Azər Həsrət ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azər Həsrət ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 28.05.2010 > Kaç kez okundu? 3142

Paylaş


Azər Həsrət: "Qırğızıstanda baş verənləri birilərinin bulanıq suda balıq tutmaq cəhdi kimi dəyərləndirmək olar"



Yeddi Dövlət - Bir Millət Konseyinin başqanı, tanınmış jurnalist Azər Həsrətlə son vaxtlar Qırğızıstanda baş verən hadisələri təhlil etmişdik. Ümümiyyətlə müvəqqəti hakimiyyət prosesləri əvvəlki vəziyyətə gətirə biləcəkmi? Bu haqda etdiyimiz söhbəti oxucularımızın diqqətinə çatdırırıq:



- Azər bəy, hazırda Qırğızıstanda nələr baş verir?



- Qardaş Qırğızıstanda baş verənləri birilərinin bulanıq suda balıq tutmaq cəhdi kimi dəyərləndirmək olar. Yəni bəzi qüvvələr "zatən ortalıq qarışıqdır, biz də payımızı alaq" deyərək hərəkətə keçiblər. Elə buna görədir ki, antirus əhvali-ruhiyyəsini bəhanə edərək yad qüvvələr millətin əsəblərilə oynayırlar və özündən çıxmış adamları başqa istiqamətə - öz qardaşlarının üzərinə yönləndirirlər. Əlbəttə, bu işdə bəlli bir uğur da əldə ediblər. Bişkek yaxınlığında Azərbaycan və Ahıska türkləri ilə olan qarşıdurmadan sonra da cənubda - Oşda özbəklərlə qırğızlar arasında qarşıdurmalar yaradılır. Maraqlıdır ki, bu məsələdə devrilmiş prezident Kurmanbek Bakiyevin adını hallandırırlar. O isə deyir ki, mənim bu işlərlə heç bir bağlılığım yoxdur.



- ölkədə yaşayan özbək türkləri ilə qırğız türklərinin qarşı-qarşıya qoyulması ürək ağrıdıcıdır. Artıq iki qardaş xalq arasında toqquşmalar müşahidə olunur...



- Bəli, yuxarıda da qeyd etdiyim kimi, soyu-kökü bir olan, min illərdir bir yerdə yaşayan iki qardaş xalq arasında süni qarşıdurmalar yaradılır. Təbii ki, bunu edənlər hər iki xalqın emosiyaları ilə oynamaqla Qırğızıstanı daha da çətin duruma salmaq və ardından da pərən-pərən düşmüş ölkəni asan idarə etmək, daha irəlidə isə qurulması planlaşdırılan Türk Birliyini baltalamaq məqsədi güdürlər. Ona görə də mən Konsey adından həm qırğız xalqına, həm də digər türk dövlətlərinin başçılarına müraciət edərək onları bu oyunları pozmağa çağırırdım.



- ümümiyyətlə, müvəqqəti hakimiyyət prosesləri əvvəlki vəziyyətə gətirə biləcəkmi?



- çətin sualdır. Əlbəttə ki, mənim üçün yox, müvəqqəti hakimiyyət üçün. Qırğızıstan özünün həddən artıq yüksək demokratikliyi ilə həmişə digər qonşu ölkələrdən seçilib. Yəni oranın insanları demokratiya və azadlıqları daha çox dadıblar və bu baxımdan onları çərçivəyə salmaq bir az çətin kimi görünür. Ancaq durum heç də çıxılmaz deyil. Sadəcə, hazırda hakimiyyət başında olanlardan qətiyyət tələb olunur. Məsələn, deyərdim ki, Heydər Əliyev qətiyyəti. Xatırlasanız, 1993-cü il olaylarından sonra Azərbaycanda da bənzər hadisələr yaşanırdı və o zaman Heydər Əliyev öz qətiyyətini nümayiş etdirərək bu cür hallara birdəfəlik son qoydu. Ona görə də deyirəm ki, Roza Otunbayeva başçılığındakı hakimiyyət sərt tədbirlərdən çəkinməməlidir.



- Sizcə, Bakiyevin yenidən hakimiyyətə qayıtması mümkündürmü?



- Bakiyevin prezidentliyi Qırğızıstan tarixinin qapanmış səhifəsidir. Bu məsələ heç bir dairədə müzakirə belə edilmir. Hətta onun özünün bəzən bu yöndə fikirlər səsləndirməsinə baxmayaraq, ciddi müzakirələrin getdiyini demək olmaz.



- Bizim üçün də maraqlıdır ki, Türkiyə dövləti Yaxın və Orta Şərqdə, Qafqazda fəal siyasət yürüdür, geopolitik proseslərdə aktiv oyunçu kimi mövqelərini gücləndirir. Ancaq bu məsələ ilə bağlı nədənsə rəsmi Ankaradan susqunluq hiss olunur. Ən azından, Türkiyə türk dünyasında nüfuzu olan bir dövlət kimi proseslərin normal məcraya qayıtması üçün kömək əlini uzada bilərmi?



- Məsələ heç də göründüyü kimi deyil. Yəni nə Türkiyə, nə də digər türk dövlətləri bu məsələdə üzdə göründüyü qədər susqun deyil. Xüsusən də Qazaxıstan bu proseslərdən qardaş qırğız xalqının ən az zərərlə çıxması üçün Türkiyə ilə təmas halındadır. Sadəcə, bir şeyi qeyd etmək lazımdır ki, Türkiyə bir böyük dövlət olaraq hər zaman öz təmkinini qoruyub saxlaya bilib və bu məsələdə də eyni cür davranır. Əlbəttə ki, biz emosional ictimaiyyət nümayəndələri olaraq Azərbaycandan, Türkiyədən, Qazaxıstandan, özbəkistandan və Türkmənistandan Qırğızıstan məsələsində səs gətirən bəyanatlar eşitmək istəyirik və bu da təbiidir. Ancaq özümüzü dövlət başçılarının yerinə qoysaq, onların düzgün davranış nümayiş etdirdiyini anlamağımız asan olar.



- Hətta bir müddət öncə müvəqqəti hakimiyyət Qırğızıstanda vəziyyətin gərginləşməsində Rusiyanı ittiham etmişdi. Bəs sizcə, bu məsələdə bölgədə marağı olan başqa dövlətlərin təsirini necə dəyərləndirmək olar?



- Bu olaylarda heç şübhəsiz ki, baş rolda Rusiya çıxış edir. Artıq dünyanın bəlli gücləri buraları yenidən Rusiyanın təsir dairəsi hesab etməyə meyllidirlər. Yəni SSRİ dağılanda düşüncələr bir az fərqli idisə indi durum tərsinə dəyişir. O zaman dünyanın bəlli mərkəzləri Rusiyanın təklənəcəyini, yeni bir birliyin - Türk Birliyinin qurulacağını gözləyirdilər. Lakin proseslər elə bir istiqamətdə inkişaf etdi ki, Türk Birliyi ən azından on beş il gecikmiş oldu. Və bu da Rusiyanın iştirakı olmadan baş vermədi. Ona görə də dünya gücləri Rusiyanın hələ də güclü olduğunu, onunla qarşıdurmaların faydasızlığını əsas tutaraq Türk dövlətlərini yenidən onun ixtiyarına buraxmaq yolu tutmaqdadırlar. Təbii ki, belə olan halda digər türk dövlətləri dərs çıxarmalı və ən qısa müddətdə bu birliyi gerçəkləşdirməlidir ki, Qırğızıstanın taleyini yaşamasınlar.



- Məlumdur ki, yüz ildən çoxdur Orta Asiyada Rusiyanın mövqeləri güclüdür, bəs indi necə?



- Orta Asiyada Rusiyanın təsir imkanları əlbəttə ki, qalmaqdadır. Ancaq bu təsirlər nəinki yüz il öncəsində olduğu kimi, heç iyirmi il öncə olduğu qədər də deyil. Bu da işin sevindirici yönüdür. Misal üçün, SSRİ dağılanda Qazaxıstanda 45 faiz qazax, 45 faiz də rus vardı. İndi isə bu rəqəm 65 faiz qazax, 25 faiz rus olmaqla dəyişib. Təbii ki, təsir imkanları da buna uyğun şəkildə azalıb. Bunun yanında Türkmənistan və özbəkistanda rusdili və kiril əlifbası deyilən problem də demək olar ki, aradan qalxıb. Yalnız Qırğızıstan bir az zəif durumdadır ki, inşallah, digər türk dövlətlərinin yardımı ilə onu da vəziyyətdən çıxarmaq mümkündür. Ona görə də qurtuluş yolunu Türk Birliyinin, ən əsası isə Bağımsız Türk Dövlətləri Birliyinin qurulmasında görürəm. Belə olan halda dünya yenidən Rusiyaya arxa çevirib, bizə - türklərə güvənəcək və bununla da Avrasiyada barış yelləri əsəcək.





Söhbətləşdi: Elnur Eltürk









Yorumlar









Aktif Ziyaretçi 69
Dün Tekil 1947
Bugün Tekil 1919
Toplam Tekil 4078647
IP 3.145.17.46






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu