Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 07.08.2010 > Kaç kez okundu? 2903

Paylaş


Dünyaxanım Əliyeva: “Bu gün Borçalıya ciddi iqtisadi proqrama əslanan yatırım qoyulmalıdır. Düşünürəm ki, bu faktoru işadamlarımız dəstəkləyəcəklər”



Bu günlərdə Borçalıda keçirilən II Elat mədəniyyət günlərində iştirak edən Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri, “Dünya” Ana və Uşaq İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva tədbir haqqında, Borçalının Azərbaycan və türk dünyası üçün strateji, iqtisadi və siyasi önəmi ilə bağlı fikirlərini bildirib.



-İlk öncə, bu günlərdə Borçalıda baş tutan və sizində iştirak etdiyiniz II Elat günləri haqqında oxucularımıza məlumat vermənizi istərdik.



-Qəzetiniz vasitəsilə Borçalı İçtimai Birliyinin sədri Zəlimxan Məmmədliyə öz təşəkkürümü bildirirəm ki, belə gözəl tədbir təşkil etdiyi üçün. Tədbir çox gözəl keçdi. İnsanlar kütləvi şəkildə iştirak edirdi. Düşünürəm ki, bu yöndə tədbirlər iki dost ölkə arasında münasibətlərin inkişaf etməsində mühüm rol oynayır. Tədbirdə çıxış edən ziyalılar, diplomatlar, ictimai xadimlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini, Borçalını iqtisadi-elmi mərkəzə çevirməyin əhəmiyyətini qeyd etdilər. Tədbirdə ən sevindirici xəbər isə Dmanisidə açılması gözlənilən Gürcüstan-Azərbaycan Universiteti xəbəri ilə bağlı məlumat oldu.

Bu gün əlaqələrin bu formada inkişaf etməsi, gələcək üçün yaxşı perspektivlər vəd edir. Həm də, gənclərimiz bu ali məktəbdə təhsil alıb, ölkənin elmi mühütinin formalaşmasında öz töfhələrini verə bilərlər. Bu ali məktəblər soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyasını sürətləndirəcək.



-Sizcə, indi ki, məqamda belə tədbirlərin keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?



-Ümümiyyətlə, tədbirdə əsas diqqətimi çəkən məqamlardan biri də, insanların separtçılığa yox deməsi idi. Bir mənalı olaraq Borçalı insanı Gürcüstanın bütövlüyünü qəbul edir və ölkədə gedən siyasi-ictimai və sosial-mədəni proseslərdə aktiv rol oynamaq istəyir. Bu məsələdə Borçalı cəmiyyəti aktiv rol oynayır. Bildiyiniz kimi, Cənubi Qafqaz bölgəsi etnik separtçılıqdan əziyyət çəkir. İndi ki, məqamda belə tədbirlər geniş şəkildə keçirilməli və hamımız belə tədbirlər dəstək verməliyik. Bu mənada tədbir – bölgədə gürcü və azərbaycan xalqının separtçılığa qarşı birliyini gücləndirir.



- Ümümiyyətlə, gələcəkdə Borçalını türk dünyasının mərkəzinə çevrilməsi prosesi görsənirmi?



- Hazırda, Gürcüstan dövlətinin Azərbaycan və Türkiyə ilə münasibətləri strateji səviyyədə inkişaf etməkdədir. Sözsüz ki, əlaqələrin qurulmasında Borçalının xüsusi yeri var. Nəzərə alsaq ki, bu gün Borçalıda yarım milyon azərbaycan türkü yaşayır, niyə də Borçalı türk dünyasının önəmli mərkəzlərindən birinə çevrilməsin. Onsuzda proseslər buna doğru getməkdədir. Qardaş Türkiyə Gürcüstanla bağlı uğurlu iqtisadi siyasət yürütməkdədir. Bütün aparılan işlər Borçalının ayaqda durmasına kömək edir və köçün qarşısını alır.



-Bəs, bu gün Borçalı Azərbaycan üçün nə deməkdir?



-Borçalı Azərbaycanın bölgədə gücünü artırır və mövqelərini gücləndirir. Borçalı boşalarsa, bu Azərbaycanın zəifləməsinə və onun inkişaf tempindən geri salar. Nəticədə də, Azərbaycan daha bir dəhşətli faciəni yaşayar. Açıq şəkildə demək olar ki, Borçalı Azərbaycanın yanan ürəyidir.



-Elat günləri tədbirinin keçirilməsinə maneələr yaratmaq istəyən qüvvələr haqqında fikirlər dolaşırdı. Bu, fikirlər doğrudurmu?



-Bəli, təəssüflər olsun ki, belə qüvvələrin fəaliyyətləri haqqında məlumatlar dolaşırdı. Belə qüvvələr hər yerdə var. Daima da mövcud olacaqdır. Biz bir olub, milli birliyimizi yaratmalıyıq. Mən bu insanlara sual vermək istərdim. Axı, Borçalı hamımızın vətənidir. Dünya Azərbaycanlıların torpağıdır. Borçalı əldən gedərsə, bu bütün Azərbaycan faciəsi olacaq. İndi ki, zamanda Borçalı İctimai Birliyinin gördüyü işləri dəstəkləyirik, gələcəkdə də birgə əməkdaşlıq haqqında fəaliyyət gəstərməyi düşünürük. Bu haqda cəmiyyətə arzu- istəyimizi bildirmişik.



-Borçalıda cərəyan edən hadisələri ermənistan və erməni diasporu diqqətlə izləyir. Uzun illərdir ki, Borçalını türksüz görmək istəyən qüvvələr, istəklərini nail ola bilmədilər...



-Hələ, 1918 -ci ildə erməni daşnakstüyun partiyası Borçalının erməniləşdirməklə bağlı planları puça çıxdı. Bundan sonra da, ermənistan və erməni diasporunun bu torpaqlara olan iddiaları puça çıxacaqdır. İndi bölgədə güclü Azərbaycan dövləti formalaşmaqdadır və dünya dövlətləri bölgənin lider dövləti olan Azərbaycanı qəbul edirlər. Ermənistana maraq zəifləməkdədir. Sadəcə olaraq ermənistan dövləti xaricdə fəaliyyət göstərən erməni diasporunun hesabına varlığını, Rusiyanın hərbi bazaları ilə nəfəs alır.

İnsanlar ölkəni kütləvi şəkildə tərk edirlər və ordu üçün canlı qüvvə çatışmır. Ermənistan siyasətçiləri bir şeyi dərk etməlidirlər ki, onların nicat yolu Azərbaycan, Türkiyə ilə münasibətlərin qurulmasıdır. Bu da, Azərbaycanın işğal etdiyi toraqlardan çıxmaq, qardaş Türkiyəyə olan ərazi iddialarından əl çəkmək, qondorma “erməni soyqırım”ı təbliğatını dayandırmaq sonra mümkün olacaq. Çünki Ermənistanın başqa yolu yoxdur.



-Yerli əhali ilə ünsiyyət zamanı, soydaşlarımızın Gürcüstan hakimiyyəti ilə bağlı fikirlərini bilmək maraqlı olardı...



-Yerli əhali ilə unsiyyətimiz zamanı əksər insanlarımız bir mənalı olaraq, Mixail Saakaşvili hakimiyyətindən razılıqlarını bildirirlər. Əvvəlki, hakimiyyətlər soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı heç bir iş görməyiblər. Bugünkü Gürcüstan hakimiyyəti demokratiya, azad dəyərlər üzərində qurulan dövlətdir. Bu sahədə də ciddi irəlləyişlər əldə edir. Həm də, Azərbaycan hakimiyyəti Gürcüstanla əlaqələri inkişaf etdirir və iki dost ölkə arasında qurulan əlaqələr bizim yerli əhalinin də vəziyyətinə təsir edir. Ancaq, Borçalıya güclü, geniş proqrama söykənən yatırım qoymaq lazımdır. Oranın aqrar sənayesini, turizm sektorunu inkişaf etdirmək olar. Mən bu, potensialı Borçalıda olarkən gördüm. Borçalı insanı bunu səbrsizliklə gözləyir. Bölgəyə işadamlarımızın yatırım qoymasına böyük ehtiyyac var.



-Son illər Azərbaycan dövləti Gürcüstana böyük həcmdə yatırımlar qoyur...



- Təbii ki, dövlət səviyyəsində Azərbaycan Dövlət Neft Şirkətinin yanacaq doldurma məntəqələrini açması açır, Kulevi neft terminalının işə düşməsi, Cənubi Qafqazda Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, Gürcüstanın dövlət büdcəsinə külli miqdarda pul gətirəcək. Deməli, Gürcüstan dövləti düzgün siyasət aparır. İşadamlarımız bu siyasəti dəstəkləməlidirlər və dünyanın başqa yerlərində yaşayan, əslən Borçalıdan olan sahibkarlar doğulub, boya-başa çatdığı torpağına yatırım qoymalıdır. Bu reallaşarsa, Borçalının durumu daha da yaxşılaşacaq.



-Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasına rəhbərlik etdiyiniz dönəmdən, indiyə qədər qurum ciddi işlər görüb, bu günlərdə qurum “Mübariz Qadınlar” adında ilk qəzetini çapdan buraxdı. Belə nəcib işlə bağlı, Sizi və qurumun fəal qadın üzvlərini təbrik edirik.



-Təşəkkür edirəm. Bu həm də, neçə vaxtdır ki, qurumun fəal qadınlarının əməyinin nəticəsi kimi də dəyərləndirmək lazımdır. ”Mübariz Qadınlar” qəzetinin ərsəyə gəlməsində xüsusilə, Nüşabə Əhmədova, Sara Göycəlinin xidmətini qeyd etmək istərdim. Bu gün əsas məqsədimiz odur ki, Azərbaycanın ictimai-mədəni və sosial həyatında xanımlarımızın fəallığını artırmaq və proseslər də aktivliyini yüksəltməkdir. Bunun üçün yetərincə potensialda var. Bundan sonra da, Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının fəaliyyətini gücləndirib və dünyanın hər bir yerində yaşayan soydaşlarımızın milli inteqrasiyasına nail olmağa çalışacağıq.



Söhbətləşdi:Elnur Eltürk













Yorumlar









Aktif Ziyaretçi 56
Dün Tekil 1947
Bugün Tekil 1362
Toplam Tekil 4078090
IP 3.136.18.48






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap