Ermənilərlə eyni sivilizasiyaya mənsub xalq - Prof. Dr. Bahmen SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ermənilərlə eyni sivilizasiyaya mənsub xalq - Prof. Dr. Bahmen SULTANLI
Tarih: 20.02.2017 > Kaç kez okundu? 337

Paylaş


Hələ neçə il bundan öncə İran İslam Cümhuriyətinin prezidenti cənab Mahmud Əhmədne(i)cat Ermənistan Respublikasının prezidenti Tehranda olarkən “biz ermənilərlə bir kökdənik”, “biz ermənilərlə bir millətik” demişdi. O, bu fikirlərini ayrı-ayrı biçimlərdə sonralar da təkrarlayırdı. Bizdə onu belə dediyinə görə hamı ellikcə qınadı. Cənab Mahmud Əhmədnecatın dediklərini İran İslam Cümhuriyətinin indiki prezidenti cənab Həsən Ruhani də tez-tez fəxrlə dilə gətirir. Mətbuatdan aldığım bilgiyə görə, son kərə İrəvanda olanda da “ermənilərlə bir sivilizasiyaya mənsubluqları”nı, bununla da bir kökdən olduqlarını dönə-dönə nitqinin ana xəttinə çevirdi. Ona görə də bizdə onu qınayanlar, tənqid edənlər, məzəmmət edənlər çox oldu. Bunlar haqlı idilər. Fəqət, bu qınaqlar, tənqid və məzəmmətlər indinin özündə də mənə bitgin deyil, yarımçıq görünür, məni təmin etmir, məndə ikrah hissi oyadır. Çünki qınaq üçün şiə İranın şiə prezidentlərinin xristian erməniyə “biz ermənilərlə eyni kökdənik”, “ermənilərlə bir millətik”, “ermənilərlə eyni sivilizasiyaya mənsubuq” deməsi, eləcə də erməninin əlinin şiə (müsəlman) qanına batmış olduğu, yüzilin faciəsi sayılan “Xocalı faciəsi” törətmiş olması əsas götürülür. Daha farsların nə üçün, məsələn, İran ərazisindəki doğma yurdlarında yaşayan 30 milyondan artıq soydaşlarımızın haqlarını tapdadıqları, hər il onlarca azərtürk gənclərini edam etdikləri, zidanlara saldıqları, hər cür işgəncələrə məruz qoyaraq ölkədən didərgin saldıqları, ana dilində təhsil almalarının (beləcə də danışmaqlarının) yasaqladığı və bunların səbəbləri haqqında qınaq, tənqid hədəfi olaraq bircə söz də deyilmir. Ancaq, qəribə görünsə də, bunların səbəbi uzaqda deyil, ortadadır. Sən demə, İran prezidentlərinin dediyi kimi, Azərtürklərdən torpaq iddiasında olan ermənilər “farslarla eyni millət” imişlər, həm də bir “sivilizasiyaya mənsub” imişlər. Demə, farslar İranda yaşayan soydaşlarımıza qarşı qəbulolunmaz münasibətləri ilə onlardan Arazın bu tayındakı və Türkiyədəki soydaşlarının “erməni qisası”nı alır, “erməni hayıfı”nı çıxırmışlar. Farslar doğrudan da ermənilərlə bir millətdirlərsə, eyni sivilizasiyaya mənsubdurlarsa, onlar Arazın o tayındakı türklərə qarşı törətdiklərində, öz erməni qardaşlarına isə, iqtisadi, hərbi, siyasi, strateji cəhətdən əl tutmalarınnda haqlı sayıla bilərlər – bu, farsların ermənilərə qardaşlıq borcudur. İndiyədək biz öz soydaşlarımıza qarşı fars şovinistlərinin (“fars şovinistləri” deyimini ilk kərədir işlədirəm – B.S.) törətdikləri haqsızlıqların səbəblərini suça bataraq başqa yerlərdə axtarmışıq. Sən demə, biz yanılırmışıq, məsələ başqa cür imiş - onlar bizdən öz erməni qan qardaşlarının (soydsşlsrının) hayıfını çıxırmışlar, qisasını alırmışlar. Bunu belə yox, başqa cür necə yozmaq olar?

1992-ci ildə də farslar öz erməni qan qardaşlarına öz siyasi, iqtisadi, strateji köməklərini, hərbi yardımlarını əsirgəmədilər. Həmin 1992-ci ilin may ayında Azərbaycan prezidentini əvəz edən Yaqub Məmmədovu hansısa “tədbirə” çağırmaq bəhanəsi və prezident Haşimi Rəsəncaninin səyi ilə İrana apardılar, müharibə aparan ölkə başsız qaldı, rus-erməni hərbi birləşmələrinin Şuşanı işğal etməsi üçün əlverişli şərait yarandı. Beləliklə, Şuşa işğal olundu. Bu, İran İslam Cümhuriyətinin Azərbaycan türklərinə, Azərtürklərə qarşı misli görünməmiş böyük xəyanəti, Azərtürklərə arxadan vurulmuş ağır zərbəsi idi. Şuşanın işğalı İran başbilənlərinin erməni qan qardaşlarına açıq şəkildə yuxarıda vurğulandığı kimi, hərbi, siyasi, iqtisadi, strateji dəstəyi ilə baş verdi. Bu xəyanəti o zaman Azərbaycan toplumunda uşaqdan böyüyə hamı anladı, buna KİV-lərdə də ellikcə münasibət bildirdilər. Farslar deyirlərsə, “biz ermənilərlə eyni millətik”, “biz qurgenik” (durgen yox haa, qurgen!), nə olar, qoy olsunlar! Onların eyni millət olması ermənilərin farslardan törəmiş olması, ya da farsların ermənilərin belindən gəlmiş olması və dillərinin eyni qrammatik vahidlərə malik olması deməkdir. İşi asanlaşdırmaq üçün bu halların olmasını mümkün sayaq. Ancaq burada bir müəmma göydən asılı durumda qalır. Bu da onunla bağlıdır, ermənilər heç zaman demirlər, “biz farslarla eyni millətik”, ya da “biz farslarla eyni sivilizasiyaya mənsubuq”. Bu sözləri farslar deyirlər. Buradan belə çıxır, ermənilər farslarla “eyni millət” olmağı, eyni kişinin belindən gəlməyi, eyni sivilizasiyaya mənsubluğu ya özəl məqsədlərlə gizli saxlamaq istəyirlər, ya da özlərinə sığışdırmırlar. Onlar, sadəcə, farslardan iqtisadi, hərbi, siyasi, strateji çətinliklərdən çıxmaq üçün yararlanmaq haqda düşünürlər! Bu çətinliklərdən çıxandan sonra, bir qan qardaşı (ermənilər –B.S.) o biri qan qardaşına (farslara – B.S.) qarşı torpaq iddiaları irəli sürəcək və bu iddialarını təmin edəcəklər. Çünki ermənilər İran deyilən ərazidə farsların içinə girə, onların dövlət sirlərini belə, öyrənə biliblər. Onların İran dövlətinin sirlərini öyrənməsi birbaşa ərazi iddiaları irəli sürmələri üçün özül yaradır (qardaş olanda nə olar, farslar erməniləri yaxşı tanımırlar – B.S.). Gec-tez bu erməni bicliyini farslar özləri də duyacaqlar... Bir yandan da İran İslam Cümduriyətinin prezidenti cənab Həsən Ruhaninin “ermənilərlə biz eyni sivilizasiyaya mənsubuq” deməsi az maraq daşımır. Bilindiyi kimi, bir Xristian sivilizasiyası var, bir də İslam sivilizasiyası. İran İslam Cümhuriyətinin əhalisi Həsən Ruhani başda olmaqla, hələ şiə olmaları bir yana qalsın, İslam dininə mənsubdur, müsəlmandır. Ermənistan əhalisi isə, Serj Sərkisyan başda olmaqla, özləri deyən olsun, məzhəbcə qriqorian olan xristian dininə mənsubdur. Cənab Həsən Ruhaninin iddiasına görə, hər ikisi eyni sivilizasiyaya mənsubdur. Deməli, hər iki xalq (fars və erməni xalqları) və onların prezidentləri (Həsən Ruhani və Serj Sərkisyan) ya müsəlman olmalıdır, ya da xristian. Farsların və ermənilərin hər ikisinin müsəlman, ya xristian olmalarını ayırd eləmək farslarla ermənilərin öz işləridir. Fəqət, bir məsələ qalır və o da İrandakı soydaşlarımızın taleyi məsələsidir. Onarın taleyi ilə bağlı biz nə edə bilərik, İran İslam Cümhuriyəti bir dövlətdir. Biz oradakı soydaşlarımıza heç bir yol göstərə və yardım göstərə bilmərik. Bircə onu deyə bilərik, mövcud durumdan çıxış yolunu onlar özləri aramalıdırlar, özləri düşünməlidirlər...

Qaldı, İslamda “şiə” və “sünni” təriqətləri məsələsinə, bunu böyük islam mütəfəkkirləri heç zaman qəbul etməyiblər. Bunca, ermənilər İslam sivilizasiyasına mənsub olduqlarını iddia etsələr, onda gərək öz fars qardaşları kimi şiə təriqətində olduqlarını boyunlarına alsınlar. Bəs onlar necə etsinlər? Düşünürəm, Sünni və şiə məzhəblərinə istinad edərək bu təriqətləri təbliq edənlər İslam dininin parçalanmasına xidmət edirlər və bu dinə xəyanət edirlər. Müsəlmanlar öz ayıqlıqları özülündə durumdan şıxa bilərlər.

01.01.2017

“Hürriyət” qəz., 17.01.2017; http://hurriyyet.org/19106-ermenilerle-eyni-sivilizasiyaya-mensub-xalq-farslar.html





Yorumlar










Aktif Ziyaretçi 26
Dün Tekil 753
Bugün Tekil 850
Toplam Tekil 1983846
IP 54.221.76.68






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































27 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Körler çarşısında ayna satma, sağırlar çarşısında gazel atma.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu