Kamil Kirəcli ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Kamil Kirəcli ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 22.05.2010 > Kaç kez okundu? 2299

Paylaş


Kamil Kirəcli: ”Erməni diasporu Ermənistandan, Xramçaya qədər olan ərazini tutmaq üçün fəal təbliğat aparırlar.”



Dünya Azərbaycanlıları Konqresi Gürcüstan nümayəndəliyinin rəhbəri və “Ozan” qəzetini baş redaktoru, Kamil Kirəclinin “Təzadlar” qəzetinə verdiyi müsahibəsini təqdim edirik:



- Kamil bəy, Hazırda Gürcüstan yaşayan soydaşlarımızın əsas problemləri nədən ibarətdir?



- Hal-hazırda Gürcüstan yaşayan soydaşlarımızın əsas problemi təhsil, torpaq, içməli suyun pis vəziyyətdə olması, xüsusilə torpaqların suvarılması məsələsi, qazın olmamasıdır. Qaz problemini Azərbaycan dövləti həll edir. İndi Azərbaycanlıların yaşadığı kəndlər qazlaşdırılır. SOCAR üç il ərzində bütün Gürcüstanda qazlaşdırmanı başa çatdırmalıdır. Biz Azərbaycan dövlətinə, rəhbərliyinə öz təşəkkürümüzü bildiririk ki, soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması üçün böyük işlər görür. Bu, dəstək Gürcüstanda yaşayan soydaşlarımızın mənəvi cəhətdən çox kömək olur. Onsuzda bugün Azərbaycan-Gürcüstan arasında olan münasibətlərin inkişafı bizləri çox sevindirir. Bu münasibətlərin müsbət nəticəsi, Azərbaycanlıların həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır. Artıq Gürcüstan ali məktəblərində gənclərimiz təhsil alırlar və onlar gürcü dilini öyrənirlər. Xüsusilə Gənclər Bankı deyilən bir qurum var. Bu təşkilatın əsas missiyası gənclərin təhsil problemini həll edir.



- Siz Azərbaycan dövlətinin Gürcüstan dövləti ilə apardığı siyasətindən razısınızmı?



- Əlbəttə, razıyam. Çox düzgün və strateji səviyyədə siyasət yürüdülür. Xüsusilə, Gürcüstanda yaşayan soydaşlarımızın işlə təmin olunması ilə bağlı yaxşı işlər görülür. Ancaq təəssüflər olsun ki, bəzi təşkilatlarda tapılır ki, işə götürərkən qohumluq, tanışlıq prinsiplərini əsas götürürlər. Belə halın mövcud olması isə, hər hansı bir işin peşəkar səviyyədə qurulmasına imkan vermir və bu, isə ümümi mənada aparılan işə öz mənfi təsirini göstərir. Bəzən işə götürürkən rüşvətdə rol oynayır. Buna görə də, biz belə işlərdən narazı qalırıq. “Ozan” cəmiyyəti olaraq biz bu, məsələ ilə bağlı Gürcüstanın müxtəlif dövlət orqanlarına müraciət etmişik ki, soydaşlarımız işlə təmin olsunlar. Məsələn, Biz Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində çox razıyıq. Bu layihənin bölgə üçün strateji əhəmiyyətini dərk edirik ki, bu yol bölgədə üç dövlətin iqtisadi cəhətdən birləşməsinə təkan verəcəkdir. Bu yol vasitəsi ilə avropaya yeni yol açılacaq. Bunun nəticəsdinə Azərbaycan-Gürcüstanın-Türkiyənin bölgədə mövqeləri güclənəcəkdir.

Ancaq bizim bir sıra iradlarımız var. Məsələn, “Azərinşaatservis”in prezidenti Levan Anquladzenin adını çox saylı məktublar yazdıq ki, 115 nəfər Azərbaycanlının işlə təmin olunsun və həmin məktublar “Azərinşaatservis” qeydiyyadan keçdi. Ancaq buna baxmayaraq, “Azərinşaatservis” prezidenti Anqulzade heç bir məktəbumuza cavab vermədi. Başqa yollarla kadrları irəli çəkdilər. Bizim təklif etdiyimiz kadrlar kənarda qaldı. İndi son vaxtlar dəmiryolun Maradda-Axalkalaki hissəsində aparılan inşaat işlərində, Azərbaycanlıların işlə təmin olunması ilə bağlı “AzərYolServis” rərhəbərliyinə, Gürcüstan hökümətinə müraciət etmişik. İnsanlarımız işlə təmin olunsunlar. İnanırıq ki, bu, cavab müsbət həllini tapacaqdır.



- Son vaxtlar Azərbaycanlıların kompakt yaşadığı yerlərdə xaçların basdırılması haqqında məlumatlar gəzir. Keçən il mən özümdə orada olanda bunları öz gözlərimlə gördüm...



- Bu siyasətin əsası keçmiş hakimiyyətin dönəmində başlayır. Bu siyasət hələ keçmiş qubernator Levan Memoladzenin dönəmində, açıq şəkildə aparılırdı. Xüsusilə ermənipərəst qüvvələr buna dəstək olurdular. O, zaman Memoladze göstəriş vermişdir ki, Borçalıda dağların başında xaçlar basdırılsın. Çox təəssüflər olsun ki, onun ətrafında işləyən bəzi soydaşlarımızda bu, siyasətə dəstək verirdilər. Onlar bu, yolla öz vəzifələrini qoruyub saxlamaq xatirinə, belə yola gedirdilər. İndi bəzi yerlərdə yox idi. İndi görürük ki, qoyublar. Ancaq azdır.



-Ermənilərin fəallığı hiss olunurmu?



-Onlar həmişə fəal olublar. Hazırda Gürcüstanda Mnoqo Nasilonail Qruziya təşkilatı var. Təşkilatın qəzeti də nəşr edilir. Rəhbəri Mixail Aydınov adında bir kürddür. Bugün təşkilatın və qəzetin ətrafında ermənilər işləyirlər. Yenədə təəssüflənirəm ki, bizim soydaşlarımız içtimai baxımından fəal deyillər. Bu təəssüf doğrucu olsada, belədir. Siyasi-içtimai işdə fəal deyillər. Mən bunun əsas səbəbini onda görürəm ki, soydaşlarımızın toplumsal olaraq Borçalı bölgəsində yaşayırlar. Gürcüstanın mərkəzində soydaşlarımızın az yaşaması onların içtimai-siyasi proseslərdən aktiv olmasına problem yaradır. Olsada, buda çox cuzidir. Onlarda həmin qəzetdə açıq şəkildə çıxış edib, öz mövqelərini bildirmirlər. Mən özüm neçə bir neçə dəfə qəzetdə çıxış etmişəm və bəzi ziyalılarımızda çıxış ediblər. Mütləq fəal olmaq lazımdır ki, proseslərdə soydaşlarımız fəal olsunlar.



-Gürcüstanda, Erməni diasporu konkret olaraq hansı qəzetləri buraxırlar?



-Ermənilərin “Vrastan” qəzeti çıxır. Qəzetin baş redaktoru isə Gürcüstan prezidentinin milli məsələlər üzrə müşaviri Van Bayqurdur. O, Gürcüstan ermənilərin məsələlərini həll edir.



- Bugün Gürcüstanda yaşayan soydaşlarımız potensial qüvvə kimi qəbul edilirmi?



- Bəli. Bugün Gürcüstanda yaşayan Azərbaycanlılar potensial qüvvə kimi qəbul olunur. Özüdə Mixail Sakaaşvili hakimiyyətə gələndən sonra, bizə olan münasibət yaxşı mənada dəyişib. Əvvəllər, sözümüz eşidilmirdi. 1996 ci ildə “Torpaqların İcarəyə Verilməsi haqqında” qanun qəbul olunanda, keçmiş qubernator Levan Memoladze bir qrup Azərbaycanlını yanına çağırırıq, onlar torpaq verəcəyi adı altında qəbul olunan qanundan özü üçün istifadə etdi. Bunun nəticəsində Tiflisdən gəlmiş gürcü familiyasını qəbul edən ermənilər torpaqları aldılar. Bir insan 200,300,500 hektar torpaq sahibi oldular. Sizə onu deyim ki, belə vəziyyətin yaranmasında vəzifədə işləyən soydaşlarımızında səhlənkarlığı oldu. Sonradan soydaşlarımız öz torpaqlarında kimlərinsə muzdlu işcisi kimi çalışırdılar.

Mən uzun müddət bu, məsələ ilə bağlı mübarizə aparmişam. Keçmiş icra başcısı Nodar Momaladze məni üç günlük həbs etdirdi. 2007 ci ildə Gürcüstan hakimiyyətinə müraciət etmişdim ki, Xacağan kəndinə su problemi var. Hökümətdən gələndə isə Azərbaycanlı məmurlar belə problemin olmadığını bildirdilər. Ancaq, kənddə su yoxdur. Nəticədə, kəndin insanları ailəsini dolandırmaq üçün Bakıya, Rusiya,Türkiyə üz tutublar. Bu erməni lobbisinin siyasətdir ki, Gürcüstanda yaşayan Azərbaycanlılar öz torpaqlarını tərk etsinlər. Ermənilər Xramçaya qədər əraziləri tutmaq üçün təbliğat aparırlar. Mən bu haqda Gürcüstanın xüsusi xidmət orqanlarına məlumat vermişəm. Gürcüstan parlametinin spikeri David Bakradzeyədə bu, məsələ ilə bağlı məktub yazmışam, ermənilər öz oyunlarını aparırlar. Bu məktublar nəticəsində, Gürcüstan hakimiyyətindən Sadaxlı kəndinə nümayəndə gəlmişdi. Təəssüflər olsun ki, bizim nümayəndə heyəti ilə görüşməyimizi xəbər etməmişdilər. Başqa şəxslərin onlarla görüşünü təşkil etmişdilər.



-Belə bir məlumat gəzir ki, Gürcüstan Azərbaycanlıları Ermənistan tərəfindən oğurlanır vəs, bu fikirlər nə qədər həqiqətləri özündə daşıyır?



-Bu fikirlərlə razıyam. Hələ, sovetlər birliyi dağılan ərəfədə 7-8 nəfər insanımız öldürülüb. Gürcüstan Azərbaycanlıları içərisində Molla Qara adında tanınmış fəalımız var idi. O, bizim təşkilatın Sadaxlı üzrə nümayəndəsi idi. Cox fəal insan idi. Dəfələrlə onunla quberniyada, polisdə, prokurorluqda şikayətlərin çatdırılmasında birgə getmişik. 2005 ci ildə Sadaxlıda polis rəisinin öz başınalığına qarşı olaraq Molla Qara ilə bir yerdə mitinq təşkil etmişdik. Bizə qarşı təxribat olacaqdır. Lazımı orqanlara müracət etdikdən sonra, bunun qarşısını aldılar. Biz sübut etdik ki, bizim mitinq Gürcüstan hakimiyyətinə qarşı deyil. Polis rəsinin öz başınalığı ilə bağlıdır. Sonradan, Molla Qaranın taleyi qaranlıq oldu. İndiyə kimi, onun bir taleyindən xəbər yoxdur. Deyilənə görə ermənistana aparıblar. Çünki, Ermənilər onun fəaliyyətindən narahat idilər. Onun Ermənistana aparılmasında bəzi gürcü və azərbaycanlılarında rol olmuşdur. Sonrada, onun taleyi haqqında danışmaq istəyən şahidlər qorxudularaq danışmadılar. Nəticədə neçə illərdir ki, onun həyatda olub-olmaması ilə bağlı heç bir məlumat yoxdur.



-Kamil bəy, Sizə öz təşəkkürümü bildirirəm ki, suallarımızı cavablandırdığınıza görə və işlərinizdə uğurlar arzu edirik.



-Məndə Sizə öz təşəkkürümü bildirirəm və qəzetinizin kollektivinə uğurlar arzulayıram.



Söhbətləşdi: Elnur Eltürk





























Yorumlar








Aktif Ziyaretçi 25
Dün Tekil 790
Bugün Tekil 433
Toplam Tekil 1639975
IP 54.211.82.105






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.621 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu