DAK Metbuat Konfransı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK Metbuat Konfransı
Tarih: 20.12.2009 > Kaç kez okundu? 3283

Paylaş


“Dağlıq Qarabağ münaqişəsi, son proseslər və rəsmi bəyanatlar” mövzusunda tədbir keçirildi.

Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı “Dağlıq Qarabağ münaqişəsi, son proseslər və rəsmi bəyanatlar” mövzusunda tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli son zamanlar konflikt ətrafında gedən proseslərdən danışdı. “Qarabağ işğal altındadır və uzun müddətdir ki, formal danışıqlar aparılır. Amma son zamanlar Azərbaycan tərəfi artıq rəsmi şəkildə danışıqların əhəmiyyətsizliyini qeyd edir. Hətta ən yüksək səviyyələrdən belə müharibə bəyanatları səslənməyə başlayıb. Bu çox sevindirici haldır.”

DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli Bütöv Azərbaycan uğrunda qurban getmiş şəhidlərimizi yad edərək müharibə iştirakçısı kimi döyüşə hər zaman hazir olduğunu bildirdi: “Azərbaycan bütün imkanlarına görə mənfur Ermənistandandan öndədir. Müharibə başlayacağı təqdirdə Güney Azərbaycan, Türkiyədən kifayər qədər insan axını gələcək döyüşə. Bu müharibə 60 milyona yaxın Azərbaycan türkünün müharibəsinə çevriləcək.”

DAK Gənclər Təşkilatı Siyasi şöbənin rəhbəri Cəlil Mürsəlli isə öz çıxışında konfliktə təşkilatın münasibətini ortaya qoyaraq bildirdi ki, cənab prezidentin də dediyi kimi bizim artıq səbrimiz tükənib. “17 illik danışıqlıqlar Ermənistan üçün ən böyük güzəşt idi ki, Azərbaycan və onun siyasi rəhbərliyi bu güzəşti etdi. İndi zaman müharibənindir.”

Söz alan Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürk daha çox Qarabağ həqiqətlərinin xaricdə təbliği məsələsinə toxundu. “Avropada güclü informasiya mərkəzləri formalşmalıdır. Azərbaycan mənafeyinə uyğun məlumatlar bu mərkəzlərdən dünyaya yayılmalıdır. Bir də müharibə başlarsa, başqa təhlükələri də nəzərə almaq lazımdır. Bir sıra dövlətlərin Ermənistana yardım məsələsi gündəmə gələcək”

Bu fikirlərlə Sayokan İdman Federasiyasının prezidenti Vasif Namazlı razılaşmadı. “Ermənistanın arxasında duran dövlətlər həm də Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərdir. Azərbaycan müharibəyə başlayacağı təqdirdə Ermənistanın ərazisinə daxil olmur. Öz ərazi bütövlüyünü bərpa edir.”

Palitra qəzetindən siyasi araşdırmaçı Əlimərdan Sultanov yaranan mübahisəyə münasibət bildirdi. “Hər hansı bir dövlətin birbaşa Azərbaycanla müharibəyə girməsi mümkünsüz. Əgər Rusiya bunu etmiş olsa, digər tərəfdən də Türkiyə faktorunun önə çıxmasına gətirib çıxardar. Bu isə məsələnin NATO müstəvisinə qalxmasına gətirib çıxardar. Azərbaycanın müharibə istəyini böyük dövlətlər də nəzrə alıb buna bəyanat verməklə münasibət bildirmiş olacaqlar.”

Daha sonra DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva, DAK Gənclər Təşkilatının sədr müavini Hüseyn Günəşli, Yeni Nəfəs Gənclər Hərakatının sədri Mehman Həsən çıxış edərək mövzu ətrafında siyasi polemika davam etdi.

Yeni Nəfəs İnformasiya Mərkəzi





Yorumlar









Aktif Ziyaretçi 42
Dün Tekil 1787
Bugün Tekil 380
Toplam Tekil 4068301
IP 3.143.168.172






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu