Yolsuz yolçular…. - Nərmin MƏMMƏDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Yolsuz yolçular…. - Nərmin MƏMMƏDLİ
Tarih: 10.01.2010 > Kaç kez okundu? 3488

Paylaş


Yolsuz yolçular….

Nərmin MƏMMƏDLİ

DAK Gənclər Təşkilatı sədr müavini

“Orda bir yol var uzaqlarda

O yol bizim yolumuzdur.

Getməsək də, varmasaq da,

O yol bizim yolumuzdur”



Bu yuxarıdakı təhrif olunmuş beyt son zamanlar internet saytlarında, forumlarda, “facebook” səhifələrində tez-tez qarşıma çıxır. Mən də kiçik bir araşdırma etdim. Və nəticədə öyrəndim ki, bu parça Türkiyə Cümhuriyyəti dövrünün Türk şairlərindən olan Əhməd Qüdsi Təcərin (1901-1967) “Orda bir köy var uzaqda” adlı şeirindən bir bənddir. Ancaq mənimçün anlaşılmayan nöqtə bu oldu ki, bu bəndin üçüncü misrası hansı səbəbdən dəyişikliyə uğradılır. Belə ki, şeirin “Dönməsək də, varmasaq da” misrasını çoxları “Getməsək də, varmasaq da” deyə işlədir. Məsələyə hüquqçu kimi yanaşsam, müəllif hüquqlarından bəhs edərdim. Əməl etməsələr də, hüquqdan yetəri qədər danışanlarımız var. Onunçün bu haqda sadəcə öz düşüncələrimi yazmaqla kifayətlənəcəm. Əminəm, çoxlarının bu yazını oxuyanda nə deyəcəklərini - ”İşi, gücü qurtarıb, qarışqanı fil eləməklə məşğuldur”. Ancaq kimlərəsə çox xırda məsələ kimi görünən bu yanlışlığın əslində onu istifadə edənlərin içüzündən xəbər verdiyindən yəqin ki, çox insanlar xəbərsizdir. İndi qayıdaq, yollara...

Yollar...bəzən dərəli-təpəli, bəzən şüşə kimi hamar...Önəmli olan isə insanın bu yollardan hansını seçib o yola yönəlməyi. Bu gün hər kəs sözdə olaraq getdiyi yoldan danışır, özü də böyük bir hiss-həyəcanla. Və beləcə ətrafdakıları hansısa dərəli-təpəli, aşılması çətin olan yol getdiyinə inandırmağa çalışır. Gerçəkliklərdən xəbərsiz olanlar da belələrinə safca inanırlar. Xüsusən də nə acıdır ki, bu insancığazlar özlərinin dırnaqarası getdikləri yolun reklamını Vətənlə, Millətlə bağlayırlar. Bu cür insanları görəndə (üzr istəyirəm ifadəmə görə) üzlərinə tüpürməmək üçün mən şəxsən özümü güclə saxlayıram. Vətən, Millət uğrunda özünü fəda edib əyri-üyrü yollarda gedə bilərsən, ancaq öz reklamın üçün əyri-üyrü getdiyin yollara Vətəni, Milləti alət etmək – bu mərdlikdən deyil. Və ya uzaqda görünən, ancaq elə şeirin dəyişdirilən hissəsində deyildiyi kimi getmədən, varmadan, “o yol mənim yolumdur” deyə bilmək özü insandan vicdansızlıq tələb edir. Şair ”dönməsək də, varmasaq da” deyirdi. Doğru, yol gedilər, ancaq dönülməyə zaman yetməz, ömr yetməz. Lakin özünü ən son yola qoyan vicdansızlar sürüsü həqiqətən özlərinin də dediyi kimi nə bu yolu gedirlər, nə bu yola varırlar, hələ qaldı ki, yolu dönməkdən danışsınlar. Onunçün normal olaraq xırda görünülən dəyişiklik əslində sözün əsl mənasında həqiqətdən xəbər verir.

İndi ümid edirəm ki, millətimin dəyərli insanları onlar uğrunda dırnaqarası getdiyi yolun reklamını edən vicdanını satanlara bu qədər inanmaz, güvənməz. Çünki çox təəssüf ki, belə insanlar özlərini millətin gözündə yüksəldib, əslində isə elə onları arxadan vuranlardır. Vətənini, Millətini anyalara-sonyalara, villalara, hətta, bir qutu şokolada dəyişən, tay tutan insancığazlar var aramızda. Belələrinin ayaqda durub pafoslu nitqindəki Vətən, Millət sevgisindən bəhs edən sözcüklərinə sizin alqışlarınız belə düşmür, əziz MİLLƏTİM. Gözünüzü açın və kimin nə yolda olduğuna bir anlıq da olsa, nəzər yetirin. Və unutmayın ki, Vətən, Millət uğrunda yol gedən əsgər heç zaman getdiyi yoldan danışmaz. O yolu gedər ölümünə də olsa, özü də dinməz-söyləməz. Bax belə övladların ”Bu yol bizim yolumuzdur” deməyə haqqı var, yoxsa yeməkxana ətrafında gəzişən pişiklərin ət axtarması kimi reklam, alqış, tərif axtaran dırnaqarası millətçilərin YOX!!!





Yorumlar









Aktif Ziyaretçi 51
Dün Tekil 1505
Bugün Tekil 1563
Toplam Tekil 4076344
IP 18.119.143.4






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu