Novruz NOVRUZOV ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Novruz NOVRUZOV ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 06.11.2009 > Kaç kez okundu? 2539

Paylaş


Novruz Novruzov: Azadlıq (müstəqillik) şirin olmaqla bərabər həm də milli və dövləti təkamülün açarıdır



Hazırda, Cənubi Qafqaz bölgəsində ciddi proseslərin baş verdiyi görünməkdədir. Bu ara da Azərbaycan prezidenti İlham Əliyev bölgə səfərlərində insanlarla görüşü zamanı dövlətimizin maraqlarını sona kimi müdafiə edəcəyini və bu yoldan bir addım da olsun geri cəkilməyəcəklərini bildirib. Amma, ölkənin bir sıra siyasi ekspertləri bölgədə gedən proseslərdə Azərbaycanın təklənməsi və sıxışdırılması kimi qələmə verirlər. Xüsusilə ölkə mediası Dağlıq Qarabağ məsələsində ölkəmizin güzəştli sazişə məcbur edildiyini yazırlar. Bu, haqda fikirləri öyrənmək üçün GÜNAZ.TV Mətbuat Xidmətinin suallarını siyasi ekspert Novruz Novruzov cavablandırır.



-Novruz müəllim son vaxtlar Cənubi Qafqaz bölgəsində nələr baş verir?



-Vəziyyəti qısa şəkildə xarakterizə etmək istəsək, deyə bilərik ki, bölgədə marağı olan beynəlxalq güclərin apardıqları siyasətin iç üzü açılır. ABŞ, Avropa və Rusiyanın bizdən nə istədikləri artıq ən sadəlövh siyasi düşüncəyə malik insanlara da məlumdur. Bu prosesin siyasi dillə şərhi isə onu deməyə əsas verir ki, haqqında danışdığımız güclər bölgəni nüfuz dairələrinə bölünməsini sona çatdırmaq istəyirlər.



-Tanınmış politoloq Vəfa Quluzadə mediaya verdiyi açıqlamasında bildirib ki, Azərbaycanı təkləmək istəyirlər və Türkiyə ilə əsgəri saziş imzalanmalıdır. Doğrudanmı vəziyyət bu qədər ağırdır və ümumiyyətlə, belə bir sazişin imzalanma ehtimalı varmı?



-Qarabağın işğalında Azərbaycan həmişə təklənmiş vəziyyətdə olub. Bəyəm, Azərbaycan torpaqlarının işğalında rusların, fransızların və digər ölkələrdən göndərilmiş muzdlu qatillərin iştirakı bizə məlum deyil? Onlar məgər ermənilərə görə döyüşə-ölümə könüllü gəlirdilər? Yaxud ermənilərin var-dövlətləri nə gəzirdi ki, milyonlarla qiyməti olan Fransadan döyüş vertolyotları alsınlar?!

İkinci məsələyə gələndə isə Vəfa müəllimin arzusu anlaşılandır. Əgər Qərb Azərbaycanı strateji tərəfdaşlıqdan uzaqlaşdırırsa (bunun simptomları görünməkdədir), onda Şimalın “qapazına düçar olmaq” ehtimalı yüksəlir. Azadlıq (müstəqillik) isə şirin olmaqla bərabər həm də milli və dövləti təkamülün açarıdır, heç kim onu itirmək istəməz. Ancaq Azərbaycan təkbaşına potensial hücumlara cavab verə bilərmi?! Təbii ki, yox. Bizə yeganə arxa Türkiyə ola bilər, əgər belə bir addımı atmağa gücü çatsa! Çünki, NATO üzvü olan Türkiyənin NATO rəhbərliyinin xeyir-duası olmadan belə sazişə getməsi bu günün reallıqlarına sığmır. Mən Vəfa Quluzadənin təklifini yalnız alqışlayıram.



-Bildiyiniz kimi bu arada qardaş Türkiyə ilə xoşagəlməz münasibətlər yaşadıq. Çox şükürlər olsun ki, münasibətlərimiz əvvəlki məcraya qayıtmaqdadır. Sizcə, bundan sonra qardaş Türkiyə Azəbaycanı üzəcək addım ata bilərmi?



-Atalarımızın bir müdrik kəlamı var:”Çəkişməsən bərkiməzsən!”. Məncə, yaşadığımız acı anların xeyri ziyanından çox oldu. Dəryadakı sular tam olmasa da xeyli duruldu, biz indi daha çox anlayırıq ki, şüarçılıqdan iş birliyinə keçməliyik, yoxsa əleyhdarlarımız axırımıza çıxacaqlar.

Hazırkı Türkiyə rəhbərliyinin apardığı siyasətin konturları məlum olsa da üfüqləri görünmür. Biz buna “bir addım irəli, iki addım geri” qiymətini verir, Türkiyə rəhbərliyi isə “bir addım geri, iki addım irəli” düşüncəsi ilə hərəkət edir. Kimin haqlı olmasını zaman göstərəcək.



-Bəzi ekspertlər Azərbaycanı Rusiyaya məcburən meylləndirmək istəyən qüvvələrin olduğunu bildiriblər. Onlar Azərbaycan-Rusiya arasında qaz sazişinin imzalanmasını misal gətirirlər...



-İşarə olunan qüvvələr var və “bəlkə də qaytardılar” eşqi onlara dinclik vermir. Ancaq bu qüvvələrin arzuları ürəklərində qalacaq. Azərbaycan daha heç vaxt Rusiyanın əlaltısı olmayacaq, sadəcə tarixi şərait buna imkan verməyəcək. Təbii ki, düşmən də olmayacağıq. Münasibətlərimiz bərabərçilik əsasında qurulacaqdır. Qaz sazışını misal çəkənlər deyəsən səbirsizlik edirlər. Məncə, bu, Qarabağ məsələsində Azərbaycana ədaləti bərpa etməyə söz verən, amma nəticə etibarilə vədinə xilaf çıxan Qərbə bir mesajdır:”Biz müstəqil dövlətik, sən məni aldadarsansa, mən də ticarətimi başqası ilə yaparam”. Məsələyə ticari aspektdə yanaşsaq bu, daha sərfəlidir. Yeri gəlmişkən, Türkiyə də Rusiya ilə iş birliyinə gedir.



-Prezident Administrasiyanın xarici əlaqələr üzrə şöbə rəhbəri Novruz Məmmədov mətbuata verdiyi açıqlamasında qərbin Ermənistanı müdafiə etdiyini bildirib və dövlət rəsmisinin belə bir açıqlamasından sonra ola bilərmi ki, Qarabağ məsələsində aparılan danışıqlar dayandırılsın?



-Qərbin Ermənistanı müdafiə etdiyi məlum həqiqətdir. Elə münaqişənin tənzimlənməməsinə mane olan iki əsas amildən biri budur. Qarabağ danışıqlarını isə Azərbaycandan başqa heç kim dayandırmaz. Bu da o zaman ola bilər ki, Azərbaycan müharibə ilə işğal edilmiş torpaqlarını müharibə yolu ilə də qaytarsın. Qarabağ müstəqil oluncaya qədər Qərb “sülh danışıqları” bəhanəsi ilə prosesi uzadacaqdır.



-Ölkəmizə ciddi təzyiqlərin olduğu bir vaxtda dövlətimiz proseslərdən itkisiz çıxa biləcəkmi?



-İtkisiz qələbə olmur. Əgər Azərbaycan tərəfi indiki qətiyyətini axıradək qoruyub saxlaya bilsə və buna rəğmən aydın siyasət yeritsə, onda geniş nəfəs ala biləcəyik. Hətta torpaqlarımızı azad etməklə əldə etdiyimiz siyasi-mənəvi və iqtisadi qazanclar müharibədə itirdiklərimizdən qat-qat çox olar.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar








Aktif Ziyaretçi 20
Dün Tekil 880
Bugün Tekil 758
Toplam Tekil 1641993
IP 54.204.108.121






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































10 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yüksel Türk; senin için Yüksekliğin Hududu Yoktur. (Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu