Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 03.05.2010 > Kaç kez okundu? 3159

Paylaş


Dünyaxanım Əliyeva: ”İşğal altında qalan torpaqlarımız müharibə yolu ilə də olsa, mütləq azad olunacaqdır.”

12:45

Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri, Beynelxalq Dədə Qorquq Fondunun İcracı Katibi Dünyaxanım Əliyevanın baksam.com saytına verdiyi müsahibəsini təqdim edirik:



- Dünya xanım, ilk öncə xöş gördük Sizi! Bu gün Azərbaycan qadınlarının içtimai-siyasi və mədəni həyatda fəallığı haqqında fikirləriniz nədən ibarətdir?



- Bəli. İstər sovetlər dönəmində, istərsədə son illər Azərbaycanın içtimai-siyasi və mədəni həyatında qadınlarımız rolu artmağa başlayıb. Bu, proses xüsusilə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, dediyimiz sahələrdə fəallıqları hiss olunmağa başladı. Ölkədə gedən siyasi-içtimai proseslərdən də hiss olunur ki, qadınlarımız biznes həyatından tutmuş, mədəniyyət-elm və içtimai sahədə nailiyyətlər əldə edirlər. Ələlxüsusdə, diaspor sahəsində bu, özünü qabarıq şəkildə göstərir və həqiqətlərimizin beynelxalq müstəviyə çıxarılmasında müstəsna rol oynayırlar.

Azərbaycan qadınlarının güclü olması üçün buna tarixi potensialda buna imkan verir. Tarixdəndə bildiyiniz kimi, Azərbaycan qadınları öz qəhrəmanlığı ilə seçiliblər. Azərbaycan elə bir məkanda yerləşib ki, tarix boyu bu, torpaqlara yadelli düşmənlər hücumlar ediblər, kişilərimizlə yanaşı qadınlarımızda əllərinə silah alıb, düşmənə layiqli cavab veriblər. Təkcə, XX əsrdə Azərbaycanın iki dəfə müstəqil olmasında qadınlarımızın fədakarlığı danılmazdır.

Bundan sonrada, dövlətimiz gücləndikcə bacarıqlı və savadlı dünya görüşə malik qadınlarımız daha da fəallaşacaqlar. Çünki, Azərbaycan xanımları dünyanın ən bacarıqlı insanlarıdır. Nəzərə alsaq ki, ölkənin birinci xanımı Mehriban Əliyeva bacarıqlı xanımlarımızın ortaya çıxmasında müstəsna rol oynayır.



- Azərbaycan həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılması istiqamətində görülən işlər sizi qane edirmi?



- Qane edir. Minlərlə fədakar insanlarımız həqiqətlərimizin dünya içtimaiyyətinə çatdırılması istiqamətində əllərindən gələni edirlər. Məni xüsusilə sevindirən odur ki, ümümmilli məsələlərdə Azərbaycan-türk diasporu birgə addım atırlar. Bu, sahədə Heydər Əliyev Fondu sistemli iş aparır, bunun nəticəsi görünməkdədir. İndi erməni diasporu, azərbaycan diasporunun gücünü görür. Əsas odur ki, diasporda bacarıqlı gənc nəsil dalğası gəlməkdədir.



- Son vaxtlar Qarabağ ətrafında gərgin danışıqlar gedir və hadisələrin axarını neçə görürsünüz?



- Təbii ki, prosesləri diqqətlə izləyirik. Mən bir siyasi analitik deyiləm, proseslərin bundan sonra, hansı istiqamətdə cərəyan edəcəyi bağlı proqnoz vermək, mənim üçün çətin olardı. Ancaq bir təşkilat rəhbəri, bir ana olaraq, fikirlərim bundan ibarətdir ki, işğal altında qalan torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, mütləq müharibə yolu ilə də azad olunacaqdır.

Hər gün Azərbaycanın potensial imkanı genişlənir və ordumuz erməni ordusundan qat-qat güclüdür. Onsuzda iqtisadi-sosial problemlər içərisində olan, Ermənistan hansı potensialına güvənərək Azərbaycanla müharibə aparacaqdır. Sadəcə olaraq, Ermənistanın arxasında böyük dövlətlər durub və məhz buna görə Azərbaycana meydan oxuyurlar. Ancaq, bununda sonu var. Ermənistana laiqli cavab veriləcəkdir. Prezident Müdafiə Nazirliyində keçirdiyi son müşavirədə bəyan etdi ki, danışıqlar yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması çərçivəsində gedə bilər və bu, prinsipdən bir addımda olsun geri çəkilən deyilik. Bu dövlətin, xalqın birgə mövqeyi idi.



- Bildiyimiz qədər, bu yaxınlarda Beynelxalq Dədə Qorqud Fondunun icra katibi vəzifəsinə təyin edilibsiniz? Sizi bu, vəzifəyə təyin olunmaz münasibəti ilə təbrik edirik!



- Təşəkkür edirəm! Bu yaxınlarda Beynelxalq Dədə Qorduq Fondunun icracı katibi vəzifəsinə təyin olunmuşam. Mən qəzetiniz vasitəsi ilə, fondun prezidenti və üç dildə çıxan "Azərbaycan Dünyası” jurnalının baş redaktoru, dəyərli ziyalılarımızdan olan Eldar İsmayilova öz dərin təşəkkürümü bildirirəm ki, mənə belə çətin məsuliyyətli, həmdə şərəfli işi tapşırdığına görə. Həmdə, inanıram ki, neçə illərdir ki, içtimai həyatda qazandığım təcrübə fondun məhsuldar işinə köməyi dəyəcək.

Qısaca olaraq, fondun əsas missiyası haqqında deməkdir istərdim ki, fond humanitar-sülh prinsiplərini əsas tutaraq- ölkəmiz haqqında dünyada təbliğat aparır. Bu gün istəyirik ki, Azərbaycanımız xarici ölkələrdə tanınsın və eyni zamanda dünyanın hər yerində yaşayan, soydaşlarımızın təşkilatlanması, başqa xalqlarla ünsiyyətin qurulması, fondun əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Fond qarşıda böyük işləri həyata keçirməyi düşünür. Hələlik, bu haqda, geniş danışmaq istəmirəm, zaman-zaman planlarımız reallaşdıqca qəzetinizə ətraflı məlumat verəcəyik.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 67
Dün Tekil 1947
Bugün Tekil 1592
Toplam Tekil 4078320
IP 3.133.160.156






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu