”Əməkdar Müəllimə”, “Xalq Şairəsi”... - Prof. Dr. Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









”Əməkdar Müəllimə”, “Xalq Şairəsi”... - Prof. Dr. Bəhmən SULTANLI
Tarih: 01.07.2016 > Kaç kez okundu? 663

Paylaş


Dilçilərimizin dediyinə görə, türk dillərində, o sıradan da azərtürk dilində qadın-kişi cinsi yoxdur. Müəllim olan qadına “müəllimə”, müdir olana “müdirə”, şair olana “şairə” , xidmətçi olana “xadimə”... deyilməsi olduqca ziyanlı təşəbbüsdür. Bu təşəbbüsdə bulunanlardan soruşanda “müəllim” deməli olduğu halda nə üçün “müəllimə” deyir, o, barəsində danışdığı şəxsin qadın olduğu üçün ona “müəllimə” dediyini bildirir. Deyəndə, müəllim “ismin adlıq halı”ndadır, onu “ismin yönlük halında” kimə? sorusuna cavab verən “müəllimə” adlandırmaq düzgün deyil, o, mat-mat baxır. Dilimizə “qadın cinsi”nin gətirilməsini rus-sovet imperiyası siyasi məqsədlərlə həyata keçirmişdir. Təbii bir soru ortaya çıxır: müəllim qadın olanda qadın olduğunu bildirmək üçün o, “müəllimə”, şair olanda “şairə”, müdir olanda “müdirə”, xidmətçi olanda “xadimə”... adlandırılırsa, memar, yazıçı, mühəndis, həkim, idmançı, rəssam, yazıçı, fəhlə... qadın olanda o, necə adlandırılar? Axı, məktəbdə “müəllimə”, idarədə “müdirə”, məişətdə “xadimə”, poeziyada “şairə” yeri (ştatı) yoxdur!? Belə bir deyim var: “müəllimlik peşəsi şərəflidir! Onda “müəllimə”lik peşəsi necə olsun? Ara-sıra “məktəbdə mənim uşağımın müəlliməsi (?), məsələn, Günaydır, Nigardır...”-deyənlər tapılır. Günayın təyinat sərəncamında “Günay məktəbdə müəllimə təyin olunsun” yazılırmı?! Fəxri adlar ”Əmədar Müəllimə”, “Xalq Aktrisası”, “Xalq Şairəsi” kimi adlandırılırmı?

Biz dilimiz üçün ayıblı artırma olan “qadın cinsi”ni artırmasını rədd etməliyik. Onda, dilimiz üçün qadın cinsinin yaratdığı dolaşıqlıq aradan qalxmış olar.

Dildə sadəlik yaratmaq yerinə qarışıqlıq yaradıb onu anlaşılmaz etməyə ehtiyac varmı? Bizdə hər şeyi hökumətdən, onun qərarından gözləmək böyük yanlışlıqdır. Hökumət insanlara “bu sözü o cür yox, belə de”, “o cümləni o cür yox, bu cür yaz” deməlidirmi? Bunlar hökumətin yox, dilçilərin borcudur.

İmza

“İmza” sözü dilimizdə çox işlənən, geniş yayılmış sözlərdəndir. Bununla, “filankəs filan sənədə imza atdı”, “filankəs filan sənədi imzaladı” səpgili deyimlər az eşitmirik. Hər birimiz müraciətimizin, lazımlı sənədlərin altında “imza” sözü yazıb qol çəkirik. Ancaq heç zaman “imza” sözünün nə olduğunun, dilimizdə nəyi bildirdiyinin fərqinə varmırıq. Aldığım cavab onun funksiyasının nədən ibarət olduğuna aid olub və Azərbaycan sözü olduğunu ən azı 20 nəfər “obrazovannı”dan soruşmuşam, heç biri də düzgün açıqlaya bilməyib. Bir çoxları onun ərəb-fars mənşəli olduğu fikrini deyib. Özüm bu sözü araşdırmaq istəmişəm. Diqqət yetirdikdə görmüşəm, bu söz “im” və “za” kimi iki iki sərbəst sözdən ibarət mürəkkəb sözdür və sözlərin ikisi də rus sözləridir. Rusca “im” – ona (onlara), “za” – razıyam deməkdir, başqa sözlə, birlikdə götürdükdə (“imza”) “onunla (onlarla) razıyam”, “ona etiraz etmirəm” anlamındadır.

Öz dilimizdə, iki rus sözünün birləşməsindən oluşan “imza” əvəzinə “qol çəkmək”, “qol qoymaq” sözləri vardır. Sənədə “imza atmaq”, sənədi “imzalamaq” ona qol qoymaqdır. Bu sözlər məsələni, işi bildirmək üçün çox uğurludur.

Doğrudan da, hər hansı sənədə, məktuba imza qoymaq deyilənlərlə, ya da sənəddə vurğulananlarla razı olmaq anlamı verir.



Lavş



“Lavaş” sözü müstəqil “lav” ilə “aş” sözlərinin birləşməsindən yaranıb. Birinci söz Azərbaycanın bir çox bölgələrində, o sıradan Yardımlı bölgəsində, Ərdəbil mahalında öncəki “lav” şəklində, başqa bölgələrdə isə “lov” şəklində işlədilir. “Lav” sözü anlamına görə “sarsıdıcı”, “üzücü”, “bəd” deməkdir. “Lav xəbər” deyimi “sarsıdıcı xəbər”, “üzücü xəbər”, “bəd xəbər”, “yas xəbəri”, “ölüm xəbəri” kimi anlaşılır. Bu söz faciəli olquyla üzləşmiş adamın sarsıntısını, üzüntüsünü, yasını ifadə edir. Bilindiyi kimi, “aş” sözü isə, yemək, xörək növü anlamını daşıyır: “düyü aşı”, “xəmir aşı”, “südlü aş”... “Lav” sözü ilə “aş” sözünün birləşməsindən yaranan “lavaş” sözü lav məclisinin, yas məclisinin xörəyi, aşı deməkdir. Doğrudan da, yas düşəndə mütləq lavaş bişirilər, bozbaşla, pendirlə... məclisə gətirilər. Bu adət əski çağlardan türk xalqlarında, o sıradan da Azərbaycan türklərində belə olub, indinin özündə də itirilmədən yaşadılır. Ona görə də, lavaşın türk xalqlarına aid olan çörək növü olduğu, adının da türk dilinə aidliyi danılmazdır. Ermənilər lavaş bişirirlərsə, adına da türkcə olduğu kimi “lavaş” deyirlərsə, onların xətrinə dəyməyin, onlar “əzabkeşdirlər”, “əzaba tab gətirib” torpaqlarımızdan özləri üçün vətən düzəldirlər, sözlərimizi öz görkəmlərinə uyğunlaşdırıb dil düzəldirlər, musiqimizi öz səslərinə uyğunlaşdırıb “milli musiqi”yə çevirirlər, sənətlərimizi öz xislətlərinə uyğunlaşdırıb “milli sənət” yapırlar... Onların xətrinə dəyməyin, nə olar, qoy, yeməklərimizdən də bəhrələnsinlər, bəlkə yeməklərimiz onların xislətlərində insanlıq qəlibinə sığışan dəyişiklik törədə bildi?!..

Kürd

Əsgi çağlarda müxtəlif türk tayfalarının mövcud olması faktı elmə bəllidir. Bu tayfalardan bəziləri öz adını saxlaya bilmiş, bəziləri də zamanın ictimai suyundan, havasından asılı olaraq şəklini dəyişmiş, ya da təhrif olunmuşdur. Belə türk tayfalarından biri də “Qurdlar”dır. Müxtəlif səbəblərdən “Qurd” sözü “kürd” kimi qeydə alınmış, “kürd” şəklinə salınmışdır. Gəncədə, Şuşada, Şəkidə, Laçında, Ağdamda, Qubadlıda, Göyçədə, Zəngəzurda “Qurdlar dərəsi”, “Qurdlar təpəsi”, “Qurdlar kövşəni”, “Qurdlar məhəlləsi”... deyimlərinin olması da bu mülahizənin əsaslı olduğuna inam yaradır. Bir sıra dillərdə (məsələn, rus dili) “ü” səsi olmadığından, “u” səsi işlədilir. Beləliklə, bizə belə gəlir, “kürd” sözünü həm respublikamızın ərazisində, həm də indi Ermənistan adlanan ərazidə mövcud olan toponimlərdə, tayfa adlarında qurd → kurd → kürd dəyişmələrində izləmək tarixi həqiqətləri ortaya çıxarmağa kömək edə bilər. “Kürd” sözü haqqında burada deyilənlər hələlik təsdiqini tapmış fikirlər deyil, sadəcə mülahizələrdir, yanlışı düzəldilə bilər.

Şəki bölgəsində Kiş kəndi



Şəki rayonunda Kiş kəndi mövcuddur. Bu kəndin adını müxtəlif ayrı-ayrı şəxslər ayrı-ayrı anlamlarda yozurlar. Ancaq bu yozumların heç bir elmi özülə söykənmir. Əslində, “Kiş”in anlamı öz üstündədir. Burada işlədilən “i” saitini “ı” ilə əvəzləsək, “Kiş” yerinə “Kış” alınar. “K” səsi “kamil” sözünün baş hərfi kimi (“Kiş”) yox, “karandaş” sözünün baş hərfi kimi (“Kış”) oxunar. Türkiyə türkcəsində “Kış” Azərbaycan türkcəsində “qış” deməkdir.

Şəkililərin dediyinə görə, “Kış” kəndi dağın ətəyində yerləşir, qışı qarlı buzlu və sərt soyuq keçir, qalan fəsillər də burada ya soyuq, ya da sərin keçir. Bunlar “Kiş” kəndinin adının onun iqlim şəraitinə görə “Kış” qoyulmuş olmasını göstərir. Böyük dilçi-türkoloq alimimiz Aydın Məmmədovun doğulmuş olduğu bu kəndin adında belə sadə sirrin olması da təbii sayılmalıdır.





Yorumlar










Aktif Ziyaretçi 27
Dün Tekil 868
Bugün Tekil 725
Toplam Tekil 1935741
IP 54.224.13.210






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































2 Safer 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türkçüler Günü olan 3 Mayıs (1944) büsbütün ayrı bir düşüncenin sonucudur. İç düşman olan, kılık değiştirerek milletin içine giren ve hükümetin gafletinden yararlanan komünizme karşı Türkçü gençlerin bir uyarma yürüyüşüdür.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu