Milli Məclisdə yeni simalar! - Azər Həsrət - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Milli Məclisdə yeni simalar! - Azər Həsrət
Tarih: 30.08.2010 > Kaç kez okundu? 3153

Paylaş


Bu yazının mövzusu 7 noyabrda keçiriləcək Milli Məclis seçkilərində ölkənin qanunverici orqanına seçilməsini arzu etdiyimiz, həm də boşuna deyil, əsaslı arzu etdiyimiz şəxslər haqqında olacaq. Bəri başdan demək istərdim ki, mən özüm də deputat mandatına iddialıyam və namizədliyimi 34 saylı Xətai II seçki dairəsindən irəli sürməyi düşünürəm. Bir sıra siyasi partiyaların, ictimai qurum və gənclər təşkilatlarının, ayrı-ayrı ziyalıların geniş dəstəyinə və seçki təcrübəmə arxalanaraq builki seçkidə yarışa qatılmaq qərarı vermişəm. Yəni əslində indi qələmə aldığım yazıda mən və mənim kimi insanların parlamentdə olmasının vacibliyinə toxunmaqla ictimai rəyə bir xəbər ötürmək fikrim var. Əlbəttə ki, hər zaman olduğu kimi bu dəfə də fikirlərim subyektiv olacaq.



Bu arada haşiyə çıxıb iki həftə öncə yayımlanan “Kimlər deputat olmalıdır?” başlıqlı yazımla bağlı bir məqama toxunmaq istərdim. Jurnalist həmkarımız, 95 saylı Tərtər seçki dairəsindən seçilmiş millət vəkili Aynur Camalqızı İTV-nin beş illik yubiley tədbiri zamanı mənə yanaşaraq həmin yazıyla bağlı ərkyana iradını bildirdi. Həmin yazıda Aynur xanımı seçilib-seçilməməsinin heç bir əhəmiyyəti olmayan deputatlara aid etmişdim. Təbii ki, subyektiv fikrimdir. Mənim subyektiv fikrimə haqlı irad bildirən xanım deputat misallar çəkərək yenidən seçilməsini istədiyim bəzi deputatlarla özünü müqayisə etdi və onlardan heç də az iş görmədiyini dedi. Düzü, yazım nə qədər subyektiv olsa da Aynur xanımın dostyana iradları məni bir qədər düşünməyə vadar etdi. Əlbəttə ki, biz bu məsələ ətrafında fikirlərimizi bölüşdük və yazdıqlarımın hər şeydən öncə subyektiv olduğunu vurğuladım. Bununla belə düşündüm ki, doğrudan da Aynur Camalqızına qarşı haqsızlıq edirəm. Yəni o mənada yox ki, yenidən seçilməsini istədiklərimin yer aldığı otuz nəfərlik siyahıdan kimisə çıxarıb Aynur xanımı ora əlavə edim. O mənada ki, həmin siyahı otuz deyil, bu gənc xanım deputatımızı da əlavə etməklə ən azı otuz bir nəfərlik olmalıdır. Bəlkə də bu siyahıya əlavə ediləcək daha bir neçə nəfər ola bilər. Hər halda, keçənə güzəşt deyərlər və biz irəli baxaq.



Beləliklə, bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində hazırda MM-də təmsil olunmayan, ancaq diqqətimi cəlb edən kimlərin qazanmasını istərdim? Yenə də qeyd etməyi zəruri hesab edirəm ki, bu fikirlərim subyektivdir. Bundan başqa, hələlik seçkiylə bağlı iddiasını ortaya qoyduğunu bildiyim şəxslər haqqında danışmaq istərdim. Mümkündür ki, mən bu yazıda adını çəkməyəcəyim, ancaq doğrudan da deputat seçilməsinin faydalı olacağı şəxslər də olsun.



İlk olaraq parlamentin gənclərşməsini istədiyimi dilə gətirərdim. Daha gənc, daha dinamik, milli və vətənpərvər insanların MM-də təmsil olunması millətimizə çox fayda verərdi. Və sevindirici haldır ki, belələri bugünkü Azərbaycanda yetərincədir.



İkinci tərəfdən isə, parlamentə nisbətən təcrübəli, sabit mövqeyi olan və boş hayküydən uzaq insanların düşməsi faydalı olardı. Belələrinin də sayı yetərincədir və aşağıda biz onlar haqqında ayrıca söhbət açmağa çalışacayıq.



Beləliklə, nisbətən gənclərdən başlayaq:



1. Ceyhun Osmanlı – “İrəli” İctimai Birliyinin sədri olan bu gənc intellektual son illər gündəmi ən çox işğal edənlərdəndir. Çalışma tərzi və milli-vətənpərvər mövqeyini hər zaman təqdir etmişəm. Belə bir gəncin MM-də olması fayda verərdi.

2. Ənvər Ağazadə – Ümid Partiyasının yetkililərindən biri, yeni nəsil siyasətçi və çağdaş düşüncəli, geniş dünyagörüşlü milli və vətənpərvər dostlarımızdan biridir. MM üzvlüyünə iddiasını elan edib və ümid edək ki, qalib gələcək.

3. Elxan Şükürlü – Ədalət Partiyasının gənc yetkililərindən biridir. Güvəndiyimiz dostlar sırasında olmaqla bərabər millət və dövlət məsələlərində kimsəyə güzəştə gedəcəyi yox. MM üzvü olacağı təqdirdə millətin yalnız qazancı ola bilər.

4. Niyaməddin Orduxanov – BAXCP funksioneri olan bu dostumuz özünün çevikliyi, daim gündəmdə olması, dövlətə və millətə ürəkdən bağlılığı, çağdaş texnologiyalardan geniş istifadə etməsiylə fərqlənir. Məncə, bu dostumuz deputat olarsa MM-in dinamikası və verimliliyi arta bilər.

5. Elşad Paşasoy – “Yeni Müsavat” qəzetinin ən üzdə olan jurnalistlərindən biri, milli azadlıq mücadiləsində özünəməxsus rolu olan, hər zaman dövlətə və millətə sədaqəti ilə seçilən iddialı həmkarlarımızdandır. Uğurunu arzu edirik.

6. Razi Nurullayev – AXCP sədrinin yeni müavinlərindən biridir. MM üzvlüyünə təkrar iddia edir. Aramızda ideoloji fərqlər olsa da, məncə, onun intellektual imkanlarından istifadə etmək olardı. O üzdən seçilməsinin faydalı olacağı düşüncəsindəyəm.

7. Oqtay Gülalıyev – ictimai-siyasi fəallığı ilə hər zaman göz önündə olan bu gənc siyasətçi də çoxdan deputat olma haqqını qazanmışdır. Dinamikdir, enerjilidir, çalışqandır, təcrübəlidir.

8. Ramazan Əliyev – Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri. 1990-cı il 20 yanvar hadisələri öncəsi Bakıya gələn Sovet hərbi qatarının Xudat stansiyasında qarşısını kəsən dostlarımızdan biridir. Özünün təmkini, ədəbli davranışı, milli davaya sədaqəti ilə çoxdan millət vəkili olma haqqını qazanmış siyasətçidir.

9. İlqar Məmmədov – Respublikaçı Alternativin rəhbəridir. Bir az sərt müxalifətçilik etsə də onun intellektual imkanlarını Azərbaycan dövlətinin faydası üçün tətbiq etmək olardı. Əlbəttə ki, dövlətimizə sədaqəti şübhə doğurmur.

10. Ələsgər Məmmədli – hüquqçu, xüsusən də ciddi və savadlı, tərəfsiz birisi. MM-in hazırda belələrinə çox ciddi ehtiyacı var. Şəxsən mən də onu deputat kimi görmək istərdim.

11. Vüsalə Mahırqızı – APA-nın baş direktoru. Uğurları və imkanları zatən göz önündədir. Məncə, MM-də təmsil olunacağı təqdirdə də eyni səviyyədə uğurlara imza atması problem olan deyil.

12. Taleh Heydərov – şəxsən tanımasam da son zamanlar diqqətimi çəkən gənclərdəndir. Diaspora Azərbaycanlılarının təşkilatlanması, dövlət üçün çalışması, təəssübkeşliyi yönündə ciddi uğurlara imza atdığı barədə xəbərlər gəlməkdədir. Məncə bunu nəzərə alaraq onun rəsmi statusunu deputat səviyyəsinə yüksəltməkdə fayda var.

13. Ülkər Abdullayeva – Demokratik İslahatlar Partiyasının yetkililərindən biri. Yetərincə çevik, bacarıqlı, vətənpərvər, hazırlıqlı gənclərimizdəndir. Belə bir gəncimizin parlamentdə təmsil olunması millətin doğrudan da faydasına olardı.

14. Akif Aşırlı – “Şərq” qəzetinin baş redaktoru. Ən milli, vətənpərvər, çalışqan və verimli fəaliyyəti olan xadimlərimizdəndir. MM ondan yalnız fayda görə bilərdi.

15. Qubad İbadoğlu – yetərincə savadlı və fəal bir iqtisadçı olması baxımından keyfiyyətli deputat ola biləcək şəxs. MM-in belələrinə çox ehtiyacı var hazırda.

16. Nadir Adilov – gənc hüquqşünas. İntellektual imkanları və çalışqanlığıyla MM-də fayda verə biləcək xadimlərdəndir.

17. Samir Əsədli – Vətəndaş Həmrəyliyi Partiyasının yetkililərindən biri. Olduqca dinamik, yetərincə bacarıqlı, əxlaqlı gənc siyasət adamlarımızdan biridir. Milli və vətənpərvər kəsimə aiddir. Bu cür gəncin MM-də təmsil olunması millətin yalnız faydasına olardı.

18. Aydın Xan Əbilli – Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri. Yetərincə dinamik və çalışqan olması üzündən MM-də fayda vermə imkanları yüksəkdir.

19. Qadir İbrahimli – gənc iqtisadçı və jurnalist. Kifayət qədər yetişmiş gənc siyasət adamlarımızdandır.

20. Nəsimi Məmmədli – Ümid Partiyası yetkililərindən biri, persperktivli gənc siyasətçi. MM-də olması dinamikanı artıra bilərdi.

21. Əkbər Qoşalı – Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı. Bu dostumuz MM üzvü olma haqqını çoxdan qazanmışdır. Əgər MM belə gənclərimizlə zənginləşdirilərsə, millətin faydasına olardı.

22. Səftər Rəhimli – DAK Azərbaycan təmsilçisi. Yetərincə dinamik gənc siyasətçilərimizdən biridir. Həm də milli dava adamıdır. MM-də olması faydalı olardı.

23. Taleh Şahsuvarlı – gənc yazar və jurnalist. Özünün pragmatik, obyektiv və tərəfsiz yanaşmaları ilə diqqəti cəlb edən bu gənc həmkarımız da MM üzvlüyünə iddia etmək haqqına sahibdir.



İndi isə nisbətən “stajlı” siyasətçilərimizə nəzər yetirək:



1. Qulamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri. Hər zaman öz təmkini, əxlaqı, savadı ilə başqalarına nümunə olmağı bacaran yetişkin və təcrübəli bir siyasətçidir. Yenidən MM üzvü seçilməsi millətin faydasına olardı.

2. Nurəddin Mehdixanlı – namizədliyi VHP tərəfindən irəli sürülən ən milli sənət adamlarımızdan biridir. İstər bir aktyor kimi, istərsə də bir siyasətçi kimi hər zaman millətin yanında olan, bütün varlığı ilə dövlətə və millətə bağlı olan bu əziz qardaşımızı mütləq MM-də görmək istərdim.

3. Rasim Musabəyov – müstəqil siyasətçilərimizdən biri. Yetərincə savadlı, təcrübəli, hayküydən uzaq, məntiqli və praqmatik siyasət adamıdır. MM-də olması bu qurumun verimliliyini artıra bilərdi.

4. Eldar Namazov – bir zamanlar Heydər Əliyevin komandasında təmsil olunan bu siyasətçimizin də yenidən dövlət üçün çalışmasına şərait yaradılması vacibdir. Onun edə biləcəkləri hələ çoxdur məncə.

5. Elçin Mirzəbəyli – BAXCP funksionerlərindən biri, “Xalq cəbhəsi” qəzetinin baş yazarı. Millət vəkili olma haqqını hələ 20 il bundan öncə qazanıb. Əslində bu vaxtadək bir neçə dəfə MM-də təmsil olunmalıydı. Onun MM-də olmasını çox arzu edirik.

6. Aydın Quliyev – “Bakı Xəbər” qəzetinin baş redaktoru. Yetərincə siyasi təcrübəsi olması baxımından MM üzvlüyünə iddia etməsi doğru olardı.

7. Yunus Oğuz – “Olaylar” agentliyinin və eyni adlı qəzetin sahibi. Milli məsələlərdə yetərincə həssas, yetişkin bir siyasət adamıdır. Məncə artıq onun da MM-də olması zamanı yetişib.

8. Rauf Arifoğlu – “Yeni Müsavat” qəzetinin baş yazarı və MM üzvü olmağı çoxdan haqq etmiş dostlarımızdan biridir. 25 saylı dairədən seçilməyə iddia edir və biz onun seçilməsini istərdik.

9. Osman Gündüz – ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində alternativ mövqeyi olan bir nömrəli şəxs. Məncə, MM bu sahədə olan boşluğu Osman bəyin hesabına rahat bir şəkildə doldura bilər.

10. Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru. Hər zaman ictimai rəydə yeri və çəkisi olan söz sahiblərindən biri kimi MM-də təmsil olunması faydalı olardı.

11. Zəlimxan Məmmədli – Borçalı türklərinin lideri olan bu siyasət xadimi də MM üzvü olma haqqına sahibdir. Həm Borçalı məsələsinə görə, həm də ümumilikdə təcrübə, bilik və bacarığı nəzərə alınmaqla Zəlimxan bəy MM-də çox fayda verə bilər.

12. Tufan Kərim – Milli Demokrat (Bozqurd) Partiyasının sədri. Uzun illərin siyasi təcrübəsini MM-də tətbiq etməsinin zamanı gəlmişdir artıq.

13. Sərdar Cəlaloğlu – ADP-nin sədri. Uzun illərin məşəqqətli mübarizə yükünü çiyinlərində layiqincə daşımış yetişkin siyasətçilərimizdəndir. Artıq MM-in tribunasına çıxış imkanı təmin edilsəydi faydalı olardı.

14. Həsən Kərimov – AXCP sədrinin müavini. Özünün əxlaqi keyfiyyətləri və sədaqəti ilə çoxlarına nümunə ola biləcək yetişkin siyasətçilərimizdəndir. MM-də olmaq onun çoxdankı haqqıdır.

15. Mirmahmud Mirəlioğlu – öz haqqından kişi kimi imtina etməyi bacaran az saylı siyasət adamlarımızdandır. Artıq bu dəfə həmin haqdan imtina etməsinə gərək yox, MM-də olmasını arzu edirik.

16. Ənnağı Hacıbəyli – əxlaqi dəyərləri və savadı ilə çoxlarına nümunə olacaq simalardandır. Ciddi hüquqçu olması, təcrübəsi MM-in işinə yaxşı yarayardı.

17. Lalə Şövkət – bir zamanlar mənim “kişi adam” adlandırdığım xanım siyasətçi. Elə indi də bir çox “kişi” siyasətçilərə nümunə olmağa davam edir. Konkret mövqeyi, səlis məntiqi, ləyaqətli davranışları ilə MM-ə ən uyğun üzvlərdən biridir.



Qeyd etmək istərdim ki, bu siyahıları uzatmaq da olar. Ancaq bir nəfəsə, ilk ağlıma gələnlərdən ibarət siyahı tərtib etməyi yetərli hesab etdim. Siyahılarda adı keçənlərin demək olar ki, hamısı ilə şəxsən tanışlığım var və bəziləri ilə yaxın dostuq. Ancaq bu heç də o demək deyil ki, siyahılar dostluq prinsipləri üzərində qurulub. Sadəcə subyektiv olsa da MM-də millətə fayda verə biləcəyinə inandığım şəxsləri buraya əlavə etmişəm. Düşünürəm ki, hansısa səbəblərdən adlarını çəkmədiyim dostlar məndən inciməyəcəklər. Bundan başqa, bəzi dostlarımızın eyni seçki dairəsindən iddialı olduğunu da bilirəm. Əlbəttə ki, bu, seçki kampaniyasıdır və uduzanlar da az olan deyil. Həm də nəzərə almaq lazımdır ki, burada adları keçənlərin heç də hamısı seçilmə imkanı olanlar hesab edilə bilməz. Yəni, bu, mənim arzu və istəklərimdir ki, dilə gətirirəm. Ona görə də adları burada olmayanların məndən inciməyəcəyini güman etmə haqqım var…



Daha bir qeyd isə ondan ibarətdir ki, siyahılardakı ardıcıllıq heç nəyi ifadə etmir. Yəni siyahıda ən başda və ya ən aşağıda yer almaq heç də həmin şəxsin imkanları və deputatlığa layiqliyinin göstəricisi hesab edilə bilməz…





Yorumlar









Aktif Ziyaretçi 70
Dün Tekil 1947
Bugün Tekil 1549
Toplam Tekil 4078277
IP 18.118.200.136






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.478 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap