QAN İÇİNDƏ BOĞULANLAR!!! - Pərviz SADIQ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









QAN İÇİNDƏ BOĞULANLAR!!! - Pərviz SADIQ
Tarih: 07.03.2010 > Kaç kez okundu? 3105

Paylaş


18 ildir ki, bugünü faciə kimi qarşılayır, növbəti ilin düşərli olmasını diləyirik. Yenə də həmin hal, gələn il guya ki, Xocalı bizim olacaq. Amma necə? Kimsə əlini bir iş görmək üçün tərpədirmi? Hamı dilini işə salıb, xalqı, milləti boş vədlərlə aldadırlar.

Döyüşlə verilən torpağı kim bizə döyüşsüz qaytaracaq? ATƏTmi, Türkiyəmi, yoxsa bu məsələnin açarlarını ciblərində gəzdirən ABŞ və Rusiya? Yenə də rəsmilərimiz çıxacaq, torpağını itirmiş xalqa təsəlli verəcək. Xalq da ki, artıq bu məsələləri düşünmək iqtidarında deyil.

Xocalı faciəsi tarixdə görünməmiş faciə idi. Bunu deməyə belə ehtiyac yoxdur. 18 ildir eyni sözləri, statistikaları eşidirik. Ağrılı məqam isə tökülən qanların yerdə qalmasıdır.

Bu gün əzizlərini itirmiş insanlar ağrılarını, acılarını ürəklərinin ən dərin yerinə gömüblər. Onlar bizləri qınayırlar. Ey Vətən oğulları, silaha sarılmağın vaxtı deyilmi?!. Daha neçə il gözləməliyik? Hadisələri yaşayanlar, o günləri xatırlayanlar dünyadan köçəndən sonra bizə hansı stimulverici səbəblər qalacaq ki? Xocalı da digər parçalarımız kimi unudulacaq. Onda vicdanımız qarşısında, gələcək nəsillər qarşısında günahkarlar kimi tariximizin qara səhifələrindən danışacağıq. Türkmənçaydan sonra yaşananlar bəs deyilmi? Bir dövlət nə qədər parçalanmalıdır ki, yatmış qeyrət hissi oyansın?

"Qeyrətimiz bəlli bütün millətə"- Sabir yaxşı demişdi...

Bugün xarici dövlətləri qınayırıq. Xocalı soyqırımına laqeyd yanaşırlar, bəs filan-besməkan. Amma özümüz hələ də bu hadisənin layiqincə qiymətini verməmişik. Erməni vəhşiliyinin qurbanlarıyıq. Zəif deyilik, amma acizik. Atılan güllələrə, edilən işğallara laqeydik, səsimizi boğublar, ixtiyarımızı alıblar.

İrəlidə bizi gözləyən torpaqlar var, hər gün yuxumuzda səsləyir bizi, vicdanın təriylə oyanırıq. amma təri silib yenə də unuduruq. Unuduruq...

Torpaq inləyir:" üstümə axıdılmış qızların-gəlinlərin, cavanların, uşaqların qanı məni boğur. Bəs siz niyə boğulmursunuz?"

Azərbaycan, sinəsi yaralı yurdum, qanadı qırıq Vətənim! Halal etmə verdiyin çörəyi, suyu, havanı.

Ta o günə kimi ki, beyinləri dumanlı oğulların sənin yaralarını sağaltmıyacaqlar!

Oyan, xalqım! gece ikən azadlığa qovuşmaq üçün qarın qarın içində qaranlıq meşəyə qaçan günahsız insanların qanı içində yatmışıq. Qan xirtdəkdən yuxarı qalxır, boğuluruq!!!





Yorumlar









Aktif Ziyaretçi 12
Dün Tekil 952
Bugün Tekil 332
Toplam Tekil 4090177
IP 52.14.126.74






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























29 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim T rkl kten ba ka bir ey de ildir.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 6.294 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu