Gülbəniz Arifqızı ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Gülbəniz Arifqızı ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 11.11.2009 > Kaç kez okundu? 3010

Paylaş


Gülbəniz Arifqızı “Güneyin sevinci sevincimiz, kədəri kədərimizdir”



-Azərbaycan Amerika Qadınlar Şurasının sədri, “Azərbaycan Qadınlarının Səsi” dərgisinin baş redaktoru, hazırda Kaliforniyada yaşayan publisist Gülbəniz Arifqızı Günaz.TV Mətbuat Xidmətinin xüsusi müxbirinin suallarını cavablandırıb.



- Gülbəniz xanım xöş gördük Sizi! İlk sualımız Türkiyə-Azərbaycan münasibətləri ilə bağlıdır. Bildiyiniz kimi keçən ay, Türkiyə-Azərbaycan arasında bir gərginlik yaşandı. Sizcə, bundan sonra hansı addımları atmaq lazımdır ki, birdə belə hallar baş verməsin.



- Xoş gördük! Mən cox şadam ki, Günaz TV-nin mətbuat xidmətinə müsahibə verirəm. Cünki, bu tv-yə böyük hörmətim var. Eyni zamanda onun diasporanın güclənməsində, dərdlərimizin problemlərimizin həllini araşdırmaqda əvəzsiz xidmətləri var. Günaz TV yaradıcısı Əhməd Obalı isə sözün əsil mənasında vətənpərvər bir azərbaycanlıdır. Biz Amerikada yaşayanlar onunla qürur duyuruq. Odur ki, əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm dəvətinizə görə. Keçək əsas məsələyə. Əlbətdə son olaylar Türkiyə ilə Azərbaycan arasında yaşanan gərginlik hamı kimi mənidə cox üzdü. Türkiyə doğrudan da dost qardaş ölkə olsada, Azərbaycana qarşı açığı desək bayraq məsələsində haqsızlıq etdiyini düşünürəm. İndi ölkələrdə yalanları dövlət səviyyəsində aparılır. Yəni iqtidarda olan partiya necə istəyirsə dövləti o cür idarə edir. Qapı arxasında qəraralar alınır. Elə bizlərində ən böyük bəlası budur. Nə qədər desəkdə sivil bir ölkəyik, amma hələdə dünya təcrübəsini öyrənə bilməmişik. O, ölkələr ki, yüksək inkişaf edir ki, onlar xalqın rəyini nəzərə alır, xalqına hörmət edib onun milli qürurunu həmişə yüksək tutur. Belə ölkələr həmişə hər yerdə qalib gəlir. Təəssüf ki, bu məfhumlar istər bizdə, istərsədə Türkiyədə heç də lazımınca inkişaf etməyib. Elə bu son aylarda baş verənlər buna misaldır. Məncə balıq başdan xarab olursa quyruğunu suda saxlamaqla onu qurtarmaq olmaz. Nə qədər vətənpərvər insanlar “Aramıza nifaq salmaq istəyirlər amandır qoymayın, dinməyin işi böyütməyin” desələrdə belə güzəştlərin axırı xoş olmayan sonluqlara gətirib çixarır. Mən istər Turkiyədə, istərsədə Azərbaycanda olan millət sevərləri başa düşürəm. Amma onlar özlərini öldürsələrdə insanlara dəyən mənəvi zərbənin bəzən yerini doldurmaq, əvvəl ki, inamı geriyə qaytarmaq bəzən cox çətin olur. Yəni bu qədər Türkiyəyə nifrət edən Ermənistana görə Azərbaycan bayrağına sayğısızlıq etmək heç insafdan deyildi. Mən siyasətçi deyiləm. Amma bir vətəndaş kimi millətimin qürurunu həmişə uca bilmişəm, bayrağımın müqəddəsliyini hər yerdə hər zaman görmək istəmişəm. Millətimdə, bayrağımda mənə əzizdir. Ona görədə mənədə cox təsir etdi. Odur ki, mənim fikrimcə belə halların baş verməməsi ücün istər bizim, istərdə Türkiyə dövlətinin qəti qərarı olmalıdır. Bilirik ki, hər iki dövlətə böyük dövlətlər, beynəlxalq təşkilatlar təzyiq göstərməyə çalışır və bəzən göstərirdə. Amma, Azərbaycan Türkiyə və Ermənistan məsələsində problemlərin kökü siyasətlə deyil, tarixlə bağlı olduğu üçün dünya tarixçiləri bu məsələlərə cəlb olunmalıdır. Bir mac izləməklə ermənilərin kinini dağıdıb dünyaya humanist kimi görünmək olmaz. Mənə elə gəlir ki, belə düşünən siyasətcilər yanılır. Araşdırmalar hazır olduqdan sonra bizə təsir edən ölkələrlə, beynəlxalq təşkilatlarla oturub məsələləri həll etmək olar. Güclü təbliğatlar getməlidir ilk öncə tarixin araşdırılması və problemin mənbəyi tapılmalıdır. Bu qədər haqsız olan bir ölkənin qarşısında nə qədər güzəştə getmək olar? Elə illərdən bəri yiğılıb qalan bu məsələlər həllini bu günə kimi tapmadığı, güzəştlərin sayı artdığı üçün Ermənistan bir anda olsun öz düşməncilik siyasətindən uzaq durmur. Bu gün istər Türkiyə istərsədə Azərbaycan Ermənistanla bağlı sənədləri ortaya tam qoymadıqca bu problemlərdə yaşanacaq. Nəyin ki, Qarabağ ona qədər verilən torpaqların hesabı nə vaxt sorulacaq, niyə o torpaqlar dilə gətirilmir? Niyə bu günə kimi istər Türkiyə, istərdə Azərbaycan Ermənistan qarşısında sanki bir günahı varmış kimi güzəştə gedir? Vaxtilə babalarımızın həll etmədiyi problemlərin əziyyətini indi bizlər çəkiriksə, indi bu məsələlər yenə həll olunmadıqca gələcək nəsillərimizdə bu bəlaları çəkəcəklər.

İstənilən bir addım atılmazdan öncə indiyə qədər atılan addımlar, cəlb olunan beynəlxalq təşkilatların kağız üzərində qalan qərarları və fərmanları miz üstə gəlməlidir. Gəlmədikcə, Ermənistanın tələbləridə artacaq. Əgər bütün bu işlər ciddi tutulub, həllini tapmamış başqa bir addım atılarsa nəticəsi belə olar. Nə vaxt gələcək zamanı? Bu günlər Ermənistana gülər üzlə qapı açan Türkiyənin bəzi “siyasətciləri” bu millətin qüruruna toxunduqlarının fərqində deyillərmi? Ancaq mən inanıram ki, bu gərginlik keçəcək. Amma bunun üçün zaman gərəkdir. Çünki inam itən yerdə dostluğu möhkəmləndirmək çətin olur.



-Amerikadan baxdıqda Cənubi Qafqazda cərəyan edən proseslər neçə görsənir?



- Mən həmişə demişəm. Çox təəssüflər olsun ki, bizim səsimiz zəif gəlir. Gəlsədə neftə görə gəlir. Bir baxın Rusiya Gürcüstana hücum edəndə Amerikada nə qədər desən məlumat yayınlandı. Qəzetlər, jurnallar, tv kanalları hamısı məlumat verdi. Hara gedirdinsə bu xəbərlə rastlaşırdın. Ermənistanda da həmçinin. Amma bu günə kimi Azərbaycanın işğalı haqqında 1-2 kiçik xəbərdən başqa heç nə eşitmirik. O xəbərləridə bizimkilər verir.

-





- Ermənilərin ən cox yaşadığı və güclü dayaqlara malik olduğu Kaliforniya ştatında, Azərbaycan icmasının fəaliyyətləri hiss olunurmu?



- Ermənilərin Kaliforniyada fəaliyyəti XX əsrin əvvəllərindən başlayıb. Artıq onların çoxu 4-cü, 5-ci nəslin nümayəndələridilər. Onlar orada hamısı yaxşi işlə təmin olunub, güclü diasporu var, oranın təhsil sistemini gözəl bilirlər odur ki, Azərbaycan diasporası nə qədər fəaliyyət göstərsədə onlara çata bilməz. Heç müqayisə belə edilə bilməz. Bizim diaspora deyəndə yaşlı nəsillər Şimali Azərbaycandan 1988-ci ildən başlayaraq Amerikaya gəliblər. Gənc nəsildə ora təhsil dalınca gedən gənc tələbələrimizdir. Cənubu Azərbaycandan isə çoxu şah rejimindən öncə və rejim dağıldıqdan sonra Amerikaya gəliblər. Onların bir çoxu özünü azərbaycanlı deyil, iranlı bilir belə olanda niyə yalandan özümüzü aldadırıq ki, bizi dünya tanıyır. Əlbətdə hamısı yox. Onların içərisində elə vətənpərvərlər var ki, əsil millət fədaisidirlər. Bəzən də tədbirlər keçirirlər. Amma yenə azdır. Görün nə qədər erməni dilində kitablar, jurnallar nəşr olunub amerikalılara havayı paylanır. Bizim diasporanın bunu etməyə nə gücü nə vəsaiti var. Əgər müəyyən dərəcədə vəsaitdə ayrılsa diasporanın güclənməsinə hara xərclənir hec kəsin xəbəri olmur. Hələ, tv kanalları demirəm nə qədər desən var. Bizimdə AZTV yayınlanır. Məsələn, Kaliforniya ilə Azərbaycan arasında 12 saat fərq var. Gecə 12-dən sonra bizim tv səviyyəsiz xarici filmləri nümayiş etdirir. İnandırıram ki, bəlkə o ölkələrin özündə o filmlərə baxılmır. Yada rəsmi ingiliscə xəbər verir. Eyni xəbəri azı 10 dəfə. Onun əvəzinə diasporanın gücü yoxsa hec olmasa AZTV- gecədən sonra ingiliscə Azərbaycandakı reallığ haqqında məlumat versin. Bir başqa millətdə kanalı əvəz edəndə bəlkə ingiliscə bir məlumat eşidib qulaq assin. Bizdə bu da yoxdur.



- Hazırda İran İslam Respublikasında gedən gərgin siyasi prosesləri izləyirsinizmi və Amerikada yaşayan bir şəxs kimi bu, haqda fikirlərinizi nədən ibarətdir?



- Bəli izləyirəm. Bilirsiniz mənə elə bir müsəlman ölkəsi göstərin ki, orda insanlar azaddır, yaşayış səviyyəsi yüksəkdir, haqq ədalət pərpa olunub? Bu gün İran vətəndaşları hər gün Amerikada küçələrdə, dövlət binaları qarşısında etiraz mitingləri keçirirlər. Neçə illərdir o ölkə dini bir rejim altında insanların hüquqları pozulur, müstəqil, sərbəst yaşayışa həsrətdirlər. Bu siyasi burulğan bizim orda yaşayan həmvətənlərimizində böyük faciələrinə səbəb olur. Görün nə qədər azadlıq istəyən soydaşlarımız həbs olunur, öldürülür, ölkəni tərk edirlər. Səsləridə heç yerə çatmır. Haqsızlıq, ədalətsizlik ölkəni bürüdüyü bir halda bir yandada sui qəsdlər, ölümlər baş verir. Cox pis baxıram. Zülmündə dərəcəsi, sonu olar insanlarımızın dərdi bitmək tükənmək bilmir. Onların köməksiz olması məni cox narahat edir. Belə hadisələrin baş verməsi bir Azərbaycan türkü olaraq ürəyimi ağrıdır.



- İranın daxilində oyanmaqda vulkan olan Güney Azərbaycan Milli Hərakatı ilə bağlı fikirlərinizi bilmək istərdik.



- İnsan həyata bir dəfə gəlir və yaşamı üçün mübarizə edir. Hədənsə insanların azadlığını, öz haqqlarını istəməsinə həmişə siyasi don geyindirilər. Bəzi fars şovinizmi bunu böyük bir emosiya, faciə ilə qarşılayır. Amma o torpaq tək onların yox, orada yaşayan bizim həmvətənlərimizində torpağıdır. Onlarında o torpağın üstə gəzmək haqqı var. Öz dillərində təhsil almaq onların qanuni haqqıdır. Odur ki, çox müsbət baxıram. Azərbaycan Milli Hərəkatının fəallarınada yalnız və yalnız uğurlar arzulayıram. Tanrı onları qorusun. Onların sevinci sevincimiz, kədəri kədərimizdir. Barmağın hansını kəssən inciyər. Biz bir millətin övladlarıyıq. Bizi ayıran zaman və məsafədir.



- Bu gün hansı işləri görmək lazımdır ki,parçalanmış əlli milyon Azərbaycan türklərinin səsi dünyada güclü eşidilsin.



-Bu məsələ ilə bağlı mənim şəxsi fikrimlərim var və ola bilsin ki, mənim bu sözlərimlə razılaşmayanlarda olar mən bunu təbii qəbul edirəm. Təəssüf ki, cox diaspora təşkilatlarını yaradanda ora vətənpərvər insanları deyil, işlərinə yarayan, onların bir sözünü iki etməyən yaltaq iki üzlü insanları qoyurlar. Bir azda rəsmi diaspora təşkilatları adama mafiyanı xatırladır. Onlar pula xatir millətidə satar, torpağında. Yada ildə bir dəfə itirlilmiş torpaqlarımızı yad eləməyə yığışırları və kədərlənirlə, ondan sonra tədbir başa çatan kimi hər şey yaddan çıxır. Mən bu tədbirlərin heç birinə getmirəm. Bilirsiniz yoruldum bu yalanlardan, nə qədər millətin başının altına yastıq qoymaq olar. Nə qədər onlara yalan ümidlər vermək olar. Cünki, sabası gün hər şey yaddan çıxır. İndiyə kimi heç görmüsünüzmü bir gün otursunlar desinlər muxalifəti, iqtidarı, bitərəfi gəlin oturaq açıq dialoq edək, qoy hərə öz fikirini desin? Nə qədər ki, bu bizdə yoxdur birlikdən danışmağa dəyməz. Odur ki, nəticədə də icəridən daim parçalanma gedəcək. Nə qədər ki, insanlar öz fikirlərini azad söyləməyə çəkinirlərsə, gələcək hər bəladan ehtiyyat edirlərsə, bir-birlərinə güvəni yoxdursa deputatıda, jurnalistidə, siyasətcisidə yalan danışırsa bu belədə davam edəcək. Özümüzü aldatmayaq, olan reallıqla razılaşaq. Amma yaxşı ki, xalqımın gözəl vətənpərvər insanlarıda az deyil. Onlar dünyanın dörd bir yanına səpələnsələrdə bu gün internet vasitəsilə onların uğurunu eşidib sevinirik. Bir birimizlə ünsiyyət yaradırıq. Mən bütün əsil ürəyi, qəlbi vətən üçün çirpinanları alqışlayıram. Baxmayaraq ki, bu qədər problemlərin içərisindəyik amma yenə həmişə deyirəm nə yaxşı ki, MƏN AZƏRBAYCANLIYAM.



- Gülbəniz xanım sonda Sizə öz təşəkkürümüzü bildiririk suallarımızı cavablandırdığınıza görə və gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirik.



- Məndə sizə öz təşəkkürümü bildirirəm və işlərinizdə uğurlar diləyirəm.



Söhbətləşdi: Elnur Eltürk









Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 1927
Bugün Tekil 287
Toplam Tekil 4066422
IP 3.133.147.252






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu