Cavid Vəliyev ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org

Cavid Vəliyev ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 02.01.2010 > Kaç kez okundu? 3007

Paylaş

Cavid Vəliyev: Türkiyədə Atatürkcülüyün ən ciddi qoruyucusu Türk millətidir

Müstəqil siyasi analitik Cavid Vəliyev son vaxtlar Türkiyədə cərəyan edən siyasi hadisələri və bu günlərdə Silahlı Qüvvələrin Qərargah Rəisi İlkər Başbuğun orduya qarşılan aparılan antitəbliğatla bağlı sərt açıqlamaları verməsi, bundan sonra hadisələr hansi formada cərəyan edə bilər bu, haqda ünvanladığımızı sualları GÜNAZ.TV Mətbuat Ximdətinə cavablandırır.

- Cavid bəy, bu gün Türkiyədə nələr baş verir və bu haqda, oxucularımıza məlumat vermənizi istərdik.

- Türkiyədə son 7 ildə ciddi dəyişikiklər baş veriməkdədir. Bu bir prosesdir və Türkiyə içində bu prosesi fərqli analiz edənlər var. Bəzilərinə görə bu Türkiyənin demokratikləşməsi prosesidir bəzilərinə görə isə bu Türkiyədəki ideologiyalar arası mübarizədir. Bu, proses başa çatmadığı üçün hal hazırda bunun hansı istiqamətdə olduğunu demək mümkün deyil. Çünki, hər iki düşüncənin də fərqli işarətləri var. Ümid edərdik bu, proses bir demokratikləşmə prosesi olsun və Türkiyədə demokratiyanın inkişaf etdirilməsi ilə nəticələnsin. .

- Türk Silahlı Qüvvələrinin Qərargah Rəisi İlkər Başbuğ- Orduya qarşı aparılan psixoloji informasiya savaşına sərt cavab veriləcəyini bildirib. Sizcə, bundan sonra ordu sərt addımlar ata bilərmi?

- Türkiyə siyasətində ordunun ciddi ağırlığı olduğu kimi ordu, Türk xalqının ən çox etibar elədiyi dövlət orqanıdır. Bunun özünə məxsusu səbəbləri var:

1. Türkiyə Respublikasının qurucusu ordudur;

2. Mustafa Kamal ordu mənsubu olmuşdur;

3. Siyasətçilərin öz işlərini layiqincə yerinə yetirə bilməmələri;

4. Ordunun ədalətli və şəffaf olması;

5. Ordunun sadə insanların bir qurumu olması;

6. 30 ildir Ordunun tək başına həm daxili ( PKK, radikal dini təşkilatlar), həm də xarici düşmənlərə qarşı vuruşması;

7. Türkiyədə ordu tərəfindən həyata keçirilən dörd hərbi çevriliş.

- AK Partiya hakimiyyəti vaxtında Türk Silahlı Qüvvələrinə qarşı hökumətin mövqeyinin iki açıqlaması var: Demokratikləşmə və tarixin intiqam. İndilik hökümət bu prosesin əsas məqsədlərindən biri ordunun siyasətdən uzaqlaşdırılararq öz vəzifəsiylə məşğul olması adını verir. Bu mənada Türkiyədə ilk dəfə Silahli Qüvvələrin Qərargahında Səfərbərlik Yoxlama Şöbəsində mülkü şəxslər ( polis və mülkü prokuror və hakim) tərəfindən axtarış aparıldı. Keçmiş illərdən fərqli olaraq ordu siyasi proseslərə çox müdaxilə etmədi və bəzi qanuni dəyişikliklər Türkiyə siyasi həyatında ordunun gücünü zəiflətdi. 2009-cu ilin iyun ayında Türk Cəza Qanununda Aİ qanunlarına uyqun olan bir dəyişiklik oldu və bu qanunla hərbçilərin mülki məhkəmələrdə məhkum olunmasının yolu açıldı. 2009-cu il dekabırın 1-də Quru Qoşunları indiyə kimi Türkiyədə həyata keçirdiyi dörd hərbi çevrilişin qanuni təməli olan, Türkiyə Respublikasının qorunması, prinsipini qanun bazasından çıxartdığını elan etdi. Ordunun siyasətə qarışması gedərək daha çox zəifləyir və zəifləməktədir.

- Azərbaycan oxucuları üçündə maraqlı olardı ki, Türkiyənin əsas ideoloji bazasını təşkil edən, səksən illik cümhuriyyətin bu günə kimi, ana sütünü olan ATATÜKRÇÜLÜK prinsiplərinə qarşı aparılan informasiya savaşı hansı sonluqla yekunlaşa bilər?

- Türkiyədə hal hazırda çox ciddi proseslər gedir. Türkiyə fikirlər mənasında kosmopolit bir ölkədir və məhz buna görə fərqli qruplardan olan insanlar bu, prosesdən öz xeyrinə faydalanmaq istəməkdədir. Türkiyədə yaşanan bu, vəziyyətdən dövlət və dövlətin ideologiyası ilə problemi olan insanlar faydalanmaq istəyir. Bu qrup içində fərqli ideologiyaları təmsil edən fərqli alt qruplar var. O düzdür ki, Türkiyə mətbuatında belə keçmişin intıqamını Atatürkdən almaq istəyənlər var. Amma onların uğur əldə edəcəyini düşünmürəm. Çünki, Türkiyədə Atatürkcülüyün ən ciddi qoruyucusu Türk millətidir.

Türkiyədəki prosesin hansı istiqamətdə olduğunu irəliki günlər, xüsusən hal-hazırda davam edən proseslərin nəticələnməsi göstərəcəkdir. Amma, bu bir həqiqətdir ki, Türkiyədə demokratiyanın inkişafı çox sancılı keçir.

- Neçə düşünürsünüz, hadisələrin bu formada cərəyan etməsi, qarşıdakı parlament seçkilərində, AKP təkbaşına hakimiyyət formalaşdıra biləcəkmi?

- 2011-ci il parlament seçkiləri üçün indidən proqnoz vermək tezdir. 2007-ci il parlament seçkilərindən əvvəl də fərqli fikirlər var idi, amma nəticə fərqli oldu. Amma onu deyə bilərəm ki, son günlərdə Türkiyədə sorğu şirkətlərinin keçirdiyi sorğular onu göstərir ki, xüsusən Kürd açılımı və iqtisadi böhran sonrasında AK Partiya səsləri azalıbdır. Bu, nəticələrin parlament seçkilərinə təsir edəcəyini düşünmək tezdir. Çünki, Türkiyə gündəmi tez-tez dəyişən bir ölkədir və bu, gündəm dəyişiklikləri vəya seçki öncəsi hökümətlərin atdığı son dəqiqə addımları, keçmiş uğursuzluqları xalqa unutdura bilər.

Söhbətləşdi: Elnur Eltürk

Yorumlar

Aktif Ziyaretçi 38
Dün Tekil 1787
Bugün Tekil 310
Toplam Tekil 4068231
IP 3.22.51.241

TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)

Ekle kar

Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.883 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu