DAK, Güney Azərbaycanda milli qiyamın 4-ci ildönümü münasibətilə tədbir keçirdi - Nərmin Məmmədli - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK, Güney Azərbaycanda milli qiyamın 4-ci ildönümü münasibətilə tədbir keçirdi - Nərmin Məmmədli
Tarih: 22.05.2010 > Kaç kez okundu? 3136

Paylaş


Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanda milli qiyamın 4-cü ildönümü münasibətilə DAK-ın mərkəzi ofisində tədbir keçirib. Tədbirdə DAK-ın fəxri sədri professor Qulamrza Səbri Təbrizi, DAK-ın Orta Asiya üzrə təmsilçisi Yəhya Əliyev, DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli, AMİP-in mətbuat və təbliğat komitəsinin sədri Əli Orucov, yazıçı Rafiq Tağı, ədəbiyyatşünas Sabir Nəbioğlu, Araz Tədqiqatlar Mərkəzinin rəhbəri Araz Aslanlı, Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev, Dünya Azərbaycanlı Yazarlar Qurumunun rəhbəri Sayman Aruz, DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli, DAK Gənclər Təşkilatının fəalları, DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva və DAK-ın digər üzvləri, ziyalılar, güneyli-quzeyli milli fəallar iştirak ediblər.

Dünya Azərbaycanlıları Konqresinin mətbuat katibi Əlirza Amanbəyli 4 il öncəsinə qayıdaraq tədbir iştirakçılarına 22 may hadisələri haqqında məlumat verib. O xatırladıb ki, 2006-ci ildə başda Təbriz olmaqla Güney Azərbaycanın bütün şəhərlərində “İran” qəzetinin Türkləri təhqir etməsinə etiraz olaraq kütləvi dinc aksiyalar keçirilib: “İran rejimi milyonlarla milli haqsızlığa etiraz edən əhalidən qorxuya düşərək etiraz aksiyalarını yatırmaq üçün bütün güc vasitələrindən istifadə edərək dinc əhaliyə qarşı odlu silahlardan atəş açaraq çoxlu sayda soydaşlarımızı qətlə yetirdi. Həmin tarixdə Təbriz, Urmiyə, Sulduz, Makı, Xoy, Ərdəbil, Zəncan və başqa şəhərlərimizdə minlərlə soydaşımız həbs olunaraq uzun müddətli qanunsuz saxlanılaraq ağır fiziki və ruhi işgəncələrə məruz qaldılar”.

Daha sonra söz DAK-ın fəxri sədri Qulamrza Səbri Təbriziyə verildi. Səbri bəy Güneydə gedən milli hərəkatın inkişafından, orada gedən proseslərdən geniş bəhs etdi. O, hər bir xalqın öz gələcəyi ilə bağlı qərar vermək hüququ olduğunu deyib: “Amma İran hakimiyyəti 40 milyon insanın haqqını tanımır. Biz azadlıq istəyirik. Yolumuz çətindir, ancaq buna nail olacağıq”.

DAK-ın Orta Asiya təmsilçisi, Hüquq Emlər Doktoru Yəhya Əliyev hal-hazırda Güneydə həbsdə tutulan soydaşlarımızın dərhal azad olunmasını, onların hüquqlarının bərpasını İran adlanan ölkədən tələb edilməlidir deyə vurğuladı. AMİP-in mətbuat və təbliğat komitəsinin sədri Əli Orucov Güneydəki soydaşlarımıza hər zaman dəstək olmamız gərəkdiyini, orada baş verən hadisələrin təbliğ etməyin vacibliyini qeyd etdi.

Ayda bir dəfə Güney Azərbaycan günü keçirmək təklifi ilə çıxış edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Quzey Azərbaycanda bu proseslərin təbliğatının kütləvi şəkildə təbliğinin önəmli olduğunu bildirdi. Daha sonra söz alan Yeni Nəfəs Gənclər Hərəkatının sədri Mehman Həsən əvvəlki illərlə müqayisədə Quzeydə Güney hadisələrinə baxış tərzinin müsbətə dəyişdiyini və bugün Bütöv Azərbaycan düşüncəsinin təbliğinin gücləndirildiyini qeyd etdi. Güney Azərbaycan gününün təsis edilməsinə fikrini bildirən Qulamrza Səbri Təbrizi bu təklifi dəstəklədiyini bildirərək, bu səbəblə xüsusi komissiya yaradılması tapşırığını verdi.

Araz Tədqiqatlar Mərkəzinin rəhbəri Araz Aslanlı, DAYAQ-ın rəhbəri Sayman Aruz, DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva, Ədəbiyyatşünas Sabir Nəbioğlu, yazıçı Rafiq Tağı 22 may hadisələri haqqında öz bilgilərini tədbir iştirakçıları ilə paylaşdı.

Tədbir Quzey Azərbaycanın ANS tv və Güney Azərbaycanın GUNAZ tv kanalları tərəfindən işıqlandırılıb.



Nərmin Məmmədli









Yorumlar









Aktif Ziyaretçi 67
Dün Tekil 1947
Bugün Tekil 1551
Toplam Tekil 4078279
IP 3.135.246.193






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu