Zəlimxan Məmmədli ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Zəlimxan Məmmədli ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 04.07.2010 > Kaç kez okundu? 3061

Paylaş


Zəlimxan Məmmədli: “Borçalı insanı üçün, Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy,Heydər Əliyev də onun qürur mənbəyidir”

`

“Borçalı” İçtimai Birliyinin sədri Zəlimxan Məmmədlinin müsahibəsini təqdim edirik:



Zəlimxan bəy, Bugün sizə qarşı aparılan kampaniyanın arxasında nələr durur?



Bu haqda mediaya kifayyət qədər geniş məlumat vermişəm. Mən, “dildə, fikirdə, işdə, birlik” postulatını çox ciddi qəbul edirəm. Bu, kəlam bizim millətin milli genetikasını, ideologiyasını, mədəniyyətini özündə daşıyan bir fikir sistemidir. Hazırda da, bu kəlam bizim fəaliyyətimizin əsas ana xəttini daşıyır, bundan sonrada eyni sistemlə hədəfə doğru gedəcəyik. Hər zaman bildirir ki, ümümmilli məsələlərdə firqə, şəxsi maraqları məsələsi yoxdur. Bilirsiniz ki, biz siyasətdə vəzifəmizi dondura bilərik vəs. kimi açıqlamalarda vermişik. Ümümmilli məsələlərimiz olan Dağlıq Qarabağ, Güney Azərbaycan, Borçalı, Dərbənd, demokratiya məsələlərimizdə prinsipial mövqe ortaya qoymuşuq. Məhrum prezidentimiz Əbülfəz Elçibəy də milli birlik, milli barış məsələsinə çox önəm verirdi. Bu gün üzərimizə gələn çoxdur. Azərbaycan elə bir strateji mövqeyə malikdir ki, və onun zəngin enerji ehtiyyatlarını bura əlavə etsək, Azərbaycana milli birlik, milli görüş postulatı hava-su kimi lazımdır. İndi cəmiyyətdə, sağlam bir fikir ortaya gəlib, biz bunu görürük. Nəzərə alaq ki, tarixən milli birliyin olmamasının acısını zaman-zaman yaşamışıq. Həmin ağırlı proseslərdə, Qərbi Azərbaycanı itirdik. Əsas enerjimizi daxili çəkişmələrə həsr etdik, nəticədə də bugün Qərbi Azərbaycanda bir nəfərdə olsun türk qalmayıb. Eyni halı Güney Azərbaycan məsələsinində yaşayırıq, indi mənə sual versəniz ki, Güney məsələsində Quzey Azərbaycan proseslərə hazırdırmı, sualına ürək açan cavab verə bilməyəcəyik. Dərbəndə sürətli assimilasiya siyasəti aparılır. Yenədə, enerjimizi daxili firqə çəkişmələrini yönəldirik. Dünyada gedən sürətli qloballaşma prosesində milli birliyi qoruyub saxlamaq çətindir. Azərbaycanın güclənməsi, inkişaf etməsində birlik modelini Borçalı cəmiyyəti olaraq ortaya qoymuşuq.



Bəs neçə oldu ki, siz Borçalı məsələsi ciddi məşğul olmağa başladınız?



Mənim son vaxtlar aktiv siyasətdən getməyimin əsas səbəbidə Borçalı məsələsi oldu. Daha doğrusu Borçalı məsələsi ilə məşğul olmağıma səbəb olan nədənlərdən biridə, tanınmış ziyalıların bu məsələdə mənə müraciət etməsi oldu. Ziyalılarımız siyasətdə qazandığım təcrübəni Borçalıya məsələsinə həsr etməyə çağırdılar. Hazırda, Borçalı bizim tarixi torpaqlarımızdandır ki, insanlarımız oranı tərk etmək istəyirlər, daha doğrusu buna təhrik edilirlər, belə olan halda, biz bu məsələ ilə ciddi məşğul olmaq qərarına gəldik. Milli ziyalı kontengenti ilə məsələyə ciddi yanaşmağa başladıq. Borçalının Azərbaycan üçün strateji önəm daşıdığını bilməliyik. Sabah, Borçalıda yaşayan Azərbaycan türkləri oranı tərk edərlərsə, bu proses əlli ilədə davam etsə, dövlətimizin süqutunə səbəb ola bilər. Borçalı Azərbaycanın Cənubi Qafqazda dövlətçiliyinin əsas sütunlarından biridir. Borçalı üç dövlətin əhatəsində yerləşir və Tükiyə ilə quru sərhədi var. Hər zaman bu qapı açıla bilər. Dini-entik bir ərazidir. Borçalı məsələsinə hansısa partiyanın, təşkilatın maraqları ilə yanaşsaq, şüurlu baxımından bilə-bilə özümüzü məğlub olmuş kimi görəcəyik və böyük yanlışlıq olardı. Ciddi proseslərin getdiyi bir zamanda buna gedə bilmərik. Belə olan halda ümümmilli məsələlərimizi bir kənara qoyub, daxili firqəçilikləmi məşğul olmalıyıq?! Milli görüşün, milli baxışın birlik modelinin gercəkləşdirməyin zamanı çatdığını görməliyik. Borçalı əldən çıxsa, bu, Azərbaycanın süqutu deməkdir.



Nədən, Sizə qarşı bir-birdən belə hücumlar başladı?



Gürcüstan tarixində ilk dəfə olaraq Borçalı türklərinin 28 May Respublika günü ilə bağlı Tbilisidə 500 nəfərdən çox insanın iştirakı ilə yürüş keçirdik. Bu tədbiri keçirməkdə əsas məqsədimiz o idi ki, Borçalı türklərini Gürcüstanın siyasi-içtimai həyatına aktivləşdirmək və insanlarımızı bir güc halına gətirməkdir. Həmçinində Borçalı türklərinin Gürcüstan dövləti üçün, ciddi bir dayaq olduğunu göstərmək idi. Burada, əsas insanlarımızda Tbilisi qorxu sindiromunu aradan qaldırmaq idi. Bizdə buna nail olduq. Eyni zamanda məyus olan anlarda yaşadıq. Bu tədbirdə Heydər Əliyev büstünü ziyarət etmək məsələsi müzakirə olunurdu. Hər şeydən öncə onu deyim ki, Borçalı cəmiyyəti bütün firqələrin birləşdiyi bir milli təşkilatdır. Azərbaycanda ikinci belə bir təşkilat yoxdur. Bütün firqələr bir amal uğrunda birləşə bilsinlər. Borçalı cəmiyyəti bütöv bir təşkilat olduğuna görə, fəaliyyətimizi bunu uyğun yönləndirir və bu istiqamətdə davam etdiririk. Bu gün deyirlər ki, Zəlimxan Məmmədli büstün qarşısında baş əyib. Əvvəla, onu deyim ki, mən baş əyən oğlan deyiləm. Biz bütün milli maraqlarımızı nəzərə alaraq, Heydər Əliyevin büstünü ziyarət edik. Düşünürük ki, bu fəaliyyətimizdə elan etdiyimiz kimi milli birlik modelimizin prinsiplərinə tam cavab verirdi. İnsanlarımızda bundan məmnun qaldılar. Borçalı insanı dil-din içində öz birliyini yaşatdığı üçün, Azərbaycanı bir görmək istəyir. Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy,Heydər Əliyev də onun qürur mənbəyidir. Və bu məsələ heç bir zaman firqəçilik müstəvisinə keçməyib.

Sizə onuda deyim ki, biz üzərimizə olan hücumları gözləyirdik. Ancaq belə aqressiv olacağını gözləmirdik. Dostlarımız ciddi kampaniya apardılar, müxalifət bunu ideya satqınlığı kimi vəs. nələrsə dedilər. Bir mənalı olaraq deyirəm ki, bu milli birliyə aparan bir yol və hətta başlanığıcı idi. Bu bütün firqələri bir arada qoruyub saxlamaq istəyi idi. Biz tariximizdə müsbət və mənfi rol oynamış insanlarımızı müzakirə etməməliyik. Büstü, məzarı döyüşdürmək, siyasi alətə çevirmək dinimizdə qəti qadağan olur. Və mən bu prinsipi qəbul eləmirəm. Təbii ki, Heydər Əliyev Azərbaycan tarixində öz yeri olub. Ancaq mənim siyasi liderlərim Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəydir. Bu başqa məsələdir. Digəri üçündə Heydər əliyev onun lideridir. Sabah Qarabağ səngərində bir Azərbaycan əsgəri kimi döyüşəcəyik. Sən Heydərçisən, Elçibəyçisən,Məmmədəminçisən kimi döyüşsək, bunun ciddi fəsadlarını yaşaya bilərik. 28 May tədbirinin spesifik əlaməti o idi ki, bu tədbirdə milli görüşümüz üst-üstə düşdüyü üçün tədbirimiz möhtəşəm baş tutdu.



Bu gün Borçalıda nə qədər Azərbaycan türkü yaşayır?



Rəsmi statistikaya görə, 286 min Azərbaycan türkü yaşayır. Bu ümümgürcüstan əhalisinin 11% yaxındır. Buda Gürcülərdən sonra say nisbətinə görə ikinci yerdir. 3-cü yerdə ermənilər,abxazlar,acarlar,osetinlər vəs.



Bir müddət bundan öncə mətbuatda belə bir yazılar gedirdi ki,İran dövləti Borçalıda maraqlarını gücləndirir. Orada dini ideyaların yayılması üçün, geniş fəaliyyət həyata keçirir. Səslənən fikirlərlə razısınızmı?



Bu məlumat yanlışdır. Bu gün İran Gürcüstanı özünə təhlükəsizlik zolağı zonası elan edib. Xüsusilə burada islam dinin daşıyıcısı olan Borçalı türkləridə nəzərə alınıb. Ərəb ölkələrində gələn pozucu dini təriqətlər var. Bu danılmazdır. Xüsusilə vahhabilik xeyli vüsət alır. Amma bunlar hələlik Borçalı türkünü parçalamaq və üz-üzə qoymaq gücündə deyil.



Qarşıda belə təhlükələr gözlənilirmi?



Mən gözləmirəm. Borçalıda Tanrı sevgisi hakimi mövcuddur. İslamdan öncə ki, ənənələr daha çox yaşayır, nəin ki, bölücü təriqətlər gətirdiyi pozucu təbliğat. Bugün təriqətlər Borçalı insanını bölə bilmir. Ayrıca olaraq nə şiələr, nədə sünnülər arasında problem yoxdur. Hətta onlar Tiflisdə bir məsciddə bir yerdə, bir qayda olaraq namaz qılırlar. Bunun özü Borçalı türklərinin spesifik xüsusiyyətlərindəndir. Bu ənənə min illərdir ki, formalaşıv bugünə kimi özünü qoruyub saxlayır. Hansısa bir pozucu təriqətin bu ənənə dağıtması mümkünsüzdür.



Borçalıda etnik şüurdan daha çox, dini kimlik şüuru daha çox inkişaf edib...



Maraqlıdır ki, Borçalı türkündən milliyyətini soruşanda dərhal müsəlmanam deyir. Amma Borçalı türkü bir ənənəsi davranışı, mədəniyyəti və milli baxışı ilə türkdür. Borçalıda türklük məfkürəsi birləşdirci ciddi faktordur. Milli duyğular, dini duyğuları üstələyib. Mən özüm bu məsələ ilə bağlı araşdırma aparmışam və onu çap etdirməyi düşünürəm. Apardığım ciddi tədqiqlardan belə nəticəyə gəldim ki, Borçalı türklərini daha çox milli kimlik məfkürəsi birləşdirir. Cünki dini maarifləndirici sistem olmadığına görə, Borçalı türkünü birləşdirə bilmir. Tanrısallıq sevgisi var.



Borçalı türklərinin bir güc mərkəzinə gəlməsi, Gürcüstan dövləti özü üçün təhlükə hesab etmirmi?



Borçalı cəmiyyətinə rəhbərlik etdiyim bir il ərzində, müxtəlif görüşlər keçirmişik və bir dəfə olsun, dilimizdən mənfi fikir eşidilməyib. Borçalının içmalaşması, təşkilatlanması, hədəflərin aydınlaşması, məsələlərin həlli fundamental həll olunmalıdır. Ən nəhayyət Gürcü cəmiyyəti ilə arada olan soyuqluğu götürmək üçün, mədəniyyətlər arası dialoq deyilən modeli ortaya qoyduq. Bugün sağdan, soldan tışlanmağımıza baxmayaraq, işlərimizi davam etdirməkdəyik. Bizi mədəniyyət təşkilatı adlandırırlar. Düzdür. Biz mədəniyyət tədbiləri keçiririk. Bugün dünyada top-tüfəngin görə, bilmədiyi işi mədəniyyət görür. Düşünürəm ki, mədəniyyət konsepsiyası öz yerini tutacaqdır. Xüsusilə, gələcəkdə gürcü və türk ziyalıları məsələlərin həllində öz potensiallarını ortaya qoyacaqlar. Onuda qeyd edim ki, bu modela qarşı çıxan qüvvələr var. Çox təəssüf ki, həmin qüvvələrdən həm Azərbaycan, həmdə Gürcüstanda da var. Kənar qüvvələrdə bu, prosesə əngəl yaratmaq istəyirlər. Türklərin cənubi qafqazda bir güc mərkəzinə çevrilməsini, Gürcüstanda borçalı türklərinin aparıcı etnos kimi öz varlıqlarını təsdiq etməsini qəbul etmək istəməyən qüvvələr fəaliyyət göstərir. Hətta, Gürcüstanın içində özündə razı, yekəxana bir bir təbəqədə var ki, bu proseslərə ironiya ilə baxırlar. Biz Borçalı cəmiyyəti olaraq Gürcüstanın unitarlığınə dəstəkləyirik, bütövlüyün qəbul edirik. Eyni zamanda, Azərbaycan-Gürcüstan əlaqələrinin strateji səviyyədə qurulmasının dəstəkləyirik. Bütün hallarda biz saf niyyətimizlə hədəfə doğru gedəcəyik. Apardığımız kursu dayandırmaq istəyən qüvvələrə layiqli cavab verəcəyik.



Bugün Gürcüstan Azərbaycanlılarının problemlərinin həll edilməsi ilə bağlı sıra təşkilatlar yaranır və fəaliyyət göstərir. Sizin bu təşkilatlarla əlaqələriniz hansı səviyyədədir?



Bizim belə təşkilatlar sayğımız,hörmətimiz var. Gürcüstan demokratik ölkə olduğundan orada müxtəlif yönümlü təşkilatlar fəaliyyət göstərə bilər. Çox sağlam model var. Mən istərdim ki, bu prosesi axıra kimi, apara bilsinlər. Bugün Azərbaycanın əsas problemlərindən biridə cəmiyyətləşmə prosesinin qarşısının alınmasıdır. Dünyada millətləşmə, dövlətləşmə şüurunun aparılmasına imkan vermirlər. Onu sıradan çıxardırlar. Milli dövlətçilik məfkürəsini darmadağın edirlər.



Qarşıdakı aylarda hansı tədbirləri keçirməyi planlaşdırırsınız?



Dəstəkləkdiyimiz mədəniyyətlər arası dialoq konsepsiyasına uyğun olaraq İyul ayının 25-də II-Elat mədəniyyət tədbirinin keçirilməsinə hazırlaşırıq. Keçən il I-Elat mədəniyyət tədbiri çox uğurlu keçdi. Bu tədbirlərin hər il davamlı olaraq keçirilməsində israrlıyıq. Bu tədbirlər vasitəsi ilə Cənubi Qafqazın əsas qarantı Azərbaycan və Gürcüstan olduğu qənaətini bölüşürük. Və bu proseslərdə Borçalı türkləri həmişə mühüm rol oynayıb, bundan sonrada oynayacaqdır. Gürcüstanın hərbi doktrinasında Azərbaycan və Türkiyə hərbitərəfdaş kimi göstərilir. Bizdə bu ortaya qoymaq istəyirik ki, Türkiyə-Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının ortaq baxışı, Borçalıdan keçir. Bu baxımında Borçalı güclənməlidir, inkişaf etməlidir. Bizim qarşımıza əngəl yaratmaq istəyən qüvvələr, Azərbaycan dövlətçilyinə təsir etmiş olurlar. İnşallah, bu yolda birgə addım atıb, belə qüvvələrin gedən proseslərə təsir imkanlarını zəiflətmiş olarıq.



Zəlimxan bəy, sizə təşəkkür edirik suallarımızı cavablandırdığınıza görə, uğurlar arzu edirik.



Məndə, Sizə öz təşəkkürümü bildirirəm.



Söhbətləşdi: Elnur Eltürk











Yorumlar









Aktif Ziyaretçi 48
Dün Tekil 2050
Bugün Tekil 768
Toplam Tekil 4079546
IP 13.58.39.23






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu