Elxan Şahinoğlu ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Elxan Şahinoğlu ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 13.11.2009 > Kaç kez okundu? 3174

Paylaş


Elxan Şahinoğlu “Ona görə də Tehran viza rejimini ləğv edərkən İrana gələcək Azərbaycan vətəndaşları üzərində nəzarəti daha da gücləndirəcək”

- Xəbər verildiyi İran İslam Respublikası birtərəfli qaydada Azərbaycan dövləti ilə viza rejimini ləğv edib. İranın Nazirlər Kabineti bu qərarı ölkənin xarici işlər nazirinin təklifi əsasında çıxarıb. Qərarı İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi icra üçün Xarici İşlər Nazirliyinə göndərib. Bundan bir müddət öncə İran dövlətidə Azərbaycan hökümətinə viza rejiminin ləğv edilməsi ilə bağlı təklif vermişdir. Bu fikirlə əlaqədar Azərbaycan dövlətinin İrandakı sabiq səfirləri akademik Əliyar Səfərli və deputat Nəsib Nəsibli mediaya verdiyi açıqlamalarda İranın bu, təklifinin arxasında Azərbaycanda casus şəbəkəsinin gücləndirməsi və Azərbaycanı təsirində saxlamaq planın durduğunu bildiriblər. Bu gün İranın bu addımının arxasında hansı maraqlar dayana bilər bu haqda, suallarımızın cavabını almaq üçün “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun Günaz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.

- Elxan bəy, İran İslam Respublikası Azərbaycanla viza rejimini ləğv etdi. Sizcə, İranın bu addımının arxasında hansı dövlət maraqları dayanır?

- Görünür, İran bu yolla bölgədə, o cümlədən Azərbaycanda təsir imkanlarının artmasına çalışır. Viza rejiminin birtərəfli qaydada ləğvini mən əsasən bununla əlaqələndirirəm. Buna qədər Azərbaycan vətəndaşları İrana viza almaq üçün mürəkkəb prosedur qaydalarından keçirdilər, hətta AİDS xəstəliyinin olub olmaması məqsədilə İranın Bakıdakı klinikasında qan analizi vermək lazım idi. Halbuki, bu cür rejim hətta vizada daha sərt qaydalardan çıxış edən ABŞ səfirlikləri tətbiq etmir. Ona görə də İrana səfər planlaşdıranlar bu istəklərindən vaz keçirdilər. İndi İran bütün bu çətinlikləri ortadan qaldırdı. Bu isə o deməkdir ki, İrana səfər etmək istəyən Azərbaycan vətəndaşlarının sayı arta bilər, qonşu ölkədə qiymətlər də o qədər bahalı deyil. Məsələn Məşhədi ziyarət etmək üçün elə də çox maliyyə lazım deyil.

- Neçə düşünürsünüz Azərbaycan dövləti də buna cavab olaraq İranla viza rejimini ləğv edə bilərmi?

- Tehran viza rejimini birtərəfli şəkildə ortadan qaldırmaqla Azərbaycan hakimiyyətini fakt qarşısında qoyub. Çünki, Tehran illərdir rəsmi Bakıya müraciət edirdi ki, viza rejimi qarşılıqlı şəkildə ləğv edilsin. Rəsmi Bakı obyektiv səbəblərdən bu məsələni uzatdığından Tehran prosesləri sürətləndirməyə qərar verdi, topu Azərbaycanın meydanına atdı. Fikrimcə, rəsmi Bakı üçün bir qədər çətin olacaq. Doğrudur, Azərbaycanın viza rejiminin ortadan qaldırılması İran vətəndaşlarının da qarşılıqlı olaraq məmləkətimizə axını artıracaq və bu yolla qonşu dövlətin məlum kəşfiyyat xidməti də xeyli aktivləşəcəkr. Əslində iki dövlət arasında imzalanan anlaşmaların birində iki dövlətin bir-birinə qarşı kəşfiyyat işi aparmamasına dair öhdəiliyi var. Ancaq İran rejimi üçün həmin anlaşmanın heç bir əhəmiyyəti yoxdur. Anlaşmanın mürəkkəbi qurumamış Azərbaycanda İran kəşfiyyatına qulluq edən şəxslər tutulmuşdu və bu proses indi də davam edir. Buna rəğmən, Azərbaycan da nə vaxtsa viza rejimini ortadan qaldırmaq məcburiyyət qarşısında qalacaq.

- Bu gün İran rejimi qorxmur ki, vizanın ləğvi Azərbaycan dövlətindən İran İslam Respublikasına insanların gedib-gəlməsi Güney Azərbaycan Milli Hərakatının güclənməsinə təsir edə bilər?

- Şübhəsiz İran viza rejimini ortadan qaldırarkən Siz dediyiniz amili nəzərə alıb. Ona görə də Tehran viza rejimini ləğv edərkən İrana gələcək Azərbaycan vətəndaşları üzərində nəzarəti daha da gücləndirəcək. Bu nəzarət indi də var. Təsadüfi deyil ki, İranda çalışan Azərbaycan alimini xeyli izlədikdən sonra həbsə atdılar. Qorxuram ki, viza rejimi ləğv edildikdən sonra belə hallar çoxalsın.

Söhbətləşdi: Elnur Eltürk