Pərviz Elayın ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Pərviz Elayın ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 26.03.2010 > Kaç kez okundu? 3103

Paylaş


Pərviz Elayın: İranın başında duran siyasi çevrələr də anlayırlar ki, bu müharibədə ən çox ziyana məruz qalacaq tərəf fars şovinist sistemi olacaq.



“Millətçilik” qəzetinin baş redaktoru, siyasi analitik Pərviz Elayın GünAz.tv Mətbuat Xidmətinə müsahibəsi:



- Pərviz bəy, Qərb mediasının yazdığına görə Amerika İrana qarşı ciddi şəkildə müharibəyə hazırlaşır. Dünyanın tanınmış hərbi ekspertləri də bu variant üzərində dayanırlar. Artıq Rusiya da İranı beynəlxalq danışıqlarda masaya oturmağa dəvət edir və İrana qarşı tətbiqi gözlənilən sanksiyaları dəstəklədiyi hiss olunur. Gedişat da göstərir ki, müharibə küləyi İran istiqamətinə gəlməkdədir. Müharibə riskini neçə dəyərləndirirsiniz?



- Batı, xüsusilə ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlar iki ssenaridə həyata keçirilə bilər. Birincisi, başlanğıcdan və ya sonradan quru qoşunlarının cəlb ediləcəyi hərbi müdaxilə. İkincisi, permanent raket zərbələri və avia bombardman. Birinci ssenari ABŞ üçün təhlükəli ola bilər. İran öz ərazi və əhalisinə görə, nə İraq və nə də Əfqanıstandır. Hərbi müdaxilə ABŞ və bəlkə də onunla hərbi koalisiyada ola biləcək ölkələrin daxili və xarici siyasəti, iqtisadiyyatı üçün ciddi problemlər doğura bilər. Ona görə də ABŞ strateqlərinin əksəriyyəti yalnız raket və hava qüvvələrinin bomba zərbələrini ehtiva edən ssenariyə üstünlük verirlər. Dalğalarla həyata keçirilə bilən bu zərbələr İranın hərbi və iqtisadi potensialını zəiflətmək və İranın daxilində siyasi münasibətləri kəskin nöqtəyə çatdırmaq gücündədir. Xatırlayırsınızsa, birinci İraq müharibəsi və ondan sonrakı dövr İraqın zəiflədilməsində böyük rol oynadı. Amma bu ssenaridə Batı dünyası üçün digər təhlükələr də var. İran İsrailə qarşı hərbi qüvvəsini işə sala bilər, Yaxın Doğuda İranın dəstəklədiyi hərbi qruplaşmalar İsrailə və Batıya qarşı vahid cəbhə təşkil edə bilərlər. Həmçinin, Hörmüz boğazının İran tərəfindən blokadası istər hərbi cəhətdən, istərsə də dünya bazarında yanacağın qiymətinin stabilliyi məsələsində proqnozlaşdırıla bilməyən nəticələr verə bilər. Bunlar Pentaqon strateqlərini ciddi düşündürən məsələlərdir.

İslam aləminin İrana dəstək verəcəyi barədə fikirlər illüzordur. Ərəb ölkələrinin liderləri islam aləmində İranın güclənməsindən ciddi narahatdırlar. Amma hər halda İrana qarşı hərbi müdaxilənin nə qədər gerçək olması hələki sual altındadır. Məsələn, artıq ABŞ siyasi çevrələrində Bzejinski, demokrat partiyasının ağsaqqalları belə bir fikir yürüdürlər ki, İranın nüvə silahına malik olması ABŞ-a sərf edəcək bir haldır. Çünki bu halda Türkiyə, ərəb dövlətləri ABŞ tərəfində cəbhələşəcəklər. Nüvə arsenalını saxlamaqdan və sanksiyalardan itkilərə məruz qalan İranda iqtisadi tənəzzül və yoxsulluq baş alıb gedəcək; Quzey Koreyada, keçmiş SSRİ-də olduğu kimi. Ona görə də, İrana qarşı hərbi gücün haçan, hansı ssenaridə tətbiqi məsələsində fikir yürütməkdə tələsmək lazım deyil. Amma “domino prinsipinin” effektini də, yəni gündən günə bölgədə silahlanmanın xırda bir qığılcımdan böyük tonqal törətməsinə gətirib çıxaracağını da istisna etmək olmaz. Həm də biz farslara xas hiyləgər təfəkkürü də unutmamalıyıq. İranın başında duran siyasi çevrələr də anlayırlar ki, bu müharibədə ən çox ziyana məruz qalacaq tərəf fars şovinist sistemi olacaq. Fars təfəkkürü sürpriz də edə bilər. Yəni, ölkəni saxlamaq üçün artıq “dünyəvi fars lideri” adlı ssenari də ortaya atıla bilər...



- Baş verəcək proseslər İran türkləri üçün nələr vəd edə bilər?



- Düzü, İrandakı və Güney Azərbaycandakı türklər üçün istər müharibə, istərsə də siyasi - iqtisadi blokada zəminində İranın çöküşü yaxşı heç nə vəd etmir. İlk növbədə, dünyanın siyasi çevrələri nəzərə alırlar ki, İranın hər hansı bir formada zəiflədilməsi bölgədə Türkiyənin çəkisini birə on qat artıracaq. Çünki bunun üçün təbii-tarixi zəmin var. Bölgədə türklüyün çəkisi anqlo-sakson və Batı qüvvələrinin hesaba aldığı ən önəmli faktordur. Bu nə “ermənistan”, nə də “kürdüstan” kimi süni qurama deyil. Quzey Azərbaycan müstəqil olduqdan sonra Güney Azərbaycanda farspərəst ideya, dini pərdəli və ya solçuluğa bağlı siyasi nağıllar “Azərbaycan Türklərinin millətçiliyi”, “Bütöv Azərbaycan”, “türkçü-bozqurdçu” kimi gerçək ideyalar qarşısında günbəgün, artan dinamika ilə geri çəkilməkdədir. İrana qarşı hərbi əməliyyatların regionda Türk hegemonluğuna gətirib çıxarması hamını: ərəbləri, erməniləri, PKK-çıları, anqlo-saksonları, rusları və d. ciddi narahat etməkdədir. Mən əminəm ki, bu mövzu ABŞ dövlət katibinin Moskvada rus prezidenti Medvedevlə görüşünün də əsas müzakirə mövzusu olub. İranın çöküşü ərəfəsində və ya bu proses dövründə bölgədə türklüyü neytrallaşdırmaq dünyanı siyasi çevrələrinin müzakirə etdiyi ən gerçək mövzudur. Qarabağda erməni işğallarının artıq 20 ilədək müddətdə uzadılması, Türkiyənin daxildən zəiflədilməsi, bir sıra ölkələrdəki uydurma “erməni soyqırımı” paradları bölgədə türklüyün neytrallaşdırılması planlarının tərkib hissələridir.

Biz İranın istər hərbi əsasda, istərsə də iqtisadi əsasda çökdürülməsi dövründə Güney Azərbaycan türklüyünün başına gələ biləcək faciələri indidən proqnozlaşdırıb, bunların qarşısını almaq və baş verə biləcək hadislərdən öz milli maraqlarımıza uyğun xeyirlə istifadə etmək üçün planları hazırlamalıyıq. Bunun üçün heç olmasa, politoloqlar birgə müzakirələr keçirməli, öz təklif və projelərini müvafiq dövlət orqanlarına təqdim etməlidirlər.



Elnur Eltürk

















Yorumlar









Aktif Ziyaretçi 65
Dün Tekil 1947
Bugün Tekil 2006
Toplam Tekil 4078734
IP 3.145.47.253






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu