Simuzər Baloğlanovanın ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Simuzər Baloğlanovanın ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 29.04.2010 > Kaç kez okundu? 3184

Paylaş


"Böyük Britaniyadakı erməni diasporu Qarabağ məsələsi ilə bağlı təbliğatda Azərbaycan diasporuna məğlub olur

13:49

Böyük Britaniyada fəaliyyət göstərən "Caspian Xəzri" www.caspian-khazri.com məktəbinin direktoru Simuzər Baloğlanovanın "Təzadlar" qəzetinə eksklüziv müsahibəsi:





- Simuzər xanım, xöş gördük! İlk öncə "Caspian Khazri" məktəbinin yaranması və hazırkı fəaliyyəti barədə oxucularımıza məlumat verməyinizi istərdik...



- "Caspian Xəzri" məktəbi 2006-ci il ildə London şəhərində yaranıb. öncə bu məktəbin hansı zərurətdən yarandığını oxucularla bölüşmək istərdim. Mən Londonda bir məktəbdə rus dili müəlliməsi işləyərkən beynəlxalq tədbirlərin birində iştirak edirdim. Orada yallı rəqsi ifa edən insanları gördüm və bu, mənim çox xoşuma gəldi.



Tədbirdən sonra təşəkkürümü bildirmək üçün o insanlara yaxınlaşanda məlum oldu ki, beynəlxalq tədbirə "Yallı" rəqsini ermənilər hədiyyə ediblər. Bu hadisə mənə çox pis təsir etdi. Azərbaycan Respublikasının Böyük Britaniydakı səfirliyinə müraciət etdim ki, belə bir məktəb varsa, mən də işlədiyim rus məktəbindən əldə etdiyim təcrübəmdən istifadə edib milli məktəbimizə öz töhfəmi verim. Səfirlikdən mənə bildirdilər ki, belə bir məktəb yoxdur. Ancaq onu da dedilər ki, belə bir məktəb yaratsam, mənə bu işdə kömək edə bilərlər.



Bundan sonra, Londonda fəaliyyət göstərən Azərbaycan-İngiltərə Cəmiyyəti, Azərbaycan Gənclər Klubunun fəalları ilə bir araya gəlib məsləhətləşəndən sonra belə bir məktəbi yaratmaq üçün işə başladıq. Əvvəlcə London və Azərbaycanın özündə bu işə elə-belə baxırdılar. İş adamları, məmurlarımız İngiltərədə bu cür məktəbin fəaliyyət göstərməsini xəyal kimi qəbul edirdilər və xüsusilə bunun nəyə lazım olduğunu soruşurdular.



Biz bunlara baxmayaraq, bu yoldan geri çəkilmədik. Məktəbin açılışı günü 150 nəfər iştirak etdi və 40 uşaq qeydiyyatdan keçdi. Sizi inandırıram ki, məktəbin açılışının belə uğurlu olacağını gözləmirdik. Bu hadisə İngiltərədə yaşayan soydaşlarımız arasında böyük rezonans yaratdı. Sonradan məktəb genişlənməyə başladı. İlk vaxtlar məktəbin bütün maliyyələşməsi mənim üzərimdə idi. Getdikcə vəziyyətin çətinləşdiyini görüb diaspor qurumlarına müraciət etdim. Sag olsun Azərbaycan Gənclər Klubu, məktəbi müəllimlərlə təmin etdi və Avropa Azərbaycan Cəmiyyəti isə məktəbin maliyyələşməsini öz üzərinə götürdü.



London böyük şəhər olduğuna görə şagirdlərin gedib-gəlişi bir qədər çətin idi. Odur ki, ikinci məktəbin açılması zərurəti yarandı. Beləliklə, ikinci məktəb açıldı. Açılış mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov da iştirak edirdi. Misir müəllim məktəbə 1000-ə qədər kitab, xəritələr, məktəb üçün lazım olan digər ləvazimatlar hədiyyə etdi. Bu, əşyalar məktəb üçün böyük bir hədiyyə oldu. çünki bunlara böyük ehtiyacımız vardı.



Bundan sonra Azərbaycan dili kurslarını təşkil etdik. Bu sırf böyüklər üçün nəzərdə tutulmuşdu. Burada Azərbaycan dilinin qramatikası, incəlikləri öyrədilirdi. Gənclərimiz arasında Azərbaycanla bağlı geniş təbliğat aparılırdı. çünki elə gənclərimiz vardı ki, onlar Azərbaycanın paytaxtının hansı şəhər olduğunu və harada yerləşdiyini bilmirdilər.



Klubda Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, milli ideologiyası haqqında çox maraqlı müzakirələr aparılırdı. Bu müzakirələrin gələcəkdə diaspor quruculuğuna da müsbət təsiri oldu. Belə müzakirələrdən sonra vətənpərvər - intellektual gənclərimiz meydana çıxmağa başladı. Sonradan bu gənclər Azərbaycanla bağlı ümummilli tədbirlərdə Ermənistanın Londondakı səfirliyinin qarşısında keçirilən kütləvi etiraz aksiyalarında fəal iştirak edirdilər. Bu gün qürurla demək olar ki, bu işlərin reallaşmasında və həyata keçməsində "Caspian Xəzri" məktəbi böyük rol oynadı. İndi də məktəbimiz işini layiqincə həyata keçirir və bundan sonra da fəaliyyətimizi daha da gücləndirəcəyik.



- Bizdə olan məlumata görə, İngiltərədə ilk Azərbaycan qadın təşkilatı olan "Sara Xatun" İçtimai Birliyinin də əsası "Caspian Xəzri"də formalaşmağa başlayıb...



- çox doğru deyirsiniz. İngiltərədə ilk Azərbaycan qadınlar təşkilatının əsası Kaspian Xəzri məktəbində qoyulub. Təşkilat Azərbaycanın ilk diplomat qadını olan Sara Xatunun adını daşıyır. Bu təşkilat vasitəsilə Azərbaycanın milli mətbəxi və milli geyimləri ilə bağlı sərgilər keçirdik.



Əslində Sara Xatun Avropada yaranan ilk Azərbaycan qadın təşkilatı idi. Biz bununla Avropa cəmiyyətinə sübut etdik ki, Azərbaycan qadını içtimai-mədəni proseslərdən kənarda qalmır. Müasir, ailəsini sevən və dünyada gedən mədəni inteqrasiyaya öz töhfəsini verməyi bacarır.



Müsəlman qadını çadra geyinməsinə baxmayraq, elm və təhsildə də qabaqçıldır. çünki təşkilatın üzvləri arasında müəllimələr, həkimlər və s. peşə sahibləri də təmsil olunurdular. Bir faktı deyim ki, təşkilat İngiltərə qadınları tərəfindən müsbət qarşılandı və onlar tədbirlərimizdə çox fəal iştirak edirdilər.



- Milli rəqs, xor ansamblı neçə təşkil olundu?



- Bizdə tez-tez festivallar keçirildiyinə görə gənclərdən ibarət rəqs ansamblının yaranmasına ehtiyac yarandı. çünki əvvəllər rəqs ansamblımız kiçikyaşlı uşaqlardan təşkil edilmişdi. Sonradan 18-19 yaşında olan gənclərdən ibarət rəqs, xor ansamblını yaratdıq. 150 nəfərin iştirakı ilə möhtəşəm bir tədbir keçirdik. Sözləri Əhməd Cavada, musiqisi üzeyir Hacıbəyova aid olan "çırpınırdın Qara Dəniz" mahnısını mükəmməl səviyyədə ifa etdilər. Zalda əyləşən insanlar bunu ayaq üstə alqışladılar. Bu görüntüləri görmək istəyənlər www.casrian-khazri.com saytında yerləşən youtube.com-a baxa bilərlər.



- Hazırda məktəbdə neçə şagird təhsil alır?



- Qeydiyyatda 200 şagird var, amma onların hamısı gündəlik dərsə gəlmirlər. Sinifdə 30, bəzən 20 şagird olur. Bu da bizə əlavə problemlər yaradır və valideynlər müntəzəm olaraq uşaqlarını dərsə gətirmirlər. Bu isə uşaqların dərslərdən geri qalmasına səbəb olur.



- Böyük Britanıyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti hansı səviyyədədir?



- Böyük Britaniyada çox gözəl diaspor qurumlarımız fəaliyyət göstərir. Mən tam məsuliyyətlə deyirəm ki, Avropada ən sistemli fəaliyyət göstərən diaspor Böyük Britaniyadadır. Azərbaycan diaspor qurumları fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər. Məsələn, Avropa Azərbaycanlıları Cəmiyyəti iş adamları ilə əlaqə qurmaq və Dağlıq Qarabağ həqiqətlərini İngiltərə içtimaiyyətinə çatdırmağı özünə prioritet seçib. Bununla yanaşı, cəmiyyət İngiltərə parlamentində təmsil olunan Lordlarla və nümayəndələr palatasının üzvləri ilə əlaqələr qurur.



"Caspian Xəzri" məktəbi isə əsas fəaliyyət istiqamətində təhsil və mədəniyyəti prinsip kimi götürüb. Yeni layihələr üzərində işləyirik. Uşaqlarımızı, gənclərimizi milli təhsilə cəlb edib, layiqli vətənpərvər kimi yetişmələrini istəyirik. Azərbaycan Gənclər Klubu da maarifləndirmə işlərini görür. Klub "Araz" adlı qəzet buraxır.



Diasporun fəaliyyətinə stimul verən əsas faktorlardan biri də Azərbaycanın Böyük Britaniyada fəaliyyət göstərən səfirliyinın effektiv fəaliyyətidir. Səfirlik bu işlərə çox gözəl mənəvi dəstək olur və ümümmilli tədbirləri, diaspor qurumlarla birgə koordinasiya edirlər.



Mən şəxsən səfirimiz Fəxrəddin Qurbanovla qürur duyuram və fəxr edirəm ki, belə bir səfirin dövrünə düşmüşəm. Fəxrəddin müəllim səfir olmaqla yanaşı, vətənini, torpağını sevən əsl bir Azərbaycan oğludur. Bütün bayramlarda bir saatlıq da olsa məktəbimizi ziyarət edir (Bu arada Simuzər xanım gülə-gülə zarafat edərək bildirdi ki, Fəxrəddin müəllim hansı ölkəyə səfir getsə, mən də onunla birgə gedib diaspor quruculuğunda iştirak edərdim. Təbii ki, bu bir zarafatdır. Ancaq görünən odur ki, səfirimiz bu sevgini öz fəaliyyəti, əməlləri ilə qazanıb və müstəqil Azərbaycanın belə diplomatlarının olması ilə ancaq qürur duymaq olar -E.E). Mən xüsusilə Azərbaycan diasporunun təşkilatlanmasında, güclənməsində Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov və Azərbaycan Gənclər Klubunun icracı direktoru Vüsal Həmzəyevin fəaliyyətlərini də qeyd etmək istərdim. Bu iki gənc Azərbaycan diasporunun güclənməsində çox böyük işlər görürlər.



- İngiltərədə erməni diasporunun fəaliyyəti hiss olunurmu? İngiltərə rəsmiləri ilə görüşəndə Azərbaycan haqqında hansı düşüncələrə malikdirlər və ölkəmizə maraq göstərirlərmi?



- Hazırda piarda Azərbaycan diasporu erməni diasporunu üstələyir. Qarabağ məsələsi ilə bağlı həqiqətlərdə ermənilər Azərbaycan diasporuna məğlub olurlar. Ancaq burada bir amili yaddan çıxarmaq lazım deyil. Biz çıxış edəndə azərbaycanlı kimi özümüzü təqdim edirik və ancaq ermənilər isə özlərini ingilis kimi təqdim edirlər.



İngiltərədə belə bir qanun var ki, hər bir ingiltərə vətəndaşı öz adını dəyişə bilər. Ermənilər bu qanundan məharətlə istifadə edirlər. Məsələn, Serj Sarkisyan öz adını rahatca Con Mark kimi sənədlərə yazdıra bilər. Bu, qanunla tənzimlənir. Bundan sonra bu adla parlamentə, başqa siyasi mərkəzlərə yol tapırlar və yerli mediada çıxış edirlər ki, Qarabağ erməni torpağıdır. Araşdırıb görürük ki, bu fikrin müəlliflərinin kökü gedib ermənilərə çıxır. Həmin qanunda nəzərdə tutulmuş müddəadan istifadə edib adını dəyişdirib. Belə açıqlamalarla yerli içtimai düşüncəyə manipulyasiya edirlər.



ümümilikdə, Azərbaycana münasibət çox gözəldir. Bu yay İngiltərədən Azərbaycana bir qrup lord və professorun gəlməsi gözlənilir. Bu yaxınlarda biz Roteri təşkilatı ilə birgə Şimali İngiltərədə Azərbaycanın tarixini, coğrafiyasını, turizmini və iqtisadiyyatını əhatə edən maraqlı bir konfrans düzənlədik. 250 nəfərədək iştirakçının arasında İngiltərənin şəhər merləri, elm və iş adamları, içtimai xadimləri çoxluq təşkil edirdi. Onların diqqətini ölkəmizə cəlb etmək üçün videoroliklər təşkil etdik ki, ölkəmiz haqqında bilgiləri daha geniş olsun. Tədbirdə iştirak edən şəxslərdən 15-i bu yay Azərbaycana turist kimi gəlmək istədiklərini bildirdilər və ölkəmizlə yaxından tanışmaq istəyirlər.



- Bu gün Böyük Britanıyada təxminən nə qədər soydaşımız yaşayır və onlar yaşadıqları cəmiyyətə inteqrasiya edə bilirlərmi?



- Cənubi azərbaycanlılarla birgə 40 minə yaxın soydaşımız var və asanlıqla İngiltərə cəmiyyətinə inteqrasiya edirlər. Bir də ki, bizim xalq ünsiyyətçil və mehriban olduğuna görə bu məsələdə problemlər yaşanmır.



- Son vaxtlar Qarabağ məsələsi ilə bağlı danışıqlar sürətlənib. Bir vətəndaş kimi Dağlıq Qarabağ münaqişəsinin həllini neçə görürsünüz?



- Mən siyasətdən uzaq bir insanam. Ancaq bir vətəndaş kimi düşüncələrim ondan ibarətdir ki, münaqişənin həllinin sülh yolu ilə tapmasının tərəfdarıyam. Hamımız bilirik ki, bu münaqişəni yaradanlar bunu nə üçün yaradıblar və məqsəd də münaqişədən istifadə edib istədikləri vaxt bölgədə vəziyyəti gərginləşdirmək istəyirlər. Strategiyanın arxasında bu amil dayanır.



- Simuzər xanım, gələcək planlarınızla bağlı fikirlənizi eşitmək oxucularımız üçün maraqlı olardı...





- Gələcək üçün geniş planlarımız var. üzərində ciddi işləyirik. Xüsusilə İngiltərə vətəndaşları üçün Azərbaycan incəsənət məktəbini açmağı düşünürük. Bu məktəbdə Azərbaycan rəqsləri, milli incəsənətimizə xas olan xüsusiyyətlər öyrədiləcək.



Bununla yanaşı, məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan teatr truppasını formalaşdırmaq planımızın əsaslarından biridir. Həmin teatr vasitəsilə Azərbaycan komediyaları ingilis dilində səhnəyə qoyulacaq.



Digər tərəfdən, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün proqram həyata keçiririk. Azərbaycanlı tələbələr həmin proqram əsasında İngiltərənin müxtəlif ali məktəblərində təhsil alacaq və proqram əsasında nəzərdə tutulmuş maliyyə xərci yaratdığımız fonda keçiriləcək.



Qəzetiniz vasitəsilə oxucuların diqqətinə onu da çatdırmaq istərdim ki, bizim xaricdə təhsil proqramı ilə maraqlanmaq istəyən şəxslər www.casrian-khazri.com saytına baxa bilərlər və Bakıda işlərimizi koordinasiya etmək üçün rəsmi nümayəndəliyimiz fəaliyyət göstərir. Sayt vasitəsi ilə əlaqə yarada bilərlər.



- Simuzər xanım, sizə öz təşəkkürümü bildirirəm ki, dəyərli vaxtınızın bir hissəsini bizə ayırıb suallarımızı cavablandırdınız. Sizin kimi vətənpərvər insanlarla söhbət etmək olduqca xoşdur. Gələcək işlərinizdə sizə uğurlar arzu edirik.



- Mən də sizə öz təşəkkürümü bildirir və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.





Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 75
Dün Tekil 1947
Bugün Tekil 1779
Toplam Tekil 4078507
IP 3.129.195.206






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu