Ermənistanda hərbi xunta tərəfdarları aktivləşiblər - Ənvər BÖRÜSOY - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ermənistanda hərbi xunta tərəfdarları aktivləşiblər - Ənvər BÖRÜSOY
Tarih: 05.04.2010 > Kaç kez okundu? 3349

Paylaş


Ermənistanda hərbi xunta tərəfdarları aktivləşiblər

Müdafiə naziri Seyran Ohanyan hərbi çevrilişə hazırlaşır

2008-ci il 19 mart tarixdə keçirilən prezident seçkilərindən sonra əhalinin əksəriyyəti seçkilərin total şəkildə saxtalaşdırılmasına etiraz əlaməti olaraq, küçə və meydanlara çıxdı. Çünki, 1998-2008-ci illərdə hakimiyyətdə yer almış Robert Köçəryan və onun təmsil olunduğu klan Ermənistanda dözülməz həyat şəraiti yaratmışdı. Bu dəfə həmin klanının digər nümayəndəsi Serj Sərkisyan ölkənin birinci şəxsi olmaq üçün seçki marafonuna qatılmşdı. Əslində R. Köçəryan da, S. Sərkisyan da hərbi təfəkkürə malik şəxslər olduğu üçün İrəvan əhalisi onları qəbul etmirdi. Əhalinin böyük əksəriyyətini mülki cəmiyyətin inkişaf etməsi prinsipləri maraqlandırırdı. Hərbi xuntaya çevrilmiş bu klan küçə və meydanlara çıxmış dinc əhalini susdurmaq üçün 1-2 mart tarixində gülləbaran etməklə özünün hakimiyyət ömrünü uzatmağa nail oldu.

Separatizmə gedən yol

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ (DQ) ərazisində erməni separatizmi hərəkatı başlanılanda bu proses ilkin addım olaraq, siyasi xarakterli məzmun daşıyırdı. Separatizm dalğası tədricən hərbi təfəkkürlü “lider”lərin nəzarətinə keçdi. Bu dönəmdə ermənilərə məxsus “ANA”, “Tiqran Mets”, “Sasunlu David”, “Andranik Zoravar”, “Vrejaruner”, “Dadaşnaktsakanner”, “Aydat”, “Nart”, “Muş”, “Nork Maraş”, “Sasun”, “Aşot Erkat”, “Malatiya-Sebastiya”, “Arabo”, “Parapants matikner”, “Razdan könüllüləri”, “Hraç”, “Qara bəbir”, “Kobra”, “Xaçlılar”, “Teqakron”, “Ölüm alayı”, “Araq Ardzaqanak”, “Erkrap Birliyi” və digər hərbi qruplaşmalar yaradıldı. Buraya Rusiya, Bolqarıstan, Ukrayna, İran, Suriya, Livan, Misir, ABŞ, Fransa və digər dövlətlərdə yaşayan ermənilərdən ibarət könüllü döyüşçülərdən qruplar da qatıldılar. Məhz belə bir məqamda Моnte Меlkonyan (ABŞ doğumlu) Vazgen Sərkisyan, Serj Sərkisyan, (Ermənistanın indiki prezidenti), Arkadi Zakaryan (Türkmənistandan gələn erməni könüllü hərbi birliklərinin komandanı), Karo Kaxecyan (ayaması Spitak Arç, Suriya), Qaqik Stepanyan (Qaqo), Seyran Ohanyan (Ermənistanın indki müadifə naziri), Aqram Arutyunyan (Aqo), Samvel Karapetyan (Samo, separatçı DQ ordusunda indi generaldır), Samvel Babayan (Samo), Robert Köçəryan (Ermənistanın sabiq prezidenti), Razmik Vasilyan, Sasun Mikaelyan, Jirayr Səfilyan (Livan, Beyrutda ermənilərə məxsus “Gevork Xatpalşyan adına hərbi məktəbi”n məzunudur), Armenak Armenakyan, Tatul Krepyan, Sasun Mikaelyan, Vahan Zatikyan, Robert Mkrtçyan, Zarzand Danielyan (Hraç), Rubik Gülyan, Şah Acmeyan, Akop Xaçatryan, Aleksandr Tamanyan, Valeri Vardanyan (Şram), Vladimir Balayan, Samvel Karapetyan, Artur Qurquryan, Vladimir Balayan, Vasili Balasanyan, İvan Lalayan (Vanik), Arkadi Karapetyan (Aqo), Xristofor İvanyan (Tiflis, DQR-də ilk dəfə peşəkar hərbçilər yetişdirən komandan, general- leytenant), Mexak Mexakyan, Muşeq Qəribyan, Artur Ağabekyan (indi Emənistan müdafiə nazirinin müavinidir, generqal-leytenant), Levon Erasonyan (indi Ermənistan müdafiə nazirliyində 1-ci korpusun komananıdır, general-leytenant), Manvel Qriqoryan, Petros Gevondyan, Feliks Qzoqlyan (polkovnik), Arkadi Ter-Tadevosyan (general-leytenant), Robert Babayan, Suren Mnatsakyan, Hraç Sərkisyan (Arç), Petros Gevonyan (Peto), Valeri Vardanyan, Leonid Azqaltyan (Gürcüstan), Vardan Stepanyan (Duşman), Artsvik Petrosyan, Sasun Mikaelyan, Simon Açıqgözyan (Ded, Rumıniya), Herbert Mkrtçyan, Viatli Balasanyan (separatçı DQ-də müdafiə naziri müavinidir, general-mayor), Norat Ter-Qriqoryants (general-leytenant) və digərləri həmin hərbi birliklərə komandanlıq etmişlər.

Qorxu və təzyiqə söykənən rejim

1994-cü ildə Bişkek protokolunun imzalanmasından sonra, Dağlıq Qarabağdakı erməni hərbi birliklərinin komandanları Azərbaycanın ərazilərinin müvəqqəti işğalından ruhlanaraq tədricən Ermənistanda da öz mövqelərini gücləndirmək iddiasını ortaya qoydular. 1998-ci ildə prezident Levon Ter-Petrosyan İrəvana toplaşmış “könüllü döyüşçülər”in əl-ayağını yığışdırmaq üçün separatçı rejimin prezidenti Robert Köçəryanı baş nazir vəzifəsinə gətirməyə məcbur oldu. Bütün bunlardan daha da ruhlanan bu kəsim həmin ilin payızında parlamentdə terror aksiyası həyata keçirərək L. T. Petrosyanı istefa verməyə məcbur etdilər. Bu zaman prezident kürsüsünü məngirləyən R. Köçəryan separatçı DQ-nin müdafiə naziri Serj Sərkisyanı Ermənistan müdafiə nazirliyində baş qərargah rəisi, sonra isə nazir vəzifəsinə təyin etdi. 2008-ci ildə R. Köçəryan qanunları pozaraq 3-cü dəfə prezident seçilməkdən ehtiyat etdiyi üçün S. Sərkisyanı baş nazir vəzifəsinə gətirdi. Bu zaman S. Sərkisyan öz mövqelərini gücləndirmək üçün DQ-nin madafiə naziri Seyran Ohanyanı Ermənistan müdafiə nazirliyi baş qərargah vəzifəsinə təyin etdi. 19 fevral 2008-ci il tarixdə keçirilən yeni prezident seçkilərində saxtakarlıq edərək S. Sərkisyan pezident kürsüsünü mənimsəyə bildi. Bu sırada S. Ohanyanın rəhbərliyində olmaqla xüsusi hərbi birliklər müxalifətin on gün davam edən mitinqlərini gülləbaran etdi. Seçkilər öncəsi və sonrası müdafiə nazirinin müavinləri olan generallardan Manvel Qriqoryan, Qaqik Melkonyan və digər yüksək rütbəli İrəvanlı zabitlər dinc əhaliyə silah qaldırmağa qarşı olduqlarını bildirmişdilər. Mart qırğınlarından sonra, həmin generallar və zabitlər yeni nazir S. Ohanyanın əmrilə ordu sıralarından uzaqlaşdırıldılar. Bu günə qədər S. Ohanyanın rəhbərliyində olmaqla Ermənistanda qorxu və təzyiq siyasəti yaşanılmaqdadır. Digər tərəfdən isə müxalifətə dəstək verən, hakimiyyətdəki hərbi xunta rejiminə qarşı çıxan bütün işadamları, məmurlar ya həbs olunublar, ya da ölkədən çıxıb gediblər. Buna görə də, Ermənistanda iqtisadi, sosial həyat tərzi daha da ağırlaşıb. Yenidən güc tapmağa başlayan erməni müxalifətinin və əhalinin gözünü qorxutmaq üçün müdafiə naziri Seyran Ohanyan S. Sərkisyandan fərqli olaraq daha sərt mövqe sərgiləməyə başlayıb. S. Ohanyan keçmiş könüllüləri bir araya gətirərək özünə dayanıqlı yeni güc mərkəzi yaratmağa başlayıb. Hal-hazırda S. Ohanyan öz reytinq əmsalını gücləndirmək üçün Azərbaycanın əleyhində sərt və aşağılayıcı ifadələr sərgiləməyə başlayıb. Guya Ermənistan ordusu regionda ən güclü və hər kəsə cavab verməyə layiq hərbi gücdür, tipli təbliğatlar aparmaqdadır. İrəvandakı politoloqların fikrincə onun siyasi ritorikaya daha çox üstünlük verməsi hakimiyyətin daha yuxarı kürsüsünə iddalı olduğunu bir daha təsdiq edir. Müşahidələrə görə Seyran Ohanyan siyasi ritorikasına eyni zamanda Ermənistanın ictimai, siyasi və sosial həyatında yaranmış problemlərə qarşı çıxacaq və idarəedilməz proseslərə çevrilə biləcək yeni dalğanı ənəgəlləmək üçün bütün çevrələri hədələməklə yanaşı, həm də ictimai qorxu şəbəkəsinə paralel şəkildə geniş yer ayırır. KİV-in təqib edilməsi, müxalifətə qarşı təzyiqlərin artırılması, ordunun hər addımda proseslərə müdaxilə etməsi, hakimiyyətdə təmsil olunanlara ölkədə inamsızlığın daha da artması regionda siyasi böhranların artmasına səbəb olubdur. Bütün bunların fövqündə isə S. Ohanyan özünün hakimiyyət iddiası iştahını gücləndiribdir. Çünki, S. Sərkisyan faktiki olaraq prezident kimi ölkəni idarə etmək imkanlarını hər ötən gündə itirməkdədir.

Hərbi cani Seyran Ohanyan kimdir?

1992-ci ildə Şuşada doğulub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1983-1988-cü illərdə Şərqi Almaniyadakı sovet qoşunlarına məxsus hərbi hissələrdə xidmət edib. 1988-ci ilin avqustunda Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib. 1989-cu ildə isə Xankəndindəki sovet qoşunlarına məxsus 366-cı alayın motoatıcı taqımında xidmət etməyə başlayıb. Həmin vaxtdan DQ-də erməni separatizminə hərbi dəstəyin verilməsi, könüllü silahlı birliklərin yaradılması kimi fəaliyyətlərə başlayıb. 1992-ci ilin 23 fevral tarixində Xocalı soyqırımının törədilməsi əməliyyatlarına komandanlıq edibdir. Həmin ilin dekabr ayında DQ özünümüdafiə birliklərinin baş qərargahının rəisi vəzifəsinə təyin olunubdur. 1994-1998-cü illərdə DQ müdafiə nazirinin 1-ci müavini vəzifəsində çalışıbdır. 1998-ci ildə Ermənistan müdafiə naziri Serj Sərkisyanın əmri ilə 5-ci ordunun komandanı, 1999-cu ildə isə DQ müdafiə naziri vəzifəsinə təyin olunubdur. 11 may 2007-ci il tarixdə isə Ermənistan müdafiə nazirinin 1-ci müavini və baş qərargah rəisi vəzifəsinə təyin olunubdur. O zaman baş nazir olan Serj Sərkisyan S. Ohanyana general-polkovnik rütbəsini verdirməklə, prezident seçiləcəyi təqdirdə onu nazir kürsüsündə otuzdurmağı planlaşdırmışdı. S. Ohanyan müdafiə naziri kürsüsünə otruduqdan sonra, özündən əvvəlkilər kimi ən qısa zamanda oliqarxa çevrilmək üçün müdafiə nazirliyinə məxsus maliyyəni, xarıcdən olunan yardımları mənimsəməyə başladı. Bunun ardınca isə ordunun ən səfalətli duruma düşməsi, zabitlərdən, sıravi əsgərlərdən aylıq rüşvətin toplanılması siyasətini rəsmiləşdirib. Bu qanunları pozanların həbsə atılması və ya zorlanmaları kimi ən təhqiredici hallar daha da artıb. İndi Ermənistan ordusunda ölüm, özünü intihar, fərarilik, narkomaniya və digər cinayət halları daha da artıbdır. Müşahidəçilərin fikrincə Ermənistan və DQ-da ağır maliyyə və iqtisadi böhranlara görə bütün oliqarxlar iflas olublar. Təkcə ən zəngin imkanlara malik S. Ohanyandır. Buna görə də təkcə müdafiə naziri kimi deyil, həm də siyasi lider olmaq iddalarını sərgiləməyə başlayıb. 60 minlik erməni ordusunun saxlanılmasına görə ayrılan maliyyə vəsaitləri, gizli kəşfiyyatın vasitəsilə zənginlərdən də çalınan paralar S. Ohanyanın sərvətinin artmasına geniş imkanlar ayradıbdır. S. Ohanyana tabe olan hərbi cinayətkar qüvvələrlə polisin, təhlükəsizlik orqanlarının mübarizə aparmağa belə gücü çatmır. Faktiki olaraq, Ermənistan və DQ S. Ohanyana bağlı silahlı cinayət mafiyası tərəfindən idarə olunmağa başlayıb. 1991-ci ildən indiyə kimi Ermənistanda tək düşüncə: “Kimin tabeliyində daha çox silahlı qüvvə və maliyyə cəmlənibdirsə, regionun da söz sahibi odur” qavrayışıdır. S. Ohanyanın Azərbaycanın təhlükəsizlik və inzibati orqanlarının qərarı ilə onun hərbi cani olması istintaq sənədləri əsasında sübut olunduğuna görə İnterpola müraciəti vardır: “Azərbaycan vətəndaşı olan Seyran Ohanyan Dağlıq Qarabağ ərazisində 1989-cu ildən 1994-cü ilə qədər törədilmiş bütün hərbi cinayətlərə rəhbərlik edən əsas şəxslərdən biridir”. S. Ohanyanın hakimiyyətin ən yüksək kürsüsünə iddialı olması, həm də Ermənistanın bir dövlət olaraq çökməsini əsas amillərdən biri hesab etmək olar.

Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti





Yorumlar









Aktif Ziyaretçi 60
Dün Tekil 1947
Bugün Tekil 1846
Toplam Tekil 4078574
IP 18.191.174.168






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 3.194 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu