Aygün HESENOĞLU ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Aygün HESENOĞLU ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 16.12.2009 > Kaç kez okundu? 2639

Paylaş


Tanınmış araşdırmaçı Aygün Həsənoğlu “Mən artıq erməni diasporu ilə müharibəyə başlamışam”.



- Artıq, xəbər verildiyi kimi Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan prezidenti Serj Sarkisiyanın Xocalı faciəsindəki iştirakı ilə bağlı geniş fəaliyyətə başlayıb. Buna səbəb isə Türkiyə fəaliyyət göstərən “Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyi” nin Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanladığı məktub olub. Bu haqda suallarımızın cavabını almaq üçün ermənilərin türk xalqına törətdikləri soyqırım siyasəti ilə bağlı bir neçə kitabın müəllifi, tanınmış araşdırmaçı-publisist Aygün Həsənoğlu Gunaz.TV Mətbuat Xidmətinə fikirlərini bildirib.



- Aygün xanım, neçə düşünürsünüz Xocalı soyqırımının təşkilatçı və icraçılarından olan Ermənistan prezidenti Serj Sarkisiyanı yuxarıda səslənən əməllərinə görə, cinayət məsuliyyətinə cəlb etmək mümkündürmü?



- Hesab edirəm ki, yalnız Serj Sərkisyan deyil, Robert Koçaryan, Arkadi Gukasyan, Sero Xanzadyan, Zori Balayan və o zamankı Daşnaksütyun partiyasının bütün rəhbərlərini xalqımıza və bütün bəşəriyyətə qarşı cinayətlərdə, terrorların təşkilində və terrorçu reşim yaradılmasında, terroru dəstəkliyən dövlət yaratmaqda ittiham etmək olar və Azərbaycanın buna tam haqqı vardır. Bu cinayətkarlar 1988-ci ildən başlayaraq həyata keçirdikləri terror və soyqırım əməllərinin nəticəsi olaraq bu gün ermənistanda yüksək vəzifələr əldə ediblər. Təəssüf ki, biz bu cinayətkarların cəzalandırılmaq üçün ciddi addımlar atmamışıq. Doğrudur, erməni əsirliyində olmuş vətəndaşlarımıza qarşı çoxsaylı cinayıt törətmiş ermənilər barədə cinayət işi qaldırılması üçün MTN, DİN və Respublika Prokurorluğunun birgə İstintaq qrupu yaradılıb, Əsir və itkin düşümüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının köməyi ilə çoxsaylı faktlar və sənədlər toplanıb. Komissiyada da, İstintaq qrupunda vətənpərvər şəxslər çalışır. Ancaq hesab edirəm ki, bu sənədlər cənab Prezidentə təqdim edilməlidir. İstintaq qrupunun maliyyə bazası, texniki imkanları artırılmalıdır. Bu iş ciddi maliyyə və çevik qüvvə tələb edir. Bizim əsas istiqamətlərimizdən biri fərdlərin ittiham olunması və həbs edilməsi deyil, erməni terror və işğalının, xalqımıza qarşı soyqırım cinayətlərinin bəşəriyyətə yönəlmiş cinayətlər olduğunu sübut etmək və bu günədək Ermənistanı cinayətkarların və terrorçuların idarə etdiyini göstərməklə Ermənistanın beynəlxalq hüquq normalarını pozan cinayətkar rejimin əlində alət olduğunu təsdiq etməkdir. Ola bilsin ki, Sərkisyan, ya Koçaryan şəxsən qətl törətməyiblər, amma qətllər silsiləsinin təşkilatçısı olublar. Məsələn, hadisələr başlayanda Sərkisyan DQ Komsomol Komitəsinin birinci katibi işləyirdi. Bu müddətdə azərbaycanlıların sıxışdırılaraq Dağlıq Qarabağdan qovulmasına rəhbərlik edib. Xankəndindəki ermənilərə silah verilməsi, Ağdam-Şuşa avtobuslarına qarşı hücum və terror aktlarının təşkil edərək 25 nəfərin qətlə yetirilməsi, Ağdamdan Şuşaya uçan ”Mi—8” vertalyotunun vurulması, Malıbəyli kəndinə hücumların təşkili birbaşa onun rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilib. Bu əməllərinə görə də addım-addım irəli çəkilərək prezident olub. Faktlar var. Lakin faktların beynəlxalq məhkəmə üçün hazırlanması, şahidlərin tapılması, sənədlərin rəsmiləşdirilməsi üçün ciddi fəaliyyət tələb edir. Hay-küylə məhkəməyə müraciət etmək olmaz. Avropa Şurasının kürsüsündə Koçaryan Xocalı soyqırımında iştirak etdiyini və bundan qürur duyduğunu etiraf etdi. Bu da bir sənəddir. Amma qarşılığında hansı münasibət gördü?! Məsələ bundadır. Azərbaycan nəinki Serj Sərkisyanı, Koçaryanı və digər cinayətkar erməniləri cəzalandıra bilər. hətta ermənistandan təzminat ala bilər! Mən Respublika Prezidentinin adına və Heydər Əliyev adına fonda Soyqırım Araşdırmaları Mərkəzinin yaradılması ilə bağlı layihə-təkliflər göndərmişəm. Biz bir aya Ermənistanı və onun arxasında duran qüvvələri beynəlxalq hüquq qarşısında diz çökdürə bilərik!



- Avropa İnsan Hüquqları Məhkəməsi bizdən dəlil-sənədləri istəsə, Azərbaycan tərəfi sənədləri ortaya qoya biləcəkmi?



- Azərbaycan tərəfində istənilən beynəlxalq məhkəməyə təqdim etmək üçün yetərincə sənəd var. Hansısa təşkilat sənədləri toplayıb təqdim edə bilər, lakin qarşı tərəfin hücumlarına variantlarımızı hazırlamalıyıq. Ona görə də mən işin bir nəfər ətrafında aparılmasını məqbul hesab etmirəm. İlk mərhələdə Ermənistanın və Qarabağdakı terrorçu rejimin bütün vəzifəli şəxslərinin, erməni ordusuna rəhbərlik etmiş rütbəlilərin haqqında sənədlər hazıranmalıdır. Mən “Erməni sindromu” adlı kitabımı məhz beynəlxalq məhkəmə üçün hazırlamış və QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ingilis dilinə tərcümə etdirmişəm. Hazırda kitabın beynəlxalq təşkilatlara çatdırılması ilə məşğulam. Kitabda Ermənistanın və erməni terrorçu qruplarının Azərbaycana və Azərbaycan vətəndaşlarına münasibətdə beynəlxalq hüquq normalarını pozan əməlləri rəsmi faktlarla, şahid ifadələri və fotolarla göstərilmişdir. Heç bir şübhə yeri buraxılmamışdır. Şahidlər sağdırlar və kifayət qədər dəlillər var. Lakin təəssüf edirəm ki, bizdə bəzən işi iş bilənə tapşırmırlar. İndi beynəlxalq məhkəmə üçün sənədləri kimlər hazırlayacaq? O sənədlərin təqdimatı zamanı üzə çıxa biləcək bütün sullara cavablar varmı? Önəmlisi budur?! Boşluq buraxılmamalıdır!.



- Sizcə, xaricdə fəaliyyət göstərən erməni diasporu bu, məsələdə məhkəməyə təzyiq və ya başqa faktorlarla təsir göstərə bilərmi?



- Təbii ki, buna cəhd edəcək. Hətta böyük terror olayları və iftira kompaniyası ilə qarşılaşa bilərik. Bu təbiidir. Bu, müharibədir, hərtərəfli hazır olmalısan. Bütün KİV-lər, Siyasi partiyalar və QHT-lər-bir məqsəd ətrafında birləşsələr, bu təzyiqlərin qarşısını almaq mümkündür. Bütün nazirliklər, xarici ölkələrdəki səfirliklərimiz, diasporumuz ciddi fəaliyyətə başlamalıdırlar. Qarabağın tarixi, Mədəniyyəti haqqında, Ermənistanın işğalı və törətdiyi soyqırımlar barədə toplu səndlər hazırlanmalı və xarici ölkələrin parlamentlərinə, KİV-lərinə, prezidentlərinə təqdim olunmalıdır. Öncə mühiti yaratmaq lazımdır. Ancaq təəssüf ki, bizdə heç bir iş görə bilməyənlər və görməyənlər iş görən adamları sındırmaqla, ləkələməklə məşğuldurlar. Təqdim etdiyim layihələrin çoxu buna görə yarımçıq qaldı, həyata keçirilmədi. Bəzi kiçik məmurları sadəcə başa salmaq olmur, çünki burunlarından uzağı görmürlər, savadsızdırlar. Ya elə bilirlər ki, onun stolunu əlindən almaq istəyirsən. Ya da sadəcə paxıllıqdan sənin layihələrini gizlədirlər. Ancaq mən durmayacağam. İndiyədək təkbaşına mübarizə aparmışam, lakin bilirəm ki, arxamda xalqım var. Ona görə də gec də olsa. Çətinliklə də olsa, çalışıram. Məsələn, 300 nəfər keçmiş əsir və girovun xatirələrini hazırlamış və QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ingilis dilinə tərcümə etdirmişəm. Hazırda daha iki böyük layihə üzərində çalışıram. Bütün məqamları nəzərə almışam. “Erməni sindromu” kitabı və “Erməni əsirliyində” kitab beynəlxalq məhkəmə üçün bir sənədlər toplusudur. 2003-cü ildə layihəsini verdiyim “Erməni terroru” fotoalbomu 2005-ci ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 9 dildə çap olunub və bütün dünyaya yayılır. Mən artıq erməni diasporu ilə müharibəyə başlamışam. Bu, mənim müharibəmdir, onu sona çatdırmağı gələcək nəslin üzərinə ata bilmərəm. Maddi, hətta mənəvi dəstəyim yoxdur. Qorxaqlar, paxıllar, gözügötürməyənlər, savadsızlar və yarımçıqlar mane olurlar. Amma mən özümdə güc tapmağı bacaran adamam. Kimlərlə qarşı-qarşıya durduğumu bilirəm. Ermənilər internetlə hədələr göndəriblər. belə şeylər məni yolumdan saxlaya bilməz, çünki lazım olan işləri görmüşəm. Sadəcə maddi vəziyyətim imkan vermir ki, geniş planlı fəaliyyətə başlayım. Dövlət qurumlarına müraciət etmişəm, iqtidar partiyasına da müraciət edəcəyəm. Biz hərtərəfli planlar qurmalıyıq-Çevik, dəqiq, sərrast, çoxvariantlı və məntiqli. Nəhayət, böyük Atatürk deyirdi ki, “Ölmək istəməyən bir millət öləməz”! Əgər biz erməniləri susdurmaq istəsək, bunu uzağı bir aya bacararıq. Önəmlisi, bu mübarzədə qələbə çalmağı məqsəd kimi qarşımıza qoymalıyıq! Qalib gəlmək istəsək, qarşımızda heç kim dura bilməz! Mən bu müharibəni qazanmaq istəyirəm, çünki başqa şansım yoxdur!



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 790
Bugün Tekil 355
Toplam Tekil 1639897
IP 54.159.189.139






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.193 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu