Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviçlə görüşüb - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviçlə görüşüb - Elçin CEFEROV
Tarih: 25.05.2015 > Kaç kez okundu? 1240

Paylaş


Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviçlə görüşüb.

Sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Şərqdə ilk avropatipli peşəkar teatr olan Azərbaycan teatrının tarixi, keçdiyi inkişaf yolu, qazandığı uğurlar haqqında ətraflı məlumat verib.

Bu gün müstəqil dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi müntəzəm qayğıdan söz açan direktor vurğulayıb ki, ölkəmizdə teatr sənətinin hüquqi bazasını formalaşdıran «Teatr və teatr fəaliyyəti haqqında» Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında», «Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Sərəncamları Azərbaycan teatrının müasir inkişafında yeni bir mərhələninin əsasını qoyub.

İsrafil İsrafilov teatrımızın beynəlxalq əlaqələrindən danışaraq, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Azərbaycan teatrının qətiyyətlə ölkə hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.

Görüşdə Azərbaycan və Monteneqro arasında mədəni münasibətlərin, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlı danışıqlar aparılıb.

Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviç Azərbaycanda mədəniyyətin bütün sahələrinin, o cümlədən teatr sənətinin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. «Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı» ilə xüsusi maraqlanan Mariya Raznatoviç gələcəkdə öz ölkələrində teatr sənətinin inkişafı üçün Azərbaycan dövlətinin bu təcrübəsindən yararlanmağın vacibliyini dilə gətirib.

Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviç Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluqlarını bildirib, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.

Əldə olunan razılığa əsasən, tezliklə Azərbaycan və Monteneqro teatrları arasında daha sıx və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək niyyət protokolunun imzalanması nəzərdə tutulub. İsrafil İsrafilovun qarşılıqlı tamaşa, pyes və mütəxəssis mübadiləsi haqqında təklifi müsbət qarşılanıb və ilkin mərhələ kimi, Akademik Milli Dram Teatrının Monteneqroya qastrol səfərinin təşkili planlaşdırılıb.





Yorumlar










Aktif Ziyaretçi 23
Dün Tekil 876
Bugün Tekil 59
Toplam Tekil 1934207
IP 54.162.152.232






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































30 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Vatan ne Türkiyedir Türklere ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: TURAN
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.811 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu