci il Konstitusiya Aktına görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunmuşdu) səbəb oldu. Bütün bunlar Azərbaycanımızın varlığı məsələsində 15 sentyabr zəfərinin göstəricisidir.

15 sentyabr tarixi zəfərinin əhəmiyyətli səbəblərindən biri də türkün birliyinin, türkün türkə dəstəyinin bariz nümunəyə çevrilməsi ilə bağlıdır. Fətəli Xan Xoyskinin də qeyd etdiyi kimi Azərbaycanın azadlığı uğrunda Osmanlı (Türkiyə) və Azərbaycan türklərinin qardaşcasına vuruşaraq qan tökməsi türkün bir-birinə yaxınlaşması baxımından əsl nümunə idi. Bu nümunənin əsası hələ 1915 ci il Çanaqqala döyüşü zamanı qoyulmuşdu. Neçə-neçə Azərbaycan türkü sərhədləri aşaraq türk qardaşları ilə birlikdə imperialist qüvvələrə qarşı vuruşmuş və şəhid olmuşdur. (Həmid Avşarın “Türkiyə istiqlal mücadiləsində Azərbaycan türklərinin rolu” kitabında həmin məsələlər çox gözəl işıqlandırılıb) Bu dəstəyin səbəbi türkün artıq oyanması və özünə dönməsi ilə əlaqədar idi. Çünki tarixi səhvlərdən nəticə çıxarmağın zamanı çatmışdı. Artıq türkü türkə qarşı qoyan Ankara, Malatya, Çaldıran kimi döyüşlərin planını cızan qüvvələrin oyuncağına çevrilməkdənsə, həmin qüvvələrə qarşı birləşməyin zamanı idi. Türk də bu prosesi gözəl dərk edir və bir-birinə əlindən gələn dəstəyi göstərirdi. 15 sentyabr tarixi də bu dəstəyin bəlkə də zirvə nöqtəsi və ən gözəl nümunəsi idi. Bu gün bütün türklər Türkiyə və Azərbaycan türklərinin bu kimi nümunələrindən örnək götürməlidirlər.

Göründüyü kimi 15 sentyabr tarixi Azərbaycan türklüyünün xilas günü, milli qurtuluş günü kimi tarixə düşmüşdür. Həmin tarixi zəfərin həyata keçməsində can və qan verən Şəhidlərimizin ruhu şad olsun!!!



Məqalə Türkiyə Universitetləri Məzunlar İctimai Birliyinin Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 92-ci ildönümünə həsr olunmuş jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçün verilir

Seymur HƏSƏNLİ

Dünya Azərbaycanlıları Konqresi

Gənclər Təşkilatının sədri





Yorumlar









Aktif Ziyaretçi 64
Dün Tekil 1947
Bugün Tekil 1438
Toplam Tekil 4078166
IP 3.145.191.22






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu