Erməni dəhşətləri bədii dildə - Günay ƏSƏDOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Erməni dəhşətləri bədii dildə - Günay ƏSƏDOVA
Tarih: 15.05.2010 > Kaç kez okundu? 3488

Paylaş


“Qarabağ mövzusunda yazdığım hekayələrlə bağlı saysız oxucu məktubu almışam”



Azərbaycan tarixində uzun illərdir ki, dərin iz salan, uşaqdan böyüyə kimi, ölkəmizdə və ölkədən kənarda yaşayan hər bir azərbaycanlını Dağlıq Qarabağ məsələsi, eyni zamanda 20 faiz torpaqlarımızın ermənilər tərəfindən işğalı və bir milyondan artıq soydaşımızın öz yurd-yuvasından zorla çıxarılması, onlara qarşı törədilmiş vəhşiliklər, işgəncələr çox narahat edir. Bu gün Qarabağ məsələsini, ümumilikdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vəhşilikləri beynəlxalq aləmə çatdırmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən silsilə tədbirlər, konfranslar, simpozumlar, sərgilər keçirilir, eyni zamanda bu dəhşətli faciə bədii dildə soydaşlarımız tərəfindən qələmə alınaraq, dünyaya çatdırılır. Bu gün bizdə İsveçdə və Hollandiyada yaşayan soydaşlarımızın qeyd etdiyimiz mövzuda yazdığı əsərlər və kitablar haqqında qısa məlumat verəcəyik.



İlk həmsöhbətimiz uzun müddətdir ki, İsveçdə yaşayan, esse, fəlsəfi-bədii miniatür, hekayə, mənsur şeir, povest müəllifi olan və xarici mətbu orqanlarda əsərləri bir neçə dillərə tərcümə olunaraq nəşr edilən Eluca Atalıdır. Onun müəllifi olduğu və son nəşr edilən kitabları sırasında olan “Milli monoloq” kitabında silsilə əsərləri Qarabağla bağlıdır. Qeyd edək ki, “Milli monoloq” kitabında müəllif o taylı- bu taylı Azərbaycanın milli dərdləri, Qarabağ məsələsi və insan haqları ilə bağlı müxtəlif illərdə yazdığı hekayə, esse povest janrında bədii əsərləri toplanıb. Kitabı hamının oxumasını arzu edən müəllif, uşaqlar və gənclərin oxumasını vacib bilir. Bununla da o istəyir ki, uşaqlar və yeniyetmələr Azərbaycanımızın düşdüyü fəlakətdən çıxış yolunu axtarıb - tapmaqda fəal olsunlar. Həm də o istəyir ki, Bütöv Azərbaycanın yaranmasının bu gün onların necə düşünüb, necə yaşamalarından asılı olduğunu unutmasınlar.



Eluca xanım bizimlə söhbətində ilk olaraq onu qeyd etdi ki, ümumilikdə yaradıcılığında təkcə Qarabağ problemi deyil, bütövlüklə o taylı - bu taylı Azərbaycanın fəlakətlərini yazıya alıb və təsvir edib:” Buna nə dərəcədə nail olmuşam, bu başqa bir mövzunun söhbətidir. Sadəcə, mən Azərbaycanı həmişə bütöv görürəm! Belə olan halda, onun kədəri də, bayramı da hər iki tərəfə aid olur. Şimalı Azərbaycanda doğulmuşam deyə, ancaq Şimali Azərbaycanı düşünməliyəm fikri mənə hakim deyil. Azərbaycan bu gün ona görə fəlakətdədir ki, o, ikiyə bölünüb. Təkcə yaradıcı insanlar yox, bütün xalq bilməlidir ki, ikili olmaq özü fəlakətdir. Fəlakətlərimizdən bir çıxış yolu var:birləşmə, bütövləşmə! Burda ustadımın bir fikrini xatırladsam yerinə düşərdi, o, deyirdi ki: “Qarabağ fəlakəti Azərbaycan ikiyə bölünəndə başlayıb. Qarabağ o zaman azad olacaq ki, Azərbaycan bir olacaq. Erməniyə 50 milyonluq azərbaycanlı təpiyi lazımdır!””



Mən Qarabağa aid olan yazılarımda yuxarıda qeyd etdiyim fikirdə yer almış istiqaməti əsas xətt kimi götürmüşəm”-deyən E.Atalı qeyd etdi ki, Qarabağ - bütün azərbaycanlılar kimi, onun da yaralı yeridir” Amma mən, o, azərbaycanlılardanam ki, bu yaranın sağalmasına inanıram. Qarabağ müharibəsi ilə bağlı bir neçə hekayəm var, onlar türk, rus, ingilis, fars, özbək dillərinə hələki tərcümə olunub”.



Qarabağ mövzusunda yazdığı əsərlərinin bir neçə dilə tərcümə olunduğunu deyən yazıçı bildirdi ki, o bu mövzuda qələmə aldığı əsərlərinin ilk növbədə tərcümə olunmasına çalışır: ”Bu məndən ötəri ağır olsa da, amma çalışıram ilk növbədə buna nail olum. Sonra isə ədəbi, siyasi sitələrdə dərc olunmaq üçün müxtəlif saytlara, dövrü mətbuat orqanlarına göndərirəm. www.google-com yazıb, adımı arasanız, görərsiniz ki, onlarla bağlı müxtəlif rəylər var. Təkcə onu deyim ki, Xocalı faciəsi ilə bağlı yazdığım “Qan içində yananım” hekayəsini türk və fars dillərinə tərcümə edənlər “Yazını başa çatdırana qədər ürək ağrısına düşdüm”- dedi. Hər iki nəfər ayrı - ayrılıqda bunu deyib. Bu hekayə ilə bağlı saysız oxucu məktubu almışam”.



Eluca xanım bildirdi ki, yazıçı, ümumiyyətlə hər hansı bir mövzuda yazmamışdan əvvəl, bütövlüklə yazacağı mövzunu beynində bişirir və mövzuya tam hakim olur:” Bu, o, deməkdir ki, ordakı halı yaşayırsan. Mən hər dəfə bu mövzuda yazanda özümü odun - alovun içində hiss edirəm. Xocalının o müdhiş gecəsini təsvir edəndə, nələr çəkdim, dilə gətirmək çətindir. Qəti özümdə deyildim, bütün fikrim - zikrim orda idi. Körpəsi dalına sarınmış halda güllələnmiş ana, ananın üstünə qaçan üç balaca qız uşağı, güllələnmiş qızının kürəyindən körpə nəvəsini açıb, qucağına alan nənə, öz həyətindəki tut ağacına erməni saqqallıları tərəfindən sarınıb, üstünə neft tökülmüş ata və “erməni, anamı öldürdün, atam heç olmasa öldürmə, biz kimlə qalacağıq” - deyən, körpə qızcığazın məsum yalvarışları... Bütün bunları beynimdən keçirə - keçirə yaşayırdım. Yazını yarıya qədər işləyib, ağırlığından nəfəs ala bilmirdim. Elə bil hadisə Qarabağda yox, gözümün qabağında Stokholmda baş verir. Onlara necə kömək edə bilərəm? Hadisələrin cəryanın, istiqamətin necə dəyişmək olar? Erməninin ürəyinə insaf salmaq və s. düşüncələrimə hakim idi. Bütün bu suallarla evdən çıxdım ki, bir qədər özümə gəlim, sonra yazını davam etdirim. Küçəyə çıxıb qəzaya düşdüm, hekayəni bir də bir ildən sonra işləyə bildim.



Sonda sizin sualınıza konkret cavabı bu cür verirəm: hadisələri bir də yaşayırsan, həm də təkcə olduğu kimi yox, bir neçə variantında. Həm də gedişatı dəyişmək istəyi ilə onları analiz edirsən”.



Yazıçı qeyd etdi ki, Qarabağ mövzusunda yazılmış ondan, artıq hekayə və povesti var:” Demək olar ki, hamısı ayrı - ayrı vaxtlarda çap olunub. Onları bütövlükdə ayrıca kitab şəklində çap etməmişəm, amma “Adamdan üstün”, “Milli monoloq”, “Səsin öncəsi”, “Atillanın açıq pəncərəsi” “Heykəllər niyə danışmır?” kitablarımda var.



“Qarabağ mövzusunda yazdığınız əsərlər isveçlilər tərəfindən necə qarşılanır?” sualını E. Atalı belə cavablandırdı:” Bir qədər inanılmaz. Mənim İsveçdə yoldaşlıq etdiyim isveçlilər demək olar ki, ictimaiyyət nümayəndələridirlər, amma siyasətçi deyillər. Onlara hadisələr çox qorxunc gəlir. Çünki bunlar özləri heç zaman müharibə görməyiblər, sakit, firavan yaşayıblar. Bəzi dairələrdə isə bu mövzuda danışanda icazə verilmir. Çünki burda hər cür millət var, hərə bir ölkədən gəlib. Adətən milli məsələlərdən danışanda dava düşür. Dünyanın bütün müharibə görən, siyasi konfiliktlərdə yaşayan millətləri bura yığılıb, siyasi sığınacaq alıb. Ona görə hər hansı konfiliktli məsələni danışanda, kimsə digər tərəfin müdafiəsinə qalxır, nəticədə dava düşür. Elə bütün bunların qarşısın almaq üçün danışmağa icazə verilmir. Amma mən çalışıram həmişə imkansızlıqdan imkan yaradım, sözümü deyim.



Söhbətin əvvəlində dedim ki, mən Bütöv Azərbaycanın dərdlərindən yazıram. “Milli monoloq” kitabım çapdan çıxanda məktəbdə müəllim soruşdu ki, kitab nədən bəhs edir? Qarabağ məsələsi, ermənilərin, rusların orda törətdiklərini və Cənubda 40 milyonun ana dilində məktəbi olmadığını dedim. “40 milyon?” - deyib, səsini qaldırdı. Ona inanılmaz gəldi ki, 40 milyonun məktəbi yoxdur.İnsan acizliyi ilə bağlı bir neçə kəlmə dilinə gətirdi. Bu məni bir qədər pərt etsə də, içimdə milli azadlıq eşqini gücləndirdi. İstəmirəm başqaları mənim xalqıma aciz kimi baxsın. Bizim xoşbəxtlərdən nəyimiz əksikdir?”



Məlumat üçün bildirək ki, Eluca Atalı (Hüseynova Mədinə) 1966-cı ildə Nefçala rayonunun Xolqaraşıqlı kəndində doğulub. BDU-nun kitabxanaçılıq-biblioqrafiya fakültəsini bitirib. Esse, fəlsəfi- bədii miniatür, hekayə, mənsur şeir, povest janrında yazdığı bədii nümunələr əsasında bir neçə kitabı çap olunub. Respublika və xarici mətbuatda əsərləri müntəzəm çap edilir, həmçinin əsərləri şərq və avropa dillərinə tərcümə olunub. Hazırda İsveçdə yaşayır və bədii yaradıcılıqla məşğuldur.



Son illər diaspor sahəsində gördüyü işlərlə yanaşı, Hollandiyada yaşan, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu povest, hekayə və ssenarilərin müəllifi həmyerlimiz Gülşən Lətifxan Azərbaycanın tarixini, həqiqətlərini, uzun illərdi ki, xalqımızın yaşadığı ağrılı- acılı dərdi olan Qarabağ problemini müəllifi olduğu bədii əsərlərdə təsvirini verir və müxtəlif dillərə tərcümə edərək dünyaya çatdırır. Redaktoru Gülər Mehdiyeva, illüstrasiyaları Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətov tərəfindən çəkilmiş “ Azər və Aida”əsəri G. Lətifxanın ikinci romanıdır. Roman Azərbaycanın düçar olduğu Qarabağ müharibəsinin fonunda iki gəncin faciə ilə bitən nakam məhəbbətindən bəhs edir. Çox təqdirəlayiq haldır ki, Azərbaycanın- xalqımızın bu gün əsas problemi olan Qarabağ məsələsi dünyaya bədii dildə və müəyyən bir formada çatdırılır.



Sözügedən kitabda ön söz yazan Moskvada yaşayan ziyalı Çingiz Hüseynov “Azər və Aida” romanına özünəməxsus bir formada fikir bildirib:” Əsrlər boyu bir-biri ilə qonşuluq, bəzən isə qohumluq telləri ilə bağlanan ermənilər və azərbaycanlılar arasındakı etnik konfilikt Azərbaycan ədəbiyyatının vacib mövzularından, hamıya toxunan ağrılı nöqtələrdən birinə çevrilib. Bu konfilikt müharibədə böyüdü, dağıntılara gətirib çıxartdı, qaçqınlara səbəb oldu, vərdiş olunmuş dünya duyumunun əsaslarını sarsıtdı, psixi zədələnməyə çevrildi və idiyəcən davam edir”.



Qeyd edək ki, romanın bir az vərdiş olunmamış ad daşıyan qəhrəmanı Aida, azərbaycanlı kişi və erməni qadının Azərbaycanda tez-tez təsadüf olunan və adi görünən məhəbbətindən doğulub. Amma elə bu vaxt müharibə başlayır və erməni ana ölümündən yaxa qurtarmaq üçün doğma şəhərindən, ailəsindən baş götürüb qaçmalı olur. Və ailə dağılır, romanın yarı erməni , yarı azərbaycanlı qəhrəmanı doğmalarının özünə qarşı münasibətinin dəyişdiyini dərhal hiss edir, axı o, necə deyərlər, “xalis azərbaycanlı”ya vurulub, üstəlik Azər də onu sevib.



Azərə gəlincə isə o, doğma torpağı düşmən qonşularından qorumaq üçün öz şərəf borcunu yerinə yetirərək müharibəyə gedir... Məlum olduğu kimi, müharibədə yaxşılar ən əvvəl həlak olur və bu qismətdən Azər də qaça bilmir.



”Azər və Aida”- “Əli və Nino” romanının çağdaş variantıdır. Əgər Qurban Səid müsəlman oğlu ilə xristian qızının -azərbaycanlı Əli ilə gürcü Ninonun məhəbbətindən söz açıbsa, G.Lətifxan azərbaycanlı Azərlə, qarışıq nigahdan doğulmuş Aidanın sevgisindən danışır”-deyən tərcüməçi, publisist və naşir Ari fan der Ent qeyd edib ki, əgər “Əli və Nino” əsərinin fonunda Birinci Dünya müharibəsinin mənzərələri dekorasiya kimi istifadə olunubsa, “Azər və Aida” romanındakı hadisələrdə Qarabağ müharibəsi ərəfəsi və bu müharibə başlanandan sonra baş verən hadisələr qələmə alınıb”.



Görkəmli xalq şairi Fikrət Qoca bildirib ki, uşaqlıq illəri Şuşada keçən Gülşən xanım hər iki romanında Sovetlərin dağılması ərəfəsində və Sovet İttifaqı iflasa uğrayandan sonra siyasətçilərin “Qarabağ kartı” ilə işğala məruz qalmış Azərbaycanın qaçqınlıqla üzləşən Azərbaycan insanının çağdaş dünyamızdakı acılarını qələmə alıb. G.Lətifxan bizimlə söhbətində qeyd etdi ki, o, özünü peşəkar yazıçı hesab etmir: “O ki qaldı Azərbaycanın ağrılı yeri olan erməni - azəri probleminə toxunduğu “Azər və Aida” əsərinə, çox təəssüf hissi ilə deyə bilərəm ki, “Azər və Aida”nın digər xarici dillərə tərcümə olunma prosesi hələ qalıb. Bu səbəbdən də bu əsər Avropada o qədər də yayılmayıb. Tərcümə işi vaxt aparan bir prosesdir. Bu əsər gələcəkdə digər dillərədə tərcümə oluna bilər. Amma buna baxmayaraq, bu əsər xaricdə çox xoş qarşılandı. Onu da söyləyim ki, hazırda mənim hekayələrim holland dilinə tərümə olunur. Hollandiyada fəaliyyət göstərən nəşriyyatlarla danışıqlar aparırıq. Əgər razılığa gələ bilsək onda bir ad altında əsərlərimi toplayıb kitab çıxaracayıq



Nəzərə çatdıraq ki, “ Azər və Aida” kitabını rus dilindən tanınmış yazıçı Məmməd Oruc tərcümə edib.



Günay ƏSƏDOVA





Yorumlar









Aktif Ziyaretçi 79
Dün Tekil 1947
Bugün Tekil 2030
Toplam Tekil 4078758
IP 3.145.58.169






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.789 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap