Vahid Qarabağlı ile müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Vahid Qarabağlı ile müsahibe - Elnur ELTÜRK
Tarih: 21.04.2010 > Kaç kez okundu? 4522

Paylaş


Canaz.tv : Vahid Qarabağlı ile müsahibe

Hazırda Güney Azərbaycanda insan hüquqları ilə bağlı durum hansı səviyyədədir, son vaxtlar Urmu gölünün quruldulması ilə bağlı Güneydə insanlar öz etirazlarını bildirərəkən İran hüquq mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalıblar, yüzlərlə insan həbs edilib. Bu haqda əlavə məlumat almaq üçün Kanada fəaliyyət göstərən İran Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının, sözçüsü Vahid Qarabağlının Canaz.tv saytına verdiyi eksklüziv müsahibəsini təqdim edirik:



- Vahid bəy, Güney Azərbaycanda Urmu gölünün quruldulması ilə bağlı fikirlərinizi bölüşmənizi istərdik: Sizcə, İran rejiminin bu addımı ekologiya qarşı biganələyindənmi irəli gəlir, yoxsa bu sırfİran rejiminin yürütdüyü antimilli siyasətlə bağlıdır?



- Məncə, məsələyə hər iki faktorda təsir edir. Yəni hakimiyyət insan haqqları pozuntularından tutmuş müxtəlif məsələlərin biganəliyinə qədər olan bu siyasəti İranda yaşayan bütün xalqların həyatlarına mənfi yöndə təsirlər edir.



Amma gündəmdə olan hadisələri bir tərəfə qoyaq, hazırda orada cərəyan edən olaylarhaqqında dünya içtimaiyyəti az məlumatlandırılır. Əhalisinin yarısından çoxu fars olmayan etnik qruplar isə rejimin qəddar rəftarı ilə ən böyük zərər çəkmişlər və bu gündə eyni halı yaşamaqdadırlar.



Hazırda ölkədə hakim olan ictimai və etnik bərabərsizlik sistemi özündən fars olmayanların dil uğrunda apardıqları mücadiləni və kültürəl fəaliyyətlərinin qarşısı alınır.İqtisadiyyat cəbhəsində isə dövlət ölkənin qaynaqlarını, fabriklarını, infrastruktur və inkişaf proyektləri qurmaq üçün İsfahan, Şiraz, Yezd və Kerman kimi əsasən farsların yaşadığı şəhərlərin inkişafına üstünlük verilir. Azərbaycan, Kürdüstan, Bəluçistan,Türkman səhra, Ahvaz və digər Fars olmayan bölgələr isə hər gün kasıblıq və məhrumluğ içərisində daha çox batmaqdadır.

İran hökumətinin abidələrə münasibətindədə milli ayrı-seçkilik özünü qabarıq formadagöstərir. Qeyri-fars millətlərin abidələrinə əhəmiyyət verilmir. Təbrizin Ərk Qalası bununüçün ən canlı örnəkdir . Ərkin ətrafını dağıdıblar yerində məscid tikiblər, bu dakı onun arxitekturasını bir-birinə vurub. Ərdəbilin Şeyx Səfi Türbəsinin tarixi qapısı neçə illərdirki, öz yerindən qopardılıb bilinməyən yerlərə göndərilib. Əldə edilən tapıntıların aqibətidəbelə məlumatsız qalır.

Ekologiya gələndə isə dürüm yenə fərq etmir, Urmiya gölünü ikiyə bölərək yol çəkiblər.Hökümət rəsmiləri çalışıblar ki, yolun salınmasına görə gölün suyunun imkanlarını azaltsınlar. Buna görə çayların çoxunu qurudublar, Gölə axan 14-dən çox çayın qarşısı alınıb və bu da gölün quruması ilə nəticələnir.

Sonda dövlətin belə məsələlərə başı soyuq yanaşması bir qismdə bu fikri yaradıbki"hökumətinin Urmiya gölünün qurumasının qarşısını almamaqda məqsədi orada yaşayan azərbaycanlıların torpaqları boşaltmasına çalışmasıdır. "



- Hazırda, Güney Azərbaycanda insan haqları ilə bağlı durum hansı vəziyyətdədir?



- Neçə illərdir ki, bizim bu məsələnin üstündə çalışmağımıza baxmayaraq İranda azərbaycanlıların vəziyyəti hələ də ağır olaraq qalır. Azərbaycanlıların dil və milli istəkləri hələ də dövlət tərəfidən rədd edilməkdədir, Azərbaycanlılara öz dillərində kültürəl mərasimlər keçirmək üçün izin verilməməkdədir, mərasimlərdə Azərbaycan simvollarını işlədənlər təhlükəsilik məmurlaranın basqısına məruz qalırlar, əsassız və öz xoşuna şəkildə həbslər təkrar həyata keçirilir, həbsə alınanlar işgəncə və müxtəlif basqılara məruz qalıb və həbslərin çoxunda məhbusun haraya aparıldığı və hansı səbəbə görə tutulduğu ilə bağlı bilgi verilmir, vəkillə təmin olma və ailə ilə görüş haqqları onlardan alınır.

Təəssüflər olsun ki, biz məhbusların sayını tam dəqiqləşdirə bilmirik. Çünki, İran qapalı məmləkətdir. Həm özü məhbuslarla bağlı məlumatı gizli saxlayır, həm də siyasi məhbusların ailələrinə basqı var ki, onlar bu haqda QHT-lərə, insan hüquqlarımərkəzlərinə tutulan şəxslərlə bağlı məlumat verməsinlər.



- Bəs, Kanada hakimiyyəti Güney Azərbaycanda yaşanan hadisələrlə bağlı məlumatlandırılırmı?



-Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının birbaşa əlaqələri nəticəsində keçən illəri Mart ayinda Kanada Parlamentində Xarici işlər və Beynəlxalq Əlaqələr Birliyi tərəfindən İranda İnsan Haqqları mövzüsunda bir panel təşkil edildi.

Panelə, Assosiasiyamızın başçısı Faxta Zamanı natiq olaraq qatıldılar. Faxtə xanım, danışmasında İranda Azərbaycanlıların və digər Fars olmayan millətlərin uğradığı insan haqqları pozuntularına toxunaraq, millət vəkillərinin suallarını cavablandırdı. Bu yığıncaq Kanada parlamenti danışmaları və siyasi iclaslarını nəşr edən CPAC kanalından Kanadanın bütün əyalətlərində yayıldı. Bu yaxınlarda Faxtə xanımın Kanada parlamentində İrandakı Azərbaycanlılarının vəziyyəti ilə bağlı bir başqa görüşü və çıxışı gözlənilir. Dövlət qurumları ilə yanaşı Kanadakı beynəlxalq təşkilatların çoxu ilə yaxından əlaqə saxlayır və onları məlumatlandırmağa çalışırıq. Əksər işlərdə onlarla məsləhətləşir və onların suallarına cavablar veririk. Kanada Beynalxalq Əfv Təşkilatı və ADAPP sıxəlaqədə və yaxından fəaliyyət edirlər. Müxtəlif tədbirlər həyata keçirilir. O, cümlədən zaman-zaman siyasi məhbuslarıin vəziyəti ilə bağlı imza kampaniyası hazırlanır.



- Reaksiyalar neçə olur? Xüsusilə Kanada qezətləri məsələni işıqlandırırlarmı?



- Beynelxalq səviyyədə bu, vəziyyət o qədər də işıqlandırılmır. Bu, bizim öz fəaliyyətimizi genişləndirməyimizdən asılıdır ki, ölkələrin və beynəlxalq medianın diqqətini buna cəlb edək.

2006-cı il milyonlarla azərbaycanlının bir həftə boyu küçələrdə yürüş keçirməsi xarici mətbuatda əks etdirilmədi. Həlak olanlar, xəsarət alanlar və yüzlərlə həbs edilənlər barədə xəbər yayılmadı. Elə buna görə də humanitar təşkilatlar və hökumətlər vəziyyətdən xəbərsiz qaldı. Amma getdikcə daha geniş auditoriyanı əhatə edə bilirik.Bizim təşkilatımız Kanada təşkilatıdır. Üzvlərimizin çoxu kanadalılardır. İndi beynəlxalq ictimaiyyətin bizim fəaliyyətimizə marağı günbəgün artır.

Bu yolda yaxşı hadisələrdən biri isə keçən ilin yanvarında Kanadanın British Columbia əyalətinin ən böyük gündəlik qəzeti “The Vancouver Sun”da Faxtə xanim Zamani barəsində bir geniş məqalənin dərc olunması idi. ADAPP olaraq bir neçə Kanada radioları ilədə müsahibələrimiz olub, amma əlbətdəki bu fəaliyyət özündə müsbət tendensiyanı göstərsədə, ancaq bizi heçdə qane etmir və istənilən səviyyəyə çatmaq üçün çox calışmalıyıq.



Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 58
Dün Tekil 2050
Bugün Tekil 729
Toplam Tekil 4079507
IP 3.137.221.163






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.120 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu