Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 02.09.2010 > Kaç kez okundu? 3220

Paylaş




Dünyaxanım Əliyeva: ”Mən hər zaman demişəm ki, Türkiyənin heç olmasa bir hərbi bazası Azərbaycanda olmalıdır”



Cavid Vəliyev: "Rusiya nə Ermənistanla imzaladığı ikitərəfli sazişə görə, nə də Kollektiv Təhlükəsizlik Sazişi çərçivəsində Azərbaycanın Qarabağı işğaldan qurtarmasına hərbi müdaxilə edə bilməz"



Son vaxtlar Dağlıq Qarabağın azad olunması məsələsi ciddi mükazirə obyektinə çevrilib. üstəlik, bir neçə gün öncə Rusiya-Ermənistan arasında Gümrüdə yerləşən rus hərbi bazalarının vaxtının 25 ildən, 49 ilə qədər uzadılmasının rəsmiləşdirilməsi düşmən tərəfinə mənəvi güc verib. ümümiyyətlə, qarşıda hansı proseslər gözlənilir, rəsmi Bakı bundan istifadə edib türk hərbi bazalarının Azərbaycanda yerləşməsinə razılıq verə bilərmi?



Bu mövzu ətrafında söhbət etmək üçün Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə siyasi analitiki Cavid Vəliyev və Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva ilə etdiyimiz söhbəti təqdim edirik:



- Rusiya-Ermənistan arasında imzalanan məlum sazişdən sonra nə vaxtsa rəsmi Bakı buna qarşılıq olaraq türk hərbi bazalarının Azərbaycanda yerləşməsi məsələsini gündəmə gətirə bilərmi?



Cavid Vəliyev: - Azərbaycan Türkiyə, Rusiya və ABŞ kimi qlobal və bölgəsəl güclərlə hərbi əməkdaşlıq etməyinə baxmayaraq, ümumiyyətlə, Cənubi Qafqazda başqa bir gücün hərbi bazasının olmasına qarşıdır. Bu siyasəti açıq şəkildə ortaya qoyub. İstər Gürcüstanda ABŞ hərbi bazasına, istərsə də Ermənistanda rus hərbi bazasına qəti sürətdə qarşı olduğunu dəfələrlə qeyd etmişdir. Cünki Azərbaycana görə, burada başqa güclərin hərbi bazalarının yerləşməsi regionda "sabitliyə" zərər verəcək. Təbii ki, Azərbaycan Qəbələ radiolokasiyası stansiyasını fərqli statusda görməkdədir. Xəzər Dənizi sahilindəki radar sistemləri isə amerikalı mütəxəssislər tərəfindən tikilməsinə baxmayaraq, Azərbaycana aiddir və Azərbaycan tərəfindən idarə olunur.



Azərbaycanın hal-hazırdakı xarici və təhlükəsizlik siyasəti çərçivəsində ölkədə Türkiyə hərbi bazalarının yerləşdiriləcəyi məsələsinin həyata keçəcəyini demək mümkün deyil. Bununla birlikdə, dövlətlər arasında hərbi əməkdaşlıq, sadəcə, hərbi baza yerləşdirmə səviyyəsində deyil. Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı müdafiə sahəsində hərbi saziş imzalana bilər, bu çərçivədə ortaq hərbi təlimlər keçirilə bilər ki, bu da ən azı hərbi baza qədər güclü təsiri olacaq. Elə düşünürəm ki, Rusiya Ermənistandakı hərbi bazalarının müddətini uzatması da Türkiyə və Azərbaycan tərəfini qarşılıqlı müdafiə sahəsində hərbi sazişin imzalanmaları üçün düşündürəcək.



Dünyaxanım Əliyeva: - Mən hər zaman demişəm ki, Türkiyənin heç olmasa bir hərbi bazası Azərbaycanda olmalıdır. çünki bu gün Türkiyə Azərbaycanın dünyada haqq səsinin eşidilməsində müstəsna rol oynayır. Bu günlərdə də Türkiyənin yeni seçilən ordu rəhbərliyi açıq şəkildə Qarabağ məsələsini qabaratmasını və bu bəyanatı birbaşa Rusiyanın ünvanına aid hesab etmək olar. İndi də bölgədə hadisələr elə formada cərəyan edir ki, proseslər yuxarıda ünvanladığınız sualınızın cavabını aktuallaşdırır. Əgər Ermənistan öz təhlükəsizliyini qoruyub saxlamaq üçün Rusiyanın forpostluğunu qəbul edirsə, Azərbaycanda öz müstəqilliyini qoruyub saxlamaq şərtilə Türkiyə ilə bu yöndə bir saziş imzalamalıdır. Unutmaq olmaz ki, 1918-ci ildə Azərbaycanın azadlığını qoruyub saxlayan türk ordusu şanlı zəfərə imza atdı. İndə güclü Azərbaycan var, onun güclü ordusu var. Düzdür, bu güc Rusiya kimi dövlətin yanında zəifdir. Ancaq bu gücün yanında Rusiya səviyyəsində bir gücü də qoysaq, onda gələcəkdə proseslərin hansı istiqamətdə cərəyan edəcəyini hamımız görə bilərik.



- Bir neçə gündən sonra Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri gözlənilir. Bu səfərin Ermənistanla imzalanan sazişlə bir bağlılığı ola bilərmi? çünki Rusiya Azərbaycanı özünə strateji tərəfdaş sayır. Bu fikri bu günlərdə Sergey Lavrov da Azərbaycan mediasına verdiyi müsahibəsində qeyd edib...



Cavid Vəliyev: - Rusiya Ermənistanla bu sazişi Azərbaycana və ya Türkiyəyə qarşı deyil, eyni zamanda ABŞ və NATO-ya qarşı da imzalaya bilər. Belə ki, Ermənistanın NATO-ya üzv olmaq kimi bir niyyəti olmadığını açıqlasa da, iki tərəf arasında əməkdaşlıq davam edir. Ayrıca Rusiya-Ermənistan arasındakı hərbi baza sazişinin NATO-nun Ermənistanda keçirəcəyi humanitar təlimlərdən bir ay əvvəl imzalanması Rusiya üçün da yaxşı təsadüfdür. Yəni Rusya ilə Ermənistan arasında nə qədər çox hərbi yaxınlaşma olarsa, Ermənistan hərbi və siyasi mənada NATO və Qərbdən bir o qədər uzaqlaşar. Ayrıca Ermənistan ilə Türkiyə arasında imzlanan protokollara qarşı Rusya Ermənistanın ondan asılılığını sığortalamağa çalışır.



Rusya Ermənistanla hərbi baza sazişinin müddətini uzatmağına baxmayaraq, Azərbaycanı da əldən vermək istəmir. Azərbaycanda bu sazişə qarşı çox mənfi reaksiyalar ortaya çıxdı və xüsusən Abdulla Gülün səfəri və Türkiyə-Azərbaycan arasında qarşılıqlı müdafiə sahəsində hərbi sazişin imzalanacağına dair xəbərlər Rusyanı da narahat etmişdir. çox böyük ehtimalla Medvedevin səfəri də Azərbaycanı sakitləşdirmək yolundadır. Lakin Rusiyanın cənubi Qafqazdakı ikibaşlı siyasəti davam edir. Bir tərəfdən Azərbaycan strateji müttəfiqimdir deyir, o biri tərəfdən Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mənəvi mövqeyini gücləndirir. Bir tərəfdən də, Qarabağ məsələsi hərbi yolla həll oluna bilməz deyir, o biri tərəfdən isə Ermənistana hərbi dəstəyini artırır.



Dünyaxanım Əliyeva: - Azərbaycan Rusiya ilə münasibətlərini hər zaman normal saxlayıb. İstər mərhum Heydər Əliyevin hakimiyyəti zamanında, istərsə də bu gün həmin kursu İlham Əliyev uğurlu aparmaqdadır. Sergey Lavrov Kremildən ona verilən ismarışlar əsasında belə açıqlamalar verir. Rusiya Azərbaycanı əldən buraxmaq istəmir. Rus siyasətçiləri yaxşı dərk edirlər ki, bölgədə Azərbaycanla Türkiyənin önəmi getdikcə güclənir. Ermənistan zəifləyir, ölkə müflisləşməyə doğru gedir. Orada hərbi bazaları saxlamaqla nəyə nail olacaq? İndi dünyada iqtisadi-siyasi prinsiplər önə çıxmaqdadır. Zaman ermənilərin əleyhinə işləməkdədir.



- Bəzi analitiklərə görə, sabah Dağlıq Qarabağın azad olunmasında Azərbaycan müharibə variantına əl atsa, Rusiya Gürcüstanda olduğu kimi öz əsgərini Qarabağa göndərməyəcək, siz neçə düşünürsünüz?



Cavid Vəliyev: - Doğrudur, Azərbaycan hərbi müdaxiləni Ermənistan torpaqlarında yox, beynəlxalq aləmin də Azərbaycanın torpağı olaraq tanıdığı, lakin hal-hazırda işğal altında olan Qarabağ ərazisində aparacaq. Buralar Ermənistan torpağı deyil. Qısa olaraq, Rusiya nə Ermənistanla imzaladığı ikitərəfli sazişə görə, nə də Kollektiv Təhlükəsizlik Sazişi çərçivəsində Azərbaycanın Qarabağı işğaldan qurtarmasına hərbi müdaxilə edə bilməz və etməməlidir. Lakin bunu da yaddan çıxartmaq olmaz ki, Rusiya Gürcüstana hərbi müdaxilə edərkən Rusiya ilə Abxazya və Cənubi Osetiya arasında hər hansı bir hərbi saziş yox idi.



Dünyaxanım Əliyeva: - Qarabağı birləşmiş rus-erməni ordusu işğal edib. Bu gün də sirr deyil ki, Azərbaycanın zəiflədilməsi üçün bu kartdan məharətlə istifadə edirlər. Rusiya siyasətçiləri Azərbaycanın gücləndiyini görmüyə biləcək qədər kor deyillər. Yaxşı bilirlər ki, açıq savaşda erməni ordusu darmadağın ediləcək. Rusiya Gürcüstanda olduğu kimi, birbaşa Ermənistana yardım etməyəcək. Lakin Azərbaycan elə zəif dövlət deyil ki, Qarabağda öldürülən rus əsgərlərinin meyitini dünya ictimaiyyətinə çatdırmasın. Bütün media gücündən istifadə edib, Rusiyanın oyunlarını ifşa edəcək.

















Yorumlar









Aktif Ziyaretçi 63
Dün Tekil 1947
Bugün Tekil 1300
Toplam Tekil 4078028
IP 18.191.228.88






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu