DAK Gənclər Təşkilatı Şəhid Mübariz İbrahimovun anım mərasimini keçirdi - Ülkər İLQARQIZI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK Gənclər Təşkilatı Şəhid Mübariz İbrahimovun anım mərasimini keçirdi - Ülkər İLQARQIZI
Tarih: 21.07.2010 > Kaç kez okundu? 3250

Paylaş


Dünya Azərbaycanlıları Konqresinin mərkəzi ofisi İstiqlaliyyət 8 ünvanında 19 iyun tarixində Tərtər rayonu Çaylı kəndi yaxınlığında Şəhid olmuş Azərbaycan ordusnun giziri Mübariz İbrahimovun anım mərasimi keçirildi.

Tədbiri ilk olaraq DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli açdı. Dövlət himnin səslənməsi ilə başlanan anım mərasimində Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Əlirza bəy 19 iyun tarixində Şəhid olmuş Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıqdan söhbət açdı və sözü tədbirin təşkilatçısı DAK Gənclər Təşkilatının başqanı Seymur Həsənliyə verdi. Seymur bəy keçirdikləri anım mərasimini böyük borcunu yerinə yetirmiş Mübarizin qarşısında kiçik bir borc adlandırdı. “Biz gənclik olaraq bugünkü tədbirimizlə əsl mübarizlik simvoluna çevrilmiş Mübariz İbrahimov Qəhrəmanlığının gənclər arasında təbliğində öndə olduğumuzu sübut etdik. Bu Vətən qarşısında öz borcunu yerinə yetirmiş Mübariz İbrahimovun ruhu qarşısında kiçik borcdur”.



Söz Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, prof. Qulamrza Səbri Təbrizi cənablarına verildi. O, baş vermiş hadisənin özəlliyini xüsusilə vurğuladı və qeyd etdi ki, Mübarizin bu hərəkəti xalqımıza baş ucalığı gətirəcək bir haldır. “Mən onun ruhu qarçısında baş əyirəm və gənclərimizi bundan örnək götürməyə dəvət edirəm.



DAK həmsədri, prof. Paşa Qəlbinur insanın ruhunun yaşadığını vurğuladı. “Bildiyimiz kimi yaşayan ruhdur. Ermənilər onun cismini saxlamaqla necə qisascıl, necə meyiddən belə qisas alan vəhşi məxluq olduqlarını göstərir”



Söz Şəhidimizin qohumu, DAK-ın Orta Asiya üzrə təmsilçisi, polk.Yəhya Əliyevə verildi. Şəhidliyin nəsillərinin alın yazısı olduğunu vurğulayan Yəhya bəy hələ 37-ci ildən başlayaraq bu ailənin neçə-neçə qurbanlar verdiyini söylədi. Amma bu qurbanlara görə heç vaxt üzülmədikləri, əslində böyük qürur hissi duyduqlarını vurğulayan qonaq buna misal kimi, Mübarizin atasının "bir övladımı Vətənə qurban demişəm" fikrini tədbir iştirakçılarına xatırlatdı.



“Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət "Azərbaycanda əsgər yetişmir deyənlərə bu hadisə ən gözəl cavabdır" deyərək, xalqımızı artıq açıq mübarizəyə, qana qanla cavab verməyə səslədi. Çıxış xüsusi çoşquya səbəb oldu.



DAK İdarə Heyətinin üzvü Eliza İsmayılova gənclərdə Şəhidə verilən diqqətin yüksək olduğunu gördüyündən qürurlandığını bildirdi. “Bütün bu diqqət onu göstərir ki, Şəhidlər həqiqtən ölmür. Bizim Mübariz kimi saysız igidlərimiz var. Onlar öz sözünü deyəcək”.



Söz alan Qazaxıstan Respublikası “Azərbaycan Etno - Mədəni Mərkəzlər İttifaqı”nın prezidenti, prof. Vidadi Salahovun da çıxışı alqışlarla qarşılandı. Mübarizin bu hərəkətinin artıq Azərbaycan xalqının qələbəsi olduğunu vurğulayan Vidadi bəy yeri gəlsə, Qazaxıstanda yaşayan təkcə azərbaycanlıların deyil, qazax gənclərinin də müharibəyə hazır olduqlarını vurğuladı.



Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ermənilərin qəhrəmanımızın cəsədini qaytarmamaqla dünya ictimaiyyətinə necə bir millət olduqlarını bir daha sübut etdiklərini söylədi. “Əgər Azərbaycan xalqı müharibəyə hazırlaşırsa, bu kimi hadisələrə də hazır olmalıdır. Çünki müharibədə çox cəsədlər elə döyüş meydanında da qalır. Əsas olan ruhdur. Mübarizin ruhu da şükürlər olsun ki, artıq Tanrı dərgahında, özünün də məktubunda qeyd etdiyi kimi, cənnətdədir”.



Söz gənclərə verildi. İlk olaraq, çıxış edən Azərbaycan gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Azərbaycan gəncliyinin Mübarizin yolu ilə getməyə hər an hazır olduğunu, belə tip tədbirlərə xarici ölkə nümayəndəliklərini də cəlb etməyin və bu kimi hadisələrin internet vasitəsilə dünya ölkələrinə yayımlamağın zəruriliyini vurğuladı.

Sonda tədbirdə iştirak edən gənclərin sualları cavablandırıldı.



Tədbirdə DAK Gənclər Təşkilatının rəhbərliyi və üzvləri ilə yanaşı Leya Əliyevanın rəhbərlik etdiyi və Rusiyada fəaliyyət göstərən Azərbaycan Gənclər Təşkilatının Kaluqa şəhər üzrə sədri Elnarə Sadıxova, Borçalı İctimai Birliyinin Gənclər təşkilatından Nadir Məmmədli, Yeni Nəfəs Gənclər Hərakatının sədri Mehman Həsən və üzvləri, müxtəlif QHT-lərdən nümayəndələr və media işçiləri də də iştirak edirdilər.



P.S. Tək Mübariz belə bir qəhrəmanlığa qadirdisə, onda gör bütöv Azərbaycan ordusu, daha da irəli getsək, türk dünyası nəyə qadirdi.

Düz deyiblər ki, çətini türk ata minincədir. Deyəsən, yavaş-yavaş at belinə qalxırıq!!!



Ülkər İLQARQIZI







Yorumlar









Aktif Ziyaretçi 53
Dün Tekil 1947
Bugün Tekil 860
Toplam Tekil 4077589
IP 18.191.84.32






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu