Niyə məhz Oş? - Elxan Nəsibli - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Niyə məhz Oş? - Elxan Nəsibli
Tarih: 16.06.2010 > Kaç kez okundu? 2836

Paylaş


15.06.2010



Oş Qırğızıstan şəhəri olsa da, buranın əhalisinin əksəriyyəti özbəklərdir. Özbəklər isə deyirlər ki, bu son Oş hadisələrində onlar arasında ölənlər rəsmi deyiləndən çoxdur.



Regiona tez-tez səfər edən AzadlıqRadiosunun müxbiri Brüs Panier deyir ki, Oş Sovet dövrünün həm etnik rəngarəngliyinə, həm də demarkasiyasına, xalqlar arasında sərhədlərin necə çəkildiyinə əyani misaldır:



«İğtişaşların baş verdiyi region Fərqanə vadisinə daxildir. Bu vadi Qırğızıstan, Tacikistan və Özbəkistan arasında bölünüb. Burda qırğızlar, özbəklər və taciklərlə yanaşı məhsəti türkləri, ərəblər, uyğurlar yaşayır. Burda ruslar və ukraynalılar da var. Bütün bu etnik qruplar Qırğızıstanın 80 etnik qrupdan ibarət əhalisində təmsil olunub».



Panierin fikrincə, indiki problemlərin kökü birbaşa etnik rəngarənglikdə deyil, bu etnik qruplar arasında mübahisədədir. Mübahisənin biri, bəlkə də ən başlıcası su davasıdır.



SUDAN BAŞLANAN DAVA



1990-cı ildə vadidə etnik münaqişə su üstündə davadan başlandı. Fərqanə vadisində yaşayan qırğızlar hesab edirdilər ki, (indi də hesab edirlər) su özbəklərlə qırğızlar arasında düzgün bölünməyib.



Hərçənd su davası Oş şəhərində düşməmişdi, ancaq yaranan münaqişə özbəklərlə qırğızları üz-üzə qoydu.



Özbək qaçqınlar Özbəkistanla sərhəddə, 14 iyun 2010

1990-cı ildəki su davasından sonra özbəklərlə qırğızlar mübahisəni bir kənara qoysalar da, bu o demək deyil ki, mübahisə yaddan çıxıb.



Panier hesab edir ki, indiki davanın bir kökü o tüstülənən mübahisədir.



Hərçənd Panier istisna etmir ki, özbəklərlə qırğızlar arasında bu köhnə narazılığı Bakiyev tərəfdarları qızışdıra bilərdilər, ancaq o daha konkret səbəblər göstərir.



Oşdakı özbəklər narazıdırlar ki, Bakiyev prezident olanda, o Cənubun nümayəndəsi kimi oradakı qırğızlara yaxşı şərait yaratmışdı. Bu şərait isə cənubdakı, o cümlədən Oşdakı özbəklərin hesabına yaradılmışdı. Ona görə Bakiyev devriləndə Oşdakı özbəklər Bakiyevi müdafiə edən qırğızların əleyhinə idilər.



Özbəklər indiyə kimi fikirləşirlər ki, Bişkekdəki hökumət kimliyindən asılı olmayaraq onlarla ədalətli davranmır.



DAŞKƏND QOŞUN YERİDƏ BİLƏRMİ?



Oşdakı etnik münaqişənin bir təhlükəli tərəfi də odur ki, Özbəkistan münaqişəyə qatıla bilər. Hər halda Panier bunu istisna etmir. Özbəkistan Oşdan gələn özbək qaçqınlarına qapılarını açıb. Ancaq bununla kifayətlənməyə bilər.



Etnik özbəklər qaçqın düşərgəsində, 15 iyun 2010

Maraqlıdır ki, Daşkəndin özbəkləri müdafiə etməsini Özbəkistanda olan qruplar da, kənarda olan müxalifət də tələb edir. Bişkekdəki Qırğız Mədəniyyət Mərkəzi də İslam Kərimovdan xahiş edib ki, Özbəkistan qoşun yeritsin.



Ancaq qoşun yeritməyin bütün mənfi cəhətlərini Özbəkistan prezidenti yəqin ki, anlayır. Çünki qoşun gəlib, qayda yarada bilər. Ancaq çıxa biləcəkmi?



Bir maraqlı sual da odur ki, Qırğızıstan kənardan kömək istəyib, hansı ölkələr kömək edə bilər? Panierin fikrincə, birmənalı olaraq Rusiya.



Burda Bişkek üçün əsas problem odur ki, hökumət zəifdir. Xarici ölkə qoşunla gəlsə, Qırğızıstanda faktiki hakimiyyət həmin qoşuna keçəcək.



Bir sual da odur ki, «Manas» hərbi bazasını kirayə edən Amerika Qırğızıstana hansı köməyi göstərə bilər?



Panierin fikrincə, Amerika Qırğızıstanın daxili çəkişmələrindən qıraqda dursa yaxşıdır, çünki «Manas» hərbi bazasını Amerika bu davada itirə bilər.



«Manas» isə Amerikanın Əfqanıstandakı əməliyyatları üçün çox vacibdir.





Yorumlar








Aktif Ziyaretçi 23
Dün Tekil 790
Bugün Tekil 431
Toplam Tekil 1639973
IP 54.211.82.105






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu