Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Tovuz səfəri - Günel RƏHİMOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Tovuz səfəri - Günel RƏHİMOVA
Tarih: 04.07.2010 > Kaç kez okundu? 3162

Paylaş




Gəncə görüşlərini yekunlaşdıran DAK Gənclər Təşkilatı növbəti səfərini Tovuz şəhərinə gerçəkləşdirdi. Səfər zamanı hələ uzun müddətdir qiyabi şəkildə əməkdaşlıq olunan Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyi ilə görüş keçirildi. Birliyin sədri İsa Cavadoğlu şəhərdə olmadığından qonaqları şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbülfət İslam və birliyin üzvləri qəbul etdi. Onu da qeyd edək ki, görüşün təşkilatçısı DAK Gənclər Təşkilatının Tovuz şəhər təmsilçisi Gülnar Səma idi.



Qonaqları salamlayan Əbülfət İslam səfərin təşkil olunması ilə maraqlandı. DAK Gənclər Təşkilatının başqanı Seymur Həsənli rəhbəri olduğu təşkilatın keçmiş altı aylıq fəaliyyəti və gələcək planlar haqqında çıxış etdi. Səfərin təşkil olunmasında məqsədi açıqladı. “Professor Qulamrza Səbri Təbrizinin rəhbəri olduğu təşkilat beynəlxalq diaspor təşkilatıdır. Əksər dünya ölkələri üzrə fəaliyyətlər davam edir. Biz də həmin təşkilatın gənclər təşkilatı olaraq müstəqil olan Quzey Azərbaycanda rəsmi təmsilçiliklərimizin yaranmasında və real işlərin görülməsində maraqlıyıq. Demək olar ki, Azərbaycanda bütün təşkilatlar Bakı çərçivəsində məhdudlaşır və ya formal təmsilçiliklər təyin olunur. Bu üzdən səfərlərimiz bütün regionlara təşkil olunur və yerli təşkilatlarla ən azı qəzetimiz vasitəsilə, tədbirlər vasitəsilə əməkdaşlıq qurulur”.



Bundan sonra Əbülfət İslam birlik üzvlərini təqdim etdi. Onların fəaliyyətləri haqqında məlumat verdi. Üzvlər də müxtəlif istiqamətlərdə çıxışlar edərək çeşidli şeirlər səsləndirdi.



Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Qədir Hümbət isə daha çox Yeni Nəfəs qəzetindən danışdı. “Yeni Nəfəs bizim ən sevimli qəzetimiz. Bir jurnalist kimi deyirəm, əsl jurnalistika budur. Qəzetin hər sayının hər məqaləsi böyük mənadır. Məni ən çox düşündürən adın önündəki müsbət işarəsidir. Bu işarə özlüyündə böyük məna kəsb edir. Təbii anlayan insan üçün. Sizin, qarşısında baş əyiləcək fəaliyyətiniz var”.



Daha sonra Seymur bəy qonaqlara Bakıdan gətirdikləri müxtəlif kitabları və qəzetləri təqdim etdi. Xatirə rəsmi çəkildi. Görüşdə müxtəlif yerli qəzetlərin nümayəndələri də iştirak edirdi.

Günel RƏHİMOVA





Yorumlar









Aktif Ziyaretçi 64
Dün Tekil 1947
Bugün Tekil 1438
Toplam Tekil 4078166
IP 3.145.191.22






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu