Milli Qurtuluş Partiyası müxalifət liderlərinə müraciət ünvanladı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Milli Qurtuluş Partiyası müxalifət liderlərinə müraciət ünvanladı
Tarih: 01.02.2010 > Kaç kez okundu? 3026

Paylaş






№ 02/444 01fevral 2010-cu il

Mətbuat Xidmətinin

Məlumatı



Milli Qurtuluş Partiyası müxalifət liderlərinə müraciət ünvanladı



Partiya rəhbərliyi ölkə prezidentinin istefası ilə bağlı imza toplanması kampaniyasına start verilməsini təklif edir



MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki siyasi durum, qarşıdan gələn parlament seçkiləri, ölkə başçısının Soçi görüşü və cari məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirə olunan məsələlər barədə məlumat verən MQP SŞ üzvü Azər Turan partiya rəhbərliyinin Milli Məclisə seçkilərdə iştirak edib-etməmək haqqında yekun qərara gələ bilmədiyi üçün bu məsələnin fevral ayının 14-ə planlaşdırılan MQP Böyük Məclisinin sessiyasında müzakirəyə çıxarılacağını söyləyib. Partiya funksionerinin sözlərinə görə, Siyasi Şura üzvləri Müsavat, AXCP, KXCP, Liberal, ACP, Azadlıq, AXP, ADP, Böyük Azərbaycan və Vətəndaş İttifaqı partiyalarının liderlərinə müraciət edərək, ölkədəki siyasi, iqtisadi, sosial, diplomatik böhranlara, baş alıb gedən korrupsiyaya, rüşvətxorluğa, işsizliyə, ədalətsiz məhkəmə qərarlarına, antidemokratik xarakterli addımlara, Qarabağ probleminin həll edilə bilinməməsinə, mənəvi-əxlaqi aşınma prosesinin geniş vüsət almasına, millətin siyasi iradəsinin 2003-cü ildən başlayaraq 4 seçkidə vəhşiliklə zorlanmasına tutduğu siyasi posta uyğun olaraq əsas cavabdeh şəxs kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin istefası tələbi ilə imza toplanması kampaniyasına start vermək üçün bu qurumların əməkdaşlığa dəvət edilməsinə qərar verib. Müraciətdə deyilir:”10 il Heydər Əliyev, 7 ilə yaxındır ki, İlham Əliyev qarşıda duran taleyüklü məsələləri həll etmək haqqında xalq qarşısında vəd versələr də, bu problemlər nəinki həll edilməyib, əksinə daha da çıxılmaz duruma gətirilib. Elə vəziyyət yaradılıb ki, bütün istiqamətlər üzrə böhran dərinləşib və belə getsə, qədim tarixə malik xalqın bir hissəsi olan quzey Azərbaycan əhalisi tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq. Ölkə vətəndaşlarının etimadını itirən iqtidar qurduğu saxta və qeyri-demokratik rejim vasitəsilə öz hakimiyyətini qoruyur, bu yolda əzəli torpaqlarımızı belə düşmənə güzəştə getməyə hazırdır. MQP Siyasi Şurası ölkədə fəaliyyət göstərən sağlam müxalif qüvvələri, xüsusən də İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət, Rəsul Quliyev, Əhməd Oruc, Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Elşad Musayev və Əli Əliyevin başçılıq etdiyi qurumları tarixi məsuliyyəti üzərlərinə götürməyə, baş verənlərə əsas cavabdeh şəxs kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin istefası tələbi ilə imza toplanması kampaniyasına start vermək üçün MQP ilə əməkdaşlığa dəvət edir”.

Mətbuat Xidmətinin

rəhbəri: Kənan Göytürk





Yorumlar









Aktif Ziyaretçi 77
Dün Tekil 1947
Bugün Tekil 1872
Toplam Tekil 4078600
IP 3.135.202.224






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu