Ermənistanın Qarabağlı prezidentləri - Prof. Dr. Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ermənistanın Qarabağlı prezidentləri - Prof. Dr. Bəhmən SULTANLI
Tarih: 16.07.2017 > Kaç kez okundu? 144

Paylaş


Ermənistan Respublikasının prezidentləri nəyə görə Azərbaycan əyaləti olan Dağlıq Qarabağ erməniləri arasından seçilir? Səbəb sadədir: Ermənistan-Azərbaycan müharibəsində törədilən Xocalı soyqırıımı, Malıbəylidə, Kərkicahanda, Xocavənddə, Daşaltıda, Muğanlıda, Əsgəranda... baş verən tük ürpədici qanlı olaylarda Dağlıq Qarabağdan olan Robert Köçəryan, Serj Sarqzyan, Seyran Ohanyan... komandir təyin edilmiş, bu qanlı cinayətlərin törədilməsinə onlar başçılıq etmişlər. Cinayətgir komandan Robert Köçəryan kimi eyni missiyanı daşıyan cinayətgir Serj Sarqzyan da Avropa parlamentində: “Xocalı olaylarının, Dağlıq Qarabağda baş vermiş bütün qanlı olayların komandanı mən olmuşam, həmin olayları mən törətmişəm və bununla fəxr edirəm” deyə Dağlıq Qarabağda baş verənləri, o sıradan da Xocalı soyqırımını törədiklərini hamının, özəlliklə Qərb “demokratları”nın qulaqları eşidə-eşidə, onların gözü qarşısında çıxış edərək boyunlarına almış, bu cinayətlərinə görə həm də fəxr etdiklərini “milli qürur” hissilə bildirmişlər. Ona görə də, Ermənistana prezident olan və olmaq istəyən Dağlıq Qarabağ erməniləri (Köçəryan, Sarqzyan...) Xocalı soyqırımına, Dağlıq Qarabağda baş verən başqa kütləvi qırğınlara görə birbaşa cinayət məsuliyəti daşıyırlar. Onların özlərinin və Dağlıq Qarabağda baş verən qanlı cinayətlərdə əli olan havadarlarının düşüncələrinə görə, Ermənistan Respublikasının prezidenti Ermənistan vətəndaşlarından olsa, onlar Dağlıq Qarabağda soyqırım törədilməsində birbaşa iştirak etmədiklərinə görə cinayət məsuliyəti daşımırlar və ona görə də erməni xalqının mənafelərini əsas gətirərək Azərbaycan torpaqlarının qaytarılması üçün azərbaycanlılarla hər hansı bir razılığa gələ bilərlər (bu, onların düşündükləridir). Dağlıq Qarabağ erməniləri Ermənistanın prezidenti olduqda isə, törətdikləri cinayətlərə görə gələcəkdə cavab verməli olacaqlarının fərqindədirlər. Buna görə, həmin Dağlıq Qarabağ erməniləri öz qanları bahasına olsa belə, Ermənistanla Azərbaycan arasında hər hansı razılıq baş verməsinə imkan verməməyə çalışarlar (bu da onların düşündükləridir). Odur, Dağlıq Qarabağın separatçı cinayətgir erməniləri Robert Köçəryan, Serj Sarqzyan Ermənistanda prezident deyillər, onlar Dağlıq Qarabağda törətdikləri qanlı olayların girovlarıdırlar (yanlış deyirəmsə, məni qınayın). Eləcə də, Ermənistanda yüksək görəv daşıyan ermənilər də beləcə girovluqdadırlar (bu da mənim fikrimdir). Göründüyü kimi, Ermənistan Respublikasının prezidenti olmaq Dağlıq Qarabağdan olan cinayətgir Köçəryana, cinayətgir Sarqzyana və Dağlıq Qarabağda baş verən qanlı olaylarda digər maraqlı çevrələrə, qüvvələrə “sərf edir” demək azdır, həm də hava kimi, su kimi lazımdır (bunu da mən deyirəm). Odur, cinayətgir Dağlıq Qarabağ ermənilərinin prezident olmasına nail olan Dağlıq Qarabağ olaylarının maraqlısı olan qüvvələr, onların prezidentlikdən getməsinə imkan verməməyə çalışacaqlar. Dağlıq Qarabağ ermənilərinin Ermənistanda prezident olmalarında erməni xalqının mənafeləri deyil, Dağlıq Qarabağın Robert Köçəryan və Serj Sarqzyanın timsalında həmin cinayətkar ermənilərin, bir də prosesdə uduş gözləyən qara qüvvələrin mənafeləri əsas götürülür. Dağlıq Qarabağın cinayətgir ermənilərinin Ermənistana prezident olmaqda özlərinin və arxalarında duranların məqsədləri yalnız və yalnız bu niyətlərindən irəli gəlir. Ermənistan Respublikasının, eləcə də onlara arxa duran qüvvələrin bu məqsədlərini bizim hər birimiz bilməliyik. Bunu bilmək şirnikləndirilərək aldadılmış sadə erməni xalqını ayılda bilər.

26.03.2017

Bəhmən SULTANLI

“Hürriyət”, 14-17.04.2017; http://www.turansam.org/makale.php?id=10833





Yorumlar










Aktif Ziyaretçi 23
Dün Tekil 753
Bugün Tekil 990
Toplam Tekil 1983986
IP 54.92.194.75






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































27 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Körler çarşısında ayna satma, sağırlar çarşısında gazel atma.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu