Azərbaycanlı rejissor Tural Mustafayev Moldovada tamaşa hazırlayır. - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Azərbaycanlı rejissor Tural Mustafayev Moldovada tamaşa hazırlayır.
Tarih: 13.12.2017 > Kaç kez okundu? 51

Paylaş


Tural Mustafayev tamaşa hazırlamaq üçün Moldovanın D.Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Həmyerlimiz teatrın 20 illik yubileyi münasibəti ilə Moldova teatrında Con Patrikin “Əziz Pamela” əsərinə quruluş verir. Teatrın rəhbəri Mixail Konstantinovun sözlərinə görə, qaqauz dilində oynanılacaq tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində Elena Danaji (Pamela), Mixail Konstantinov (Sol Bozo), Anatoli Radulov (Bred Viner), Nataliya İvançuk (Qloriya Qulok), Dmitri Zirov (Co Yanki), Valentina Gümüşlü və İliya Haci (Teatr adamı), Rinat Radov (Meksikalı yolçu) çıxış edirlər. Tamaşanın ub. “Əziz Pamela” tamaşasının premyerası 10 dekabr tarixinə planlaşdırılıb.

Hər dəqiqə uçub-dağıla biləcək köhnə, atılmış evin zirzəmisində tənha və yaşlı qadın yaşayır. Günlərin bir günü onun yanına qonaqlar gəlir. Bu qonaqlar Pamelanı öldürməyi düşünən üç fırıldaqçıdır.

Pamelanın sevgisi, inamı və ümidi fırılda qçıların bütün planlarını alt-üst edir və onları dəyişməyə və həyata başqa cür baxmağa vadar edir. Ancaq hər şey onların hər biri üçün uğurla həll olunmuş kimi görünən zaman qəhrəmanlar fikrə gedirlər.

Amerika dramaturqu və ssenaristi Con Patrik Qoqqin (1905-1995) ABŞ-ın Kentukki ştatında anadan olub. Valideynləri ondan imtina etdikləri üçün Con uşaq yaşlarını internatlarda keçirib. 19 yaşında San-Fransisko radiosunda diktor vəzifəsində əmək fəaliyyətinə başlayıb. İlk pyesi olan “Cəhənnəm donur” 1935-ci ildə rejissor Coşua Loqan tərəfindən Brodvey teatrında tamaşaya qoyulub.

İkinci pyesi “Uillou və mən” tamaşaya qoyulduqdan sonra C.PAtrik könüllü olaraq, hərbi xidmətə yollanır. Xidmətdə olarkən qələmə aldığı “Tələsik ürəklər” pyesi müəllifə böyük şöhrət qazandırıb.

Dramaturqun “Qəribə Misis Sevic”, “Əziz Pamela”, “Ordan olan hər kim”, “Rəqs edən siçan”, “Maqbet bunu etdi”, “Pomidorlar üçün pis il”, “Məcbur olma”, “Tövbə”, “Empati”, “Aldadılmış dələduzlar”, “Həkim indi sizi müayinə edəcək”, “Pedikürçü” kimi pyesləri dünyanın müxtəlif teatrlarında tamaşaya qoyulur. Azərbaycanda o qədər də məşhur olmayan C.Patrik dramatyurgiyasından “Əziz Pamela” əsərinə bir neçə dəfə müraciət olunub. Akademik Milli Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı son illərdə bu əsər əsasında tamaşa hazırlayıb.

Ümumiyyətlə, “Əziz Pamela” müəllifin ən məşhur pyesidir. Tənqidçilər tərəfindən tipik “Amerika tərzində qələmə alınmış hər şeyə qalib gələn Xeyirin qüdrətindən bəhs edən Milad nağıl-pritçası” kimi təqdim olunan pyesin orijinalda adı belədir:“Hamı Opalı sevir”. Qriqori Qorin pyesi rus dilinə tərcümə edərkən “Əziz Pamela” ifadəsini pyeisn adına əlavə etmişdir.





Yorumlar










Aktif Ziyaretçi 16
Dün Tekil 630
Bugün Tekil 346
Toplam Tekil 2018843
IP 54.90.237.148






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Cemaziye'l-Evvel 1439
Ocak 2018
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Vatan ne Türkiyedir Türklere ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: TURAN
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu