Hikmət Kəngərli ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Hikmət Kəngərli ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 04.11.2009 > Kaç kez okundu? 2960

Paylaş


Hikmət Kəngərli “Qarşısı alınmaz proseslərdə İran adlanan imperiyanın dağılması realdır”



- Bu günlərdə Türkiyənin Baş Naziri Rəcəb Təyyub Ərdoğanın İran İslam Respublikasına səfəri dünya mediasında müzakirə olunan məsələlərdən birinə çevrilib və bir cox tanınmış təhqiqatçılar, siyasi ekspertlər, səfərlə bağlı fikir və mülahizələrini bildirirlər. Hazırda, Avstriyada yaşayan soydaşımız, müstəqil araşdırmaçı Hikmət Kəngərli Günaz.TV Mətbuat Xidmətinin xüsusi müxbirinə Rəcəb Təyyub Ərdoğanın səfəri və həmdə içtimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı sualları cavablandırıb.



- Hikmət bəy, analitiklər belə bir fikir ortaya atırlar ki, Rəcəb Təyyub Ərdoğanın İran səfərinin arxasında Türkiyənin yeni bir güc yaratdığını bildirirlər. Sizcə, bu səfərin arxasında nələr dayanır?



- Türkiyənin hər hansı bir güc və ya güc mərkəzi yaratması yalnış fikir olardı. Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Təyyub Erdoğanın İrana səfəri işgüzar xarakterli idi, və bu, səfərdə iki qonşu arasında enerji daşıyıcılarının Türkiyə vasitəsilə avropaya bazarlarına çıxarılması haqda müzakirələrdən və müqavilələrdən ibarət olmuşdur.



- Xüsusi ilə dayanılan faktorlardan biridə, Ərdoğanın müsəlman ölkələrinə səfəri və Fələstinlə bağlı İsrail dövlətini sərt şəkildə tənqid etməsini, Türkiyənin geopolitik düzəndə Osmanlı imperiyasına qayıdışı kimi proqnozlaşdırırlar. XXI əsrdə imperiya qurmaq mümkündürmü?



- Ərdoğanın Müsəlman Ərəb dövlətlərinə səfərləri eyni ilə dövlətlərin iqtisadi-siyasi maraqlarından irəli gəlir. Və demək olar ki, iki tərəfli və ya cox tərəfli görüşlərdə uğurlu nəticələr əldə olunur. Bu, görüşlərin nəticəsi olaraq detallara varmadan, Türkiyə Suriya münasibətlərinin son illərdə normallaşmasını misal gətirmək olar. Türkiyə İraq münasibərlərinin müsbətə doğru irəlləməsi də aydın şəkildə ortadadır. Bilindiyi kimi, enerji daşıyıcılarının Türkiyə vasitəsi ilə avropaya çıxarılması ücün iki dövlət arasında razılıq əldə edilmişdir. Digər bir məsələ isə İraq ərazisində fəaliyyət göstərən PKK-kürd terroristlərinin hər iki dövlətin güc strukturları tərəfindən zərərsizləşdirilməsi ilə bağlı razılığ qüvvədədir. Başqa bir məsələ isə bu, ölkədə yaşayan və ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan İraq Türkmənləridir ki, Türkiyə hər zaman onların ölkə daxilində haqq və hüquqlarının tanınması yönündə mövqeyini açiq şəkildə bildirir.

Hazırda, Türkiyənin Müsəlman-ərəb dövlətlər ilə münasibətləri istər siyasi istərsə də, iqtisadi baxımdan qarşılıqlı anlaşma şəraitində davam edir. Göründüyü kimi Türkiyə regionda bu, ölkələr üçün siyasi-iqtisadi və geostrateji baxımdan böyük əhəmiyyət kəsb edir. Fələstinlə bağlı İsrail arasında yaşanan gərginliyə baxsaq burada Türkiyənin İsrailə mövqeyi deyil Təyyub Erdoğanın İsrailə qarşı mövqeyi kimi baxmaq lazımdır. Hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasının ideya və baxışlarını nəzərə alsaq, hakim partiyaya rəhbərlik edən və hazırda bu ölkənin baş naziri vəzifəsini icra edən Erdoğanın, İsrailə qarşı sərt mövqe nümayiş etdirməsi anlaşılandır. Yeni Dünya düzənində Türkiyənin Osmanlı imperiyasına qayıtması mümkün deyildir. Və səslənən fikirlər həqiqəti əks etdirmir. Osmanlı imperiyası özünün müsbət və mənfi cəhətləri ilə tarixin yaddaşlarına həkk olunmuşdur. Bu, imperiyanın eski coğrafiyasını, sistem və digər mexanizmlərini bərpa etmək isə qeyri-mümkündür. XXI əsrdə imperiyalar deyil, ardı ardınca yaranan dövlətlər birliyinin şahidi oluruq. Bundan öncə Birləşmiş Millətlər Təşkilatı, XX əsrin sonunda Avropa Birliyi, ərəb ölkələrinin Birliyi və son bir ayda Yaponiya, Cin, Avstraliya, Cənubi Koreya və Yeni Zellandiya və s. ölkələrin toplantısında Asiya Ölkələri Birliyinin yaradılmasını elan etdilər. XXI əsrdə gedən prosesləri dərindən incələsək Türk Dövlətlər Birliyinin yaradılmasının qaçılmaz olduğunu aydın görərik. Bu, birlik həqiqətən də dünyanın inkişafı üçün yeni töhfələr verə bilər.



- Türkiyənin İranla yaxınlaşması və bu amil, Tehranla münasibətləri gərgin olan Amerika Birləşmiş Ştatlarının qəzəbinə tüş gələ bilərmi?



- Türkiyənin İranla münasibətləri hər zaman sülh və barış şəraitində olmuşdur. Və bu gün də olduğu kimi davam edir. Bu, dövlətləri əsasən iqtisadi maraqlar birləşdirir. Bilindiyi kimi Türkiyə NATO ölkəsidir və bu, baxımından ABŞ ilə müttəfiqdir. Nüvə proqramını ciddi cəhdlə həyata keçirməkdə israrlı olan İrana qarşı, gələcəkdə sanksiyalar tətbiq edilərsə, bu zaman Türkiyə İranla münasibətlərinə yenidən baxmaq zorunda qalacaqdır.



- Türkiyənin İranla yaxınlaşması və gələcəkdə Güney Azərbaycan məsələsinə nə kimi təsir edə bilər?



- Türkiyənin İranla bu, və ya başqa formada yaxınlaşması Güney Azərbaycan məsələlərinin tam xaricindədir. Bir daha qeyd etməliyik ki, hazırda bu, iki dövləti əsasən iqtisadi maraqlar birləşdirir. Güney Azərbaycan məsələsi isə dünyanın ən aktual mövzularından birinə çevrilmişdir. İmperialistlər tərəfindən parçalanmış Azərbaycan torpaqlarının bərpası ideyası dünyanın inkişaf etmiş ölkələri tərəfindən dəstəklənir. Və bu da İranı cox ciddi narahat edir. Qarşısı alınmaz proseslərdə İran adlanan imperiyanın dağılması realdir. Dağılan İranın yerində isə yeni dövlətlər yaranmalıdır, o cümlədən Azərbaycanın Güneyinin azad olaraq Bütöv və Demokratik dövlətə çevrilmək perspektivi qaçılmazdır.



Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1505
Bugün Tekil 1870
Toplam Tekil 4076651
IP 18.222.115.179






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu