M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının Bakı qastrolu haqqında informasiya - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Ara�t�rmalar Merkezi - http://www.turansam.org









M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının Bakı qastrolu haqqında informasiya - Elçin CEFEROV
Tarih: 30.04.2015 > Kaç kez okundu? 1369

Paylaş


Xəbər verdiyimiz kimi, M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının kollektivi Bakıda qastrol səfərindədir. Kollektiv Bakı tamaşaçılarının görüşünə S.S.Axundovun eyniadlı pyesi əsasında hazırlanmış “Eşq və intiqam” tamaşası ilə gəlib.

Teatrın kollektivi bu gün səhər fəxri xiyabanda olub, Ulu Öndərin və Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Saat 16.00-da Akademik Milli Dram Teatrında M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının kollektivinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransını Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Ramiz Novruz açaraq, Mingəçevir şəhərindən təşrif buyurmuş həmkarları və media nümayəndələrini salamlayıb. Aktyor Akademik Milli Dram Teatrının kollektivi adından Mingəçevir Teatrını qarşılamaqdan məmnunluq duyduğunu bildirib, bu qəbildən olan qastrol səfələrinin əhəmiyyətini vurğulayıb. Ramiz Novruz qeyd edib ki, Mingəçevir Teatrında çox istedadlı aktyorlar var və inanıram ki, kollektiv bu gün paytaxt tamaşaçıları qarşısında sənət imtahanından üzüağ çıxmağı bacaracaq.

Mətbuat konfransında teatrın direktoru Səxavət Məmmədov, rejissor, Xalq Artisti Zülfüqar Abbasov, “Eşq və intiqam” tamaşasında əsas rolları ifa edən Əməkdar Artistlər Akif Mirabov, Ella Yaqubova, aktyorlar Hüseyn Mustafayev və Fəridə Məmmədova iştirak edib.

Mingəçevir Teatrının direktoru Səxavət Məmmədov bu qastrol səfərinin reallaşmasına göstərdikləri köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirib. Direktor Mingəçevir teatrında gedən yaradıcılıq prosesi, repertuarın qurulması, kadr islahatları, hazırlanmaqda olan tamaşalar, eləcə də teatrın yaradıclıq planları haqqında məlumat verib.

Rejissor Z.Abbasov S.S.Axundovun eyniadlı pyesi əsasında hazırlanan “Eşq və intiqam” tamaşası haqqında danışıb, səhnə əsərinin ideya mündəricəsi, bədii-estetik tutumu, aktyor ifası barədə konfrans iştirakçılarına məlumat verib.

Daha sonra qonaqlar media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.



27 aprel 2015-ci il tarixində, saat 19.00-da Akademik Milli Dram Teatrında M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının "Eşq və intiqam" tamaşası nümayiş olunacaq. S.S.Axundovun pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Respublikanın Xalq Artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. Tamaşada Əməkdar Artistlər Akif Mirabov (Piri baba), Ella Yaqubova (Həcər xanım), aktyorlar Şıxı Qurbanov (Əlimərdan), İlqar Rəhimov (İbad), Afət Əliyeva (Yasəmən), Elmira İbrahimova (Xalisə nənə), Hüseyn Mustafayev (Çingiz), Jalə Davıdova (Qəmər), Firuz Hacıyev (Cəbi), Aydın Quliyev (Şahbaz bəy), Eyvaz Əliyev (Şəmsi bəy), Fəridə Məmmədova (Zöhrə xanım), Qabil İbrahimli (Səfi bəy) və b. çıxış edirlər.

M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə təşkil edilmişdir. Teatrın açılışı 1969-cu ildə C.Cabbarlının eyniadlı pyesi əsasında hazırlanan “Almas” tamaşası ilə olmuşdur. 1974-cü ildən görkəmli aktrisa Mərziyyə Davudovanın adını daşıyır.

Teatrın repertuarında klassik və müasir dramaturqların pyesləri geniş yer tutur. "Kəndçi qızı" (M.İbrahimov), "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" (İ.Əfəndiyev, "Eşq və intiqam" (S.S.Axundov), "Müfəttiş" (N.V.Qoqol), "Hacı Qara" (M.F.Axundov), "Aydın", "Solğun çiçəklər" (C.Cabbarlı), "Haray" (İ.Hüseynov), "Ölülər" (C.Məmmədquluzadə), "Yol kənarı" (M.Zarudni), "Qütb ulduzu" (N.Xəzri), "Sərt oyunlar" (A.Arbuzov), "Duman çəkilir" (S.Azəri), "Pəri cadu" (Ə.B.Haqverdiyev), "Günəşli yer" (V.Vinniçenko) və s.







Yorumlar










Aktif Ziyaretçi 6
Dün Tekil 565
Bugün Tekil 178
Toplam Tekil 1982764
IP 54.90.92.204






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































22 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu