Azər Babayev ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Azər Babayev ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 19.12.2009 > Kaç kez okundu? 2395

Paylaş


Sosioloq Azər Babayev “Təəssüf ki, Cənubi Azərbaycan məsələsi ilə bağlı Almaniya ictimaiyyətində informasiya çox azdır”

- Bir müddət bundan öncə mediaforum saytında Almaniyanın Frankfurt şəhərində Reyn-Mayn İşbirliyi Komitəsinin təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə dair forumun keçirilməsi ilə bağlı məlumat verilmişdir. Tədbirdə Almaniyada yaşayan soydaşlarımız, Doğu Türküstanın sürgündə olan hökumətinin rəhbərləri, Türkiyə türkləri də fəal iştirak ediblər. Tədbirin əsas məruzəçilərindən olan Frankfurt Sülh Təhqiqatları İnstitutunun əməkdası, təhqiqatçı Azər Babayev iştirak eidb. Həm tədbir haqqında, həmdə oxucularımızı maraqlandıran digər sualların cavabını almaq üçün, sosial elmlər doktoru Azər Babayevin Günaz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini sizlərə təqdim edirik.

- Azər bəy xoş gördük Sizi! Bir neçə gün bundan öncə, Almaniyanın Frankfurt şəhərində keçirilən və sizində iştirak etdiyiniz forumla bağlı oxucularımızı məlumat vermənizi istərdik.

- “Dağlıq Qarabağ münaqişəsi: dünən və bu gün” adlı bu tədbir 31 oktyabr 2009-cu ildə Frankfurt şəhərində Reyn-Mayn iş birliyi komitəsinin təşkilatçılığı ilə keçirilmışdir. Tədbir iki hissədən ibarət olmuşdur: birinci hissədə Berlin Humboldt-Universitetinin doktorandı Rauf Cəfərov çıxış edərək tədbir iştirakçılarını Qarabağ münaqişəsinin yaranma tarixi, ikinci hissədə isə mən çıxış edərək həmin münaqişənin aktual durumu haqqında məruzə etmişəm.

Cəfərov öz çıxışında erməni-azərbaycan münaqişəsinin necə yaranması, burada çar-rus müstəmləkəçiliyinin rolu, ermənilərin Osmanlı imperiyası və İrandan Qafqaza necə və nə üçün köçürülməsinə toxunmuş, habelə münaqişənin Qarabağ regionunda deyil, ilk dəfə (1905-1906-cı illər) məhz Bakı quberbniyası ərazisındə törəməsi və sonradan Yelizavetpol (Gəncə) quberniyası, habelə Qarabağ və Zəngəzura yayılmasını vurğulamışdır. O, daha sonra dinləyicilərə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaranması tarixi (1923) və Sovet İttifaqının süqutu ərəfəsində (1985-1991) erməni-azərbaycan münaqişəsinin yenidən necə və hansı şəraitdə alovlanmasını izah etmişdir.

Mən isə 1992-2009-cu illərdə münaqişənin hərbi və diplomatik aspektləri, atəşkəs fonunda sülh danışıqlarının aktual durumu, ATƏT-in Minsk qrupunun fəaliyyəti, Azərbaycan cəmiyyətinin buna reaksiyası, habelə münaqışə haqqında qəbul edilmiş beynəlxalq qərar və qətnamələrin mahiyyətindən söhbət açmışam. Mən habelə türk-erməni danışıqları, sərhədlərin açılması ehtimalı, bunun Azərbaycanda hansı rezonanslar doğuracağına və bu kontekstdə Dağliğ Qarabağ münaqişəsinin mümkün həlli perspektivlərinə də toxunmuşam.



- Tədbrin sonunda iştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarına cavab verilmişdir. Tədbirdə Reyn-Mayn regionunda yaşayan Azərbaycanlılarla yanaşı, həmçınin qardaş Türk diasporasının nümayəndələri də iştirak edirdi.



- Almaniyada böyük gücə malik olan Türk toplumunun Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeləri nədən ibarətdir?

- Ümumən onu qeyd etmək olar ki, Almaniyadakı türk toplumu Dağliq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təbii ki, bu sahədə hələ görüləsi işlər vardır, və biz Almaniyada türk diasporasi ilə bu sahədə daha six informasiya və fikir mübadiləsi aparmalıyıq. Diaspor dairələrində siyasi maarifləndirmə bu mənada çox önəmlidir.

- Hazırda, Almaniya türk diasporu Türkiyə-Ermənistan danışıqlarını neçə qarşılayırlar?

- Aydındır ki, Almaniya türk diasporu Türkiyə-Ermənistan yaxınlaşması prosesını diqqətlə izləyirlər. Burada mühüm olan məsələ əsas odur ki, diaspor nümayəndələri bu yaxınlaşmaya prinsipial şəkildə qarşı olmasalar da, bu prosesin Dağliq Qarabağ sülh nizamlanması ilə paralel getməsine önəm verirlər.

- Sizcə, Türkiyə-Ermənistan danışıqları hansı sonluqla bitəcəkdir?

- Bildiyimiz kimi, artıq məlum protokollar imzalanmış və onların ratifikasiya olunması məsələsi gündəmdədir. Amma inanmıram ki, Daqliğ Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyişlər olmayınca, əgər sərhədlər acılsa belə, Türkiyə ilə Ermənistan arasında normal münasibətler qurulsun. Bu cəhətdən Türkiyə ilə Azərbaycanı birləşdirən bağlar çox möhkəmdir, və Türkiyə bu məsələdə Azərbaycanın haqlı maraqları tam şəkildə gözardı edə bilməz.

- Azər bəy, Sizə Güney Azərbaycan məsələsi ilə bağlı sual vermək istərdim. Hazırda, Almaniyanın içtimai-siyasi kuluarlarında Güney Azərbaycan məsələsi ilə bağlı informasiya varmı?

- Təəssüf ki, Cənubi Azərbaycan məsələsi ilə bağlı Almaniya ictimaiyyətində informasiya çox azdır. Oxşar situasiyalarla, məsələn Tibetdəki etnik münaqişe ilə müqayisə etsək, bu informasiya azliği özünü çox bariz şəkildə göstərir. Vacib nüans burada ondan ibarətdir ki, bu tip məsələlər kütləvi informasiya vasitələrin diqqətini, təəssüfler olsun ki, əsasən o zaman cəlb edir ki, hansısa qanlı olaylar (üsyan, terror və s.) baş versin.

- Almaniyanın beyin mərkəzləri, təhqiqat institutları İranın etnik gələcəyini neçə görürlər?

- İran burada həm elmi, həm də siyasi dairələrdə, ilk növbədə atom enerjisi programı ilə bağli maraq mərkəzindədir. Bu cəhətdən İrandakı daxili siyasi vəziyyət, o cümlədən etnik-siyasi durum xüsusi olaraq diqqəti cəlb etmir. Baxmayaraq ki, son prezident seçkilərindən sonra İranda baş verən olayları dünya, xüsusən də qərb ictimaiyyəti çox yaxından izləmiş oldu, amma burada etnik məsələyə hər hansı formada toxunulmadı.

Söhbətləşdi: Elnur Eltürk

11.12.2009. Frankfurt

P.S Sonda, oxucularımız üçün onu qeyd edək ki, Azər Babayev bir neçə gün bundan öncə Almaniyada elmi işini uğurla müdafiə edərək, sosial elmlər doktoru dərəcəsinə laiq görülmüşdür. Günaz.tv olaraq dəyərli soydaşımızı təbrik edirik və hər zaman, Azərbaycanın adını ucalara, zirvələrə qaldırmağı arzulayırıq.







Yorumlar








Aktif Ziyaretçi 10
Dün Tekil 763
Bugün Tekil 221
Toplam Tekil 1636515
IP 54.158.119.60






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu