Cavid Vəliyev ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Cavid Vəliyev ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 22.07.2010 > Kaç kez okundu? 3168

Paylaş


Cavid Vəliyev: ”Son zamanlar Minsk Qrupunun həmsədrləri daha çox Ermənistanın nazı ilə oynayırlar”



Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktiv siyasi porseslər müşahidə olunmaqdaqdır. Bu proseslərlə yanaşı, mediada belə bir informasiya dolaşır ki, sentaybr ayında Türkiyə-Ermənistan sərhədlərinin açılması gözlənilir. Bu mövzu ilə əlaqədar olaraq ünvanladığımız sualları Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi- siyasi analitik Cavid Vəliyev cavablandırıb.



-Türkiyə mediasının yazdığına görə, Türkiyə-Ermənistan sərhədlərinin sentyabr ayına qədər açılacağı gözlənilir. Sizcə, bu fikirlər medianin ortaya atdığı informasiyadır, yoxsa, bunun arxasında düşmən tərəfinin spekulyasiyası durur?



-Bu xəbəri Ermənistandan çox Türkiyə tərəfində yazarlar, hətta Azərbaycanın dostu olan bəzi yazarlar gündəliyə gətirdi. Bu məsələnin gündəliyə gəlməsinin səbəbi Türkiyə Xarici İşlər Nazirliyinin Qars və İqdır icra hakimiyyətlərinə göndərdiyi bir yazı idi. Türkiyə Xarici İşlər Nazirliyinin Qars və İqdır İcra Hakimiyyətlərinə göndərdiyi, Ermənistanla sərhədlər açılarsa hazırlıqlar neçə günə tamamlanar yazısı, Ermənistanla Türkiyə arasında sərhədlərin açılacağı müzakirələrini gündəmə gətirdi. Bu şərhlərin daha geniş yayılmasının əsas səbəblərindən biri də, Hillari Clintonun bölgəyə baş tutan səfərindən sonra genişlənməyə başladı.

Belə ki, sentyabr ayında da Türkiyə və Ermənistanda iki mühüm hadisə var. Bunlardan birincisi 17 sentaybrda Vanda 2007-ci ildə təmirdən çıxan Ağdamar Erməni Kilisəsində dini mərasim olacaq və dünyanın bir çox ölkəsindən buraya ermənilər gələcək. Ermənistandan da yüksək rütbəli dövlət adamlarının mərasimə gəlmə ehtimalı “sərhəd qapıları açılacaq” iddiasını gündəliyə gətirdi. Çünki 2007-ci ildə bu kilisənin açılışına Ermənistan Mədəniyyət Naziri, “qapılar açılsın, gəlim”şərtini qoymuşdu.

İkinci olaraq isə NATO-nun Ermənistanda keçiriləcək zəlzəyə qarşı insanı yardım təlimində NATO texnikasının Ermənistana getməyi üçün Türkiyə-Ermənistan qara sərhədlərinin açılmasıdır. Bu iddia da çox gündəliyə gəldi.

Lakin Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu ATƏT xarici işlər nazirlərinin Almatadakı qeyri-rəsmi yığıncağında bu iddiaları yalanladı və Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını açıqladı. Bu səbəbdən sentyabr ayında Türkiyə-Ermənistan sərhədinin açılacağı düşünülmür.



-Son vaxtlar aktivləşən Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan nəsə gözləmək olarmı?



-Bəli. Əgər həmsədr ölkələr Madrid Prinsiplərinin yenilənmiş variantını Ermənistana qəbul etdirə bilsələr, nəsə gözləmək olar. Çünki Azərbaycan tərəfi bu prinsipləri qəbul edib, artıq rəsmi Bakı Ermənistanı gözləyir. Ermənistan isə status kvodan faydalanaraq bu məsələni uzatdıqca uzadır. Hər dəfə fərqli bəhanələr gündəliyə gətirir.

Açıqcası son günlərdə Minsk Qrupu həmsədr ölkələrinin aktivliyi biraz artmışdı. Lakin yenə də onlar Ermənistanın nazı ilə oyanyırlar. Və bu bütün proseslərdə müşahidə olunur. Bu səbəbdən ümumi olaraq həm Ermənistanın mövqeyini, həm də Minsk Qrupunun işini qiymətləndirdiyimiz zaman nəysə gözləmək üçün tezdir.



-Beynelxalq qurumların ermənistana təzyiqlərinin artdığını görürük. Bu yaxınlarda Avropa Parlamentinin “ermənistan ordusunun Qarabağ azad etməsi” ilə, bağlı qəbul etdiyi qətnaməni misal gətirmək olar. Ümümiyyətlə, belə qərarların qəbul edilməsi rəsmi İrəvanı ədalətli mövqe ortaya qoymasına kömək edəcəkmi?



-Avropa Parlamentindən də daha güclü qurum olan BTM Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, münaqişənin həlli ilə bağlı. Lakin, bu qərarların icra olunmaması məyus edici haldır.

Qarabağ məsələsinin həllində bu qərarlar iki istiqamətdə əhəmiyyət daşıyır. Birincisi, Qarabağ məsələsi bir propaqanda məsələsidir. Bu mənada beynəlxalq qurumların bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar alması, Qarabağ məsələsində Azərbaycanın mövqeyini gücləndirir. İkincisi, Qarabağ məsələsini dünya gündəminə gətirir və Minsk Qrupu üstündə bir təzyiq olur.



Söhbətləşdi: Elnur Eltürk,



















Yorumlar









Aktif Ziyaretçi 79
Dün Tekil 1947
Bugün Tekil 1777
Toplam Tekil 4078505
IP 18.219.189.247






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu