“Türk birliyindən qonşu dövlətlərə, bölgəyə, dünyaya ancaq xeyir gələ bilər” - Əkbər Qoşalı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Türk birliyindən qonşu dövlətlərə, bölgəyə, dünyaya ancaq xeyir gələ bilər” - Əkbər Qoşalı
Tarih: 24.08.2010 > Kaç kez okundu? 3217

Paylaş


Gönderen: Azər Həsrət. Tarih: 24 Avq 2010 // Yorum yok

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) başqanı Əkbər QOŞALInın Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının orqanı olan “Vətəndaş Cəmiyyəti” jurnalına müsahibəsi (2010/VII say)



- Əkbər bəy, Türk birliyinə ictimai-mədəni platformadan necə dəstək verirsiniz?



- Yəqin sualınıza cavab verməmişdən öncə, “Türk birliyi” qavramı üzərində dayanmaq doğru olardı. Bu birliyin mahiyyəti nədir, nə üçün vacibdir? …Və ona dəstək nə anlama gəlir?



İlk sırada onu deməliyəm ki, Türk birliyi zamanında mövcud olmuş bir soy birliyidir. “Zamanında” deyirəm, çünki indi bu birlik yoxdur, yaxud arzuolunan düzeydə deyil, olsa-olsa mədəni-etnoqrafik planda qət edilmiş məsafədən danışa bilərik. Baxın, Böyük Britaniya kraliçasının general-qubernator təyin etdiyi ölkələrin birliyi güclüdür, ya Türk birliyi? Heç Ərəb Liqası qədər də bir nöqtəyə vura bilmirik bir çox hallarda… Türk birliyi ideyası yalnız Azərbaycan və Türkiyənin çəkməli olduğu yük deyil ki!? Doğrudur, Qazaxıstanın da müəyyən səylərini vurğulaya bilərik, lakin bütövlükdə Türk birliyinin bütün soy coğrafiyamız üzrə oturuşması, bəlkə daha doğru olar desək, hərəkətə keçməsi lazımdır.



Nəyə görə Dağlıq Qarabağ problemi, Ermənistanın öz havadarlarının çox ciddi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi faktı Özbəkistanı, Türkmənistanı, Qırğızıstanı bir dövlət olaraq gərəyincə rahatsız etmir? Bu problem onların da problemi deyilmi? – Sənin qardaşını göz görəti, tam haqsız yerə asırlar-kəsirlər, sən neytrallıqdan, bilməm nədən danışırsan – yarayarmı?! Yaxud türk topluluqları, Rusiya Federasiyasının subyektləri olan türk dövlətləri? Onlardan bəlli səbəblərdən böyük dəstək gözləmirik bəlkə, ancaq Kərbəlayinin üslubu olmasın, mənəvi dəstəyə nə deyirsən, ictimai qüvvələrin dəstəyini stimullaşdırmağa nə deyirsən? Odur ki, biz ictimai-mədəni platformadan verilən dəstəkdən danışarkən buna zərurəti görüb dilə gəlirik. Bəlkə bunu gərəyincə bacarmırıq, işlərimiz işlənməli ideyaların qarşısında çox kiçikdir, amma ən azı istəyimiz, şairanə çıxmasın Ürəyimiz, yolumuz mübahisə götürməyəcək dərəcədə müəyyəndir.

Türk xalqları bir an öncə yuxarıda ifadə etməyə, konturlarını cızmağa çalışdığımız görəvlərə hazırlanmalı, hərəkətə keçməlidir. Mustafa Kamal Atatürk demiş, “möhtac olduğun qüdrət damarlarında axan əsl qanda mövcuddur!”



Biz bir ictimai qurumuq, amma yaradıcı şəxslərin qurumuyuq. Türk birliyi ideyası uğrunda hərəkatın alt yapısını tarix boyu yaradıcı insanlar, şairlər, ozanlar, dərvişlər, fikir adamları oluşdurublar. Özü də Azərbaycan “mən”i, Azərbaycan düşünürü bu işdə bəlli tarixi keçmişə, təcrübəyə malikdir. Bizim Seyid Yəhya əş-Şirvaninin (əl-Bakuvi) Osmanlının cahan hakimiyyəti ideyasını yükümlənməsinin fikir babası sayıldığını bilirdinizmi? Səfəvi hökümdarı özü şair deyildimi? Yaxud Əli bəy Hüseyinzadənin, Əhməd bəy Ağaoğlunun Türkiyə Cümhuriyyətinin ideoloji-mədəni quruculuğunda samballı söz yiyələri olduğunu xatırladaq. Eləcə də Kırımdan İsmayıl bəy Qaspıralı, Tatarıstandan Zəki Vəlidi Toğan, Başqurdistandan Yusif Akçura, Türkiyədən Ziya Göyalp!..



Kaşğarlı Mahmudun, Əhməd Yəsəvinin, Yunus Əmrənin, Mövlanənin, Təbrizli Şəmsin, Məhəmməd Füzulinin, Əlişir Nəvainin… adı bu gün, onların zamanındakı digər sənət-peşə yiyələrindən daha intensiv xatırlanır, daha tez-tez çəkilir, hər biri bir mənəvi ünvandır.



Demək ki, qələm adamının verdiyi dəstəyin (o dəstəyin ruhani, ideoloji, fəlsəfi, kültürəl libasda olmasından asılı olmayaraq) ənənəsi, təcrübəsi var və biz də o xəttin qırılmamasında maraqlı olan insanlarıq. Kitablar nəşr edirik, virtual məkanda çalışmalarımız var, konfrans və simpoziumlar düzənləyirik.



Təbii ki, QHT istehsalat müəssisə deyil, kommersiya ilə məşğul olmur, siyasi, yaxud hərbi statusu, missiyası yoxdur, bir sözlə, olanımız qələm-kağız, çağdaş intonasiya ilə vurğulasaq, bilgisayardır… Söhbətin mövzusu, Türkiyənin ünlü politoloqu Sinan Oğanın təbirincə desək, “düşüncə, fikir fabriki”ni oluşdurmaqdır, bəlkə “Türk Dünyası ədəbi təsərrüfatını canlandırmaq”dır… Təqdir isə göydə Tanrıya, yerdə oxucuya məxsusdur, görək nə olur…



- Ortaq türk dəyərlərini öyrənmək, təbliğ etmək, Türk dünyası gəncləri arasında ədəbi-mədəni əlaqələr yaratmaq baxımından nə kimi işlər görülüb?



- Öncəki sualanıza cavab verərkən də bu mövzuya müəyyən qədər toxundum. Bildiyiniz kimi, bizim adətən ildə bir dəfə yayımlamağa çalışdığımız “Türkün səsi” almanaxımız işıq üzü görür. Bundan başqa “Turan yolu”, “Azərbaycan”, “Şeir çələngi” antolojilərimiz mövcuddur, hərəsi bir dəfə işıq üzü görüb, qarşıdakı ildə növbəti sayları ilə oxucularımızın görüşünə gəlməyi düşünürük. Özəlliklə qeyd etməliyəm, Türk dövlət və topluluqlarında yaşayıb-yaradan istedadlı, öz ölkəsində tanınmış yeni nəsil şairlərinin, yazıçılarının yaradıcılıq örnəklərini ayrı-ayrılıqda kitablaşdırmaq sahəsində də müəyyən işlərimiz olmuşdur. Örnəyi, Özbəkistandan Xasiyyət Rüstəmin və Türkiyədən Yaqub Dəliöməroğlunun kitabları ötən il işıq üzü gördü; Çuvaşıstandan Raisa Sarbinin kitabı bu yaxınlarda çap olunacaq; yenə Türkiyədən İmdat Avşarın kitabını bu il içində, Əli Akbaşın kitabını isə gələn il çap etməyi düşünürük. Azərbayandan Rəsmiyyə Sabirin şeirlər kitabınının isə Türkiyədə çapı üzərində iş gedir.



Bu ilin iyun ayında Gəncliyə Yardım Fondu ilə birlikdə, Azərbaycanda Atatürk Mərkəzinin mənəvi, TİKA-nın maddi dəstəyi ilə “Yunus Əmrədən Məhəmməd Füzuliyə: İnsan Sevgisi” adlı uluslararası elmi simpozium düzənlədik.



Sizinlə daha öncəki müsahibələrdə dediyimiz faktları burada yenidən dilə almaq istəməzdim, ancaq bəlkə müəyyən oxucularımız üçün yeni bilgi olar – iki cildlik “Çağdaş Azərbaycan şeiri” antolojisi DGTYB-nin təşkilatçılığı, Şuranın dəstəyi ilə Türkiyədə yayınlanmışdır. Bax, yalnız bir hissəsi haqqında danışdığımız bu işlər bütövlükdə nəyi ifadə edir? Öyrənmək, öyrətmək! Kor-koranə türkçülük yerinə, necə deyərlər, praktik işlər! Türk, Turan qavramlarının içərisini işlə, çalışmalarla, perspektivlə donatmaq! Yeni-yeni bəndlər vurmaq, korpülər salmaq!..



- Bu gün bəzi araşdırmaçılar, siyasi analitiklər Azərbaycanın Türk dünyasında mərkəz rolunu oynadığını bildirirlər. Azərbaycanın potensialı buna imkan verirmi?



- Bu “mərkəz rolu” baxışını paylaşıram, üstəlik doğru olduğu düşüncəsində olanların və doğrulması yolunda bacardığını edənlərin ictimai birliyinin rəhbəri kimi inamlı olduğumu deməliyəm. Çox şadam ki, Azərbaycanda dövlət də, konstruktiv siyasi qüvvələr də, ictimai təsisatlar da bu məsələdə fikir birliyinə malikdir. Bu, çox önəmli amildir. Ötən il Naxçıvanda (məhz respublikamızın digər bölgələrindən təcrid olunmuş Naxçıvanda!) Türk dövlət başçılarının Zirvə Görüşünün keçirilməsi, TürkPA-nın yaradılması, Assambleyanın Daimi Katibliyinin fəaliyyətə keçməsi sevindirici hadisələrdir. Eləcə də TÜRKSOYun müəyyən çalışmaları, Atatürk Mərkəzinin təcrübəsi, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dünyası Gənc İlətişimçilər Birliyi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycanlıların və digər Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzi, Müasir İnkişaf İctimai Birliyi kimi təsisatların təcrübəsi, www.dgtyb.org, www.yalquzaq.com, www.ulutürk.info kimi virtual məkanların yaradılması, bir sıra nüfuzlu millət vəkillərimizin ürəkaçan çalışmaları bir nöqtəyə vuran gücün ifadəsidir, deyə düşünürəm.



- Ümümiyyətlə, türk dövlətlərinin birlik modelini neçə görürsünüz?



- Bu birliyi Avropa Birliyi modelində görürəm. Heç şübhəsiz ki, bizim birlik daha böyük perspektivə malik ola bilər. Səbəbi çox sadə və aydındır – biz bir soyun övladlarıyıq, bir mədəniyyətin hadisəsiyik. Türk birliyindən qonşu dövlətlərə, bölgəyə, dünyaya ancaq xeyir gələ bilər. Bu birlik dünyada barışa, təhlükəsizliyə xidmət edəcəkdir.



- Əkbər bəy, sonda Şura tərəfindən dəstəklənən layihəniz, layihədə diqqət mərkəzində dayanan məsələlər barədə bilgi verməyinizi istərdik.



- Şura tərəfindən dəstəklənən hazırki layihəmiz “Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması (və onların qorunmasında gənclərin fəallığının artırılması)” adlanır. Layihə çərçivəsində bir konfrans düzənlənmiş, bir kitab çap edilmiş, daha bir kitabın isə hazırlıqları başlamışdır.



“Unudulmaqda olan adət-ənənələrimiz gəncliyin gözüylə” adlı konfransda Azərbayacanlı və Türkiyəli alimlər iştirak edirdi. Örnəyin, Türkiyənin Mərmərə Universitetindən professor-doktor Həsən Kamil Yılmaz, Qazi Universitetindən yrd. dos. dr. Mustafa Tatçı, Uludağ Universitetindən professor-doktor Bilal Kəmikli; Azərbaycandan professor Şahlar Ələsgərov, dr. Aygün Həsənoğlu, dos.dr. Rəsmiyyə Sabir, Əhməd Tecim və başqlarının məruzələrinin yaddaqalan olduğunu deyə bilərik. Konfransa mətbuatın, QHT nümayəndələrinin və özəlliklə tələbələrin diqqətindən narazılığımız yoxdur.



İşıq üzü görən kitab “Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz” adlanır. Necə deyərlər, içi adından bəlli! Topluda 19 müəllifin 21 məqaləsi yer almışdır. Rəsmiyyə Sabirin tərtib etdiyi kitabın elmi redaktoru millət vəkili, professor Nizami Cəfərov, redaktoru “Vektor”un prezidenti professor Elçin İsgəndərzadədir.



Nəşr olunacaq kitabımız isə “Yeni nəsil Azərbaycan aşıqları” adlanacaqdır. Burada saz sənətinə son illərdə gəlmiş, böyük perspektiv vəd edən yeni nəsil sənətçilərimizi özümüzəməxsus şəkildə tanıtmağa çalışacağıq.



Ümidvarıq ki, Şura ilə müqaviləmizə uyğun vaxt və keyfiyyətdə işləri yekunlaşdıra biləcəyik.



- Maraqlı müsahibə üçün təşəkkür edirəm.



- Mən təşəkkür edirəm, sağ olun.



Səbinə Cahandar



QAYNAQ: http://www.yalquzaq.com/?p=14885&utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+Yalquzaq+%28Yalquzaq.com%29





Yorumlar









Aktif Ziyaretçi 12
Dün Tekil 952
Bugün Tekil 260
Toplam Tekil 4090104
IP 3.145.36.10






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























29 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim T rkl kten ba ka bir ey de ildir.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu