Şakir Ulubəylinin “Azərbaycan Bozqurdları” (Bozqurdlar vadisi) kitabından - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Şakir Ulubəylinin “Azərbaycan Bozqurdları” (Bozqurdlar vadisi) kitabından
Tarih: 03.06.2010 > Kaç kez okundu? 3424

Paylaş






“Bozqurd” Türk millətinin xilas, qurtuluş və azadlıq rəmzidir.

********************************************************************************************

Tarix boyu Türk millətinin ən ağır, çıxılmaz məqamlarında hər bir türkün qan yaddaşından əzəmətli bir varlıq doğulur bu Bozqurdur.

*********************************************************************************



Kommunist ideoloqları nəinki Bozqurd, hətta türk adının deyilməsini bizə qadağan etmişdi.1920 ci ildən qabaq nələr olduğu haqda heç bir məlumat ala bilmirdik. Bizim tariximiz, miliyətimiz, dövlətçilik ənənələrimiz, tam məxfi olaraq KQB ARXİVLƏRİNDƏ GİZLƏDİLİRDİ.

1986 –ci ildə milli oyanış hərakatı,başlandı və milli mənəvi dəyərlərin üzərinə çəkilmiş qalın qara pərdə yavaş –yavaş qaldırılmağa başlandı.

1989- cu ildə başlayan Milli Azadlıq hərakatı, Azərbaycan Xalq Cəbhəsi adı ilə təşkilatlamağa başladı.

Bu anı, Azərbaycan türkləri sanki min ilidiki gözləyirdi. İllərlə kommunist-represiya rejiminin xofundan susmuş insanlar, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularının nəslindən qalanlar, 1937 ci ildə represiya edilmiş ailələrin övladları, Qazağısatan çöllərinə sürgün edilmiş insanlar sanki azad olacaqları günün çoxda uzaqda olmadığını hiss edirdilər.

Siz yetmiş il sovet zindanında hər an öldürüləcəyi qorxusu ilə təhdid edilən bir insanın, pıçıltı ilə “Azadlıq” deyib hönkür-hönkür ağladığını görmüsünüzmü. DTK- nın qorxusundan soyadını dəyişmiş hansı nəsildən olduğunu gizlətmiş, yaşlansada öz gözəlliyini, zədəganlığını, nəcibliyini saxlamış bir xanımın mən Zenalabdin Tağıyevin, Nəsibbəy Yusifbəylinin,Məmmədəmin Rəsulzadənin, Şəmsi Əsədullayevin nəslindənəm, deməsi, sonrada öz səsindən xoflandığını görmüsünüzmü?



Milli Azadlıq hərəkatının ən güclü vaxtlarında sanki qan yaddaşımdan, bir ad beynimdə dolanırdı. Bu şüraltında bəlkədə məndən qabaqkı nəsillərin minillik yaddaşından gəlib mənə çatmışdı. Sovet İmperiyası kimi türkün qanına susamış qanicən bir rejimlə vuruşan əsl Azərbaycan türkünün qan yaddaşında BOZQURD oyanmalıidi.

Kommunist təbliğatına görə Bozqurd terrorist bir təşkilatdır və onun hətta adını çəkmək cinayətdir. Daşnaksütun, Asala, və digər buna bənzər erməni beynəlxalq terror təşkilatları, ULU TÜRK MİLLƏTİMİZİN ən böyük dahilərini terror edərək öldürənlərə teror damğası vurmurdu. Amma BOZQURD Türk millətini kommunist rejimindən müdafiə edəndə terrorçu olurdu.

Mən cəbhənin üzvülərini yanında Bozqurd adı çəkəndə, bəziləri yan –yörəsinə baxırdıki birdən eşidən olar.

1990 –cı ildə qanicən sovet ordusu vətənimizə basqın edərək artıq bir əsrdə ikinci dəfə ölkəmizi işğal elədi.Yüzlərlə vətəndaçımız tankların altında qalıb həlak oldu, minlərlə insan yaralandı.

1990-cı il yanvar faciəsi qurbanlarının matəm gününün səhərisi Bozqurd təşkilatının yarandığını,Mən, Namizəd bəy, Mirfazil,Güloğlan və bir neçə bəylər elan etdik.

Mən bir bəyanat hazırladım, bu yanvar faciəsini hazırlayanlar, və həyata keçirənlər haqda nifrət dolu bir hayqırtı idi. Son cümləsi isə belə idi- Əgər, tərkibi erməni daşnaklarından ibarət olan işğalçı sovet qoşunları təcili respublikanı tərk etməsə...............

Biz bu bəyanatın üzünü çıxardıb şəhərin hər yerinə yaydıq.Rus ordusu daxilində bu vərəqələr çaxnaşma, və xof yaratmışdı. İşğalçı ordu belə bir təşkilatın varlğını ağlına gətirə bilməzdi.

Gecə ikən Bakıya daxil olan saqqallı erməni muzdurlarından ibarət terrorçular, hadisənin səhərisi ÖLKƏNİ TƏRK EDİB GETDİLƏR.

Fövqəladə vəziyyət rejimi bir neçə il davam elədi .İşğalçı ordu yerli nökərlərinin köməyi ilə xalqımızın inamını sarsıtmağa çalışırdı. Sanki onlar bizim mübarizə əzmimizi qırıb, sonradan ərazilərimin işğalı üşün zəmin hazırlayırdılar.

Yanvarın 20-sində Azərbaycanı işğal etmiş milliyətləri nəmalum olan ordunun əsgər və zabitləri xalqımıza divan tuturdular.Gecə ikən Bakı şəhərinə tanklar, btr, bmp deyilən ağır texnika ilə dör yandan hücuma keçən qırmızı ordu qarşısına çıxan hamını məh edirdi.Evlərə,binalara,atəş açaraq şəhərdə eləbi vəhşət törətmişdilər ki, hələ bu günə qədər heç bir millətə qarşı bu rəzalət rast gəlinməmişdi.Bu həmin gecə ilə bitmədi, fövqəladə rejimin aylarla davam etdiyi dövr ərzində komendant saatı tədbiq edildi və axşam saat 11-dən səhər saat 8-dək heç kimin küçəyə çıxmaq iztiyarı yox idi.

Bax elə bu müddətdə əsl rəzalət başlayırdı, ən ağlasığmaz cinayətlər törədilirdi işğalçı ordu tərəfindən. KQB- nin yerli stukaç-satqınları tərəfindən bələdçilik edilməklə evlərə və məhləərə soxulur, Xalq Hərəkatı üzvlərini axtarmaq bəhanəsi ilə əllərində aftomatlarla silahlanmış onlarla vəhşi ova çıxırdı. Komendant saatından da əlavə gözlərinə bir qədər xoş gəlməyən adamları komendaturaya aparır, ordakı zirzəmilərdə səhərə qədər işgəncə veriridilər. Vəzifəli, imkanlı, pullu adamları tutub, Xalq Cəbhəsinə yardım etməklə suçlayıb qorxudaraq,var dövlətlərini, qızıl briliyantlarını,qiymətli antikvar əşyalarını əllərindən alırdılar.

Azərbaycan xalqını təhqir edir, alçaldır,və onun hətda sovet sistemində belə qoruduğu Milli qürurunu əzirdilər. Həmin yanvar günlərində yenicə yaradılmış təkilatın Bozqurdlarından biri qaniçən əsgərlərdən birini alladıb ayaqyoluna aparıb onu diz çökdürüb başını pisliyin içinə soxanda o yalvararaq deyirmiş ki, bizi bura gətirəndə dedilər ki, sizi Əfqanıstana aparırıq.

Otuz ninə yaxın Xalq Cəbhəsinin nümayəndəsini həbs etdiilər. onların böyük bir hissəsini Rusiyaya və digər Respublikalara apardılar , minlərlə xalq hərəkatının üzvü işdən çıxarıldı. Sovet imperiyasını lərzəyə gətirmiş. dünyanın ən qaniçən diktaturasını silkələmiş Azərbaycan Xalq Hərəkatını dağıtmaq üçün Azərbaycani işğal etsələrdə öz məqsədlərinə çatmadılar.

Çünki Azərbaycan Xalq Cəbhəsi elə Azərbaycan xalqının özü idi.



1989-cu iln yayından təşkilatlamağa başlayan Xalq Cəbhəsinin işində fəal iştirak etmiş və bir siyasi təşkilatın formalaşmağında təcrübə toplamışdım. Həmin illər Sovet hökümətinin başçısı M.S.Qorboçovun aşkarlıq siyasəti xalqın siyasi işlərdə fəallığını artırmışdısada Azərbaycanda kommunust rejiminin sovet qanunları hələdə qüvvədə idi və hakimiyyətdə olan bürokratlar heç də bu aşkarlıq siyasətinin tərəfdarı deyildilər. Onlar Xalq Cəbhəsinin təşkilatlamığına maneçilik törədir bizi izləyir və həbs edirdilər.Minlərlə fədəkar insan heç bir təmənna güdmədən , sovet represiya maşının dan, KQB-nin cəza dəstələrindən, sovet-kommunist sisteminin əsarətdə saxladığı millətlərin içərisində yetişdirdiyi satqınlarından ,milisdən qorxmadan, çəkinmədən Calq Cəbhəsinin təşkilatlanmağında iştirak edirdilər. *





Yadıma gəlir həmin dövrdə 1989-cu illərin axırlarında artıq Ermənistandan Türklər öz evlərindən zorla çıxarılırdılar və onlar Bakıya gəlməyə başlamışdı.Onların bir hissəsi Bakının ətrafında Mehdiabad qəsəbəsində məskulaşmağa başlamışdı.Onlardan müraciət daxil olmuşdur ki KƏNDƏ Xalq Cəbhəsini təşkilatını yaratmaq istəyirik.

Onların nümayəndəsi öz maşını ilə şəhərə gəlib o vaxt Baksovet- Bakı şəhər icra hakimiyyətində işləyən Rövşən bəylə məni kəndə apardı .Bu fədəkar, heç bir təmənnası olmayan nəndən 10 yaş böyük, təcrübəli savadlı bir inqilabşı idi Rövşən bəy. İxtisasca tikinti mühəndisi olan uzun illər metro tikintisində işləmiş bu cəsur adam heç kimdən qorxmadan çəkinmədən çağırılan hər yerə gedir orda Xalq cəbhəsinin təşkilatlanmağında misilsiz əmək sərf edirdi.Biz Mehdiabada daxil olanda mərkəzi meydan deyilən kolxoz binasının qabağında yüzlərlə insan yşğılıb bizi gözləyidi. Binaya yaxın yerləşmiş tribunada çıxış etmək üçün hər bir şərait hazırlanmışdı. Biz tribunaya qalxanda meydandakı insan seli hərəkətə gəlib bizi alqışladılar. Baxmayaraq ki, bundan qabaq Rövşənlə bir neçə müəssisədə biz birlikdə Xalq Cəbhəsinin özəklərini yaratmışdıq. Lakin açıq ərazidə bu qədər geniş və coşqu ilə, birinci dəfə idi rastlaşırdım. Bizi danışmağa imkan verməyərək alqışlayır, şuarlar səsələndirirdilər.Tədbirin ən gur məqamında eyni vaxtda yeddiyə qədər minik maşını sürətlə meydana tərəf gəldilər. Bu maşınlar dövlət məmrlarına məxsus maşınlar idi.Abşeron rayonunun bütün vəzifə sahibləri burda idi .Polis rəisi, dtk, ispolkom, və digər məmurlar nə baş verdiyini anlamayaraq qoxu ilə tribunaya yaxınlaşırdılar. Camaat onların bizə yaxınlaşmağına imkan vermədilər .İspolkomun sədri olan qadın daha çox cənfəşanlıq edirdi. Heç kim meydanı tərk edib getmir və məmurların hərəkətinə qəzəblə təpki göstəriridilər.Polis rəisi bizi kolxoz sədrinin kabinetinə dəvət etdi. Onlar yəqin fikirləşirdilər ki, hamı dağılışıb gedəcək və onlar bizi həbs edib polis idarəsinə aparıb orda öz üslublarında sorğu sual edəcəklər. Biz kabinetə daxil olanda artıq orda ona yaxın vəzifəli şəxs oturmuşdu.İlk danışan ispolkomun sədri qadın qışqırq-qışqıra,

- Siz kimsiniz ə, qudurmusunuz, kim sizə ixtiyar verib ki, bizdən icazəsis rayona gəlib burda ictimai qaydaları pozasınız o bir nüddət ağzı köpüklənə -köpüklənə hədyanlar yağdıraraq danışdı.

Sonra polis rəisi və digərləri qayda qanunları bizə izah edib bizim həbs olunduğumuzu elan edib bizimlə getmələrini tələb etdilər.Rövşən bəy onlara sakit- sakit təmkinin pozmadan bütün məsələləri izah edib heç bir qanunsuz iş görmədiyimizi onlara başa salmağa çalışsada xeyri olmadı .

Elə bu vaxt meydana yığışmış camaatdan elə bir hayqırıq səsələri gəldi ki, binanın bir neçə şüşəsi sındırıldı və biz oturduğumuz otağın qapısı zorla açildı. Bizi ora dəvət etmiş təşkilatçılar icəri daxil oldular,İspolkomun sədri qorxusundan otağı tərk eləyib maşınına oturub aradan çıxdı. Mehdiabad camaatı dedilər ki-

- Əgər onlar sağ-salamat şəhərə qayıtmasa camaat kolxoz binasını dağıdacaqlar.Onlar polisi kolxoz binasından çıxmağa qoymadılar. Bizi gətirən dolubədənli qaraynız hündürboy oğlan qaz-24 maşını ilə bizi gizli yollarla şəhərə gətirdi və evimizə qədər bizi yola saldı.

Belə hadisələr hər gün bizim başımıza gəlirdi.Sonralar mən artıq xeyli təcrübə toplayıb peşəkarlaşmıdım. Müəssisələrə ,idarələrə,institutlara, rayonlara tək gedirdim və orda təşkilatın nizamnaməsinə uyğun özək yaradıb onun protokolunu Xalq Cəbhəsinin təşkilat şöbəsinə verirdim.

İndi Respublikada çox məhşur olan siyasi təhlilçi, jurnalist Rauf Mrqədirovda Xalq Cəbhəsini təşkiltlanmağımda fəal iştirak edib mənə köməklik göstərirdi.

Səbail rayon o vaxt 26-lar rayonu ərazisində elə bir zavod, fabrik, müəssisə, muzey, institut idarə yox idiki mən və mənimlə fəliyyət göstərən bəylər orda Xalq Cəbhəsinin özəyini təşkil etməyək .

Sonralar Respublikada vəkil kimi məşhurlaşan Namizəd Səfərov, hal hazırda Xalq Cəbhəsi Partiyasının məclis sədri Həsən Kərimov və Milli Məclisin üzvü, millət vəkili Fəzail Ağamalı, və fədəkar qadın Dilşad xanımla birlikdə milli Azadlıq hərəkatının təıkilatlanmığında həyatlarını belə qurban verməyə hazır olan onlarla fədai öz üzərlərinə düşən bu müqəddəs missiyanı həyata keçirirdilər.

Bir dəfə yarım hərbi, bir başa Moskvaya tabe olan gəmi təmiri zavodunda təşkilat yaratmaq üçün məni dəvət etdilər.İndi məhşur siyasi analitik olan Rauf Mirqədirovada qərargahda idi.Onu da apamağımı təkid etdi.Mən ona bu işlərin çox təhlükəli olduğunu, başıma nə gələcəyini bilmədən heç nədən çəkinmədən gedirəm . O çox xahiş etdi və biz birlikdə həmin zavoda getdik. Bizi zavodun qarşısında qarşıladılar. İrmiyə qədər zavod işçiləri içində qadınlarda var idi. Təbi ki, bizi icəri buraxmadılar və belə bir tədbirin burda keçirilməsini qeyri mümkün olduğunu dedilər. Mən zavod rəhbərliyinə bəyan elədim ki, onda təşkilatın yaradılmasını elə zavodun qarşısında elan edəcəm və burda iclas keçirdəcəyik.Zavod rəhbərliyindən bir nəfər gəlib bizi direktorun kabinetinə dəvət etdi.Biz içəri daxil olduq .Direktor yaşlı bir rus mujiki idi Müharibə veteranı dolu bədənli hündürboy bir kişi idi. O rus dilində danışmağa başladı, mən isə Türkcə. O çox çalışdı ki, mən rusca ona cavab verim, baxmayaraq ki, rusca bilirdim, lakin onu məcbur etmək istəyirdim ki, bu millətin çörəyin yeyisiniz amma dilini öyrənmək istəmirsiniz.

Rauf bir neçə dəfə istədi ki, rusca ona cavab versin lakin mən ona öz dilimizdə danışmağı məsləhət bildim. Sonra mənim dediklərimi tərcümə etdilər, və mən bu rus mujikini inandıra bildim ki, Qarboçovun özü bu yenidənqurmanı, aşkarlığı elan edib.

Sanra o bizə akt zalında bu tədbirin keçirilməsinə şərait yaratdı.

*******

Bu bir fenomenal ictimai siyasi və tarixi hadisə idi. Sanki biz yetmiş il sovet rejiminin əsarətində yaşamamışdıq.ğ, yetmiş il bizə Türk sözünü işlətməyi, türk musiqisinə qulaq asmağı, qadağan etməmişdilər.Azərbaycan Demokratik Cümhuriyyətini üç rəngli bayrağını meydana gətirilən günü insanların üzündə olan ilahi sevinci görmək bir ömür yaşamq qədər əzmətli idi. Göz yaşlarını saxlaya bilməyən 70-80 yaşlı, babalar nənələr var idi hansı ki onlar Demokratik Cümhuriyyətin yaranmasının şahidi olmuşdular.

Dünyaya səs salmış və digər millətlərində milli oyanışına təkan vermiş Azərbaycan Milli Azqdlıq hərəkatının başında sonralar Azərbaycan respublikasının Prezidenti olmuş Əbüllfəz Elçibəy idi.Mən onunla ilk dəfə Azadlıq meydanında Xalq Cəbhəsinin rəsmən elan olunduğu mitinqdə, tribunada görüşdüm. Baxmayaraq ki, onu kənardan çox görmış və bu cəsarətli insana həsəd aparmışdım. Mən tribunaya yaxınlaşdım, mühavizəçiyə Əbülfəz Elçibəylə görüşmək istəyirəm dedim.O bəyə yaxınlaşıb nə isə dedi və o, tribunanın bizə tərəf hissəsinə gəldi və biz əl tutub görışdük.Biz sanki min illərdi bir-birimizi tanıyırdıq. Çünki eyni bir kodun daşıyıcıları olan milliyətçilər idik.O gülümsünərək, sadə səmimi, dağma səslə,

- Bəy salam, necəsən.

Bu böyük dahi bir şəxsiyyətin bu qədər sadə və mehribanlığı, mənə cəsarət verdi,-

- Bəy mən iş yerində artıq Xalq Cəbhəsini özəyin yaratmışam, istəyirəm mənə Səbail- əvvəllər 26-lar adalanan rayon ərazisində rayon şöbəsini yaradılmasına səlahiyyət verəsiniz.

-Çox gözəl. Mən indi Fəzail Ağamalıya deyərəm siz birlikdə bu işi görün.

Mən Əbülfəz Elçibəy haqda, dünyasını dəyişəndən sonra bir psixoloji portret etyud yazdım, və fikirləşdim ki, 1988-ci ildə başlamış Milli Azadlaıq Hərakati haqda yazasan və o böyük dahi haqda ayrıca bir bölüm ayırmayasan bu mən tərəfdən sayqısızlıq olardı. O hərakat haqda danışan da Etibar Məmmədov,İsa Qənbər, Rəhim Qazıyev,Zərdüşt Əlizadə, Pənah Hüseynov, Nəcəf Nəcəfov, Mehdi müəllim,Nemət Pənahov, Fəazail Ağamalı,və onlarla hərakat liderləri var idi ki, onlar haqda yazılmalı və deyilməlidir.

Və bu gün 2010 cu ildə mən bu kitabı yazmağa baılayanda hiss etdim ki, Azərbaycan siyasətində və müxalifət qüvvələri arasında Əbülfəz Elçibəy kimi bir dühanın yeri görsənir.







ƏBÜLFƏZ ELÇİBƏY.

****************************



“O,cəmiyyəti narahat edə biləcək qədər nəhəng və sadə insanlar pleyadasına məxsus idi”.

Xarici aləmin gerçəkliyi ilə ali mərtəbədə qərar tutmuş Ata-Allah təcəssümü, “İdeal mən”, ruhun daimi enerji mühərriki olan “Libido” qaynayıb daşan arzular , niyyətlər, istəklər, zövq, ləzzət, həvəs, əyləncə, tələb, şəhvət, təəşüq, səfa, maraq, meyl, şövq, könül,intim quyğular və şəhvani ehtirasların insanı lərzəyə gətirməsi, yerinə yetirmək üçün növbəyə düzülmüş, xarici aləm, reallığın qanunları, sosial gerçəklik, əxlaqi-bioloji, hüquqi, sosial normalar, obyektiv, psixoloji reallıq tərəfindən həyata keçirilməsi, gerçəkləşdirilməsi, uzlaşdırılması, yönəldilməsi,sublimasiya edilməsi,realizəsi mümkün olmayanda, maddi imkanlar da buna bir maneə olanda insan öz daxilindəki böyük bir kainatı hansı səviyyədə və necə idarə edirsə sakitləşdirirsə, barışdırırsa, sahmana salırsa, rahatlandırırsa, mənsub olduğu cəmiyyətdə də həmin nizama uyğun səviyyədə, mərtəbədə, təbəqədə, qrupda qərar tutur.

Öz daxili kainatlarını, öz günəş sistemlərini yüksək səviyyədə, fundamental özül üzərindsə nizamlaya bilən insan cəmiyyət üçün kamil insan hesab olunur.

Millət belə insanların köməyi ilə milli mənəvi dəyərlər sisteminə qovuşur, öz ruhi dünyalarını mənəvi qida ilə təmin etmiş olur.

Tarixin elə mərhələləri olur ki, ruhi aparatı təchiz edən idealoji və dini mahiyyət dəyişiləndə, həm fərdlərin, həm də ümuminin ruhi aparatında müvəqqəti olaraq boşluq yaranır.

Subyektin “İdeal Mən”ini daima təravətli saxlayan milli dəyərlərə qayıdış bu dövlərdə baş verir.

Və bunun üçün elə şəxsiyyətlər lazımdır ki, o savadlı, ağıllı, ən ümdə isə keçmiş, millətin tarixi haqda, milli azadlıq mübarizələri və azadlıq uğrunda canını fəda etmiş şəxsiyyətlər haqda zəngin məlumata malik olsun.

Həm də bu gün mübarizə meydanına atılan insanlar ilə tarixi şəxsiyyətlər arasında körpü olsun.

Bu şəxsiyyətlərdən biri də Əbülfəz Elçibəy idi.

Mənə elə gəlir ki, Əbülfəz bəy Azərbaycan türklərinin bütün tarixi boyu olub və olacaq dahilərinin ən sirli və müəmmalısıdır.

Adi insanlarda psixi-ruhi aparatın dərinliyində yerləşən “Şüuraltı” ilə ən yüksəkdə yerləşən “İdeal Mən” arasında olan məsafə çox uzun olamasına baxmayaraq , “Şüuraltı”dan gələn hər hansı bir arzu, istək, tələbin, “İdeal Mən”ə çatdırılmasında minlərlə maneə və çətinliklər yaranır.

Lakin elçibəyin “Şüuraltı”sı-yəni “qeyri-şüuri” sfera ilə “İdeal Mən”i-sosial şüuru arasında məsafənin ölçüyə gəlməz dərəcədə uzun olmasına baxmayaraq sanki Elçibəyin “İdeal Mən”i onun zəngin “Şüuraltı”sı kimi təmiz , pak idi. “İdeal Mən” həm ali səviyyədə, həm təbii idi



Və ona görə yüz min insana təklif edilən mübarizə və qələbə modeli saf və həyati idi.

Elçibəy bəlkə də prezident olmaq istəmirdi.Yalnız özü üçün yox, yüz min ümidsiz, bədbinliyə qapılmış insanın qələbə çalması, azad olması, hakimiyyətə gəlməsi üçün qələbə çalmaq istəyirdi.

Və o mübarizə aparırıdı, milli azadlıq hərəkatının lideri oldu, hakimiyyətə gəldi, prezident oldu. Sonra isə minlərlə müəmma və sualı cavabsız qoydu və bütün bunları zamanın öhdəsinə buraxdı.

1.Onun “Mən”i kommunist ideologiyasının ən parlaq dövründə formalaşmağına baxmayaraq, “İdeal Mən”in və “şüuraltı” sferanın möhtəşəmliyi onun “Daxili Mən”inin bakirəliyini qoruyub saxlamışdı.

Belə ruhi aparata malik insanlar millət üçün əvəzsiz , düşmən üçün isə ən təhlükəli subyekt hesab olunur.

Zahirən sadə , mülayim, bir qədər sadəlövh, daxilən isə zəngin mili yaddaşa-arxivə malik Elçibəy yüz min insana Millətin azadlığı,Azərbaycan dövlətinin müstəqilliyinin fundamental əsasa malik sadə modelinin ortaya qoydu.

Daxili “Mən”i, “Şüur”u ideoloji təcavüzə məruz qalmamış yüz min insan bu modelə sahib çıxdı.

Hərəkat ruhu pak türklərin çiyinləri üzərində möhtəşəm qüvvəyə çevrildi.

Əbülfəz bəy bir fenomen idi və təbii ki, bu sirri o, bizə aça bilməyəcək,bundan sonra onun haqqında yazılanlar da tam mənası ilə bu müəmmanı bizə izah edə bilməyəcək.

Lakin bir onu qətiyyətlə deyə bilərəm ki, onda ilahi bir qüvvə var idi.Onunla təmasda olan hər bir adam onun mistik qüvvə ilə əhatə olunduğunu hiss etməmiş olmazdı.

Bu qüvvə müsbət, birləşdirici,bütövləşdirici, səbrli,təmkinli olmaq kimi keyfiyyətlərə malik idi.

2. O, mübarizə aparmaq ,millətin azadlığı uğrunda çarpışmaq üçün doğulmuşdu.

Ona görə də o, mübarizə müstəvisində nəhəng bir türk cəngavəri idi.

Hakimiyyət kürsüsündə gücsüz və köməksiz idi.

Əbülfəz bəyin xarakteri ümumtürk xarakterinin ortaq nöqtəsi idi, mübarizə əzmi ona ruh verirdi, yaşadırdı, o böyüyürdü, güclənirdi.

Hakimiyyətdə kiçilirdi, sıxılırdı.

Ona öz müstəvisində-mübarizə meydanında qalib gəlmək mümkün deildi.

Onu hakimiyyətə gətirmək lazım idi, gətirib məhv etmək.Ən barışmaz rəqibləri belə onun prezident olmasına çalışırdı.Özləri kənarda, pusquda durub yetmiş il ərzində yaratdıqları dövlət bataqlığında onu batırmaq üçün.

O, bağban idi, milli azadlıq mübarizəsi üçün hələ uzun müddət cavan fidanlar yetişdirilməliydi.

O sufi idi, azadlıq dərvişi idi, o, azadlıq uğrunda mübarizə aparırdı, hakimiyyət uğrunda yox.

O, hakimiyyətə sahib olmaq deyil,milləti hakimiyyətə sahib etmək istəyirdi.

Elçibəy təklikdə böyük bir ordu qədər güclü idi.

Böyük bir orduya malik olanda zəif və köməksiz idi.

O, millətlə bir yerdə olanda həm millət güclü idi, həm də özü.

Çünki Əbülfəz bəy üçün Millət ata qədər müqəddəs, qüvvətli,adil,ədalətli, ideal bir varlıq idi.Onları bir-birindən ayırıb, min illər boyu yığılıb qalmış, həll edilməmiş problemlərlə birgə üz-üzə qoymaq lazım idi.

Qoca millət öz oğlunu prezident kürsüsünə çıxarmışdı və bütün problemlərin ən qısa müddətə həllini tələb edirdi.

Əbülfəz bəy millətin özününki idi, doğma idi.

O, prezident idi, lakin heç bir etiket qaydalarına sığmayan azad dövlət başçısı idi.

O yaxşı prezident olduğunu millətə sübut etmək üçün imic-meykerlər qrupu, psixoloqlar, ekstrasenslər, falçılar, şarlatanlar, peşəkar yalançılar və ixtisaslı məddah sürüsü saxlamadı.

O, kommunist hakimiyyəti zamanı foemalaşdırılmış böyük bir sistemə malik fahişə və sutenyorlar vasitəsilə cəmiyyətə qorxu, xof təlqin etmədi.

Çox qəribə olsa da o, zəif cəhətlərini, eyiblərini hətta prezident olanda da gizlətməyə səy etmədi.

O, hamıya izah etmək istəyirdi ki, mən də sizin kimi adi insanam, nə imamam, nə peyğəmbərəm və mən təkbaşına milləti bu fəlakətdən çıxara bilmərəm.

Böyüklük Millətə məxsusdur və bir milləti özünü xilas etmək üçün mübarizə aparmırsa, heç kim onu xilas edə bilməz.

Lakin illər uzunu kommunist abı-havasında formalaşmış insanlara, gecə yerini batırıb, səhəri iynə-dərmanın gücü ilə qurultayda çıxış edən birinci katibə səcdə qılmağı necə unutdurmaq olardı.

Elçibəy təbii insan idi və bu təbiilik o qədər geniş mahiyyət kəsb edirdi, öz ruhi dünyasında olan zəngin arzuların ən naqisi ilə ən dahiyanə arzunu bir-birilə necə barışırdırırdısa, kollektivdə, təşkilatda və cəmiyyətdə də həmin missiyanı fövqəladə qabiliyyətlə həyata keçirirdi.

3. Millli azadlıq hərəkatında intizamlı mühəndislərlə, ziyalılarla, fəhlələrlə yanaşı yeyib-içən, kefqom, pul qazanan kişilərin, evdar, namuslu qadınlarla yanaşı sərbəst qadınların da iştirakı mümkündür və burada qeyri-ailik yoxdur.

Hətta qəribə olsada o dövrdə dustaqlar və yaxud cinayət etmiş şəxslər imperiyadan azad olmağımız üçün milis və prokurorlardan daha fəal iştirak edirdilər.

Elçibəyin ilahi gücü onda idi ki, sadə, adi bir vətəndaşla dövlət və hökumət başçısı arasında olan min kilometrlik məsafəni bir addımlıq, rəiyyət-bəy, qul-ağa,dehqan-xan psixologiyasını darmadağın elədi və sübut etdi ki, millət öz hüququnu dərk etsə qanuni prezident seçə bilər.

Lakin hər bir millət seçdiyi prezidenti axıradək qorumağı bacarmalıdır.

Əbülfəz bəy hakimiyyətə gələn yolda və hakimiyyətdə olduğu müddətdə xalqa böyük bir ideoloji baza yaratdı, rəqiblərinə, düşmənlərinə, onu hakimiyyətdən uzaqlaşdıranlara isə danışmağa külli miqdarda mövzu verdi.

Əbülfəz bəy ətrafında onu aldatmaq istəyənlərə həmişə imkan yaradırdı, son nəticədə həmin kələkbazların başı kəndirə keçəndə dərk edirdilər ki, səhv ediblər.

Zorla onun prezident olmasına rəvac verənlərə sözlə başa sala bilmədisə, sübut etdi ki, həyatda elə məsələlər var ki, onun həll etmək mümkün deyil və ya onu etmək lazım deyil.

Milləti atası qədər sevən bir insanı, millətin fanatikcəsinə sevdiyi insanı prezident seçmək olmaz.O, milləti azad etmək, öz milli hüquqlarına qovuşdurmaq, milli şərəf və ləyaqətinə malik etmək, cəmiyyətdə barış, demokratiya yaratmağa qadir milli demokrat idi, millətçi idi.

Lakin sərkərdə deyildi.

O, yaşatmaq, yaratmaq, barışdırmaq missiyasını həyata keçirmək üçün doğulmuşdu.

Öldürmək, dağıtmaq, qan tökmək onun ruhuna tamamilə zidd idi.

Elçibəyə milliyyətçi demək olardı, o həm də dünyəvi siyasətçi idi.

Ən çox ona uyğun olan ad isə milli demokrat adı idi və bu yalnız onun siyasətində təzahür etmirdi.

Demokratiya onun üçün yaşam tərzi, fəaliyyət prinsipi, münasibətlər sistemi idi. Azərbaycanda demokratik əxlaqa, tərbiyəyə və mədəniyyətə malik siyasətçi idi.

Elçibəy türk millətinin siyasi həyatında diri ikən daş heykələ dönmüş bir neçə türk azmanından biri idi. Ona heykəl qoyulsa ən çox yad edilən ünvanlardan biri olmasına şübhə etməyin.

Onun gözlərinə diqqət yetirmisinizmi?Diqqətlə baxın.

Qan içində boğulan bir millətin qəmi, kədəri var o gözlərdə.Qorxu, xofla bərabər azadlıq deyilən ən şirin arzu var bəbəklərində.

Azad edə bilmədiyi torpaqların nisgili,əzilən, hüququ tapdanan millətin iztirabı var gözlərində.

Min illər boyu azadlıq istəyən bir türkün başına gətirilən faciələrə, işgəncələrə, fəlakətlərə qələbə çalmış ilahi nur var Elçibəyin üzündə.

Elçibəy bir daha doğulmayacaq.O türk millətinin azadlığı uğrunda təmənnasız mübarizə aparıb şəhid olan bəlkə də sonuncu Bozqurdlardan idi.

Lakin minlərlə Elçibəyçi doğulacaq.

Mən isə Millətçiyəm.Sadə, hikkəsiz, təmənnasız bir Azərbaycan türkü.

Yaş odunları yağışlı havada yandırmağa çalışan, gözləri tüstüdən yaşarmış tənha Bozqurd.





Bu mənim Əbülfəz Elçibəyin ruhuna ərməğan etdiyim kiçik bir xatirə idi.





*********

Bir neçə vaxtan sonra biz BOZQURD adında bir müəssisə yaratdıq. Ordunun nəzarəti altında, Fövqəladə rejim dövründə bu bizim fəaliyyət göstərməmiz üçün çox vacib idi , həm qərərgahımız var idi,həm də bizim hər hansı bir siyasi təşkilat yaratmağımızı pərdələyirdi.

Lakin bu bir əzəmətli bir yolun başlanğıcı idi. Bu bir milətçi Türk partiyasının yaranmasının əsası qoyulurdu.

Kommunist rejiminin ən sərt, hərbi rejimin atəşi altında biz bir iqtisadi təşkilat pərdəsi altında partiyanın Türk milli mənəvi dəyərlər sistemi üzərində müasir Türk millətçi partiyasının ideloji bazasını yaradırdıq.



*****************************************************************************************************Türklük, millətçilik, haqqında bizdə o qədər az bilgi var idi ki, bu bir möhtəşəm təşkilatın yaranmağına kifayət etmidi. “Sam izdat” deyilən nəşriyatlarda çap olunmuş və üzü köçürülməkdən oxunmaz hala gəlmiş yzılardan, Sabir Rüstəmxanlının Ömür kitabından. Ziya Göyalpın “Türkçülüyün Əsasları” kitabının əlyazmasından və əldə yazılmış materiallardan əlavə QAN yaddaşımızdan süzülüb gələn milli düşüncələrimizin bizdə oyatdığı əsrarəngiz duyğularla TARİXİN ən Əzəmətli millətinin ULU Türk millətinin cövhərini təşkil edən Azərbaycan Türklərinin syasi partiyasının məramnəməsini yaradırdıq.



Növbəti bölümlər.Tezliklə

1)Türk Dünyəvi Bozqurd partiyasının məramnaməsi.

3)Milli Azadlıq Hərəkatının liderlərindən biri Etibar Məmmədov haqda

2) Dünyəvi Bozqurd Partiyası, 1993- cü ildə Azərbaycan Respublikanın prezidenti Heydər Əliyevi hansı səbəblərdən müdafiə etdi.

4)İsgəndər Böyük və Azərbaycan siyasəti.





Şakir Ulubəyli. Yazıçı politoloq.

Onlarla ictimai siyasi , psixoloji məqalələrin. “ Türk millətçiliyi, siyasi hakimiyyətin ideologiyası” əsərinin müəllifidir. Psixoanalizin banisi Ziqmund Freydin tədqiqtçısıdır.

“ Siqaret ölüm mələyi”

“ Freyd:Atalar. oğullar”1

“Freyd: Atalar oğullar”2

“Ruh haqqında”

“Atam danışır ki”,

“Azərbaycan Bozqurdları” ( Bozqurdlar vadisi) kitablarının müəllifidir.













Yorumlar









Aktif Ziyaretçi 57
Dün Tekil 1947
Bugün Tekil 1182
Toplam Tekil 4077910
IP 18.191.240.243






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu