Ramil Səfərovla görüş təəssüratlarım... - Nərmin MƏMMƏDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ramil Səfərovla görüş təəssüratlarım... - Nərmin MƏMMƏDLİ
Tarih: 05.01.2010 > Kaç kez okundu? 3215

Paylaş




DAK Gənclər Təşkilatının sədr müavini

nerminmemmedova@yahoo.com



İnsan həyatında bəzi anlar var ki, onun sözlə ifadə etmək olmur. O anı, ancaq yaşamaqla hiss etmək olar. Nə xoşbəxtik ki, bu, sözlərə sığmayacaq anları bu gün mən və dostlarım qardaşımız Ramil Səfərovun ailəsi ilə keçirdik. Bəlkə də ilk dəfə idi ki, dostlarımı bu qədər yaxından müşahidə edirdim. Hərkəsdə bir həyəcan vardı. Biran öncə arzuladığımız ünvana yetişmək istəyirdik. Ancaq bəlkə də, belə gözəl anları yaşayacağımızdan qismən də xəbərsiz idik.

Budur, dostlarla küçəyə daxil olduq. Qarşıda bir ev...Qapının önündə Sahib ata...O an internet səhifələrindən, ekranlardan görüb tanıdığım Ramil qardaş gözümün önündə bu qədər yaxından canlandı. Sanki Sahib ata ilə birgə o da bizi qarşıladı. İçəriyə daxil olanda mənə elə gəldi ki, bura başqa bir dünyadır. Hər şeydə Ramil vardı... onun məğrurluğu, onun cəsurluğu, onun Vətən sevgisi bu evin hər qarışına sinmişdi sanki...

Evə daxil olduq. Bu dəfə Ramil qardaşım gözümün önündə deyildi. Telefon çaldı. Ramildi zəng vuran. Gəldiyimizi eşidib bizə xoşgəldiniz deyib, salamlarını yetirdi. Özü ilə danışmaq imkanım olmadı. Olsa belə, bunu edə bilməzdim. Gözyaşlarım buna mane olardı çünki. Mən isə nə Ramil qardaşımı, nə də atamızı üzmək fikrində deyildim. Telefondan kənarda eşidilən qardaşımın səsi məni xoşbəxt etməyə yetdi. Bəli, mən xoşbəxt sayıram özümü. Onun o məğrur səsini duymaq bugün onu sevən neçə bacıya qismət olur? Nərmin bacısına şükürlər olsun ki, qismət oldu.

Hər kəs əyləşmişdi, hamının gözündə maraqlı bir bəkləyiş vardı. Sahib ata bizimlə nə paylaşacaqdı, bu bizimçün çox önəmli idi. Çünki biz qəzetlərdən oxuduğumuz, kimlərdənsə eştdiyimiz Ramili yox, ona həyat verən, onu böyüdən, Ramil deyəndə gözləri dolan atanın dilindən tanımaq istəyirdik qardaşımızı. Və budur, sözə başladı atamız...Sanki o an hərkəs üçün həyat durmuşdu. Bütün diqqətimiz Sahib ataya yönəlmişdi. Hər sözü dəyəri ölçülə bilməyəcək dərəcədə qiymətli idi. Bəli, Sahib ata Ramili bizim gözümüzdə ta kiçik yaşlarından bugünə kimi böyütdü, boya-başa çatdırdı. 8-ci sinifdə “Mən zabit olacam” deyən Ramil, tabeliyində olan əsgərlərinə bir qardaş kimi davranan Ramil, Vətənini, Millətini sevən Ramil eyni insan idi. Dəyişən tək şey onu bizdən aralı tutan barmaqlıqlar idi...

İçəridən gələn körpə səsi məni və xanım yoldaşlarımı otaqdan çıxmağa vadar etdi. Budur, qarşımızda balaca utancaq Fatimə bala. Qucağımıza almaq istədik, amma göz yaşları ilə anasının qucağına sığındı. O əmisinə çox bənzəyirdi. Və biz əminik ki, Fatimə bala böyüyüb əmisi Ramil kimi Vətəninə, Millətinə layiq övlad olacaq

Yenidən otağa daxil olduq. Atamız bizə baş verən olayları incəlikləri ilə anladırdı. Bəlkə də, heç birimiz qarşımızda belə bir məğrur ata görəcəyimizi təxmin etmirdik. Sahib atamızın gözlərindəki o dolub-daşan övlad həsrətini sözlərlə ifadə etmək mümkün deyil. Dəqiqələr durmuşdu sanki, hər kəs can qulağı ilə atanı dinləyirdi. Hətta, masanın üzərindəki soyuyan çaylarımızı belə ata yadımıza saldı. Məni tanıyan dostlarım bilir, çay içməyi sevmirəm. Amma, Sahib atanın “Çayınızı için, bu Ramilin çayıdır” deyincə içdim. Həqiqətən də, bu çay bəlkə də bugünə kimi içdiyim ən gözəl çay idi. Ona görə yox ki, o fərqli dada malik idi, çünki o çay Ramilin evində bizə süzülən çay idi, o çay Vətən, Millət sevgisi övlad həsrətinə qarışmış Sahib atamızla birgə içdiyimiz çay idi.

Artıq 2 saata yaxın bir vaxt keçmişdi. Söhbətimiz davam edirdi. Qapı açıldı və içəriyə Ramilin nənəsi daxil oldu. Yaşlı nənə bizimlə sanki öz nəvəsi kimi görüşdü. Bəlkə də Ramilinə olan sevgimizi o da hiss etmişdi. Bu yaşlı nənənin gözlərindəki o ümid işıltısı, üzündəki təbəəssüm bizdə doğan yeni ümidlərin başlanğıcı oldu. Ən sonda Sahib atamızla çəkdirdiyimiz şəkil isə yeni doğulan ümidlərimizin fonundakı Ramil qardaşımızın bir yadigarı oldu bizlərə...



Bəli, bu günü biz Ramillə keçirdik. Çünki o qəlbən bizimlə idi.









Yorumlar









Aktif Ziyaretçi 36
Dün Tekil 1927
Bugün Tekil 1467
Toplam Tekil 4067601
IP 3.16.47.14






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu