Akademik Milli Dram Teatrı Beynəlxalq Festivalda iştirak edəcək - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Akademik Milli Dram Teatrı Beynəlxalq Festivalda iştirak edəcək - Elçin CEFEROV
Tarih: 25.05.2015 > Kaç kez okundu? 2468

Paylaş


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

1-5 iyun tarixlərində Tatarıstanın Kazan şəhərində baş tutacaq festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.

Akademik Milli Dram Teatrı festivalda ölkəmizi "Kitabi Dədəm-Qorqud" eposunun “Disrə xan oğlu Buğac” boyunun motiviləri əsasında hazırlanmış "İlahi oyun" tamaşası ilə təmsil edəcək. Qeyd edək ki, sözügedən tamaşa bu günə qədər Konyada keçirilən “Min nəfəs, bir səs” Festivalında və Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. İnanırıq ki, seyrçini əski türk qəbilələrinin əsrarəngiz dünyasına, miflər aləminin sakral məkanına aparan “İlahi oyun” tamaşası Kazanda da rəğbətlə qarşılanacaq.

Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında "Kitabi Dədəm-Qorqud" dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də, milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar təqdim olunacaq. Akademik Milli Dram Teatrının “İlahi oyun” tamaşası 4 iyun tarixində, yerli vaxtla saat 18.30-da K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq.

“İlahi oyun” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçusu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır. Janrı bir hissəli soylama kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan – Ata), Pərviz Məmmədrzayev (Ozan – Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

Həmçinin festival çərçivəsində 5 iyun tarixində “Teatrın inkişaf vektoru: Avropa-Asiya” adlı elmi-praktiki konfrans da keçiriləcək.

Festival çərçivəsində keçiriləcək daha bir tədbir ünlü türk yazarı Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi ilə bağlı olacaq. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsidir.





Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1097
Bugün Tekil 406
Toplam Tekil 4072334
IP 52.14.8.34






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu