Ən qısa zamanda ortaq türk əlifbasını təqdim edəcəyik - Azər Həsrət - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ən qısa zamanda ortaq türk əlifbasını təqdim edəcəyik - Azər Həsrət
Tarih: 08.08.2010 > Kaç kez okundu? 3214

Paylaş


Gönderen: Azər Həsrət. Tarih: 7 Avq 2010 // Yorum yok

Bakı, Yalquzaq.com, 07.08.2010 - Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bildirib ki, yaxın iki həftə ərzində başçılıq etdiyi qurum yeddi bağımsız türk dövlətində istifadədə olan latın əlifba formaları əsasında hazırlanmış ortaq türk əlifbasının layihəsini müzakirəyə çıxarmaq fikrindədir. Bunun üçün ilkin hazırlıq işləri görülüb və demək olar ki, ortaq əlifbanın ilkin variantını müəyyənləşdirmək qalır.



“Biz düşünürük ki, türk birliyinə gedən yol həm də ortaq türkcədən keçir. Əlbəttə ki, ortaq türkcənin bir anda formalaşması da mümkün deyil. Bunun üçün ilkin addımların atılması lazımdır. Belə addımlardan ən birincisi ortaq əlifbanın formalaşdırılmasıdır. Əslində bu proses dövlətlərimiz müstəqillik əldə etdikdən dərhal sonra baş verməliydi. Ancaq təəssüflər olsun ki, həmin dönəmin şərtləri buna imkan vermədi və hər dövlətimiz latın əlifbasının qismən fərqli formasından istifadə etməyə başladı. Belə hal isə ortaq türkcənin formalaşmasına əngəl olmaqdadır”, – deyə Azər Həsrət Yalquzaq.com-a bildirib.



Konsey başqanı onu da qeyd edib ki, təqdim edəcəkləri əlifba bir müddət müzakirə üçün açıq olacaq. Lakin bəlli bir dönəmdən sonra həmin əlifbadan istifadə tövsiyə ediləcək. Təbii ki, bu işin daha keyfiyyətlə gerçəkləşdirilə bilməsi üçün TürkSOY başda olmaqla türk dövlətlərini birləşdirən qurumlara da müraciət ediləcək: “Biz vətəndaş olaraq üzərimizə düşəni edəcəyik və hazır layihəmizi TürkSOY və digər müvafiq qurumların öhdəsinə verəcəyik. Əsas odur ki, bu məsələ ətrafında müzakirələr sürətləndirilsin və ortaq rəsmi qərar alınsın. Biz bilirik ki, bu prosesi əngəlləmək istəyənlər də olacaq. Ancaq hər bir çətinliyi aşa bildiyimiz kimi bunu da aşacağımıza heç şübhə etmirik”.



Hazırda yeddi bağımsız türk dövlətində işlədilən əlifbalarla bağlı məsələyə də aydınlıq gətirən Konsey başqanı Azər Həsrət deyib ki, “hazırda Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyətində 1928-ci ildə qəbul edilmiş latın əlifbası işlədilməkdədir. Türkmənistan isə 1991-ci ildən bu əlifbanı rəsmən tətbiq edir. Azərbaycanda əlifbanın tətbiqi 1992-ci ildə rəsmiləşdirilsə də yalnız prezident Heydər Əliyevin dönəmində – 2001-ci ildə bu proses tam olaraq başa çatdırıldı. Özbəkistanda 1995-ci ildə latın əlifbasına keçid qərara alındı və bu prosesin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur. Qazaxıstan da qeyri-rəsmi olsa da keçid prosesinə başlayıb. Artıq bir sıra KİV-lər bu ölkədə xəbərləri həm də latın əlifbasıyla yaymaqdadır. Lakin təəssüflər olsun ki, Qırğızıstanda bu yöndə hələ heç bir addım atılmayıb və ümid edirik ki, hazırlayacağımız ortaq türk əlifbası orada da keçidə təkan verəcək”.



Konsey başqanı onu da əlavə edib ki, ortaq əlifbada “sağır nun” kimi tanınan və “ng” səs birləşməsini ifadə edən hərfin də yer almasını təmin edəcəklər: “Azərbaycan və Türkiyə türkcəsindən başqa yerdə qalan bütün türk ləhcələrində bu səs qalmaqdadır. Əslində Osmanlı dönəmi Türkiyəsi və Cümhuriyyət öncəsi Azərbaycanında da bu səs vardı. Sadəcə kimlərin və nə üçün bu səsdən imtina etdiyini bilmirik. Ancaq düşünürük ki, “sağır nun” dilimizə yenidən qazandırılmalıdır”.





Yorumlar









Aktif Ziyaretçi 61
Dün Tekil 1947
Bugün Tekil 1370
Toplam Tekil 4078098
IP 3.145.17.46






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu