Seymur Həsənli ile Müsahibe - İlman Alısoy - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Seymur Həsənli ile Müsahibe - İlman Alısoy
Tarih: 05.01.2010 > Kaç kez okundu? 3106

Paylaş


Seymur Həsənli: “Torpağın işğala məruz qalaraq 17 il danışıq aparmaq Ermənistan üçün ən böyük güzəştdir”.

Bu dəfəki müsahibimiz Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının sədri Seymur Həsənlidir. DAK-a yeni nəfəs gətirən bu gənc son dövrlər Azərbaycan ictimai-siyasi sferasında baş verən prosesləri qiymətləndirəcək.

-Sizcə, Qarabağ problemi ilə bağlı proseslər onun həllini yaxınlaşdırırmı?

-Dünya birliyi də, dostlarımız da, düşmənlərimiz də bu prosesin çox da uzanmayacağını anlayırlar. 17 ildir ki, danışıqlar davam edir. Həmin bu müddət ərzində Azərbaycan Ermənistana bütün kompramisləri etdi. Torpağın işğala məruz qalaraq 17 il danışıq aparmaq Ermənistan üçün ən böyük güzəştdir. Təəssüf ki, biz Ermənistan tərəfindən müsbət addımların şahidi olmadıq. Çünki bu dövlət və onun siyasi rəhbərliyi işğalçıdır. Ondan gərək hər şeyi zor yolu ilə alasan. Bu zaman kəsiyində Azərbaycan sürətlə inkişaf etdi. Həm də vətənimizin geosiyasi vəziyyəti böyük dövlətlərin də marağında olduğundan zamanın dövlətimizin xeyrinə işlədiyinin şahidi oluruq. Azərbaycanın da məqsədi sülh şəraitində Qarabağın geri qaytarılmasıdır. Dövlətimizin israrlı mövqeyi ABŞ, Rusiya və Avropa ölkələrinin də bu məsələdə daha aktiv iş görmələrini sürətləndirməkdədir.

-Türkiyə baş naziri Ərdoğanın ABŞ-a son səfərində Qarabağla bağlı açıqlamalarını necə dəyərləndirirsiniz?

-Türkiyə iqtidarı Ermənistanla sərhəd açılımı məsələsini gündəmə gətirməklə yalnışlıqlara yol verdi. Sonradan Azərbaycan iqtidarının prinsipial mövqeyi və türk ictimaiyyətindən Ərdoğana sərt təpkilər gəldiyindən onun mövqeyi nisbətən dəyişdi. Yəni, protokollar imzalandı, amma parlamentdən keçməsi üçün Qarabağ probleminin həllinin lazımlı olması önə çəkildi. Bu baxımdan onun məsələdə diqqətcilliyini normal qiymətləndirmək lazımdır. Əslində bugünkü mövqe ən doğru yanaşmadır. Yəni, işğalçının geri çəkilməsi ilə sərhədlərin açılması. Amma Ermənistan bunu da edən deyil. Torpaqları azad etsə, elə Azərbaycanın özü iqtisadi əlaqələri quracaq onunla. Nəticədə Ermənistan sürətli şəkildə çiçəklənmiş olar. Bunu isə Ermənistan edə bilmir. Çünki öz talelərini özləri həll edə bilmirlər bunlar. İradələri öz əllərində deyil.

-Dövlət başçımızın son - “Mən Azərbaycan xalqına arxalanaraq mübarizə aparmağa hazıram” məzmunlu açıqlamasını necə dəyərləndirirsiniz?

-Mən prezidentin bu açıqlamasını çox yüksək qiymətləndirirəm. Bu və xüsusilə Münhen görüşməsi öncəsi verilən açıqlamalar rəsmi şəkildə bəlkə də ən sərt bəyanat idi. Hətta, Ermənistan rəhbərliyini də ciddi şəkildə narahat etməyə başladı. Bunun ardınca Azərbaycanın digər dövlət rəsmiləri də bu tipli açıqlamaları ilə yadda qaldı. Biz bir daha əmin olduq ki, beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycan siyasi iqtidarı inamlı addımlar atmaq niyyətindədir. Prezident özü də bu danışıqları aparmaqdan bezib onsuz. Nə qədər görüşərlər, nə qədər danışarlar?! Səslənən son bəyanatlar həm də xarici güclərə bir mesaj idi. Azərbaycan iqtidarı xalqının maraqlarını heç bir xarici dövlətin maraqlarına qurban vermək niyyətində deyildir. Biz də gənclik olaraq belə məsələlərdə daim prezidentimizi dəstəkləyəcəyik.

-Son Münhen görüşməsini necə dəyərləndirərdiniz?

-Razılaşma öncəsi prezident bildirmişdi ki, Azərbaycan özünün əsas prinsipləri üzərində dayanmaqdadır. Ermənistan tərəfi isə köhnə məsələləri gündəmə gətirməklə əslində qeyri-konstruktivlik nümayiş etdirməkdədir. Amma buna baxmayaraq, görüş sonrası ATƏT rəsmiləri də bəzi məsələlərdə müəyyən irəliləyişlər olduğunu açıqladılar. Bu açıqlamalar isə digər görüşlərdən sonra olan açıqlamalardan mahiyyətcə heç də fərqlənmirdi. Eyni məzmun idi. Ermənistan, hətta, razılaşdırılmış məqamları belə yenidən gündəmə gətirməklə danışıqların formal xarakter daşımasına səbəb olur. Bunu da ölkə rəhbərliyi çox gözəl anlayır. Ona görə sülh deyib müharibəyə hazırlaşır. Normalda da belə olmalıdır. İşğala məruz qalan nə etməlidir ki?

-DAK Gənclər təşkilatı olaraq Qarabağ konfliktinin gələcəyini necə qiymətləndirirsiniz?

-Bizim təşkilat cənab prezidentin yürütdüyü siyasəti dəstəkləyir. Son proseslər hələ ki, bizi qane etməkdədir. Amma bununla yanaşı biz durmadan Qarabağ konfliktinin beynəlxalq müstəvidə ardıcıl və şəffaf müzakirəsinə nail olmalıyıq. Danışıqlar apara-apara döyüşə hazırlaşmalıyıq. Xalqda psixoloji ruh ən yüksək səviyyədə təşkil olunmalıdır. Azərbaycan mediası da hərbi-vətənpərvərlik məsələlərinə xüsusi önəm verməli və gənclərin şüurunu milli yönümdə inkişaf etdirməlidir. Silah atıcılıq mərkəzləri yaradılmalı və genişlənməlidir. Bütün təşkilatların əsas məsələsi məhz bu problemin həlli olmalıdır.



Müəllif: İlman Alısoy







Yorumlar









Aktif Ziyaretçi 51
Dün Tekil 1505
Bugün Tekil 1327
Toplam Tekil 4076108
IP 18.226.166.214






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu