"Ermənistanın təklikdə müharibə aparmağa cürəti yoxdur" - ANSPRESS - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









"Ermənistanın təklikdə müharibə aparmağa cürəti yoxdur" - ANSPRESS
Tarih: 28.04.2010 > Kaç kez okundu? 3100

Paylaş


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu belə deyib



Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu son günlər Ermənistan tərəfinin müharibə bəyanatlarına cavab olaraq açıqlama yayıb. ANS PRESS açıqlamanı olduğu kimi təqdim edir:



"Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin aprelin 23-də Müdafiə Nazirliyində müşavirə keçirərkən səsləndirdiyi əsaslı fikirlər, nazir Səfər Əbiyevin ordunun döyüşə hazır olduğu barədə dövlət başçısına təqdim etdiyi məruzə və digər açıqlamalar nəinki regionda, o cümlədən bütün dünyada geniş əks-səda doğurub. Bu, olduqca əhmiyyətli bir müşavirə idi. Beynəlxalq ekspertlər də eyni qənaətdədir. Nəticəsi də şübhəsiz görünəcək. Azərbayjan torpaqlarını işğaldan azad etməyə başlayacağı təqdirdə Ermənistanın məğlubiyyəti qaçılmazdır. Buna ordumuzun yetərincə müasir silah-sursatla, ağır texnika ilə təcizatı, əsgərin döyüş ruhu, ən başlıcası prezidentlə xalqın yekdilliyi böyük imkanlar yaradır. O zaman sual edilə bilər ki, bəs proses niyə yubadılır? Keçilmiş yol, münaqişənin həll edilməsinə Azərbaycanın səyləri onu deməyə əsas verir ki, burada gizli bir səbəb axtarmağa ehtiyac yoxdur. Yeganə faktor ondan ibarətdir ki, ölkəmiz problemin sülh yolu ilə həll edilməsi istiqamətində Minsk Qrupunun və digər beynəlxalq institutların fəaliyyətinin konkret nəticə verəcəyinə ümid edirdi. Azərbaycan bölgədə yenidən qan tökülməsini istəmirdi. Müşavirədə cənab prezidentin çıxışının əsas məğzini də bu məqamlar təşkil edirdi. Ancaq göründüyü kimi, bizim sülhpərvər siyasətimizin reallaşmasına Ermənistanla birlikdə bəzi məlum dairələr ciddi əngəllər törədirlər. Belə olan təqdirdə başqa yol qalırmı? Əlbəttə ki, yox.

Cənab prezident İlham Əliyevin keçirdiyi məlum müşavirədən sonra Ermənistanın Müdafiə Nazirliyinin narahatlıqdan doğan reaksiyası da məhz bununla bağlıdır. Verilmiş bəyanatda bizə bəzi xatırlatmalar edən düşmən ölkənin nazirliyi paslanmış yaddaşını bir qədər təzələsə və məkrdən uzaqlaşaraq həqiqəti cüzi də olsa görə bilsə, o zaman Azərbaycanın torpaqlarını Ermənistana birinci Dağlıq Qarabağ savaşında kimin, yəni hansı ölkənin «hədiyyə» etdiyini anlayar. Görünür, yenə də təkrar etmək məcburiyyətində qalırıq. Ermənistanın təklikdə müharibə aparmağa cürəti yoxdur. Onu bu gün də danışdıran, şirnikləşdirən, kölgəsinə sığındığı qüvvədir. Yəqin ki, fikrimizi aydın ifadə edirik. Yoxsa uşaq qatili Seyran Ohanyan və onun kimilər indi «qəhrəmanlıqdan» dəm vura bilməzdilər. Okeanın dibində balinanın dərdini duyan, lakin erməni xəstəliyinə göz yuman dünyanın özü də bunu bilir…



Həmin müşavirədə erməni xəstəliyinin nə qədər məkrli və eybəcər vəziyyətdə olduğu bir daha tutarlı arqumentlərlə nəzərə çatdırıldı. Azərbaycan torpaqlarının uzun illərdir heç bir beynəlxalq hüquqa söykənmədən işğal altında saxlanıldığını önə çəkən Ali Baş Komandanımız bildirdi ki, bütün zəbt olunmuş rayonlarda mədəni, dini tarixi abidələrimiz dağıdılmış, maddi sərvətlərimiz talan edilmiş, muzeylərimizdən tarixi eksponatlarımız erməni oğruları tərəfindən aparılmış, bütün məscidlərimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Prezident bu kəlmələrdən sonra qətiyyətlə əlavə edir ki, bu qədər qəddarlığa, bu qədər ədalətsizliyə dözə bilmərik. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək.



Erməni oğrularının və vandallarının çoxdan yırtılmış maskasını beynəlxalq ictimaiyyətə bundan aydın şəkildə çatdırmaq sadəcə mümkün deyil. Müharibələrin tarixinə nəzər yetirsək o zaman bir həqiqət gözlərimiz qarşısında canlanar. Tarixdə çox nadir hallarda müharibə aparan ölkə digər ölkənin müqəddəs yerlərini topa-tüfəngə tutub və ya əlinə keçəni oğurlayıb aparıb. Əgər iki-üç belə alçaqlıq hadisəsi tarixin yaddaşında qalıbsa, onlardan biri də məhz erməni vandalizmidir ki, biz də bununla 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində rastlaşdıq.



Ermənistanın Müdafiə Nazirliyinin bəyanatından açıq görünür ki, onlar doğrudan qorxu içərisindədirlər. Ona görə də sərsəm və yalançı fikirlər söyləməklə özlərini sığortalamağa çalışırlar. Çünki daxildə də vəziyyətləri olduqca bərbad haldadır. Fikrimizi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun bir neçə gün əvvəl «Novosti Armeniya» agentliyində getmiş bəyanatından iqtibas gətirməklə bitirmək istəyirik. O deyir: «Əgər 2004-2009-cu illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa, 2010-2016-cı illərdə problemlərlə üzləşəcəyik. Bu müddətdə orduya çağırılan şəxslərin sayı azalacaq». Heç bir sözünə toxunmadıq. Ancaq Xaçaturov bir az problemi geri çəkmiş kimi görünür. Əslində keçən ilin özündə Ermənistanın müdafiə nazirliyi bir neçə hərbi hissəni çağırışçı çatışmazlığından komplektləşdirə bilməmişdi. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur"./anspress/





Yorumlar









Aktif Ziyaretçi 57
Dün Tekil 2050
Bugün Tekil 728
Toplam Tekil 4079506
IP 13.58.151.231






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu